Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-70/2023 26.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər: Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri X5 və X2, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə Təqsirləndirilən şəxs1 - (xx.xx.1980-cı il tarixdə Xocavənd rayonunun Kuropatkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Xocavənd rayonunun Kuropatkin kəndində qeydiyyatda olan, Ağcabədi şəhəri Ə.Bünyadov küçəsi təzə məhlədə məskunlaşıb yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə; Təqsirləndirilən şəxs2 - (xx.xx.1955-ci il tarixdə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonunun Örənqala kəndində qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin iyul ayında gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq oradan 540 manat dəyərində bir ton arpanı, sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq 540 manat dəyərində bir ton arpanı qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq oradan 14547,6 manat dəyərində 26940 kq arpanı qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 14547,6 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, qəsdən, tamah niyyətilə, qanunsuz olaraq təkrarən özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2022-ci ilin avqust ayının əvvəllərində gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq oradan 3200 manat dəyərində 04 ton toxumluq buğdanı, sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2022-ci ilin avqust ayının ortalarında gecə saat 01 radələrində Zərərçəkmiş şəxs2 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq 12800 manat dəyərində 16 ton toxumluq buğdanı qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs2 ümumilikdə 16000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin iyul ayında gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq oradan 540 manat dəyərində bir ton arpanı, sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq 540 manat dəyərində bir ton arpanı qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 1080 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fəhləliklə məşğul olur, Zərərçəkmiş şəxs1 tanıyır, aralarında ədavəti olmamışdır. Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində yerləşən dəyirmanda fəhləliklə məşğul olmuş, onun qız uşağı anadan gəlmə xəstə olduğu üçün müalicəsinə pul lazım olmuş, onun da maddi imkanı zəif olduğu üçün pula ehtiyacı olmuş, lakin heç yerdən pul tapa bilməmiş, ona görə də oğurluq etmək qərarına gəlmişdir. Həmçinin onunla birlikdə Təqsirləndirilən şəxs2 də orada fəhlə işləmiş, Ələmdərin də pula ehtiyacı olmuş, ona görə də onlar həmin anbardan oğurluq etmək qərarına gəlmişlər. Təxminən 2021-ci ilin iyul ayında gecə saat 01 radələrində Ələmdər ilə birlikdə həmin anbarın qarşı tərəfinə gəlmişlər, anbarın giriş qapısında olan qıfıl nasaz olduğu üçün əli ilə dartan kimi qıfıl açılmışdır. Onlar anbarın içərisinə daxil olmuşlar, oradakı arpa açıq halda olmuş, onlar gedərkən özləri ilə sintetik kisələr də aparmışlar. Onlar kisələri arpaya birləşdirib arpanı kisələrə doldurmuşlar. Sonra həmin kisələri daşıyıb işlədiyi dəyirmana gətirmişlər. Onlar oradan bir ton arpa oğurlamışlar. Bundan sonra həmin oğurladığı arpanı hissə-hissə dəyirmanda tanımadığı şəxslərə satmışlar. Hər dəfə də satanda pulunu yarı bölmüşlər. Təxminən 2021-ci ilin avqust ayında yenidən Ələmdər ilə razılaşıb həmin anbardan arpa oğurlamaq qərarına gəlmişlər. Onlar təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində əvvəlki kimi özləri ilə sintetik kisələr götürüb anbara getmişlər. Onlar eyni qaydada anbarın qıfılını açıb içəri daxil olmuşlar və anbarda olan arpadan kisələrə doldurub dəyirmana daşımışlar. Onlar bu dəfə də bir ton arpa oğurlamışlar. Onlar yenə də dəyirmanda həmin arpanı tanımadığı şəxslərə satıb pulunu bölmüşlər. Onların fikri təxminən iki ton arpa oğurlayıb sataraq pul əldə etmək olmuşdur. Aradan bir neçə gün keçdikdən sonra təxminən 2021-ci ilin avqust ayının sonlarında ona pul lazım olduğu üçün yenidən Namiqə məxsus anbardan oğurluq etməyi düşünmüş, bu dəfə tək oğurluq etmək qərarına gəlmişdir. Həmin gün gecə saat 01 radələrində oğurluq məqsədlə Namiqə məxsus anbara gəlib əvvəlki qaydada qıfılı açıb içəri daxil olmuş, özü ilə götürdüyü sintetik kisələrə taxıl doldurub yaşadığı evin həyətinə aparmışdır. Bu dəfə daha çox sayda kisələrə taxıl yığıb oğurlamışdır. Təxminən bir həftədən artıq müddətə hər gün gecə saat 01 radələrində Namiqə məxsus anbara gəlib özü ilə götürdüyü sintetik kisələrə arpa yığıb daşımışdır. Həmin günlərdə orada yerləşən dəyirmana tanımadığı bir şəxs gəlib arpa soraqlamış, həmin şəxsə ucuz qiymətə arpa olduğunu bildirmiş, həmin şəxs də arpanı almağa razılaşmış və özünün gətirdiyi yük avtomobili ilə yaşadığı evin həyətindən arpanı yığıb aparmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 məxsus anbarda fəhlə işləmiş, sonradan oradan işdən çıxmışdır. Uşağının müalicəsinə pul lazım olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Turanın çox vaxt Bakı şəhərində olduğunu və həmin anbarında mühafizəçisi olmadığını bilmiş, həmçinin orada uzun müddət işlədiyi üçün anbarın hər yerini yaxşı tanımışdır. Həmin anbar yan tərəfdən qurumuş su kanalı ilə əhatə olunmuş, orada ümumiyyətlə adam olmamışdır. Əvvəl də bir neçə dəfə oradan keçən zaman anbarda taxıl yığıldığını görmüşdür. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində gecə saat 01 radələrində tək olaraq kanal tərəfdən anbara gəlmiş, anbarın giriş qapısına yaxınlaşmış və qıfılı əli ilə dartan kimi qıfıl açılmış, anbarın içərisinə daxil olmuş, oradakı taxıllar açıq halda olmuş, gedərkən özü ilə sintetik kisələr də aparmışdır. Kisələri taxıla birləşdirib əli ilə taxılı kisələrə doldurmuşdur. Sonra həmin kisələri bir-bir çiyninə alıb yaşadığı evin həyətinə aparmışdır. Həmin kisələri həyət darvazasının içəri tərəfdən qarşısına yığmışdır. Bundan sonra səhəri gün də gecə saat 01 radələrində əvvəlki kimi özü ilə sintetik kisələr götürüb anbara getmiş, eyni qaydada kisələrə taxıl doldurub yaşadığı evin həyətinə aparmışdır. Təxminən 5 dəfə anbardan taxıl oğurlamış, hər dəfə də müxtəlif sayda, təxminən 10 ədəd kisələrə taxıl yığıb oğurlamışdır. Hər dəfə anbarın qıfılını çəkib açmış, çıxanda da yerinə bağlamış, anbarın qıfılı nasaz olduğu üçün asanlıqla əli ilə açılıb bağlanmış, ona görə də qıfılı açmaq üçün alət ehtiyac olmamışdır. Təxminən anbardan ümumilikdə 4 ton taxıl oğurlamışdır. Bundan sonra həmin oğurladığı taxılı satmaq qərarına gəlmiş, taxılı satmaq üçün tanışı, taksilik edən Şahid2 zəng edib evə çağırmış, sonra isə taxıl alış-satışı ilə məşğul olan tanışı Şahid1 zəng edib taxıl olduğunu, satmaq istədiyimi demiş, taxılın qiymətini soruşmuş, Sadiq də ona bir kiloqramını 54 qəpiyə aldığını demişdir. Razılaşmış, taxıl kisələrini Maliklə göndərmiş, Sadiq də pulunu Maliklə ona göndərmişdir. Malik hər dəfə 350-400 manat arası pul gətirmişdir. Təxminən 1500-2000 manat arası pul əldə etmişdir. Malikə təkcə gediş haqqını vermişdir. Bundan sonra 2022-ci ilin avqust ayının ortalarında gecə saat 01 radələrində yenidən Turana məxsus anbara gəlmiş, əvvəlki qaydada qıfılı açıb içəri daxil olmuş, özü ilə götürdüyü sintetik kisələrə taxıl doldurub yaşadığı evin həyətinə aparmışdır. Bu dəfə daha çox sayda kisələrə taxıl yığıb oğurlamışdır. Oğurladığı taxılı daşıyıb yaşadığı evin həyətinə yığmışdır. Təxminən bir həftədən artıq müddətə hər gün gecə saat 01 radələrində Turana məxsus anbara gəlib özü ilə götürdüyü sintetik kisələrə taxıl yığıb daşımışdır. Bu dəfə oğurladığı taxılı tanış adama satmaq istəməmişdir. Həmin günlərdə orada yerləşən dəyirman tərəfdə olmuş, tanımadığı bir şəxs gəlib taxıl soraqlamış, həmin şəxsə ucuz qiymətə taxıl olduğunu bildirmiş, həmin şəxs də taxılı almağa razılaşmış və özünün gətirdiyi yük avtomobili ilə yaşadığı evin həyətindən taxılı yığıb aparmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Beyləqan rayonunun Örənqala kəndində yaşayır. Təxminən 20 ildir Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində yerləşən dəyirmanda fəhləliklə məşğul olur, onun işlədiyi dəyirmanın yaxınlığında Zamiq Xanalıyevə məxsus buğda-arpa anbarı yerləşir, həmçinin onunla birlikdə Təqsirləndirilən şəxs1 da orada fəhlə işləmişdir. Onun pula ehtiyacı olmuş, həmçinin Şamilin də uşağı xəstə olduğu üçün pula ehtiyacı olmuş, ona görə də onlar həmin anbardan oğurluq etmək qərarına gəlmişlər. Təxminən 2021-ci ilin iyul ayında gecə saat 01 radələrində Şamil ilə birlikdə həmin anbarın qarşı tərəfinə gəlmişlər. Həmin anbarın giriş qapısında olan qıfıl nasaz olduğu üçün Şamil əli ilə dartan kimi qıfıl açılmış, onlar anbarın içərisinə daxil olmuşlar, oradakı arpa açıq halda olmuşdur. Onlar gedərkən özləri ilə sintetik kisələr də aparmışlar. Onlar kisələri taxıla birləşdirib arpanı kisələrə doldurmuşlar. Sonra həmin kisələri daşıyıb işlədiyi dəyirmana gətirmişlər. Onlar oradan bir ton arpa oğurlamışlar. Bundan sonra həmin oğurladığı arpanı hissə-hissə dəyirmanda tanımadığı şəxslərə satmışlar. Hər dəfə də satanda pulunu yarı bölmüşlər. Artıq oğurladığı arpanı satıb qurtarmışlar. Təxminən 2021-ci ilin avqust ayında yenidən Şamil ilə razılaşıb həmin anbardan arpa oğurlamaq qərarına gəlmişlər. Onlar təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində əvvəlki kimi özü ilə sintetik kisələr götürüb anbara getmişlər. Onlar eyni qaydada anbarın qıfılını açıb içəri daxil olmuşlar və anbarda olan arpadan kisələrə doldurub dəyirmana daşımışlar. Onlar bu dəfə də bir ton arpa oğurlamışlar. Onlar yenə də dəyirmanda həmin arpanı tanımadığı şəxslərə satıb pulunu bölmüşlər. Təqsirləndirilən şəxs1la oğurluq etməyi əvvəlcədən razılaşmışlar, anbardan təkcə Şamil ilə birlikdə oğurluq etmiş, oğurluq etməyi heç kimə bildirməmişdir. Zərərçəkmiş şəxs1 vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda tutduğu əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatla məşğul olur, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən taxıl anbarı və dəyirmanı var, həmin anbarda həmçinin qardaşı Zamiq Xanalıyev də işləmişdir. 2021-ci ilin iyul ayının ortalarından avqust ayının ortalarına kimi həmin anbara həm özü əkdiyi, həm də başqa şəxslərdən aldığı arpanı yığıb saxlamışdır. İşi ilə əlaqədar olaraq çox vaxt anbara gəlib baxa bilməmiş, həmin anbarın hər tərəfi bağlı olduğu üçün anbarın gözətçisi olmamışdır. Arpanı satan zaman arpanın gözlədiyindən az miqdarda olduğunu görmüş, lakin oğurlanmasını düşünməmiş, çünki anbarın qapısı bağlı olmuş, qıfılı da üstündə olmuşdur. Onun hesablamalarına görə anbardan 14547,6 manat dəyərində 26940 kq arpa oğurlanmışdır. 2022-ci ilin oktyabr ayının axırlarında isə anbardan oğurluq olduğunu dəqiqləşdirmiş, həmin oğurluğunda qonşu dəyirmanda işləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədildiyini bilmişdir. Bunu bildikdən sonra Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Ona vurulmuş ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmişdir. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, şəxsi təsərrüfatla məşğul olur. Onun Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən taxıl anbarı və dəyirmanı var. 2022-ci ilin iyul ayının ortalarından avqust ayının ortalarına kimi həmin anbara həm özü əkdiyi, həm də başqa şəxslərdən aldığı toxumluq buğdanı yığıb saxlamışdır. İşləri ilə əlaqədar olaraq çox vaxt Bakı şəhərində olmuşdur. Həmin anbarın hər tərəfi bağlı olduğu üçün anbarın gözətçisi olmamışdır. 03 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən qayıtmış və taxıl anbarına gedib baxan zaman buğdanın xeyli hissəsinin olmadığını aşkar etmişdir. Həmin anbara ondan başqa gedən olmamış, ona görə də anbardan buğda oğurladığını başa düşmüşdür. Həmin buğda açıq halda olmuş, o da dəqiq olaraq sərilmiş vəziyyətinin nə qədər ərazidə əhatə olunduğunu bilmişdir. Onun anbarda 275 ton buğdası olmuş, 175 ton buğdanı satmış, yerdə 100 ton buğda qalmışdır. Anbardan oğurluğu bildikdən sonra qalan buğdanı kisələrə yığıb dəqiq hesablamış və 20 ton buğdanın əksik olduğunu bilmişdir. Buna görə də Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Sonradan isə həmin buğdanı tanıdığı Təqsirləndirilən şəxs1 oğurladığını bilmişdir. Ona məxsus 20 ton toxumluq buğda oğurlanmış, toxumluq buğdanın bir kiloqramı 80 qəpikdir və oğurluq nəticəsində ona 16000 manat maddi ziyan dəymişdir. Vurulmuş ziyan tam olaraq ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus VAZ-2106 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksilik etməklə məşğul olur, Təqsirləndirilən şəxs1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Şamil ona zəng edib taxılı olduğunu, satmaq istədiyini və ondan taxılın Sadiqin mağazasına aparmağı xahiş etmişdir. Ona görə də Şamilin həyətinə gəlmiş və həyətdə olan kisələrdəki taxılları avtomobilə yükləmişdir. Təxminən 6-7 kisə taxıl yığmış, sonra həmin taxılı aparıb Sadiqin mağazasına boşaltmış və pulunu alıb Şamilə qaytarmışdır. Şamil də ona iki manat taksi pulu vermişdir. Bundan sonra bir neçə dəfə də Şamilin zəngi ilə evindən taxılı kisələrdə avtomobilə yükləyib Sadiqin mağazasına aparıb vermiş və xatırlamadığı miqdarda pulunu da alıb Şamilə vermişdir. Şamildən ancaq taksi pulu almışdır. Şamildən bu taxılı haradan aldığını soruşmuş, Şamil də ona tanışlarından ucuz qiymətə aldığını, üzərinə bir az pul qoyub Sadiqə satıb qazanc əldə etdiyini demişdir. Şamilin təxminən 3 ton taxılını aparmışdır. Şamilin satdığı taxılın oğurluq olduğunu bilməmiş, Şamil ona taxılın oğurluq olması barədə bir söz deməmiş, Şamildən bu barədə soruşduqda ona tanışlarından aldığını demişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, un, taxıl və s. məhsulların alqısatqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır, qohumluğu və ədavəti olmamışdır. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Şamil ona zəng edib taxılı olduğunu, satmaq istədiyini demiş və ondan taxılın qiymətini soruşmuş, taxılı 54 qəpiyə aldığını demişdir. Şamil də ona taksi sürücüsü Malikdən taxıl göndərəcəyini demişdir. Aradan bir az keçdikdən sonra Malik özünə məxsus VAZ-2106 markalı avtomobillə onun mağazasına gəlmiş, Malik özü ilə dəqiq xatırlamadığı qədər taxıl gətirmişdir. Taxılı çəkib 54 qəpikdən pulunu vermişdir. Bundan sonra Şamil bir neçə dəfə də ona zəng edib taxıl satmaq istədiyini demiş və Malikdən göndərmişdir. Hər dəfə Şamilin Malikdən göndərdiyi taxılı çəkib pulunu Malikə vermişdir. Şamil təxminən ona 3 tona yaxın taxıl satmışdır. Şamildən telefonla danışan zaman bu taxılı haradan aldığını soruşmuş, Şamil də ona tanışlarından ucuz qiymətə aldığını, üzərinə bir az pul qoyub qazanc əldə etdiyini demiş, buna görə Şamildən taxılı almışdır. Şamilin satdığı taxılın oğurluq olduğunu bilməmiş, Şamil taxılın oğurluq olması barədə ona bir söz deməmiş, Şamildən bu barədə soruşduqda tanışlarından aldığını demişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/6563 nömrəli rəyindən görünür ki, 01 kq toxumluq buğdanın 2022-ci ilin iyul-avqust aylarına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 0,80 manat müəyyən edilir. Cinayət işinə əlavə edilmiş “Əli” firmasının məktubundan görünür ki, 2021-ci ilin iyulavqust ayları ərzində bir kiloqram arpanın pərakəndə bazar satış qiyməti 54 qəpik təşkil etmişdir. Cinayət işinə əlavə edilmiş Beyləqan rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tibbi arayışından görünür ki, Əliyev X1 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Ağcabədi rayon mərkəzi Xəstəxanası publik hüquqi şəxsin tibbi arayışından görünür ki, Məmmədov X6 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona vurulmuş 16000 manat məbləğində maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Xocavənd RİHB-nın Kuropatkin kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Xocavənd RİHB-nın Kuropatkin kənd İƏD-si üzrə nümayəndəliyinin verdiyi arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağı (2010-cu il və 2012-ci il təvəllüdlü) vardır. İş materiallarında olan Beyləqan RİHB-nın Örənqala kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddəsinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, vurulmuş ziyanın tam ödənilməsini, 69 yaşında olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və dərhal saxlandığı Ağcabədi rayon Polis şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilərək "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmiş, onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutularaq aidiyyəti üzrə Ağcabədi rayon polis şöbəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 ,177.2.3 və 177.2.4-cü-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırması cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 06 ay 02 gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırması cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətməsini etiraf edib, bu əməli törətməsindən səmimi peşmançılıq çəkməsi, yaşadığı ərazidə müsbət xarakterizə olunması, vurulmuş ziyanın tam ödənilməsi, 69 yaşında olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlığın məhdudlaşdırması cəzası təyin edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası - Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs2 Beyləqan rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci olan 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356 və 384-cü maddəsini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci tarixdən xx.xx.2022-ci tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 06 ay 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs1 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs2 Beyləqan rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrası - Təqsirləndirilən şəxs1 aid hissədə onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 aid hissədə isə onun yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci olan 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-70/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-70/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver