Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-7/2024 18.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, “KREDO” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs bacanağı Zərərçəkmiş şəxs4 qızıl alqı-satqısı məşğul olub gəlir əldə edəcəklərini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında 4000 manat, 2021-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında 6010 manat, ümumilikdə vahid niyyətlə 10010 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 10010 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin yanvar ayının əvvəllərində Ağcabədi şəhəri, H.Əliyev prospektində 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs5 həyat yoldaşı X1 təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 15 yanvar 2022-ci il tarixdə Ağcabədi şəhəri, H.Əliyev proskeptində yerləşən çayxananın qarşısında 4000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin fevral ayının sonlarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən X2rşısında 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs6 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin aprel ayının ortalarında 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs3 özünə məxsus olan Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən mülkü satacağını bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayına qədər olan müddət ərzində müxtəlif sənədləşdirmə işlərinin aparılmasını bildirib vahid niyyətlə, ümumilikdə 24830 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Pərviz Abdullayevə xeyli miqdarda, yəni 24830 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Zərərçəkmiş şəxs4 onun bacanağıdır. Dəqiq tarixini xatırlamasa da, 2021-ci ildə Avşar kənd sakini Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda, yəni bir neçə dəfəyə ümumilikdə 8500 manat 15 faizlə sələmə pul götürmüşdür. Hər ay həmin borc qarşılığında Yeganəyə sələm kimi, borcun üstü olaraq 2000 manatını 10 faizdən, 6500 manatını isə 15 faizdən olmaqla, ümumilikdə 1175 manat pul qaytarırdı. Həmin vaxtlarda evdə Yeganənin borcunu necə bağlaya biləcəyini deyərkən həyat yoldaşı X5 bacısı Afətinin əlində pul olmasını, onlar da sələm verməsini və Afətdən pul götürüb Yeganənin sələmini bağlamağı ona demişdir. O, da Ramilə ilə razılaşmış, Ramilə bacısı Afətlə danışmış, aralarında olan danışıqdan sonra Ramilə ona Afətin həyat yoldaşı Habildən pul götürməsini ona demişdir. O, da Afətin yaşadığı evin həyətinə getmiş, bacanağı Zərərçəkmiş şəxs4 ilə görüşüb ondan 6010 manat pul almışdır. Həmin pulu 10 faizə götürmüşdür. Pulu aldıqdan sonra Yeganənin yaşadığı evə gedib Habildən aldığı 6000 manat pulu Yeganəyə vermiş və Yeganəyə 2500 manat borculu qalmışdır. Bundan təxminən iki ay sonra həyat yoldaşı Ramilənin vasitəsi ilə danışıb yenidən Habildən 4000 manat pul almış, həmin puldan 2500 manatını Yeganəyə verib borcu bağlamış, qalan 1500 manat pulu isə xırda borclarını bağlamaq üçün xərcləmişdir. Zərərçəkmiş şəxs4 əvvəl götürdüyü 6000 manata görə iki ay 600 manat sələm vermiş, daha sonra götürdüyü 4000 manatı da 6000 manatın üzərinə əlavə edib ümumilikdə aylıq 1000 manat Habilə sələm vermişdir. Habilə təxminən 7-8 ay sələm vermiş, sonradan aylıq sələm verə bilməmiş və sələmi dayandırmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs4 sələmi dayandırmasını bildirmiş, Zərərçəkmiş şəxs4 da sələmi dayandırmış və 10000 manat pulu Habilə qaytaracağını demişdir. 2022-ci ilin təxminən sentyabr ayında həyat yoldaşı Ramilə həmin borcun 4000 manatını qaytarıb bacısı Afətə vermişdir. Bundan başqa, təxminən 13-14 il bundan qabaq usta kimi Yeganənin evində işləmiş və həmin vaxtdan Yeganə və ailə üzvləri ilə münasibəti yaranmışdır. 2022-ci ilin yanvar ayında Yeganə ona təqaüdünün kəsilməsini, yenidən təqaüd düzəltmək üçün xəstəlik tarixçəsinin açılmasını bildirmiş və ondan xahiş etmişdir ki, onunla birlikdə xətəxanaya getsin və onun xəstəxanada olan işini həll etsin. O, da Yeganə ilə birlikdə Ağcabədi rayon mərkəzi xəstəxanasına getmiş, Yeganəyə təzə xəstəlik tarixçəsi açdırmışdır. Onun Yeganənin təqaüd işinə könəkliyi bundan ibarət olmiş və Yeganədən təqaüd düzəltmək üçün pul almamışdır. Yeganədən sonradan iki dəfəyə 3000 manat faizlə pul almış, həmin pulu şəxsi ehtiyacı üçün sələmə götürmüş, həmin pula görə bir dəfə 450 manat, bir dəfə isə 400 manat sələm vermişdir. Zərərçəkmiş şəxs5 tanıyır. Lakin, Zərərçəkmiş şəxs5 pul almamış, Ruslana borcu olmamışdır. Zərərçəkmiş şəxs2 da tanıyır, lakin, Zərərçəkmiş şəxs2 pul almamış və ona borcu olmamışdır. Zərərçəkmiş şəxs2 ilə aralarında Münsüfün həyat yoldaşı Şahid2 kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi barədə heç bir söhbət olmamışdır. Bundan başqa, Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs6 da tanıyır və 2012-ci ildən Zərərçəkmiş şəxs6 3000 manat borcu olmuşdur. Maddi imkanı olmadığı üçün həmin borcu qaytara bilməmişdir. Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs3 da tanıyır. Borcu olduğu üçün həyətində olan mağazanı satmaq istəmişdir. Zərərçəkmiş şəxs3lə görüşərkən Pərviz mağazanı almaq istədiyini bildirmiş və onlar mağazanı 50000 manata razılaşmışlar. Bundan sonra, mağazanın sənədlərini düzəltmək üçün Pərvizdən hissə-hissə ümumilikdə 24830 manat pul almış, lakin mağazanın sənədlərini düzəltdirə bilməmişdir. Zərərçəkmiş şəxs4la aralarında qızıl alqı-satqısı ilə məşğul olmağı və bu məqsədlə Habildən pul alıb gəlir əldə edəcəkləri barədə heç bir söhbət olmamışdır. Yeganə ilə xəstəxanaya getməsinin səbəbi yalnız Yeganənin təqaüd işinə könəklik etmək üçün Yeganəyə təzə xəstəlik tarixçəsi açdırmaq olmuşdur. Zərərçəkmiş şəxs5 ilə Ruslanın həyat yoldaşı X1 təqaüdünü bərpa elətdirəcəyi barədə aralarında heç bir söhbət olmamışdır. Zərərçəkmiş şəxs2 ilə aralarında Münsüfün həyat yoldaşı Şahid2 kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi barədə heç bir söhbət olmamışdır. Zərərçəkmiş şəxs3 10000 manat borcu olması barədə notariat qaydada müqavilə bağlamağı təklif etmişdir. Zərərçəkmiş şəxs3 10000 manat borcu olması barədə notariat qaydada müqavilə bağlamağı təklif etməsinin səbəbi mağazanın sənədlərinin düzəlməməsi olmuşdur. Yeganədən bir neçə dəfə faizə pul götürmüş və həmin pulu da qaytarmışdır. Yeganədən təqaüd düzəltmək üçün pul almamışdır. Zərərçəkmiş şəxs6 2012-ci ildə 3000 manat borc almış və qaytara bilməmişdir. Zərərçəkmiş şəxs6 ilə aralarında onun kəsilmiş təqaüdünü bərpa elətdirəcəyi barədə heç bir söhbət olmamışdır. Göstərdiklərini nəzərə alaraq ədalətli qərar qəbul edilməsini və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 10 ildən artıqdır ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun evində usta işləmişdir və həmin vaxtdan da Sadiqi tanıyır. 2010-cu ildən 2021-ci ilədək olan müddət ərzində İİ dərəcə əlilliyə görə pensiya almışdır. Pensiyası kəsildikdən sonra yenidən bərpa edilməsi üçün maraqlanmış, 2022-ci ilin təxminən yanvar ayında oğlu X6 ilə birlikdə Sadiqlə görüşərkən Sadiqə bu barədə demişdir. Həmin vaxt Sadiq pensiyasının bərpa edilməsi ilə maraqlanacağını ona demişdir. Təxmimən bundan 2-3 gün sonra Sadiq oğlu Ruslana zəng edib pensiya məsələsini həll edə biləcəyini və bunun üçün 4000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt oğlu Ruslan öz həyat yoldaşı Günelin də pensiyasının bərpa olunmasında ona köməklik etməsini Sadiqə bildirmişdir. Bundan sonra Ruslan həyat yoldaşı Günelin pensiyasını düzəltmək üçün Sadiqə 4000 manat pul vermiş və 15 yanvar 2022-ci il tarixdə Ruslan işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2022-ci ilin fevral ayında Ağcabədi şəhəri, H.Əliyev prospektində, kollecin yaxınlığında Sadiqlə görüşmüş və həmin vaxt qardaşı oğlu Şahid1 da onun yanında olmuşdur. İlkinin avtomobilində Sadiqə öz pensiyasının bərpa olunması üçün 4000 manat pul vermişdir. Həmin pulun təxminən 1700 manatı ABŞ dolları, yəni təxminən 1000 ABŞ dolları, qalan pul isə milli pul olmuşdur. Həmin vaxt Sadiq ona bildirmişdir ki, onun pensiyası kəsildiyi gündən bərpa ediləcəkdir. Bundan sonra o, Sadiqə öz xəstəlik tarixçəsini də vermişdir. Təxminən 2-3 ay sonra Sadiq ona zəng edərək Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısına çağırmış və o İlkinlə birlikdə xəstəxanaya getmişlər. Sadiq ona xəstəxananın həyətində gözləməsini bildirdi və ağ kağıza imza etdirdi. Həmin vaxtlarda baldızı Şahid2 da pensiyası kəsildiyi üçün Şahid2 xahişi ilə Sadiqin telefon nömrəsini Rəfiqəyə vermişdir. Bundan sonra, Sadiq onun pensiyasını düzəltdirməmiş və pulunu qaytarmadığı üçün Sadiqdən şikayət etmişdir. Sadiqə həmişə inanmış və aralarında heç bir ədavətləri olmamışdır. Sadiqə pul verərkən İlkindən başqa yanında kənar şəxs olmamışdır. Oğlu Ruslan həyat yoldaşı Günelin pensiyasının bərpa olunmasına görə 4000 manat pulu Sadiqə özü vermişdir. Sadiqlə pensiyanın düzəlməsi ilə əlaqədar verdiyi puldan başqa aralarında heç bir pul haqqıhesabı olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və həmin ziyanı da tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, həyat yoldaşı Şahid2 təxminən 2015-2016-cı il tarixdən onkoloji xəstəliyi ilə əlaqədar olaraq pensiya almış və təxminən 2020-ci ildə pensiya kəsilmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə danışarkən pensiyasının kəsilməsini Yeganəyə demiş və Yeganə də tanışının olmasını və həmin şəxsin pensiyanı bərpa etdirə biləcəyini demişdir. Həyat yoldaşı Rəfiqə də bu barədə ona demiş və o həyat yoldaşı ilə birlikdə Yeganənin evinə getmişlər və orada Təqsirləndirilən şəxs ilə tanış olmuşlar. Sadiq pensiyanı bərpa etdirə biləcəyini və bunun üçün 4000 manat pul lazım olmasını bilmişdir. 2022-ci ilin fevral ayının axırlarında pulu düzəldib Sadiqlə Ağcabədi şəhərində, Kollecin yanında görüşüb ona 4000 manat pulu və sənədləri vermişdir. Sadiqə verdiyi 4000 manat pulun 2000 manatını oğlu Rusiyadan göndərmiş, 1900 manatını isə qızıl qoyub bankdan kredit götürmüşdür. Pulu Sadiqə verərkən yanında heç kim olmamışdır. Pulu verəndən sonra Sadiq aprel ayının 10-a kimi pensiyanı düzəldəcəyini bildirmişdir. Sadiqin əvvəllər kiməsə pensiya düzəltməsindən məlumatı olmamışdır. Əvvəl Yeganənin pensiyasının düzəltməsi üçün Sadiqə pul verməsini bilməmiş və Yeganə öz pensiyasının düzəltməsi üçün Sadiqə 4000 manat pul verdiyini və Rəfiqənin də pensiyasını Sadiqlə danışmalarını dedikdən sonra, Yeganənin də Sadiqə 4000 manat pul verməsini bilmişdir. Sadiqə pulu borc alıb vermiş və bankdan götürdüyü pulu da borcuna vermişdir. Sadiqə həyat yoldaşı Rəfiqənin onkoloji xəstə olması ilə bağlı sənədləri də vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və həmin ziyanı da tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2022-ci ilin təxminən mart ayında həmkəndlisi Fərruxla söhbət edərkən Fərrux Təqsirləndirilən şəxs öz dükanını satmasını ona demişdir. O, Fərruxla birlikdə Sadiqlə görüşmüş və Sadiqlə mağazanı 50000 manata razılaşmışlar. Həmin vaxt Sadiq mağazanın sənədlərinin tam qaydasında olmadığını və sənədlərin düzəlməsi üçün ondan 3000 manat pul istəmişdir. O, da həmin pulu Sadiqə vermişdir. Sadiq sənədi düzəldə bilməmiş və onun problemləri yarandığı üçün ondan əlavə pullar istəmişdir. O, da Sadiqə hissə-hissə 20000 manat pul vermişdir. Mağazanın sənədləri düzəlmədiyi üçün və ondan aldığı pulları qaytara bilmədiyi üçün Sadiq ASAN xidmətdə borc müqaviləsinin bağlanmasını ona təklif etmiş və o da razılaşıb ASAN xidmətdə 20000 manat borc müqaviləsi bağlamışlar. Bundan sonra, Sadiq ondan yenə də pul istəmiş və o Sadiqə 4830 manat vermişdir. Sadiq mağazanın sənədini düzəldə bilməmiş və Sadiqin onu aldatdığını bilmişdir. Mağazanı almaq üçün Sadiqə ümumilikdə 24830 manat pul vermişdir. Sadiqdən mağazanı almaq istəyərkən Sadiq ona bir-iki sənədin çatmadığını bildirmiş və o bu barədə Sadiqdən soruşarkən müxtəlif bəhanələr gətirmişdir. Sonradan Sadiq evin sənədini düzəltmiş və evi onun adına keçirəcəyini bildirmişdir. Lakin, bundan sonra Sadiqi tapa bilməmi, Sadiq telefonlarını bağlamışdır. Mağazanın dəyəri 50000 manatdan ucuz idi, lakin mağazanı almaq istədiyi üçün Sadiqlə 50000 manata razılaşmışdır. Sadiqə inandığı üçün ona 24830 manat pul vermişdir. Sadiq ondan yenə də pul istəyəndə aralarında mübahisə olmuş və bundan sonra o, mağazanı almaq istəmədiyini bildirib Sadiqdən pulunu tələb etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və həmin ziyanı da tələb edir. Lakin, məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. Əvvəllər Sadiqlə münasibətləri olmasa da, son vaxtlarda münasibətləri yaxşılaşmış, Sadiqlə tez-tez görüşmüş və hər dəfə Sadiq qızıl alveri ilə məşğul olduğunu ona demişdir. 2021-ci ilin noyabr ayında Sadiq qızıl alveri etmək üçün ondan pul istəmiş və onu da özünə şərik edəcəyini bildirmişdir. O, pulunun olmamasını bildirərkən Sadiq 10000 manat kredit götürməyi, aylığının isə özünün ödəyəcəyini ona demiş, o Sadiqlə razlaşmış, Sadiq kredit götürmək üçün bir neçə banka müraciət etmiş, lakin o, başqa şəxsə zamin durduğu üçün bankdan kredit verməmişlər. Sadiqə inandığı üçün 2021-ci ilin sentyabr ayının əvvəllərində Sadiqlə yaşadığı evin həyətində görüşmüş və ona 4000 manat pul vermişdir. Bundan təxminən iki ay sonra qardaşı Ziyadan borc pul alıb həmin pulu da Sadiqə vermişdir. Həmin pulu verərkən pulun bir hissəsi ABŞ dolları olduğu üçün 6010 manat hesablamışlar. Həmin vaxt Sadiq ona bildirmişdir ki, narahat olmasın, qızıl işi alınır, yaxşı pul qazanacaqlar və həmçinin də bir dəfə güya xeyir kimi ona 160 manat pul da vermişdir. Bundan bir müddət sonra o, Sadiqin heç bir iş görmədiyini, Sadiqə çoxsaylı zənglərin gəldiyini, zənglərə cavab vermədiyini görüb Sadiqin onu aldatdığını başa düşmişdür. Sadiq cəmi bir dəfə ona xeyir kimi 160 manat pul vermişdir. Sadiqin qızıl işi ilə məşğul olmasını bilməmiş, lakin ona inanmışdır. Sonradan Sadiq bir dəfə bildirmişdir ki, qızıl alıb başqa şəxsə vermiş və həmin şəxs də onu aldatmışdır. Sadiqə pul verərkən Sadiqin borcunun olduğunu bilməmişdir. Sadiq qızılı Bərdə-Yevlax rayonlarında satdığını bildirmişdir. Sadiqlə aralarında dəfələrlə telefon danışıqları olmuşdur. Sadiqdən iş barədə soruşarkən Sadiq işin alınmamasını və mağazasını satıb pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və həmin ziyanı da tələb edir. Lakin,məhkəmədən Təqsirləndirilən şəxs köməklik olunmasını xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 10 ildən artıqdır ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onların evində usta işləmişdir və həmin vaxtdan da Sadiqi tanımışşdır. 2021-ci ildə arvadı X7 pensiyası kəsilmişdir. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxsla görüşərkən vəziyyətinin pis olduğunu və arvadının da pensiyasının kəsildiyini Sadiqə demişdir. Bundan 2 gün sonra Sadiq ona zəng edərək Günelin pensiyasını bərpa etdirə biləcəyini bildirmiş və o Sadiqlə görüşmüşdür. Sadiq ona tanışının olmasını və Günelin kəsilmiş pensiyasını bərpa elətdirə biləcəyini və həmçinin bu işi 5000 manata həll edə biləcəyini demişdir. O, Sadiqlə 4000 manata razılaşmış və evə gəldikdən sonra bu barədə anası Yeganəyə demişdir. Bundan sonra qaynanasından 4000 manat borc alıb Günelin pensiyasının düzəlməsi üçün 2022-ci ilin yanvar ayının 15-də Ağcabədi şəhərində, Sadiqin mağazasının yanında olan çayxananın qarşısında Sadiqə vermişdir. Sadiqlə görüşməmişdən əvvəl aralarında telefon danışıqları olmuş, Sadiqə pul verərkən arvadı Günelin şəxsiyyət vəsiqəsini də Sadiqə vermiş və sonradan Sadiq vəsiqəni qaytarmışdır. Sadiqə pul verərkən yanında heç kim olmamışdır. Sadiqə pulu verəndən sonra Rusiya Fedarasiyasına getmiş, anası Yeganə ilə danışarkən o, da pensiyasının bərpa olunması üçün Sadiqə 4000 manat pul verdiyini ona demişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və həmin ziyanı da tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. Sadiq yol-nəqliyyat hadisəsi ilə əlaqədar tutulmamışdan əvvəl onun uşağının sənədlərini düzəltmişdir. Həmin vaxtlarda Sadiq tutulmuş və oğlunun da sənədləri Sadiqdə qalmışdır. Sadiq azadlığa çıxandan sonra onun pulunu qaytarmışdır. 8-9 il bundan əvvəl ürəyindən əməliyyat olunmuş və bununla əlaqədar İİ qrup əlilliyə görə təqaüd almışdır. Lakin sonradan təqaüdü kəsilmişdir. 2022-ci ilin aprel ayında Sadiqlə görüşərkən pensiyasının kəsilməsini Sadiqə demiş, Sadiq ona 4000 manata pensiyasını bərpa etdirə biləcəyini bildirmiş və bundan 3-4 gün sonra, yəni 2022-ci ilin aprel ayının ortalarında Sadiqə 4000 manat pul vermişdir. Lakin, Sadiq onun pensiyasını düzəltməmiş və Sadiqi axtarsa da, tapa bilməmişdir. 02 noyabr 2022-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinə bu barədə ərizə yazaraq şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir və həmin ziyanı da tələb edir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bibisidir. 2022-ci ilin təxminən yanvar ayında bibisi Zərərçəkmiş şəxs1 onunla telefon əlaqəsi saxlayaraq onlara gəlməsini bildirmiş və o da Yeganənin yaşadığı evə getmişdir. Həmin vaxt bibisi Yeganə Sadiqin onun pensiyasını düzəldəcəyini və onlara məxsus avtomaşını idarə edərək Sadiqlə görüşmək üçün Ağcabədi şəhərinə getməyi ona demişdir. O, Sadiqin kim olmasını soruşduqda Yeganə Sadiqin əvvəllər onlarda usta işlədiyini və Sadiqi çoxdan tanıdığına ona demişdir. O, avtomaşını idarə etmiş və Yeganə ilə Ağcabədi şəhərində yerləşən texnikomun yanında Sadiqlə görüşmüşlər. Yeganə 2300 manat və 1000 ABŞ dollarını sayaraq onun yanında Sadiqə vermiş və Sadiq bir həftə ərzində pensiyanın düzələcəyini Yeganəyə demişdir. Bundan təxminən 20 gün sonra Yeganə onunla əlaqə saxlayaraq Sadiqin Ağcabədi Rayon Xəstəxanasında onu gözlədiyini və onu xəstəxanaya aparmasını demişdir. O, da Yeganəni xəstəxanaya aparmış, orada Sadiq Yeganəyə ağ vərəqə imza etdirmiş və yaxın günlərdə pensiyasının düzələcəyini Yeganəyə demişdir. Sadiqlə texnikomun yanında görüşərkən Sadiq ağ “Priora” markalı avtomaşınla gəlmişdir. O, Sadiqi əvvəllər tanımamış və Sadiqlə gürüşmələrinin tarixi dəqiq yadında qalmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır və ilk dəfə polis şöbəsində görmüşlər. 2016-cı ildən 2021-ci ilədək onkoloji xəstəliyi ilə bağlı pensiya almış və 2021-ci ildə pensiyası kəsilmişdir. Həmin vaxtlarda qardaşı arvadı Yeganə ilə danışarkən Yeganə pensiyasını düzəltmək üçün tanışının olmasını, öz pensiyasının bərpası üçün pul verdiyini ona demişdir. O, da bu barədə əri Zərərçəkmiş şəxs2 demiş və onlar Yeganənin evinə getmişlər. Orada Münsüf telefon vasitəsi ilə Sadiqlə danışmış və Münsüflə Sadiqin aralarında olan razılaşmaya əsasən Sadiq onun kəsilmiş pensiyasını bərpa etdirmək üçün 4000 manat pul istəmişdir. 2022-ci ilin təxminən fevral ayının sonlarında Münsüf Sadiqlə görüşüb 4000 manatı ona vermişdir ki, onun pensiyasını bərpa etdirsin. Lakin, Sadiq pulu aldıqdan sonra onun pensiyasını bərpa etdirməmiş və sonradan Yeganənin oğlu Ruslan Sadiqdən onun sənədlərini alaraq ona qaytarsa da, Sadiq pulu qaytarmamışdır. O, bu barədə Yeganəyə də demiş və xahiş etmişdir ki, Sadiqə desin ki, borcları vardır və pulu qaytarsın. Sadiqə verdikləri pulun bir hissəsini oğlu Rusiyadan göndərmi, bir hissəsini isə qızılları girov qoyub bankdan kredit götürmüşlər. Yeganənin pensiyasını bərpa etdirməsi üçün Sadiqə pul verdiyini bilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əri Zərərçəkmiş şəxs6 2016-cı ildən 2021-ci ilədək pensiya almış və 2021-ci ildə pensiyası dayandırmışdır. Əri Zərərçəkmiş şəxs6 2022-ci ilin təxminən aprel ayında Təqsirləndirilən şəxsla görüşüb bu barədə ona demiş, Sadiq də pensiyanı bərpa etdirəcəyini bildirib əri Zərərçəkmiş şəxs6 4000 manat pul almışdır. Lakin, Sadiq əri Əlinin pensiyasını bərpa etdirməmişdir. Əvvəllər də Sadiqə oğlunun işi ilə əlaqədar pul vermişlər və Sadiq həmin pulu tam olaraq onlara qaytarmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 sentyabr 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini etiraf etməsə də, ona istinad edilən cinayətləri törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş üzləşdirmə aparılması haqqında protokollarla öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən təqdim edilmiş 30 dəqiqəlik səs yazısı olan bir ədəd diskdəki səs yazısı Sadiq Sülymanovla baldızı Afət Nəsirovanın arasında olan səs yazısı olduğundan, yəni Sadiq Sülymanova qarşı irəli sürülmüş ittihama təsir göstərmədiyindən məhkəmə həmin səs yazısını sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək bacanağı Zərərçəkmiş şəxs4 qızıl alqı-satqısı məşğul olub gəlir əldə edəcəklərini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında 4000 manat, 2021-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında 6010 manat, ümumilikdə vahid niyyətlə 10010 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 10010 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs1 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022ci ilin yanvar ayının əvvəllərində Ağcabədi şəhəri, H.Əliyev prospektində 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 4000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs5 həyat yoldaşı X1 təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 15 yanvar 2022-ci il tarixdə Ağcabədi şəhəri, H.Əliyev proskeptində yerləşən çayxananın qarşısında 4000 manat pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 4000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid2 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından suiistifadə edib aldadaraq 2022-ci ilin fevral ayının sonlarında Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən X2rşısında 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 4000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Ağcabədi rayonunun Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs6 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022ci ilin aprel ayının ortalarında 4000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 4000 manat maddi ziyan vurmaqla dələduzluq etməsi və təkrarən Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayan Zərərçəkmiş şəxs3 özünə məxsus olan Ağcabədi şəhəri, H.Əliyev prospektində yerləşən mülkü satacağını bildirib yalan vəd verməklə onun etibarından sui-istifadə edib aldadaraq 2022-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayına qədər olan müddət ərzində müxtəlif sənədləşdirmə işlərinin aparılmasını bildirib vahid niyyətlə, ümumilikdə 24830 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Pərviz Abdullayevə xeyli miqdarda, yəni 24830 manat maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı iki gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından həmçinin görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 18 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 iyun 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 4000 manat maddi ziyan dəymiş, həmin ziyanla bağlı Zərərçəkmiş şəxs1 mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mülki iddiası ilə bağlı göstərdi ki, Zərərçəkmiş şəxs1 3000 manat borcu vardır və mülki iddianı 3000 manat hissədə qəbul edir. Mülki iddianın qalan hissədə qəbul etmir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 4000 manat maddi ziyan dəymiş, həmin ziyanla bağlı Zərərçəkmiş şəxs5 mülki iddiaçı kimi tanınmış və həmçinin də məhkəmə istintaqı zamanı mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 mülki iddiası ilə bağlı göstərdi ki, Zərərçəkmiş şəxs5 mülki iddiasını qəbul etmir və məhkəmədən mülki iddianın təmin edilməməsini xahiş etdi. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 24830 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs 24830 manat maddi ziyanın, həmin puldan istifadə edə bilmədiyinə görə 10000 manat zərərin və ödəmiş olduğu 195 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsini xahiş etmiş və Zərərçəkmiş şəxs3 mülki iddiaçı kimi tanınmışdır. Həmçinin də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 mülki iddiası ilə bağlı göstərdi ki, Zərərçəkmiş şəxs3 24830 manat borcu vardır və mülki iddianı həmin hissədə qəbul edir. Mülki iddianın qalan hissədə qəbul etmir və təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs 4000 manat maddi ziyan və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 4060 manat alınaraq Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilərək Təqsirləndirilən şəxs 4000 manat maddi ziyan və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 4060 manat alınaraq Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilərək Təqsirləndirilən şəxs 24830 manat maddi ziyan və ödənilmiş 195 manat dövlət rüsumu, cəmi 25025 manat alınaraq Zərərçəkmiş şəxs3 verilməli və Zərərçəkmiş şəxs3 mülki iddiası qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 da maddi ziyan dəymiş, lakin həmin zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 göstərilən qanuna riayət etmədikləri üçün onlara izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və həmin maddələrlə ona üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixə kimi tutularaq iki gün saxlanılması ona təyin olunmuş üç il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq iki il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 iyun 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 4000 manat maddi ziyan və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 4060 (dörd min altımış) manat alınaraq Zərərçəkmiş şəxs1 verlsin. Zərərçəkmiş şəxs5 mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 4000 manat maddi ziyan və ödənilmiş 60 manat dövlət rüsumu, cəmi 4060 (dörd min altımış) manat alınaraq Zərərçəkmiş şəxs5 verilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs 24830 manat maddi ziyan və ödənilmiş 195 manat dövlət rüsumu, cəmi 25025 (iyirmi beş min iyirmi beş) manat alınaraq Zərərçəkmiş şəxs3 verilsin. Zərərçəkmiş şəxs3 mülki iddiası qalan hissədə təmin edilməsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-7/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-7/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver