Məhkəmə qərarları › İş №1(017)-73/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-73/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-73/2023 11.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili X2 və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1999-cu il tarixdə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində qeydiyyatda olan, Beyləqan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməklə cəzasının əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 14 saylı Cəza Çəkmə müəssisəsində cəza çəkən və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, qanunsuz olaraq özgə əmlakını talamaq məqsədilə 21 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus Ağcabədi rayonu, Aşağı Mehrablı kəndi ərazisində yerləşən mağazaya arxa tərəfində olan nəfəslikdən qanunsuz daxil olaraq həmin mağazadan 30 manat kağız pul əskinasları, 10 manatlıq qəpik pul, bir ədədinin qiyməti 16 manat olmaqla 64 manat dəyərində 4 ədəd bir litrlik “Ağsu” arağı, bir ədədinin qiyməti 1 manat olmaqla 10 manat dəyərində 10 ədəd 250 milli litrlik “Bizon” enerji içkisi, bir ədədinin qiyməti 1 manat olmaqla 21 manat dəyərində 21 ədəd “Sim” konturu, bir ədədinin qiyməti 2 manat olmaqla 16 manat dəyərində 8 ədəd “Nar” konturu, bir ədədinin qiyməti 6,50 manat olmaqla 32,5 manat dəyərində 5 ədəd “Ulduz” firmasına məxsus olan şokoladı, bir ədədinin qiyməti 2,70 manat olmaqla 13,5 manat dəyərində 5 ədəd 100 qramlıq “Çempion” çayı, bir ədədinin qiyməti 2,80 manat olmaqla 28 manat dəyərində 10 ədədi 240 qramlıq Rusiyada istehsal olunmuş kilki konservasını, bir ədədinin qiyməti 5 manat 325 qramlıq Rusiyada istehsal olunmuş mal əti qovyadinasını, bir ədədinin qiyməti 3,80 manat olmaqla 152 manat dəyərində 40 ədəd “Kent 4” siqareti, bir ədədinin qiyməti 2,70 manat olmaqla 27 manat dəyərində 10 ədəd “Pallmall” siqareti, bir ədədinin qiyməti 2,70 manat olmaqla 27 manat dəyərində 10 ədəd “Rothmans” siqareti, bir ədədinin qiyməti 2,30 manat olmaqla 46 manat dəyərində 20 ədəd “Viceroy” siqareti, bir ədədinin qiyməti 3,70 manat olmaqla 37 manat dəyərində 10 ədəd “Winston” siqareti, bir ədədinin qiyməti 2,80 manat olmaqla 84 manat dəyərində 3 0 ədəd “Winchester” siqareti, bir ədədinin qiyməti 2,20 manat olmaqla 22 manat dəyərində 10 ədəd “Arqo” siqareti olmaqla ümumilikdə 625 manat məbləğində əşyaları qəsdən qanunsuz olaraq oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 625 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində yaşayır. Zərərçəkmiş şəxs tanımır, onunla qohumluq əlaqəsi və aralarında ədavəti yoxdur. 21 yanvar 2023-cü il tarixdə saat 18 radələrində İmişli rayonuna getmək üçün yaşadığı evdən çıxıb “Minstroy körpüsü” adlanan yerə gəlmişdir. İmişli rayonuna getmək üçün avtomobil gözləmişdir. Bu vaxt yolun qarşı tərəfində mağaza olduğunu, lakin mağazanın bağlı olduğunu və ətrafda heç kimin olmadığını görmüşdür. Onun pula ehtiyacı olduğu üçün həmin mağazadan oğurluq etmək qərarına gəlmişdir. Mağazaya yaxınlaşmış, mağazanın qapısının dəmirdən, qarşı tərəfin pəncərəsində isə dəmir barmaqlıqlar olduğunu görmüş, ona görə də mağazanın arxa tərəfinə keçmiş və orada kiçik ölçülü pəncərə olduğunu görmüşdür. Həmin pəncərədən od sobasının borusu çıxarılmışdır. Həmin sobanın borusunu dartıb bayıra çıxartmış və pəncərədə olan dəmir lövhəni də bayır tərəfə yuxarı qaldırmışdır. Sonra həmin pəncərədən mağazaya daxil olmuşdur. Mağazadakı stulun üzərində dəftər görmüş, həmin dəftəri açıb baxanda arasından 1, 5, 10 manatlıq əskinaslardan ibarət 30 manat pul olduğunu görüb həmin pulu götürmüşdür. Sonra mağazanın kassa vitrininə yaxınlaşmış, orada da qutunun içərisində dəmir pul, yəni qəpiklər olduğunu görmüş, həmin qəpikləri də götürüb cibinə tökmüş, sonradan orada 10 manat qəpik pul olduğunu bilmişdir. Sonra mağazanın vitrindən 8 ədəd 2 manatlıq Nar konturu, 21 ədəd 1 manatlıq Sim konturu da götürüb cibinə qoymuşdur. Sonra mağazanın arxa vitrinində olan 10 ədəd bizon içkisi, 4 ədəd 1 litrlik “Ağsu” arağı, 5 ədəd şokalad, 5 ədəd “Çempion” çayı, 10 ədəd kilki konservası, 1 ədəd mal əti qovyadinası, dəqiq sayını bilmədiyim qədər Kent 4, Pallmall, Rotmos, Viceroy, Vinston, Vinchester, Arqo siqaretlərini də götürmüşdür. Oğurladığı əşyaları götürüb mağazadan çıxmışdır. Yolun kənarında dayanmış, oradan sürücüsünü tanımadığı bir avtomobilə əyləşmişdir. Sürücüyə ucuz qiymətə siqaret və araq satdığını bildirmişdir. Sürücü də almağa razılaşmışdır. Oğurladığı əşyalardan, araqları, çayları, şokaladı, konserva və qovyadinanı və siqaretlərin bir hissəsini həmin tanımadığı şəxsə 80 manata satmışdır. Sonra yaşadığı evə gəlmişdir. Bizonları içmiş, sim konturları istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə yükləmiş, pulu öz ehtiyaclarına xərcləmiş, qalan 2 ədəd Sim konturu, Nar konturları və siqaretlərin bir hissəsini yatdığı otaqda döşəyin altına yığmışdır. Oğurluğu tək etmiş, yanında başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Mehrablı kəndində yaşayır. Özünə məxsus mağazanı işlətməklə məşğul olur, ərzaq məhsulları satır. 21 yanvar 2023-cü il tarixdə adəti üzrə səhər saatlarında gəlib mağazanı açıb işə başlamışdır. Həmin gün bir az özünü narahat hiss etdiyi üçün saat 18 radələrində mağazanı bağlayıb evə getmişdir. 22 yanvar 2023-cü il tarixdə səhər saatlarında gəlib mağazanı açıb içəri daxil olanda mağazanın arxa tərəfindən olan kiçik pəncərənin açıq halda olduğunu görmüşdür. Həmin pəncərənin örtüyü dəmirdən olmuşdur. Bunu gördükdən sonra artıq bilmişdir ki, mağazaya kimsə daxil olub. Bundan sonra mağazaya baxdıqda mağazadan pul, müxtəlif markalı siqaretlər, Sim və Nar konturlar, araq, şokalad, konserva və qavyadina oğurlandığını bilmişdir. Ona görə də mağazadan oğurluq olması barədə Ağcabədi rayon polis şöbəsinə şikayət etmişdir. Sonradan Ağcabədi rayon polis şöbəsinin əməkdaşları mağazadan Təqsirləndirilən şəxs oğurluq etdiyini müəyyən etmişdir. Oğurluq nəticəsində ona 625 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam olaraq ödəmişdir. Ona qarı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Beyləqan rayonunun Yuxarı Kəbirli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun oğludur. 23 yanvar 2023-cü il tarixdə axşam vaxtı polis əməkdaşları yaşadığı evə gəlmiş və oğlu Pənahın oğurluq etdiyini bildirmişlər. Bundan sonra Pənahın oğurluq etməsindən məlumatı olmuşdur. Daha sonra polis əməkdaşları evə baxış keçirmək istədiklərini bildirdikdə heç bir etiraz etməyərək bu barədə ərizə yazmışdır. Bundan sonra evə baxış keçirilmişdir. Pənahın yataq otağına baxan zaman çarpayıların üzərində olan döşəklərin altından 08 ədəd “nar” və 03 ədəd “sim” konturlar, 19 ədəd “Kent 4” siqareti, 12 ədəd “Pallmall” siqareti, 08 ədəd “Winchester” siqareti, 09 ədəd “Rothmans” siqareti, 03 ədəd “Winston” siqaretləri aşkar edilərək götürülmüşdür. Həmin əşyaların onlara məxsus olmadığını bildirmişdir. Onun Pənahın oğurluq etməsindən və həmin oğurladığı əşyaları evə gətirib yığmağından məlumatı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/931 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların -1 litrlik Ağsu arağı 1 ədədinin qiyməti 16 manat olmaqla 4 ədədi 64 manat, 250 ml, Bizon enerji içkisi 1 ədədinin qiyməti 0,70 manat olmaqla 10 ədədi 7 manat, 1 manatlıq Sim konturu 1 ədədinin qiyməti 1 manat olmaqla 21 ədədi 21 manat, 2 manatlıq Nar konturu 1 ədədinin qiyməti 2 manat olmaqla 8 ədədi 16 manat, 100 qramlıq Çempion çayı 1 ədədinin qiyməti 2,60 manat olmaqla 5 ədədi 13 manat, 240 qramlıq Rusiyada istehsal olunmuş kilki konservası 1 ədədinin qiyməti 2,80 manat olmaqla 10 ədədi 28 manat, 325 qramlıq Rusiyada istehsal olunmuş mal əti qovyadinası 1 ədədinin qiyməti 3,60 manat, Kent 4 siqareti 1 ədədinin qiyməti 3,80 manat olmaqla 40 ədədi 152 manat, Pallmall siqareti 1 ədədinin qiyməti 2,70 manat olmaqla 10 ədədi 27 manat, Rotmos siqareti (Rothmans) 1 ədədinin qiyməti 2,70 manat olmaqla 10 ədədi 27 manat, Viceroy siqareti 1 ədədinin qiyməti 2,20 manat olmaqla 20 ədədi 44 manat, Vinston siqareti 1 ədədinin qiyməti 3,60 manat olmaqla 10 ədədi 36 manat, Vinchester siqareti 1 ədədinin qiyməti 2,70 manat olmaqla 30 ədədi 81 manat və Arqo siqareti 1 ədədinin qiyməti 2,20 manat olmaqla 10 ədədi 22 manat olmaqla təzə vəziyyətdə 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti və ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 541,60 manat müəyyən edilir. Digər Ulduz firmasına məxsus 1 kiloqramlıq çəkidə olan sellofan paketdə şokalad (kiçik bükümlərdə) haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/931 nömrəli bildirişindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi və maddi sübutun sahibinə qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 08 ədəd “nar” və 03 ədəd “sim” konturlar, 19 ədəd “Kent 4” siqareti, 12 ədəd “Pallmall” siqareti, 08 ədəd “Winchester” siqareti, 09 ədəd “Rothmans” siqareti, 03 ədəd “Winston” siqareti iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamənin və hökmün surətindən görünür ki, Həsənli X3 Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməklə cəzasının əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Beyləqan rayon İHB-nın Örənqala qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələbini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, vurulmuş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Beyləqan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini və birinci hökm üzrə təyin edilmiş cəzasını çəkib qurtarmadığını nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, dərhal Ağcabədi rayon polis şöbəsinin müvəqqəti saxlama yerindən buraxılmışdır. İş materiallarında olan qətimkan tədbirinin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Həsənli X3 Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 14 saylı Cəza Çəkmə müəssisəsində çəkdiyinə görə onun barəsində xx.xx.2023-cü il tarixli qərarla seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət, yəni 02 (iki) gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan müddət) ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini, ədalət və humanizm prinsiplərini, cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli; Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza Beyləqan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli; onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla, cəzanın əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azadlıqdan məhrum etmə növündə cəzanın Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs təyin olunacaq cəza da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 08 ədəd “nar” və 03 ədəd “sim” konturlar, 19 ədəd “Kent 4” siqareti, 12 ədəd “Pallmall” siqareti, 08 ədəd “Winchester” siqareti, 09 ədəd “Rothmans” siqareti, 03 ədəd “Winston” siqaretiin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məhkəmə ekspertizası xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza Beyləqan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddəti nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun birinci hökmə əsasən çəkdiyi cəza qəti cəza müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin əvvəli 02 fevral 2023-cü il tarixdən hesablansın; barəsində qətimkan tədbirinin seçilməməsi azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar