Məhkəmə qərarları › İş №1(017)-72/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-72/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-72/2023 03.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 və onun vəkili Bərdə rayon Vəkil bürosunun vəkili Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxx 1965-ci ildə Ağcabədi rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamş, hazırda Beyləqan rayonunun, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə islasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin iyul ayında gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq oradan 216 manat dəyərində 400 kq arpanı, sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən saxlanc yeri hesab edilən anbara qanunsuz daxil olaraq 162 manat dəyərində 300 kq arpanı qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs1 ümumilikdə 378 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, təxminən 20 ildir Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində yerləşən dəyirmanda sürücü və fəhləliklə məşğul olur, işlədiyi dəyirmanın yaxınlığında Zərərçəkmiş şəxs1 məxsus buğda-arpa anbarı yerləşir. Onun pula ehtiyacı olmuş, ona görə də həmin anbardan oğurluq etmək qərarına gəlmişdir. Təxminən 2021-ci ilin iyul ayında gecə saat 01 radələrində həmin anbarın qarşı tərəfinə gəlmiş, həmin anbarın giriş qapısında olan qıfıl nasaz olduğu üçün əli ilə dartan kimi qıfıl açılmışdır. O anbarın içərisinə daxil olmuş, oradakı arpa açıq halda olmuşdur. O gedərkən özü ilə sintetik kisələr də aparmışdır. O kisələri arpaya birləşdirib arpanı kisələrə doldurmuşdur. Sonra həmin kisələri daşıyıb işlədiyi dəyirmana gətirmişdir. O oradan 400 kiloqram arpa oğurlamışdır. Bundan sonra həmin oğurladığı arpanı hissə-hissə dəyirmanda tanımadığı şəxslərə satmışdır. Artıq oğurladığı arpanı satıb qurtarmışdır. Təxminən 2021-ci ilin avqust ayında yenidən həmin anbardan arpa oğurlamaq qərarına gəlmişdir. O təxminən 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində əvvəlki kimi özü ilə sintetik kisələr götürüb anbara getmişdir. O eyni qaydada anbarın qıfılını açıb içəri daxil olmuş və anbarda olan arpadan kisələrə doldurub dəyirmana daşımışdır. O bu dəfə də 300 kiloqram arpa oğurlamışdır. O yenə də dəyirmanda həmin arpanı tanımadığı şəxslərə satmışdır. O anbardan hər dəfə tək oğurluq etmiş, oğurluq etməyi heç kimə bildirməmiş, başqa heç bir yerdən oğurluq etməmiş, anbardan təxminən 700 kiloqram arpa oğurlamış, arpa satdığı şəxsləri tanımamış, həmin şəxslər də satdığı arpanın oğurluq olduğunu bilməmişlər. Zərərçəkmiş şəxsə dəymiş 378 manat ziyanı tam ödəmişdir. Namiqgilin digər anbarından 16000 (on altı min) manatlıq oğurluq edilməsində onun iştirakı olmamışdır. Həmin oğurluqla bağlı iki nəfər şəxs barəsində ayrı cinayət işi açılıb və məhkəmənin icraatındadır. Hazırda tutduğu əməldən çox peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş 378 manat ziyanı tam ödəməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, şəxsi təsərüffatla məşğul olur, Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən taxıl anbarı və dəyirmanı var, həmin anbarda həmçinin qardaşı Zamiq Xanalıyev də işləmişdir. O 2021-ci ilin iyul ayının ortalarından avqust ayının ortalarına kimi həmin anbara həm özü əkdiyi, həm də başqa şəxslərdən aldığı arpanı yığıb saxlamışdır. O işlərilə əlaqədar olaraq çox vaxt anbara gəlib baxa bilməmiş, həmin anbarın hər tərəfi bağlı olduğu üçün anbarın gözətçisi olmamışdır. O arpanı satan zaman arpanın gözlədiyindən az miqdarda olduğunu görmüş, lakin oğurlanmasını düşünməmiş, çünki anbarın qapısı bağlı olmuş, qıfılı da üstündə olmuşdur. Onun hesablamalarına görə anbardan 16000 manat dəyərində olan 29 ton 640 kq arpa oğurlanmışdır. 2022-ci ilin oktyabr ayının axırlarında isə anbardan oğurluq olduğunu dəqiqləşdirmiş, həmin oğurluğunda qonşu dəyirmanda işləyən Şamil Məmmədov, Ələmdər Əliyev və Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. O bunu bildikdən sonra qardaşı Zamiqə polisə şikayət etməsini demişdir. Ona məxsus arpa təxminən 2021-ci ilin iyul və avqust ayları ərzində Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən ona məxsus anbardan oğurlanmış, ona məxsus 29 ton 640 kq arpa oğurlanmış, arpanın bir kiloqramı 54 qəpik olduğuna görə oğurluq nəticəsində ona 16000 manat maddi ziyan dəymişdir. Ona görə də, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədi ilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə , habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və sair kimi hərəkətlər də aiddir. İş materiallarında olan “Əli” fimasının məktubundan görünür ki, 2021-ci ilin iyulavqust ayları ərzində bir kiloqram arpanın pərakəndə bazar satış qiyməti 54 (əlli dörd) qəpik təşkil etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Ağcabədi RPŞ-nə ərizə ilə müraciət edərək, ona məxsus anbardan arpanın oğurlanması nəticəsində ona 16000 manat dəyərində maddi ziyan dəydiyini, sonradan ona dəymiş ziyanın ödənildiyini, ona görə də X7, X3 və Təqsirləndirilən şəxs şikayəti olmadığını göstərmişdir. İş materiallarında olan “Kapital Bank”dan verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş olan zərərə görə Zərərçəkmiş şəxs1 adına 380 manat pul ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “Beyləqan Rayon Mərkəzi X5 Şəxs”in verdiyi xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Nəsibov X2 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda durmur. İş materiallarında olan Beyləqan RİHB-nın Örənqala qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 177.2.3-cü maddəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirildi. Ona görə təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi əmələ görə səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş 378 manat ziyanı onun bank hesabına ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tam təcrid olunmamaqla nəzarərt altında saxlanılmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Beyləqan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 384 - 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Beyləqan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Beyləqan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Beyləqan rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar