Məhkəmə qərarları › İş №1(017)-71/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-71/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-71/2024 07.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X4 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxx 1997-ci ildə Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağcabədi rayon Hüsülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qitimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair; xx xxxxxxxx 1982-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Ağcabədi rayonu, Qaraxanlı kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qitimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Usubov X6 rayonunun Kəhrizli kəndində quraşdırılmış ictimai əhəmiyyətli su xətti hesab olunan X7 İdarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun 1.850 manat dəyərində olan bir ədəd ESV-10-65-110 markalı nasosunu qəsdən gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 19 fevral 2024-cü il tarixdə saat 02:00-dan 03:00dək müddətdə Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus “VAZ 21011” markalı avtomobillə Ağcabədi rayonunun Kəhrizli kəndinə gedərək qeyd olunan subartezian quyusuna yaxınlaşmaqla nasosu çıxararaq avtomobilə yerləşdirdikdən sonra özgənin əmlakını gizli olaraq talamaqda ifadə olunan cinayətkar hərəkətlərinə davam edərək həmin avtomobillə hadisə yerindən uzaqlaşarkən kəndin sakinlərindən Şahid2 və Şahid1 onların cinayətkar hərəkətlərini anlayaraq dərinlik nasosunu oğurladıqlarına əmin olduqdan sonra sonuncunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə onların hərəkət etdikləri avtomobili təqib edərək siqnalla və yaxın-uzaq işıqlarla, habelə qışqırmaqla və əl hərəkətləri ilə onlardan avtomobili dayandırmağı və cinayətkar hərəkətlərə son qoymağı tələb etmələrindən sonra həmin hərəkətlərinin başqaları tərəfindən aşkar olunduğunu və bununla da əmlakın qanunsuz götürülməsinin artıq açıq xarakter aldığını dərk etdikləri halda hərəkətlərini davam etdirməklə və əmlakı saxlamaqla özgənin 1.850 manat dəyərində əmlakını açıq talayaraq qanunsuz və əvəzsiz olaraq özünün və kriminal qrupun digər üzvü Təqsirləndirilən şəxs2 xeyrinə keçirməklə soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həsənov X11 rayonunun Kəhrizli kəndində quraşdırılmış ictimai əhəmiyyətli su xətti hesab olunan X7 İdarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun 1.850 manat dəyərində olan bir ədəd ESV-10-65-110 markalı nasosunu qəsdən gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 19 fevral 2024-cü il tarixdə saat 02:00-dan 03:00dək müddətdə Təqsirləndirilən şəxs1la birlikdə özünə məxsus “VAZ 21011” markalı avtomobillə Ağcabədi rayonunun Kəhrizli kəndinə gedərək qeyd olunan subartezian quyusuna yaxınlaşmaqla nasosu çıxararaq avtomobilə yerləşdirdikdən sonra özgənin əmlakını gizli olaraq talamaqda ifadə olunan cinayətkar hərəkətlərinə davam edərək həmin avtomobillə hadisə yerindən uzaqlaşarkən kəndin sakinlərindən Şahid2 və Şahid1 onların cinayətkar hərəkətlərini anlayaraq dərinlik nasosunu oğurladıqlarına əmin olduqdan sonra sonuncunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə onların hərəkət etdikləri avtomobili təqib edərək siqnalla və yaxın-uzaq işıqlarla, habelə qışqırmaqla və əl hərəkətləri ilə onlardan avtomobili dayandırmağı və cinayətkar hərəkətlərə son qoymağı tələb etmələrindən sonra həmin hərəkətlərinin başqaları tərəfindən aşkar olunduğunu və bununla da əmlakın qanunsuz götürülməsinin artıq açıq xarakter aldığını dərk etdikləri halda hərəkətlərini davam etdirməklə və əmlakı saxlamaqla özgənin 1.850 manat dəyərində əmlakını açıq talayaraq qanunsuz və əvəzsiz olaraq özünün və kriminal qrupun digər üzvü Təqsirləndirilən şəxs1 xeyrinə keçirməklə soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi rayon Hüsülü kəndində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs2 yaxşı tanıyır, aralarında heç bir ədavət olmamışdır. Hadisədən əxminən 10-15 gün əvvəl Əhmədlə söhbət zamanı qərara gəlmişlər ki, birlikdə rayon ərazisindən metal tullantıları yığıb aparıb satıb pul əldə edələr. Bundan sonra Əhmədə məxsus VAZ-21011 markalı avtomobillə rayon ərazisini gəzib zibilliklərdən metal tullantıları yığmağa başlamışlar. 18 fevral 2024-cü il tarixdə Əhmədlə birlikdə Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində yerləşən kafedə oturub yeyib spirtli içki qəbul etmişlər. Həmin vaxt Əhməd təklif etmiş ki, Kəhrizli kəndi ərazisində yolun kənarında artezian quyusunun mühərrikini görmüş, gedib matoru oğurlayıb aparıb satıb pul əldə etsinlər. O, içkili olduğundan və pula ehtiyacı olduğundan razılaşmışdır. Artıq 19 fevral 2024-cü il tarixdə gecə saat 02 radələrində onlar avtomobilə əyləşib Ağcabədi rayon Kəhrizli kəndi ərazisinə gəlmişlər. Orada yaşayış evindən təxminən 20-30 metr məsafədə Əhməd avtomobili saxlamış, onlar avtomobildən düşüb mator olan yerə yaxınlaşmışlar. Orada yerdə 1 ədəd uzunluğu 1 metr dairəvi formada su matoru olduğunu görmüşdür. Onlar köməkli matoru götürüb avtomobilin arxa yük yerinə qoymuş, oradan çıxıb yaşadıqları ev istiqamətinə gətməyə başlamışlar. Onlar oradan çıxan zaman arxaları ilə maşın gəldiyini görmüşlər. Maşında olan onları saxlatmaq istəmiş, onlar saxlamayıb sürmüşlər və onlar Ağcabədi rayon Hüsülü kəndinə gəlib qaranlıqda su matorunu yolun kənarına tullamışlar. O, evə getmiş, səhəri gün atasına baş verənlər barədə danışıb və demiş ki, matoru oğurlayan zaman bizi görən olub. Bundan sonra matorun yerini atasına göstərmiş, atası matoru aparıb sahibinə təhvil vermişdir. Hazırda törətdiyi əmələ görə qismən peşman olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, vurduğu zərəri tam olaraq ödəməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını və qardaşı X3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağcabədi rayon Qaraxanlı kəndində yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Onun özünə məxsus Vaz-21011 markalı, dövlət qeydiyyat nişanı olmayan və arxa banı kəsik olan avtomobili var. O, həmin avtomobillə rayon ərazisində tullantı metal yığmaqla məşğul olur. Hadisədən təxminən 10-15 gün əvvəl Rəbbimlə görüşmüş və söhbət zamanı demiş ki, bekarsa birlikdə ona məxsus avtomobillə metal tullantılarını yığaq, aparıb təhvil verək pulu bölək. Onlar razılaşmış və birlikdə işləməyə başlamışlar. O, əvvəl tək metal yığan zaman Ağcabədi rayon Kəhrizli kəndi ərazisində artezian quyusunun matorunu gördüyünü Rəbbimə demişdir. 18 fevral 2024-cü il tarixdə Rəbbimlə birlikdə Ağcabədi rayon İmamqulubəyli kəndi ərazisində yerləşən kafedə oturub yeyib spirtli içki qəbul etmişlər. Onun yadına düşdüyündən Rəbbimə demiş ki, Kəhrizli kəndi ərazisində su matoru var, oğurlayıb aparıb satsasalar pul əldə edə bilərlər. Rəbbim onunla razılaşmışdır. 19 fevral 2024-cü il tarixdə gecə saat 02 radələrində Rəbbimlə ona məxsus avtomobillə Ağcabədi rayon Kəhrizli kəndi ərazisinə gəlmişlər. Orada yaşayış evindən təxminən 20-30 metr məsafədə avtomobili saxlamış, avtomobildən düşüb mator olan yerə yaxınlaşmışlar. Onlar köməkli matoru götürüb avtomobilin yük yerinə qoymuş, oradan çıxıb yaşadıqları ev istiqamətinə gətməyə başlamışlar. Oradan çıxan zaman arxalarınca maşın gəldiyini görmüşlər. Maşında olan onları saxlatmaq istəmiş, onlar saxlamayıb sürmüşlər və onlar Ağcabədi rayon Hüsülü kəndi ərazisinə gəlib qaranlıq yerdə su matorunu yolun kənarına tullamışlar. O, evə getmiş, səhəri gün Rəbbim ona demiş ki, atasına danışmış, atası matoru aparıb sahibinə təhvil vermişdir. O, Ağcabədi rayon ərazisində başqa oğurluq etmədiyini, oğurluq edən zaman onlara başqa şəxslərin iştirakçılığı olmadığını bildirmişdir. onlar əvvəlcədən matorun sahibi olduğunu bilmiş, bu səbəbdən gecə getmişlər ki, onları görən olmasın. Törətdiyi cinayət əməlini qismən etiraf edərək səmimi peşman olmasını, dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Ağcabədi rayon Suvarma Sistemləri İdarəsində sahə rəisi vəzifəsində işləyir. Onun sahəsi Ağcabədi rayon Kəhrizli kənd ərazisidir. Həmin kənd ərazisində idarəyə məxsus olan, kənd adamlarının istifadəsində olan subartezian quyuları vardır. 19 fevral 2024-cü il tarixdə Ağcabədi rayon Kəhrizli kənd sakini Şahid1 idarəyə məlumat verərək həmin kənddə yerləşən idarəyə məxsus 11-455 reper nömrəli subartezian quyusunun 1 ədəd ESV-10-65-110 markalı dərinlik nasosunun oğurlanması barədə məlumat vermişdir. Həmin artezian quyusunun 2 ədəd su nasosu var, biri quyunun içində, digəri isə ehtiyyat kimi Şahid1 tərəfindən saxlanılır. İdarənin rəhbərliyi tərəfindən həmin gün Ağcabədi rayon polis şöbəsinə məktub göndərilərək həmin şəxslərin tapılmasında köməklik olunması bildirilmişdir. Həmin günün sonunda məlum olmuşdur ki, su nasosunu sonradan adlarının Rəbbim və Əhməd olduğunu bildiyi şəxslər oğurlamışlar. Sonradan oğurlanmış su nasosu idarəyə qaytarılmışdır. Hadisə 19 fevral 2024-cü il tarixdə saat 02-03 radələri arasında olan müddət ərzində Ağcabədi rayon Kəhrizli kəndi ərazisində baş vermişdir. Bir ədəd 11-455 reper nömrəli subartezian quyusunun ESV-10- 65-110 markalı dərinlik nasosu X7 İdarəsinə təqdim edilmişdir. Hazırda ona vurulmuş zərər tam olaraq ödənilmiş, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur, onlarla barışmış və təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon Kəhrizli kəndi ərazisində 6 hektar pay torpağı var. Həmin sahənin yerləşdiyi yerdə X7 İdarəsinin balansında olan 1 ədəd artezian quyusu vardır. Həmin arteziyandan o, qardaşı oğlu Şahid2, Elçin Həsənov, Kərəm Əliyev və başqalrarının torpaq sahələrinin suvarılmasınada istifadə olunur. Artezianın 2 ədəd su nasosu var, biri üzərində digər isə ehtiyyat kimi yaşadığı evin qarşısında saxladığını göstərmişdir. 18 fevral 2024-cü il tarixdən 19 fevral 2024-cü il tarixə keçən gecə təxminən gecə 02-03 radələrində küçədən səs eşitmiş, pəncərədən baxanda su nasosu olan yerdə arxa tərəfi kəsilmiş avtomobil dayandığını görmüşdür. O, birdən qəfil ağlına gəlmiş ki, su nasosunu oğurlayırlar. O, qardaşı oğlu Yamənə zəng edib məlumat vermiş və tez küçəyə çıxmışdır. Onlar Yamənlə küçədə evin qarşısında görüşən zaman artıq avtomobil işə düşüb getmiş, təxminən həmin yerdən 60-70 metr məsafə qət etmişdir. O, su nasosu olan yerə baxmış və məlum olmuş ki, su nasosunu oğurlayıblar. Yamənlə ona məxsus avtomobilə əyləşmiş və həmin avtomobilin ardı ilə sürməyə başlamışdır. Təxminən kəndin çıxacağında o həmin avtomobilə çatmış, idarə etdiyi avtomobilin işaqları ilə işarə verib siqnal verib saxlama işarəsi vermişdir. O, siqnal verdikcə avtomobilin sürücüsü sürəti artırıb sürmüş, o, Ağcabədi rayon Hüsülü kəndinə çatmağa az qalmış həmin avtomobili keçmiş və əli ilə saxlamasını işarə etmiş, o, dönənə kimi avtomobili sürüb kəndə girmişdir. Onlar avtomobili itirmiş, Yamən DİN-nin 102 xidmətinə zəng etmişdir. Bir az keçmiş polis əməkdaşları gəlmiş, o, baş verənlər barədə danışıb şikayət ərizəsi vermişdir. Səhər açılanda Hüsülü kənd sakini sonradan adının Qurban olduğunu bildiyi şəxs ona zəng etmiş, Qurban yaşadığı evin qarşısına gəlmiş və avtomobilin arxasından su nasosunu götürüb ona verib çıxıb getmişdir. Su nasosu X9 İdarəsinin balansındadır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş baxış keçirilməsi haqqında protokoldan görünrük ki, 19 fevral 2024-cü il tarixdə Ağcabədi rayonu Kəhrizli kəndi ərazisinə baxış keçirilmiş, baxış zamanı Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində yerləşən Şahid1 məxsus yaşayış evinin qarşısından oğurluq olması faktı təsdiq olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək haqqında qərardan görünür ki, 21 fevral 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə başlanaraq ibtidai istintaq aparılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə olan ********* saylı cinayət işi üzrə əməl həmin məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa şahid qismində verdikləri ifadə hadisə yerində yoxlanılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlini əyani olaraq göstərərək soyğunçuluq etdikləri yerləri göstərmişlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Mərkəzi X12 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-23/2-381/2024 nömrəli məktubundan görünür ki, Usubov X6 Rayon Mərkəzi X12 X1 şöbəsinin alkoqol, ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatda durmur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Mərkəzi X12 Şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-23/2-385/2024 nömrəli məktubundan görünür ki, Həsənov X11 Rayon Mərkəzi X12 X1 şöbəsinin alkoqol, ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, bir ədəd 11-455 reper nömrəli subartezian quyusunun ESV-10-65-110 markalı dərinlik nasosu 11 mart 2024-cü il tarixdə Şahid1 tərəfindən X7 İdarəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon «Əli» firmasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1 ədəd 11-455 reper nömrəli subartezian quyusunun ESV-10-65-110 markalı dərinlik nasosunun 2024-cü ilin fevral ayına pərakəndə satış qiyməti 3460 manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X7 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1 ədəd 11-455 reper nömrəli subartezian quyusunun ESV-10-65- 110 markalı dərinlik nasosunu qiyməti 3460 manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli “ƏLİ” firması tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, X7 İdarəsinin balansında olan Kəhrizli kəndində yerləşən 11-455 reper nömrəli subartezian quyusunun ESV-10-65-110 markalı dərinlik nasosunun qiyməti uzun müddət işləndiyinə görə amartizasiya hesablandığına görə hal-hazırda bazar qiyməti köhnəlmə çıxıldıqdan sonra 1850 manat qiymətləndirilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 istintaqa təqdim etdiyi 1 ədəd su nasosu iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 fevral 2024-cü il tarixli əşyanın maddi sübut kimi hesab edilməsi barədə qərarla Şahid1 istintaqa təqdim etdiyi 1 ədəd su nasosu iş üzrə maddi sübut hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Rüspublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli sərəncamı ilə Azərbaycan Rüspublikasının Baş Naziri tərəfindən verilmiş vəsiqədən görünür ki, X10 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli və 07 iyun 2024-cü il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 X10 ilə qardaşdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 07 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Qaraxanlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli arayışdan görünür ki görünür ki, Ağcabədi rayon Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs2 bir azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X8 adlı uşağı var. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, Təqsirləndirilən şəxs1 və Həsənov X11 rayonunun Kəhrizli kəndində quraşdırılmış ictimai əhəmiyyətli su xətti hesab olunan X7 idarəsinə məxsus 11- 455 reper nömrəli subartezian quyusunun 3.460 manat dəyərində olan bir ədəd ESV-10- 65-110 markalı nasosunu qəsdən gizli olaraq tamah niyyəti ilə talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə 19 fevral 2024-cü il tarixdə saat 02:00-dan 03:00-dək müddətdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus “VAZ 21011” markalı avtomobillə Ağcabədi rayonunun Kəhrizli kəndinə gedərək qeyd olunan subartezian quyusuna yaxınlaşmaqla nasosu çıxararaq avtomobilə yerləşdirdikdən sonra özgənin əmlakını gizli olaraq talamaqda ifadə olunan cinayətkar hərəkətlərinə davam edərək həmin avtomobillə hadisə yerindən uzaqlaşarkən kəndin sakinlərindən Şahid2 və Şahid1 onların cinayətkar hərəkətlərini anlayaraq dərinlik nasosunu oğurladıqlarına əmin olduqdan sonra sonuncunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə onların hərəkət etdikləri avtomobili təqib edərək siqnalla və yaxın-uzaq işıqlarla, habelə qışqırmaqla və əl hərəkətləri ilə onlardan avtomobili dayandırmağı və cinayətkar hərəkətlərə son qoymağı tələb etmələrindən sonra həmin hərəkətlərinin başqaları tərəfindən aşkar olunduğunu və bununla da əmlakın qanunsuz götürülməsinin artıq açıq xarakter aldığını dərk etdikləri halda hərəkətlərini davam etdirməklə və əmlakı saxlamaqla özgənin 3.460 manat dəyərində əmlakını açıq talayaraq qanunsuz və əvəzsiz olaraq özünün və kriminal qrupun digər üzvü Təqsirləndirilən şəxs2 xeyrinə keçirməklə soyğunçuluq etmişlər. Məhkəmə istintaqı zamanı isə Ağcabədi rayon Əli firması (Mərkəzi Bazarının) 06 iyul 2024-cü il tarixli, 35 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, X7 idarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun bir ədəd ESV-10-65-110 markalı nasosunun dəyəri uzun müddət işləndiyinə görə amartizasiya hesablandığına görə halhazırda bazar qiyməti köhnəlmə çıxıldıqdan sonra bir min səkkiz yüz əlli manat dəyərində qiymətləndirilir. Göründüyü kimi istintaq orqanı tərəfindən X7 idarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun bir ədəd ESV-10-65-110 markalı nasosunun dəyəri mütəxəssis rəyində göstərilən məbləğdən artıq qeyd olunmuşdur. Odur ki, məhkəmə Ağcabədi rayon Əli firması (Mərkəzi Bazarının) 06 iyul 2024-cü il tarixli, 35 saylı mütəxəssis rəyini X7 idarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun bir ədəd ESV-10-65-110 markalı nasosunun dəyərini müəyyən edən mötəbər sübut kimi qəbul edir və həmin subartezian quyusunun nasosunun dəyərini Ağcabədi rayon Əli firması (Mərkəzi Bazarının) 06 iyul 2024-cü il tarixli, 35 saylı mütəxəssis rəyində göstərilən dəyər kimi qiymətləndirir. Lakin, bu hal təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli CM-nin 180.2.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən edərkən onun dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və qardaşı X3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, qardaşı X3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə vurulmuş zərəri tam ödəməsini və onunla barışmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cİ maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Rusiya Federasiyasının Leninqrad vilayəti, Viborq şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün Şirvan Apellyasiya Məhkəməsində qanunla müəyyən edilmiş qaydada tanınıb-tanınmaması barədə sorğu verilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Rusiya Federasiyasının Leninqrad vilayəti, Viborq şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün Azərbaycan Respublikasında mövcud qanunvericiliyə uyğun olaraq tanınıbtanınmaması barədə təqdimat məhkəməyə daxil olmamamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsiin ifadəsini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək törətdiyi əməldən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə vurulmuş zərəri tam ödəməsini və onunla barışmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsiin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan X7 İdarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun bir ədəd ESV-10-65-110 markalı nasosu X7 İdarəsinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 36 iş saatı üçün 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 avqust 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan X7 İdarəsinə məxsus 11-455 reper nömrəli subartezian quyusunun bir ədəd ESV-10-65-110 markalı nasosu X7 İdarəsinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 36 iş saatı üçün 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə verildiyi) andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar