Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-7/2025 19.02.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs1 – (xx.xx.1986-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 111-də qeydiyyatda olan və Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 155-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs2 – (xx.xx.1997-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan və Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 266-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs3 – (xx.xx.1988-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Ağcabədi şəhəri, Xəlfərəddin küçəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair; Təqsirləndirilən şəxs4 – (xx.xx.1989-cu il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olmuş, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, E.Sadıqov küçəsi ev 230-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin, 2-ci bölmənin balansında olan, Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisində yerləşən saxlanc yeri hesab olunan obyektə qəsdən, qanunsuz daxil olaraq həmin obyektdən hər biri 590 manat olmaqla ümumilikdə 1180 manat dəyərində 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və hər biri 25 manat olmaqla ümumilikdə 250 manat dəyərində 10 ədəd oturacaq stolları oğurlayıb zərərçəkmiş hüquqi şəxs N saylı hərbi hissəyə N manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin, 2-ci bölmənin balansında olan, Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisində yerləşən saxlanc yeri hesab olunan obyektə qəsdən, qanunsuz daxil olaraq həmin obyektdən hər biri 590 manat olmaqla ümumilikdə 1180 manat dəyərində 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və hər biri 25 manat olmaqla ümumilikdə 250 manat dəyərində 10 ədəd oturacaq stolları oğurlayıb zərərçəkmiş hüquqi şəxs N saylı hərbi hissəyə N manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin, 2-ci bölmənin balansında olan, Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisində yerləşən saxlanc yeri hesab olunan obyektə qəsdən, qanunsuz daxil olaraq həmin obyektdən hər biri 590 manat olmaqla ümumilikdə 1180 manat dəyərində 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və hər biri 25 manat olmaqla ümumilikdə 250 manat dəyərində 10 ədəd oturacaq stolları oğurlayıb zərərçəkmiş hüquqi şəxs N saylı hərbi hissəyə N manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs4 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 avqust 2024-cü il tarixdə saat 21 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissənin, 2-ci bölmənin balansında olan, Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisində yerləşən saxlanc yeri hesab olunan obyektə qəsdən, qanunsuz daxil olaraq həmin obyektdən hər biri 590 manat olmaqla ümumilikdə 1180 manat dəyərində 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və hər biri 25 manat olmaqla ümumilikdə 250 manat dəyərində 10 ədəd oturacaq stolları oğurlayıb zərərçəkmiş hüquqi şəxs N saylı hərbi hissəyə N manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tanıyır. 09 avqust 2024-cü il tarixdə saat 18 radələrində Elçin gildə olarkən, söhbət zamanı Elçinə təklif etmiş ki, Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən nəzarətsiz olan hərbi hissəyə gedək və orada olan əşyaları götürək. Təxminən oğurluq hadisəsindən 3-4 gün əvvəl satmaq üçün dəmir axtaranda Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisinə olarkən təsadüfən həmin hərbi hissəni görmüşdür ki, həmin obyekt nəzarətsizdir, fikirləşmiş ki, orada olan əşyaları götürüb sata bilər. Elçin də onunla razılaşmışdır. Onlar birlikdə onun motosikletinə oturub, Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən Ruhinin evinə getmiş, darvazadan Ruhinin yaşadığı evin həyətinə daxil olmuş, Elçin isə çöldə gözləmişdir. Elçinə dediklərini Ruhinə də demiş, Ruhin də onunla razılaşmışdır. Onlar qərara gəlmişlər ki, həmin yerə elə Ruhinin QAZeli ilə gedək. Bundan sonra darvazanı açmış ki, Ruhin QAZelini çölə çıxartsın. Ruhin QAZeli çıxartdıqdan sonra, Elçindən həmin QAZelə əyləşmişlər. Həmin vaxt görmüşlər ki, Rövşən də Ruhinin evinə tərəf gəlir. Rövşən Ruhindən onlar hara getdiklərini soruşmuş, Ruhin isə Rövşənə dəmirə getdiklərini demişdir. Rövşən Ruhinə kasıbçılıq olduğunu və bunun üçün də dəmirə onlar ilə gəlmək istədiyini bildirmişdir. Onlar da buna etiraz etməmiş və birlikdə Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən dağılmış və nəzarətsiz olan, hərbi hissəyə məxsus olan obyektə getmişlər. Onlar həmin yerə çatdıqda görmüşlər ki, orada heç kəs yoxdur və hərbi hissənin darvazası (şlaqbaumu) açıqdır. Onlar QAZel ilə həmin hərbi hissənin həyətinə daxil olmuşlar. Hərbi hissənin həyətinə daxil olduqda görmüşlər ki, orada bir dənə uzun bir mərtəbəli tikili var, həmin tikilinin isə bir neçə qapıları var. Həmin qapıların bəziləri qıfıllı, bəziləri isə qıfılsız, yəni açıq olmuşdur. Onlar ilk növbədə başdan birinci və üçüncü otaqlarda yerləşən soyuducuları götürüb köməkli şəkildə QAZelin arxasına yerləşdirmiş, soyuducular yerləşən otaqların qapıları qıfıllı olduğundan, onlar həmin qıfılları daş ilə sındırıb otağa daxil olmuşlar. 02 ədəd soyuducuları Elçin ilə, 10 ədəd oturacaq stolları isə Ruhin ilə Rövşən QAZelə yerləşdirmiş və həmin yerdən çıxıb Ruhinin evinə qayıtmışlar. Oğurlanmış əşyalar isə QAZeldə qalmışdır. Oğurluğun səhəri günü, yəni 10 avqust 2024-cü il tarixdə saat təxminən 17 radələrində Ruhin gilə gəlmiş, Ruhinə “bu soyuducuları və stolları neyniyək” demiş, Ruhin isə ona soyuducuları buradan, yəni Ruhinin həyətindən çıxmasını, ya da ki bu soyuducuları “metalaloma” verməyi məsləhət görmüşdür. 12 avqust 2024-cü il tarixdə bilinmişdir ki, oğurladıqları əşyalar ilə bağlı polis orqanlarına şikayət ediblər və həmin əşyaları artıq axtarırlar. Bundan sonra onlar, yəni Rövşən, Elçin, Ruhin və o, qərara gəlmişlər ki, oğurladıqları əşyaları yerinə qaytarsınlar. 12 avqust 2024-cü il tarixdə, onlar 02 ədəd soyuducuları və 10 ədəd oturacaq stolları qaytarmaq üçün QAZelə əyləşmiş, QAZeli Rövşənin atası Maarif idarə etmişdir. Onlar həmin əşyaları tam şəkildə qaytarıb həmin hərbi hissənin balansında olan obyektə təhvil vermişlər. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Ağcabədi rayonu ərazisində dəmir yığıb satdığını, meyvə-tərəvəz alveri etdiyini bildirmişdir. 09 avqust 2024-cü il tarixdə saat 18 radələrində evinə doğru gedəndə qonşuluqda, yəni Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yaşayan bibisi oğlu Ruhinin evinin qarşısından keçəndə görmüş ki, Elmin və Elminin əmisi oğlu Elçin Ruhinin evinin qarşısında Elminin motosikletinə baxıb nə isə düzəldirmişlər. Onlarla salamlaşıb öz evinə getmişdir. Həmin gün saat 20 radələrində Ruhin gilə qonaq gedəndə görmüş ki, Ruhin qapısından özünə məxsus ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı QAZelini çıxarırmış. Onlara yaxınlaşıb hara getdiklərini soruşduqda, Elçin ilə Ruhin ona demişlər ki, Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisində bir obyekt var, həmin obyektə soyuducu və masaların olduğunu və həmin əşyaları oradan götürməyə getdiklərini bildirmişlər. Onlarla razılaşmış və QAZelə əyləşmişdir. Onlar birlikdə Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən və köhnə bir hərbi hissəyə oxşayan yerə çatmış, obyektin başında olan 2 qıfıllı qapılara yaxınlaşmışlar. Həmin qapıların qıfılını daş ilə sındırıb qapıları açmış, otaqlarda 02 ədəd soyuducuların, digər qıfılsız otaqda isə 10 ədəd oturacaq stolların olduğunu görmüşlər. Elmindən Elçin soyuducuları, Ruhindən o isə stolları götürüb köməkli şəkildə QAZelə yerləşdirmiş və Ruhin gilə qayıtmışlar. Onlar qərara gəlmiş ki, soyuducuları sabah səhər ya dəmirə versinlər, yada ki satıb əldə etdikləri xeyiri aralarında bölsünlər. 12 avqust 2024-cü il tarixdə bilmişlər ki, oğurladıqları əşyalar ilə bağlı polis orqanlarına şikayət etmişlər və həmin əşyaları artıq axtarırlar. Bundan sonra Elçin, Elmin və Ruhin qərara gəlmişlər ki, oğurladıqları əşyaları yerinə qaytarsınlar. 12 avqust 2024-cü il tarixdə, onlar həmin əşyaları tam şəkildə qaytarıb həmin hərbi hissənin balansında olan obyektə təhvil vermişlər. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tanıyır. 09 avqust 2024-cü il tarixdə saat 18 radələrində Elmin onun yaşadığı evə gəlib Ağcabədi rayonu, Salmanbəyli kəndi ərazisində dağılmış və nəzarətsiz bir hərbi hissə olduğunu, orada çoxlu əşyalar olduğunu bildirmişdir. Elmin əşyaları oradan götürməkdə köməklik edib bunun müqabilində ona pul vəsaitini verməyinə söz vermişdir. Elmin ilə razılaşmışdır. Onlar birlikdə Elminin motosikletinə oturub, Ağcabədi şəhəri, E.Sadıqov küçəsində yerləşən Ruhinin evinə getmişlər. Orada Elmin darvazadan Ruhinin yaşadığı evin həyətinə daxil olmuş, sonra görmüş ki, Elmin darvazanı açır, Ruhin isə özünə məxsus ağ rəngli QAZelini həyətdən çölə çıxarır. QAZeli çıxardıqdan sonra, Elmindən sonra həmin avtomobilə əyləşmiş. Həmin vaxt görmüşlər ki, Rövşən də Ruhinin evinə tərəf gəlir. Rövşən Ruhindən hara getdiyini soruşmüş, Ruhin isə ona dəmirə getdiyini demişdir. Rövşən Ruhinə kasıbçılık olduğunu və bunun üçün də dəmirə onlar ilə gəlmək istədiyini bildirmişdir. Onlar da buna etiraz etməmiş və birlikdə Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən dağılmış və nəzarətsiz olan hərbi hissəyə məxsus olan obyektə getmiş, oradan 02 ədəd soyuducunu Elminlə, 10 ədəd oturacaq stolları isə Ruhin ilə Rövşən QAZelə yerləşdirmiş və həmin yerdən çıxıb Ruhinin evinə qayıtmışlar. Onlar qərara gəlmiş ki, soyuducuları sabah səhər ya dəmirə versinlər, yada satıb əldə etdikləri xeyiri aralarında bölsünlər. Oğurlanmış əşyalar isə QAZeldə qalmışdır. 12 avqust 2024-cü il tarixdə bilmişlər ki, oğurladıqları əşyalar ilə bağlı polis orqanlarına şikayət etmişlər və həmin əşyaları artıq axtarırlar. Bundan sonra onlar, yəni Rövşən, Elmin, Ruhin və o, qərara gəlmişlər ki, oğurladıqları əşyaları yerinə qaytarsınlar. 12 avqust 2024-cü il tarixdə, onlar, yəni o, Rövşən, Elmin, Ruhin və Rövşənin atası Maarif ilə 02 ədəd soyuducuları və 10 ədəd oturacaq stolları qaytarmaq üçün QAZelə əyləşmiş, QAZeli Rövşənin atası Maarif idarə etmiş, həmin əşyaları tam şəkildə qaytarıb həmin hərbi hissənin balansında olan obyektə təhvil vermişlər. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 özünü Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. 09 avqust 2024-cü il tarixdə, saat 17 radələrində özünə məxsus ağ rəngli, **-BS-*** dövlət qeydiyyat nişanlı QAZeli ilə işdən evinə gəlmişdir. Həmin gün, saat təxminən 18 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 və Elminin əmisi oğlu Təqsirləndirilən şəxs3 onun yaşadığı evin qarşısına gəlmişlər. Onları görüb evinin darvazasına tərəf yaxınlaşmışdır. Onlar Elminin motosikleti ilə gəlmişlər. Elmin ona Ağcabədi rayonu, Salmanbəyli kəndində köhnə dağılmış bir yer olduğunu, orada, müxtəlif növ əşyaların olduğunu bildirmiş və təklif etmiş ki onlar həmin yerə gedib həmin əşyaları götürüb satsın və əldə etdikləri xeyiri isə aralarında bolüşdürsünlər. Elmin ora bir-neçə gün əvvəl getmiş və orada qeyd etdiyi əşyaların olduğunu gördüyünü bildirmişdir. Elmin ilə razılaşmış və özünə məxsus **-BS-*** dövlət qeydiyyat nişanlı QAZeli qapıdan çıxartmış ki, həmin QAZeli ilə getsinlər. Onlar QAZeli yaşadığı evinin həyətindən çıxaranda görmüşlər ki, dayısı oğlu Təqsirləndirilən şəxs2 onlara tərəf gəlir. Rövşən onları görən kimi heç nə demədən əQAZelə yləşmişdir. Rövşən onlar ilə görüşmüş və hara getdiklərini soruşmuşdur. Onlar isə Rövşənə Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən obyektdən əşyaları götürməyə getdiklərini bildirmiş, Rövşən də etiraz etməmişdir. Həmin yeri tanımadığı üçün, Elmin ona istiqamət verirmiş və nəhayət saat təxminən 21 radələrində onlar Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən bir obyektə gəlmiş, orada Elmin ona həmin yer vaxt ilə hərbi hissə olduğunu, hazırda isə fəaliyyət göstərməyən bir obyekt olduğunu bildirmişdir. Onlar həmin yerə yaxınılaşanda, həmin obyektin qarşısında şlaqbaum var imış, lakin həmin şlaqbaum açıq vəziyyətdə, yəni aralanmış vəziyyətdə olmuşdur. Onlar həmin obyektin həyətinə daxil olmuşlar. Həmin obyektdən 02 ədəd soyuducu və 10 ədəd oturacaq stollarını götürüb QAZelə yerləşdirib həmin yerdən uzaqlaşmışlar. Soyuducuları QAZelə Elminnən Elçin yerləşdirmiş, Rövşənnən o, isə oturacaq stolları yerləşdirmişlər. Onlar yaşadığı evə gəlmişlər. Onlar qərara gəlmiş ki, soyuducuları sabah səhər ya dəmirə versinlər, yada ki satıb əldə etdikləri xeyiri aralarında bölsünlər. 12 avqust 2024-cü il tarixdə bilmişlər ki, oğurladıqları əşyalar ilə bağlı polis orqanlarına şikayət etmişlər və həmin əşyaları artıq axtarırlar. Bundan sonra onlar, yəni Rövşən, Elmin, Ruhin və o, qərara gəlmişlər ki, oğurladıqları əşyaları yerinə qaytarsınlar. 12 avqust 2024-cü il tarixdə, onlar Rövşənin atası Maarif ilə 02 ədəd soyuducuları və 10 ədəd oturacaq stolları qaytarmaq üçün QAZelə əyləşmiş, QAZeli Rövşənin atası Maarif idarə etmiş, həmin əşyaları tam şəkildə qaytarıb həmin hərbi hissənin balansında olan obyektə təhvil vermişlər. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayonu ərazisində (Vərəm dispanseri yaxınlığında) yerləşən N saylı hərbi hissəsində divizion (bölmə) komandiri vəzifəsində xidmət edir. 10 avqust 2024-cü il tarixdə saat 11-12 radələrində xəbər almış ki, Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən və N saylı hərbi hissənin 2-ci bölməsinin mühafizəsində olan obyektdən 2 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və 10 ədəd oturacaq stollar oğurlanmışdır. Həmin məlumatı ona həmin obyektin mühafizəsində olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu çavuş Şahid1 vermişdir. Baş vermiş oğurluq nəticəsində hərbi hissəyə maddi ziyan dəymişdir. Sonradan bilmiş ki, oğurluq 09 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Ağcabədi rayon sakinləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Hazırda oğurlanmış əşyalar onlara tam şəkildə qaytarıldığından N saylı hərbi hissənin və şəxsən onun onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Ağcabədi rayonu ərazisində yerləşən N saylı hərbi hissənin 2-ci bölməsində manqa komandiri vəzifəsində xidmət edir. 2023-cü ilin sentyabr ayından N saylı hərbi hissənin balansında olan, Ağcabədi rayonu, Salmanbəyli kəndində yerləşən obyektdə, həmin obyektə nəzarətçi kimi xidmət edir. Xidmətlə əlaqədar olaraq, xidmət etdiyi Ağcabədi rayonu, Salmanbəyli kəndindən icarəyə ev götürüb həmin kənddə yaşayır. 09 avqust 2024-cü il tarixdə, yəni oğurluq baş vermiş gün, o, artıq 9-cu gün idi ki orada xidmət edirmiş və 21 radələrində Ağcabədi rayonu, Salmanbəyli kəndində icarəyə tutduğu evə getmiş ki, oradan su və yemək götürsün. Saat 22 radələrində isə xidmət yerinə qayıtmışdır. O, qayıdanda görmüş ki, həmin tikilinin darvazası açıqdır, yəni aralanmış vəziyyətdə olmuşdur. Fikirləşmiş ki, çoban həmişəki kimi ora mal-qara salıb çıxanda yadından çıxıb darvazanı örtməmişdir. Daxil olub otaqların birində uzanıb yuxuya keçmişdir. Oğurluğun baş verməsini isə həmin an hiss etməmişdir. Səhərisi gün, yəni 10 avqust 2024-cü il tarixdə, saat 6 radələrində isə oyanıb ərazini yoxlayanda görmüş ki, tikilidə olan bir neçə qapılar aralanmış və qıfılları sınmış vəziyyətdədir. 02 ədəd soyuducu və 10 ədəd oturacaq stollar yoxdur, həmin əşyalar olduğu otaqlar isə dağınıq vəziyyətdədir. Bundan sonra olanları N saylı hərbi hissənin 2-ci bölmənin baş çavuşu X4 məruzə etmişdir. Məruzədən sonra N saylı hərbi hissənin 2-ci bölmənin komandiri polkovnik-leytenant Zərərçəkmiş şəxs və 2-ci bölmənin maddi-texniki təminatın rəisi mayor X2 oğurluq baş vermiş yerə gəlmişlər. İlk olaraq oğurluqla bağlı hərbi hissənin rəhbərliyi daxili araşdırmalara başlamış və eyni zamanda 2-ci bölmənin komandiri, polkovnikleytenant Zərərçəkmiş şəxs oğurluq hadisəsi ilə bağlı Ağcabədi RPŞ-nə ərizə ilə müraciət etmişdir. 12 avqust 2024-cü il tarixdə isə bilmiş ki, oğurluq edən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4dur və onlar, biləndən sonra ki, oğurluqla bağlı polis orqanına şikayət olunb, oğurlanmış əşyaları tam olaraq qaytarmışlar. İş materiallarında olan “Əli” firmasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2024-cü ilin avqust ayı ərzində “Əli” firmasında 01 ədəd 600 litrlik “Frostor” markalı soyuducunun qiyməti 590 manat olmaqla, 02 ədədin qiyməti 1180 manat, qeyd olunan 01 ədəd oturacaq stolun qiyməti 25 manat olmaqla, 10 ədədin qiyməti 250 manat təşkil etmişdir. Bununla da 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducunun və 10 ədəd oturacaq stolların 2024-cü ilin avqust ayı üçün ümumi satış qiyməti N manat təşkil etmişdir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və 10 ədəd oturacaq stolları iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş üzrə 19 sentyabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 əvvəl oğurladıqları 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducunu və 10 ədəd oturacaq stolları geri qaytarmışlar. Həmin əşyalar saxlanması üçün N saylı Hərbi hissəyə təhvil verilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, 09 avqust 2024-cü il tarixdə N saylı hərbi hissəyə məxsus olan və həmin hərbi hissənin 2-ci bölmənin balansında olan obyektdən oğurlanmış 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducular və 10 ədəd oturacaq stollar tam şəkildə qaytarıldığından və hərbi hissəyə təhvil verildiyindən, onun və N saylı hərbi hissənin Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli tələbnaməsindən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 150.3.3cü maddəsi ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmiş və bununla da cinayətin residivinə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən X3 törətdiyi əməl üzrə məhkumluğu ödənilməmişdir. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi isə cinayətin residivini yaradır (CM mad. 18.1) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdə hökm sürən sosialmənəvi normalara qarşı zidd davranış forması seçərək cinayət qanununu pozmuş, qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu da onun kriminogen xüsusiyyətlərdən azad olmadığını, davamlı şəkildə anti-cəmiyyət davranış formasına meylli olduğunu göstərir. Bunlar da Təqsirləndirilən şəxs1 şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2024cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 xəstəxananın poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda dayanmırlar. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Onların barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Hüsülü kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində 3 azyaşlı (xx.xx.2012-ci, xx.xx.2014-cü və xx.xx.2017-ci il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2 azyaşlı (xx.xx.2011-ci və xx.xx.2013-cü il təvəllüdlü) uşağı vardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı (xx.xx.2019-cu il təvəllüdlü) uşağı vardır. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmaları sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli CMnin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onlara həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını və himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hallar sayır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli cinayətin residivini yaratdığı üçün ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal “həbs” edilməlidir. Cəzanın əvvəli 19 fevral 2025-ci il tarixdən hesablanaraq barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza da ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan da cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan da cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan - 02 ədəd 600 litrlik “Frostor” markalı soyuducu və 10 ədəd oturacaq stolları saxlanması üçün N saylı Hərbi hissəyə qaytarılması (təhvil verilməsi) nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 25 iş saatı üçün hər birinə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356,358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin; cəza çəkməsinin əvvəli 19 fevral 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs2 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs3 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs4 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri 25 iş saatı üçün hər birinə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-7/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-7/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver