Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-68/2025 10.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1982-ci il tarixdə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(017)-162/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Ağcabədi Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 7(017)-35/2023 saylı qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(017)-162/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesabı ilə hesablanmaqla 06 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 25 oktyabr 2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Ağcabədi şəhəri, Heydər Əliyev prospektində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 qızı Şahid1 Ağcabədi rayonunun Xocavənd kənd tam orta məktəbində xadimə və ya laborant kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 20 avqust 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Gənclər mərkəzi” kafesində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış söhbət zamanı anası Şahid2 Zərərçəkmiş şəxs2 20 sentyabr 2024-cü il tarixdə borc aldığı 5150 manat pulu da qaytaracağını, krediti hər ay ödəyəcəyini, həmçinin yeni iş qurub borcunu qaytaracağını vəd verərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq 15 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Ağcabədi şəhəri, F.Əlizadə küçəsi ərazisində yerləşən “Kapital Bank”dan 3950 manat kredit götürüb həmin tarixdə günün ikinci yarısında həmin bankın qarşısında ona verməsinə nail olmuş, sonradan verdiyi vədlərə əməl etməyərək kreditin aylığını ödəməmiş, həmçinin anası Şahid2 Zərərçəkmiş şəxs2 olan borcunu qaytarmamış və Zərərçəkmiş şəxs2 3950 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 3950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən Foto studioda çalışmışdır. Ağcabədi rayonu, Xocavənd kənd sakini Zərərçəkmiş şəxs1 fotoya gələrkən tanış olmuşlar. Müəllimlərin sertifikasiya imtahanı ilə bağlı qeydiyyat onlayn olduğu üçün həmin qeydiyyat işlərini apamışdır. Zərərçəkmiş şəxs1 qızı Şahid1 onlayn qeydiyyatdan keçirmişdir. 2024-cü ilin avqust ayında dəqiq gününü və saatını xatırlamadığı vaxtda Xaləddin qızı İlahə ilə onun iş yerimə gəlmiş və Xaləddin ona İlahənin imtahandan kəsildiyini bildirərək ondan kömək istəmişdir. Xaləddinə qızı İlahəni Xocavənd kənd məktəbində xadimə və ya digər texniki işçi kimi işə düzəldə biləcəyini bildirmiş və bu iş üçün Xaləddinlə 2000 manata razılaşmışlar. 20 avqust 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən X3 və qızı İlahə ilə görüşmüş, Xaləddin ona 1000 manat verərək, qalan 1000 manatı da növbəti günlərdə verəcəyini demişdir. Sonradan Xaləddin 1000 manatı da ona vermişdir. İlahəni 2024-cü ilin sentyabr ayında dərs ili başlayan zaman işə düzələcəyini bildirsə də, İlahəni işə düzəldə bilməmişdir. Zərərçəkmiş şəxs2 təxminən 10 il olar ki, tanıyır. Anası Şahid2 Zərərçəkmiş şəxs2 5150 manat borc pul almışdır. Həmin pulu almaqda məqsəd bankdan kredit götürüb Zərərçəkmiş şəxs2 olan əvvəlki borcları ödəmək olmuşdur. Lakin, banka olan borc ödənildikdən sonra anasına kretit verilməmişdir. Bundan sonra, Nuranədən adına kredit götürüb ona verməsini və iş qurub həm anası Aybənizin aldığı 5150 manat borcu, həm də hər ay krediti ödəməyi öhdəsinə götürmüşdür. Nuranə də onunla razılaşmış, anası Aybəniz, o və Nuranə 15 oktyabr 2024-cü il tarixdə Ağcabədi şəhəri ərazisində yerləşən “Kapital bank”ın filialına getmişlər. Zərərçəkmiş şəxs2 öz adına 3950 manat kredit götürmüş və ona vermişdir. Bundan sonra, 2 ay banka olan krediti ödəmiş, 31 dekabr 2024-cü il tarixdə Bakı şəhərinə gedərək icarəyə yer götürüb foto studiya açmaq istəmişdir. Hətta iş üçün avadanlıqlar da almışdır. Lakin, sonradan bir müddət xəstə olmuş, dəfələrlə polis şöbəsinə çağırılmı və həbs olunmuşdur. Bu səbəbdən də kredit pulunu ödəyə bilməmiş və kredit Zərərçəkmiş şəxs2 pensiyasından tutulmağa başlamışdır. Xaləddindən aldığı 2000 manat ziyanın 380 manatı ödəmişdir və Xaləddinə qarşı etmiş olduğu cinayət əməlinə görə peşmançılıq çəkir. Həmçinin Xaləddinə dəymiş ziyanı gələcəkdə hissə-hissə ödəməsi barədə də razılaşmışlar. Lakin, Zərərçəkmiş şəxs2 poçt vasitəsi ilə 400 manat ödəniş etsə də, Nuranə həmin pulu qəbul etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 3950 manat pulu iş qurub borcları ödəmək üçün borc kimi almış və həmin məsələ mülki xarakterlidir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizod üzrə ona bəraət verilməsini, Zərərçəkmiş şəxs1lə bağlı olan əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsüf edilməsini və həmin maddə ilə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qızı Şahid1 2001-ci ildən 2024-cü ilin yay aylarınadək Ağcabədi rayonu, Xocavənd kənd 1 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi işləmişdir. 2023-cü ilin yay aylarında sertifikasiya imtihanı olan zaman İlahə imtahandan kəsilmişdir. 2024-cü ildə ikinci imtahandan da kəsildiyi üçün İlahənin fəaliyyətinə Ağcabədi rayon, Xocavənd kənd 1 saylı tam orta məktəbində xitam verilmişdir. Bundan təxminən iki ay sonra İlahə ona Elnur adlı şəxsin olmasını, həmin şəxs işə düzəldə bilməsini demişdir. 19 avqust 2024-cü il tarixdə İlahə ilə Təqsirləndirilən şəxs işlədiyi fotoya getmiş, şifahi söhbət etmişlər və X5 rayonu, Xocavənd kənd məktəblərindən birində, ya texniki işçi kimi, ya da kitabxana işinə düzəltməsini demişdir. Elnur ona hansısa bir nazirlikdə tanışının olmasını, həmin şəxslə danışıb işi düzəldə biləcəyini, bu iş üçün 2000 manat pul lazım olduğunu demişdir. Onlar razılaşmış və 20 avqust 2024-cü ildə saat 13 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində yerləşən X1 ilə birlikdə Elnurla görüşüb 1000 manat pulu Elnura vermiş, qalan 1000 manatı da iş düzələndən sonra verəcəyini demişdir. Elnur pulun tam verilməli olduğunu bildirdiyi üçün qalan 1000 manatı da düzəldib Elnura vermişdir. Elnur 15 sentyabr 2024-cü il tarixdə İlahənin ya kitabxanaçı, ya da texniki işçi kimi işə çıxacağını bildirmişdir. 15 sentyabr 2024-cü il tarixdə İlahə hər hansı bir işə düzəlmədiyi üçün Elnurla telefon əlaqəsi saxlamış və bundan sonra Elnurun onu aldatdığını bilərək ondan şikayət etmişdir. Ona dəymiş ziyandan 380 manat ödənilmiş və qalan ziyan ödənilməmiş qalmışdır. Hazırda ona dəymiş ziyanın ödənilməmiş qalan hissəsinin ödənilməsi barədə Təqsirləndirilən şəxslə öz aralarında razılaşmışlar və ona görə də Təqsirləndirilən şəxs köməklik olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Elnurun anası Aybəniz ondan 5150 manat borc pul istəmiş və o da müalicə üçün saxladığı pulu Aybənizə borc vermişdir ki, Aybəniz banka olan kredit borcunu ödəyib yenidən bankdan kredit götürərək ona əvvəldən olan borcunu da ödəsin. Həmin pulu ailə üzvlərindən xəbərsiz Aybənizə vermişdir. Aybəniz onun pulunu qaytarmadığı üçün dəfələrlə Elnura müraciət edib pulunu istəmiş, lakin bir nəticəsi olmamışdır. 15 oktyabr 2024-cü il tarixdə Elnur onun xəstəliyi ilə əlaqədar olaraq təqaüd aldığını bildiyi üçün bankdan kredit götürüb ona verməsini, bunun qarşılığında həm anası Aybənizin aldığı 5150 manat pulu, həm də krediti ödəməsini bildirmişdir. Aybənizə verdiyi 5150 manat pulun batmaması üçün Elnura inanmış və Elnurla razılaşmışdır. Bundan sonra Elnur, Aybəniz və o birlikdə “Kapital Bank”ın Ağcabədi rayon filialına getmişlər və Bankda kredit müqaviləsi bağlayaraq öz adına 3950 manat kredit götürüb Elnura vermişdir. Həmin vaxt Elnur Bakı şəhərinə gedib işləyərək 1 aya 5150 manatı qaytaracağını və krediti vaxtı-vaxtında ödəyəcəyini demişdir. Elnur söz verdiyi kimi 5150 manatı qaytarmamış və Elnurun onu aldadaraq pulunu ələ keçirdiyini bilib bu barədə şikayət etmişdir. Aybənizə və Elnura pul verməisini ailə üzvləri bilməmişdir, yəni Elnur və Aybəniz bu məsələni ailə üzvlərinə bildirməməsini dedikləri üçün bu barədə ailə üzvlərinə deməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir və Təqsirləndirilən şəxs və onun anasına inanmadığı üçün ona dəymiş ziyanı tələb edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2001-ci ildən 2024-cü ilin yay aylarınadək Ağcabədi rayonu, Xocavənd kənd 1 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi işləmişdir. 2023-cü ilin yay aylarında sertfikasiya imtihanı olan zaman imtahandan kəsilmişdir. 2024-cü ilin yay aylarında ikinci sertfikasiya imtahanı vermiş və həmin imtahandan da kəsilmiş və imtahandan kəsildiyi üçün işinə xitam verilmişdir. Həmin vaxtlarda ona Elnur adlı şəxsin olduğunu və həmin şəxsin müvafiq şəxsləri işə düzəltdiyini demişlər. O, Təqsirləndirilən şəxs adlı şəxsin nömrəsini tapmış, 19 avqust 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs1lə birlikdə Təqsirləndirilən şəxs çalışığı fotoya gedərək söhbət etmişlər. Elnura imtahandan kəsildiyi üçün işdən azad edildiyini və onu Ağcabədi rayonu, Xocavənd kənd məktəblərindən birində, ya texniki işçi kimi, ya da kitabxana işində işə düzəltməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini və bu iş üçün 2000 manat pul lazım olmasını demiş, atası Zərərçəkmiş şəxs1 həmin pulu Təqsirləndirilən şəxs vermişdir. Lakin, Təqsirləndirilən şəxs onu işə düzəltməmiş və həmçinin də aldığı puldan cəmi 380 manat qaytararaq qalan ziyanı ödəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs2 uzun illərdir ki, tanıyır. Onun banka krediti olmuş, kreditləri bağlaması üçün pula ehtiyyacı olmuşdur. Bununla bağlı borc almaq üçün Zərərçəkmiş şəxs2 müraciət etmiş və Nuranəyə bankın kreditini bağlayacağını və bankdan kredit götürən zaman borcunu qaytaracağını deyib Nuranədən borc pul istəmişdir. 20 sentyabr 2024-cü il tarixdə Nuranədən 5150 manat borc pul almış, banka olan kreditlərini bağlamış, lakin bankdan yeni kredit götürə bilməmişdir. Həmin vaxtlarda Elnur Nuranə ilə Nuranənin adına kredit götürməsi və iş qurub həm onun borcunu, həm də krediti ödəməsi barədə razılaşmışlar və 15 oktyabr 2024-cü il tarixdə onlar birlikdə banka getmişlər. Nuranə bankdan 3950 manat kredit götürüb Elnura vermişdir. Elnur 31 dekabr 2024-cü il tarixdə işləmək üçün Bakı şəhərinə getmi, lakin xəstələndiyi üçün işləyə bilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən, Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(017)-162/2021 saylı hökmünün surətindən və Ağcabədi Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 7(017)-35/2023 saylı qərarından görünür ki, Mirzəyev X4 Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(017)-162/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət çıxılaraq üzərində qəti olaraq 02 il 03 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Ağcabədi Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 7(017)- 35/2023 saylı qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 1(017)- 162/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər hesabı ilə hesablanmaqla 06 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və 25 oktyabr 2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 4(017)-30/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 12 may 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı olan epizod üzrə törətdiyi cinayət əməlini etiraf etməsə də, ona istinad edilən həmin cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş üzləşdirmə aparılması haqqında protokollarla da öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü həmin epizod üzrə təqsirli bilməməsi barədə vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə Ağcabədi rayonunun Xocavənd kəndində yaşayan Zərərçəkmiş şəxs1 qızı Şahid1 Ağcabədi rayonunun Xocavənd kənd tam orta məktəbində xadimə və ya laborant kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 20 avqust 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Gənclər mərkəzi” kafesində 2000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi və təkrarən qəsdən tamah niyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış söhbət zamanı anası Şahid2 Zərərçəkmiş şəxs2 20 sentyabr 2024-cü il tarixdə borc aldığı 5150 manat pulu da qaytaracağını, krediti hər ay ödəyəcəyini, həmçinin yeni iş qurub borcunu qaytaracağını vəd verərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq 15 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 Ağcabədi şəhəri, F.Əlizadə küçəsi ərazisində yerləşən “Kapital Bank”dan 3950 manat kredit götürüb həmin tarixdə günün ikinci yarısında həmin bankın qarşısında ona verməsinə nail olması, sonradan verdiyi vədlərə əməl etməyərək kreditin aylığını ödəməməsi, həmçinin anası Şahid2 Zərərçəkmiş şəxs2 olan borcunu qaytarmaması və bununla da Zərərçəkmiş şəxs2 3950 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 3950 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də eyni maddə ilə məhkum olunmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından həmçinin görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 mart 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 12 mart 2025-ci il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan tam ödənilməmiş və zərərçəkmiş şəxslər tərəfindən də mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxslər göstərilən qanuna riayət etmədikləri üçün onlara izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 12 mart 2025-ci il tarixdən hesab edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-68/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-68/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver