Məhkəmə qərarları › İş №1(017)-72/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-72/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-72/2024 07.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci İnstansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1983-cü ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağcabədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunua dəyişikliklər edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının qanunuda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 0,161 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd falqa kəsiyi bükümündə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 05 yanvar 2024-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında və istifadə etməsində şübhəli bilinərək saat 12:10-da yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:05-dən başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı 01 ədəd falqa kəsiyi bükümündə, təmiz çəkisi 0,161 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005ci il tarixli Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respubublikasının 21 noyabr 2023-cü il tarixli qanununda göstərilən xeyli miqdarda, yəni təmiz çəkisi 0,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satiş məqsədi olmadan qanunsuz olaraq əldə edib 01 ədəd bükümdə daşıyaraq üzərində saxlamış, 30 yanvar 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq saat 12:40 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 12:55-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində, qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda istintaqa məlum olmayan vaxt və mənbədən əldə edib daşıyaraq üzərində saxladığı, təmiz çəkisi 0,193 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. O, narkotik vasitə istifadə edir. 04 yanvar 2024-cü il tarixdə təxminən saat 15 radələrində Ağcabədi şəhər, Ü.Hacıbəyli prospektində yaşadığı evin yaxınlığında yerdən bir büküm narkotik vasitə olan heroin tapmışdır. O, həmin heroini tapdığı formada falqa bükümdə özü istifadə etmək məqsədi ilə üzərində saxlamış və cibində gəzdirmişdir. 05 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti 125 nömrəli yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğumu bildirərək Ağcabədi rayon Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edərsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından hər hansı birinin hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X2 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlərlə müdafiəçisinin iştirakı ilə tanış olmuş və düzgün tərtib edildiyi üçün imza etmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olubolmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd falqaya bükülmüş bükülünü təqdim etmişdir. O, həmin falqa bükümün içərisində olan kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində başqa hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin içərisində narkotik vasitə olan heroin olan falqa bükümü müdafiəçisinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,22 qram olmuşdur. Sorğu zamanı o həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişdilər. Daha sonra ona alınmış ekspertin rəyi elan edilmiş və o öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,161 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Bundan başqa, 29 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Ağcabədi rayonu, Ü.Hacıbəyli prospekti ərazisində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman yerdə siqaretin gümüşü rəngli kağıza bükülmüş büküm görmüşdür. Həmin büküm onun diqqətini cəlb etdiyi üçün əyilib yerdən götürmüş və içərisinə baxdıqda toz halında, istifadəçisi olduğu üçün tanıdığı narkotik vasitə olan heroin olmasını görmüşdür. Həmin bükümün içərisindəki narkotik vasitədən bir azını istifadə etdikdən sonra qalanını da istifadə etmək məqsədilə cibinə qoymuşdur. 30 yanvar 2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona saxlanma səbəbini, hüquq və vəzifələrimi izah edərək Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Burada onun üçün dəvət edilmiş müdafiəçinin iştirakı ilə, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona sual olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmişlər. Bükümün içərisində toz halında, qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Daha sonra siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, çəkisi bükümlə birlikdə 0,34 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümün içərisində heroinə oxşar kütlə aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və onlar imza etmişdilər. Daha sonra onun üzərinə əlavə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra ona ekspertin rəyi elan edilmiş və o öyrənmişdir ki, üzərindən aşkar edilərək götürülmüş falqa kəsiyi bükümündə xeyli miqdarda, təmiz çəkisi 0,193 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. O, həmin narkotik vasitəni 04 və 29 yanvar 2024-cü il tarixlərdə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində, yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. Hazırda törətdiyi əməldən peşman olmasını və iki azyaşlı uşağının olmasını bildirib ona həbslə bağlı olmayan yüngül cəza verilməsibi xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndini, 4-cü hissəsinin 2ci bəndinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərini rəhbər tutularaq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Qrupun tərkibinə oda daxil olmuşdur. Qrupa rəhbərliyi Ağcabədi RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 05 yanvar 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən evinin qarşısında olarkən yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı Təqsirləndirilən şəxs elan edib, onu saat 12:10-da Ağcabədi rayon Polis Şöbəsinə gətirmilər. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ təhqiqatçı X16 tərəfindən izah edilmiş və X1 müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş protokolu ona təqdim edilmişdir. Şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamışdılar. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd falqa bükümünü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin falqa bükümünün içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Bundan sonra iştirakçıların və müdafiəçinin iştirakı ilə narkotik vasitə qəbul etməkdə, əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Götürülmüş kütlə elektron tərəzisində çəkilmiş heroinə oxşar kütlə 0.22 (sıfır tam yüzdə iyirmi iki) qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd falqa kəsiyi bükümündə narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və ağzı Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanaraq rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza X14 Bölməsinə göndərilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bir ədəd falqa bükümündə olan narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan “heroini” iki gün əvvəl Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ərazisində, yaşadığı evin yaxınlığından tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, o, Ağcabədi rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə şöbəyə əməliyyat məlumatlı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan və PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə saat 12:40 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkətdə olduğu zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. RPŞ-nin inzibati binasında, RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X17 onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili X6 da iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli 01 ədəd kağız bükümünü təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,34 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd büküm 01 ədəd zərfdə qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar, həmçinin onun tərəfindən imzalanmışdır. O, bildirmişdir ki, Təqsirləndirilən şəxs dediyinə görə üzərindən aşkar edilmiş narkotik vasitə heroini Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti ərazisində, yaşadığı evin yaxınlığından tapmışdır. Təqsirləndirilən şəxs RPŞ-nə gətirilməsini tədbirdə iştirak edən PPXB-nin polis nəfəri, polis serjantı, Şahid4 başqa heç kəs görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 13:05-dən başlayaraq saat 13:40dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Allahverdiyev Hüseyn oğluna müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümünü təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,22 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd büküm 01 ədəd zərfdə qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. İş materiallarında olan 05 yanvar 2024-cü il tarixli diskə məhkəmə iclası zamanı baxış keçirilərək diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, onu saxlayan, polis şöbəsinə gətirən və üzərinə baxış keçirilən vaxt orada olan polis əməkdaşları Şahid2 və Şahid3 iştiraklarının və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd gümüşü büküm çıxarıb stolun üzərinə qoyması, həmin bükümün içərisində spesfik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilməsi, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0.22 qram olması, narkotik vasitə heroinə bənzər kütlənin 01 ədəd kağız zərfdə qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülməsi müşahidə olunur. 240230002 nömrəli cinayət işi 06 yanvar 2024-cü il tarixdə Ağcabədi RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. 240230002 nömrəli cinayət işi üzrə 05 yanvar 2024-cü il tarixdə saat 12:35-dəqiqədə Təqsirləndirilən şəxs Ağcəbədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 240230002 nömrəli cinayət işi üzrə törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə Ağcabədi RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qeyd olunan tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına dair protokoldan görünür ki, həmin gün saat 12:55-dən başlayaraq saat 13:25dək olan müddət ərzində video çəkilişlə Ağcabədi rayon polis şöbəsində Allahverdiyev Hüseyn oğluna müdafiəçisi X6 iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümünü təqdim etmiş və stolun üzərinə qoymuşdur. Həmin bükümün içərisinə baxış keçirilən zaman, kəskin, spesifik qoxuya malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunduğu qaydada elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,34 qram olması müəyən edilmişdir. Həmin 01 ədəd büküm 01 ədəd zərfdə qablaşdırılmış, ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü vurularaq götürülmüşdür. İş materiallarında olan 30 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan görüntülərdə Təqsirləndirilən şəxs müdafiəçisi X6 iştirakı ilə hüquq və vəzifələri izah edilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparlması, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü büküm çıxarıb stolun üzərinə qoyması, həmin bükümün içərisində spesfik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlənin aşkar edilməsi, narkotik vasitə heroinə bənzər kütlə aşkar edildiyi qaydada elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0.34 qram olması, narkotik vasitə heroinə bənzər kütlənin 01 ədəd kağız zərfdə qablaşdırılıb, üzərinə 143 saylı möhür vurularaq götürülməsi müşahidə olunur. 30 yanvar 2024-cü il tarixdə saat 12:45 dəqiqədə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi cinayət əməlinə görə Təqsirləndirilən şəxs 01 fevral 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 01 fevral 2024-cü il tarixdə Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun 4(017)-11/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 3(üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Ağcabədi rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzası başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 06 yanvar 2024-cü il tarixli, 18/14 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi-0.161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aşkar edilmiş heroinin təmiz çəkisi 0.161 qram, cəmi tədqiqata sərf edildi– 0,05 qram, qalıq 0.111 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azrbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 31 yanvar 2024-cü il tarixli, 18/128 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən aydın olur ki, tədqiqata təqdim olunmuş üzərində “..Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi-0.193 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aşkar edilmiş heroinin təmiz çəkisi 0.193 qram, cəmi tədqiqata sərf edildi– 0,05 qram, qalıq 0.143 qramdır. Heroin 28 iyun 2005-ci il tarixli Azrbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. İş materiallarında olan X11 16 mart 2024-cü il tarixli, 467 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstələyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhər görülür İş materiallarında olan Ağcabədi rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 28 fevral 2024-cü il tarixli, 18-1-23/2-250/2024 nömrəli arayışından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığlarına xx.xx.2024 və xx.xx.2024-cü il tarixli cavab məktublarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin onun özünə məxsus olması, həmin narkotik vasitəni satış məqsədi olmadan saxlaması, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik vasitəninin mənbəyi hələki müəyyən edilməmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli arayışdan görünür ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs iki azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2021ci il təvəllüdlü X9 adlı övladları var. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X5 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Ağcabədi rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzası başa çatmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsində nəzərdə tutulmuş 6 il məhkumluq müddəti ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 yanvar 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs «Ağcabədi Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barədə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 0,111 və 0,143 qram çəkilərdədə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 manat 69 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22) hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 18 iş saatı üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti cəza olaraq iki il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəza çəkməsinin əvvəli tutulduğu gündən yəni, 30 yanvar 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin; Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalan 0,111 qram və 0,143 qram narkotik vasitə olan küstar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 81 manat 69 qəpik məbləğində ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM.VÖİN **********, X4 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ 013601**********3944, hesab Az 34 CTRE********************) keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 18 iş saatı üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar