Məhkəmə qərarları › İş №1(017)-74/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-74/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-74/2023 22.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər, Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə Təqsirləndirilən şəxs3 - xx xxxxxx 1978-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunun Subatan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2014-cü il tarix hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.3, 182.3.2, 182.3.4 və 310-cu maddələri ilə təqsirli bilinib qəti olaraq 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2015-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 182.2.1, 182.2.4 və 310-cu maddələrinə tövsif edilib qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə cəzası 09 il müddətə endirilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hazırkı cinayət əməlini törədən zaman məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-124/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilərərk eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hökmlə təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci və 178.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilərək eyni qərarla təyin olunmuş və çəkilməmiş qalan 01 il 02 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, təyin olunmuş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmamış, Göygöl rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı çəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs qardaşı oğlu X5 Azərbaycan Respublikası FHN-nin akademiyasına qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının əvvəllərində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən ərzaq mağazasından, Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünbətovun vasitəsi ilə 20000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 20000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs qardaşı oğlu X5 Azərbaycan Respublikası FHN-nin akademiyasına qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının əvvəllərində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən ərzaq mağazasından, Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünbətovun vasitəsi ilə 20000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 20000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs qardaşı oğlu X5 Azərbaycan Respublikası FHN-nin akademiyasına qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının əvvəllərində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən ərzaq mağazasından, Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünbətovun vasitəsi ilə 20000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 20000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmkəndlisi və qohumudur. Nəriman Heydarov da həmkəndlisidir və həmçinin də dostluq edirlər. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımışdır. Təxminən 2021-ci ilin yay aylarında yaşadığı Ağcabədi rayonunun Hindarx qəsəbəsində Zərərçəkmiş şəxsla görüşərkən Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünbətovun oğlunu FHN-nin akademiyasına düzəltdirmək istədiyini və tanış adamı varsa ona köməklik etməsini demişdir. O, da dostu Təqsirləndirilən şəxs2 tanışının olmasını və maraqlanıb ona məlumat verəcəyini demişdir. Səhəri gün Təqsirləndirilən şəxs2la görüşmüş və bu barədə Təqsirləndirilən şəxs2 demişdir. Bundan bir neçə gün sonra Nəriman Heydarov ona bildirmişdir ki, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən dostu Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünbətovun oğlunun FHN-nin akademiyasına daxil olmasına köməklik edə bilər. O, bu barədə Zərərçəkmiş şəxs demiş, Hasil də nə qədər pul verəcəyini öyrənməsini ona demişdir. Bundan sonra, Babəklə əlaqə saxlamış və Babək bu işlə əlaqədar 30000 manat verəcəklərini demişdir. Hasil də 20000 manat verə biləcəyini bildiridi və Hasilin yanında Babəklə telefon əlaqəsi saxlayaraq Hasilin 20000 manat verə biləcəyini Babəkə demiş, Babək də onunla razılaşmışdır. Həmçini Babəkə bildirmişdir ki, uşaq FHN-in akademiyasına daxil olduqdan sonra pul veriləcəkdir. Təxminən bundan 15- 20 gün sonra Hasil onunla telefon əlaqəsi saxlayaraq iş barədə soruşmuş, o, Hasilin yanına gələrək Babəklə danışmış, daha sonra Hasil də Babəklə danışmış və Babək narahat olmamalarını və uşağın FHN-in akademiyasına qəbul olunacağını demişdir. 2021ci ilin avqust ayının 15-20 tarixlərində Babək onunla telefon əlaqəsi saxlayaraq Zərərçəkmiş şəxs qardaşı oğlu Sahil Hünbətovu FHN-in akademiyasına qəbul etdirdiyini və danışdıqları 20000 manat pulu verməsini ona demiş, o da bu barədə Zərərçəkmiş şəxs demişdir. Hasil də bu işi yoxlatdıracağını və həqiqətən də Sahil Hünbətovu FHN-in akademiyasına Babəkin düzəltdirdiyini dəqiqləşdirdikdən sonra pulu verəcəyini demişdir. Təxminən 3 gün sonra Babək onunla telefon əlaqəsi saxlayaraq pulu istəmiş, o, telefon xətdində Babəklə Hasili birləşdirib danışdırmış, Hasil telefonda Babəkə bildirmişdir ki, narahat olmasın səhər onun pulu çatacaqdır və həmçinin ona kostyum da hədiyyə edəcəkdir. 02 sentyabr 2021-ci il tarixdə Hasil ona zəng edərək Bakı şəhərində olduğunu və Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən mağazaya gedib qardaşı Hafiz Hünbətovdan 20000 manat pulu götürməsini demişdir. O, da mağazaya gedib Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünətovdan 20000 manat pul almışdır. Həmin vaxt Nərimanla görüşmüş və Nəriman borcunun olduğunu bildirib həmin puldan 3500 manat istəmiş, lakin o, pulun Babəkə məxsus olmasını bildirərək Nərimana pul verməmişdir. Nəriman Babəklə telefon əlaqəsi saxlayaraq 3500 manar borcunun olmasını və həmin puldan götürmək istədiyini Babəkə demiş və Babək razılıq verdikdən sonra həmin 20000 manat pulun 3500 manatını Nərimana vermişdir. Həmçinin Babək cəzaçəkmə müəssisəsinə gələrkən ona həmin puldan ərzaq almasını da bildirmişdir. 2021-ci ilin sentyabr ayının 03-04-ü tarixində Təqsirləndirilən şəxs2la birlikdə təxminən 1000-1500 manatlıq bazarlıq edərək Bakı şəhərinə, 15 saylı cəzaçəkmə müəsisəsinə getmişlər. Cəzaçəkmə müəssisəsində Babəklə görşüdükdən sonra xərcləri hesablamış və qalan pulu Babəkə vermişdir. Babək də həmin puldan 3000 manat ona vermiş və o az olduğunu bildirərkən Babək əlavə olaraq ona 1000 manat da vermişdir. Babəkə ümumilikdə təxminən 10500-11000 manat pul vermişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs onunla əlaqə saxlayaraq qardaşı oğlu Sahil Hünbətovun FHN-in akademiyasına özü daxil olmasını və verdiyi pulun qaytarılmasını ona demişdir. O, da bu barədə Babəkə deyərkən X9 FHN-in akademiyasına qəbul olmasına o, köməklik etdiyini bildirmişdir. Həmin vaxt Babək Hasillə də danışmış və Babək bu işin onun tərəfindən görüldüyünü sübut edəcəyini Hasilə demişdir. Bundan bir neçə gün sonra Hasil Babəkin onu aladıtdığını və yoxa çıxdığını bildirmiş, o da bu barədə Nərimana demişdir. Bundan sonra Nərimanla Bakı şəhərinə getmişlər və FHN-in akademiyası ilə maraqlanarkən onlara məlum olmuşdur ki, Sahil Hünbətov FHN-in akademiyasına özü daxil olmuşdur. Bundan sonra Hasil şikayət edəcəyini bildirmiş, o, Nərmanla görüşüb hər biri şikayət etməməsi üçün Hasilə 5000 manat vermələrini Nərimana demişdir. O, Zərərçəkmiş şəxs 4000 manat pul qaytarmışdır. Həmçinin Nəriman da Hasilə 1500 manat pul qaytarmış və 2000 manat qaytarmaq istəsə də Hasil pulu tam istəmişdir. Təqsirləndirilən şəxs3 pulu cəzaçəkmə müəssisəsində Nərimanla birlikdə vermişdir. Lakin, nə qədər pul verməsi dəqiq yadında deyildir. Çünki həmin 20000 manat puldan 3500 manatını Nərimana vermiş, bir hissəsini Nərimanla yol xərci və digər xərclərə xərcləmiş, 1000-1500 manatlıq Babəkə ərzaq almış, qalan pulu da, yəni təxminən 10500-11500 manat pulu Babəkə vermişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Həmçinin də cinayət nəticəsində vurulmuş 20000 manat ziyanın iyirmi beş faizi, yəni 5000 manat miqdarında pul dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 həmkəndlisidir və həmçinin Təqsirləndirilən şəxs1 uşaqlıq dostudur. Təqsirləndirilən şəxs3 ilə 2017-2018-ci illərdə Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı istintaq təcridxanasında tanış olmuşlar və Babəki imkanlı bir şəxs kimi tanımışdır. O, bəraət alıb azadlığı çıxdıqdan sonra da Babəklə əlaqələri olmuşdur. Həmin vaxtlarda Babək ona bildirmişdir ki, qardaşı generaldır, lazım olsa nə iş desə düzəltmək olar. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la telefon vasitəsi ilə o, tanış etmişdir. 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs1 onunla əlaqə saxlayaraq dildirmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs qardaşı oğlu Sahil Hünbətovu FHN-in akademiyasına tələbə kimi düzəltmək lazımdır, o da tanışı Babəkin bu işi həll edə biləcəyini Qalibə demişdir. Həmin vaxt Babək 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkirdi və o Qalibə Babəkin cəzaçəkmə müəssisəsində onunla əlaqə saxlaya biləcəyi nömrəsini vermişdir. Həmin mobil nömrə yadında deyildir. Həmin mobil nömrə cəzaçəkmə müəssisəsinin nömrəsi olmuşdur. Qalib də həmin nömrəyə zəng edib Babəki danışığa çağıraraq onunla telefonda bu işlə bağlı danışmış, Babək bu işdə kömək edəcəyini bildirmiş və 30000 manat pul istəmişdir. Lakin, Hasil razılaşmayaraq 20000 manat verə biləcəyini bidirmiş və həmçinin uşaq akademiyaya daxil olandan sonra pulu verəcəyini demişdir. Bəbək də Qaliblə razılaşmış və həmçinin həmin vaxtlarda Hasil də Babəklə danışmışdır. Bundan bir müddət sonra uşaq akademiyaya qəbul olunmuş və Babək Qalibdən pulu istəmişdir. Qalib də Hasildən pulu istəmiş, sonradan Hasil Bakı şəhərində olduğunu bildirib Qalibə qəsəbədə olan mağazaya gedərək qardaşından pulu götürüb Babəkə çatdırmasını bildirmişdir. Qalib pulu götürdükdən sonra Qalibə borcunun olmasını və həmin puldan 3500 manat ona verməsini demiş, Qalib pulun Babəkə məxsus olmasını bildirərək ona pul verməmiş və o, Babəklə əlaqə saxlayıb bu barədə Babəkə dedikdən sonra Qalib həmin puldan ona 3500 manat vermişdir. 2021-ci ilin sentyabr ayının 3-4-ü tarixində Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs3 cəza çəkdiyi Bakı şəhəri 15 saylı cəzaçəkmə müəsisəsinə getmişlər. Həmin vaxt Babəkin göstərişi ilə təxminən 1000 manatlıq ərzaq da almışlar və cəzaçəkmə müəssisəsində Babəklə görüşmüşlər. Həmin vaxt Qalib yol xərcini və digər xərcləri də çıxdıqdan sonra Babəkə 10500 manat pul vermişdir. Təxminən 2021-ci ilin dekabr ayında Qalib onunla əlaqə saxlayaraq Hasilin qardaşı oğlu Sahil Hünbətov FHNnin akademiyasına özü daxil olduğunu, Babəkin onları aldatmasını bildirmişdir. Bundan sonra, Qaliblə Bakı şəhərinə getmişlər və FHN-in akademiyası ilə maraqlanarkən onlara məlum olmuşdur ki, Sahil Hünbətov FHN-in akademiyasına özü daxil olmuşdur. O, Babəklə əlaqə saxlamış, Babək onun adının çəkilməməsini və pulu tam olaraq qaytaracağını bildirmişdir. Lakin, Babək pulu qaytarmamışdır və Qalib ona bildirmişdir ki, Hasilin şikayət etməməsi üçün ona 10000 manat, yəni hər biri 5000 manat qaytarsınlar. Bundan sonra, Qalib 4000 manat, o isə 1500 manat Hasilə qaytarmışdır. Hasilə 2000 manat ödəmək istəsə də, Hasil pulu tam olaraq tələb etmişdir. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Həmçinin də cinayət nəticəsində vurulmuş 20000 manat ziyanın iyirmi beş faizi, yəni 5000 manat miqdarında pul dövlət büdcəsinə ödəniş edilmişdir. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2017-2018-ci illərdə Kürdəxanıda yerləşən X1 kimi tanıdığı Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. 2018-ci ilin sonlarında Nəriman həbsdən azad olunmuş və bundan sonra da əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs1 isə 2021-ci ilin avqust ayından Nərimanın vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayında Nəriman və Qalib 15 X4 gələrək onunla görüşmişlər və onunla görüşən zaman Qalib Hasil adlı qohumunun qardaşı oğluna köməklik etmək lazım olmasını, yəni X5 FHNnin akadmeiyasına qəbul elətdirməkdə onlara kömək etməsini bildirmişlər. Həmin vaxt o, maraqlanıb onlara bir söz deyəcəyini bildirmişdir. Lakin, aralarında heç bir məbləğdə pul söhbəti olmamışdır. Bundan bir neçə gün sonra Qalib onunla telefon əlaqəsi saxlayarkən, o artıq gec olduğunu və bu işdə onlara kömək edə bilməyəcəyini demişdir. O, cəzaşəkmə müəssisəsində olarkən Nəriman ona təxminən 2000 manatlıq ərzaq məhsulları göndərmiş və həmçinin imkanı olduğu halda o, da Nərimana müəyyən pul köməklikləri göstərmişdir. 15 X2 Ağcabədi Rayon Polis şöbəsinə etab olunarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qardaşı oğlu Sahil Hünbətovu FHN-in akademiyasına qəbul etdirmək adı ilə onun adından istifadə etməklə 20000 manat pul almışlar. Həmin vaxt Qalib və Nərimanla telefon əlaqəsi saxlayaraq həmin pulu almasa da, tam olaraq ödəyəcəyini və onun adının çəkilməməsini bildirmiş və bu sözləri yenidən məhbus olmaq istəmədiyi üçün demişdir. Əslində isə göstərdiyi kimi, Qalib və Nərimandan pul almamış, ümumiyyətlə göstərilən məbləğdə pulun cəzaçəkmə müəssisəsinə keçirmək mümkün deyildir. Ona görə də özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, qardaşı Hafizin oğlu Sahil Azərbaycan Respublikası FHN-nin xüsusi riskli xilasetmə qrupuna işə qəbul olunmuşdur. Bundan sonra Sahil 2021-ci ildə FHN-nin akademiyasına qəbul olmaq üçün sənəd vermiş və az bal toplamışdır. 2021-ci ilin avqust ayında Ağcabədi rayonunun Hindarx qəsəbəsində həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs1 ilə görüşmüş və o Qalibə bildirmişdir ki, qardaşı Hafizin oğlu FHNnin akademiyasına sənəd verib az bal toplayıb. Bu zaman Qalib ona bildirmişdir ki, onun tanışı var və həmin adam Sahilin işini həll edə bilər. Bundan sonra Qalib kənara çəkilib mobil telefonda kiminləsə danışmış və onun yanına qayıdaraq Sahilin akademiyaya qəbul olunmasında kömək edə biləcəyini ona demişdir. Həmin vax o, məbləgi də soruşmuş və Qalib bu iş üçün 30000 manat verəcəyini demişdir. O, Qaliblə razılaşmamış və 20000 manat verə biləcəyini Qalibə demiş və həmçinin Sahil akademiyaya qəbul olunandan sonra pulu verəcəyini də demişdir. Sahil imtahanda 101 bal toplamış və Qalib də Sahili 375 balla akademiyaya qəbul etdirəcəyini ona demişdir. Bundan bir neçə gün sonra Qaliblə görüşüb iş barədə soruşarkən Qalib onu Babək adlı şəxslə danışdırmış və həmin şəxs də ona narahat olmamasını demişdir. Qalibdən həmin şəxsin kim olduğunu soruşarkən, Qalib həmkəndliləri Təqsirləndirilən şəxs2 tanışı olmasını, hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmişdir. 2021-ci ilin avqust ayının 22-25-i tarixlərində qardaşı oğlu Sahil ona zəng edərək FHN akademiyasına qiyabi fakultəyə qəbul olduğunu bildirmişdir. 2021-ci ilin avqust ayının təxminən 29-30-u tarixində Qalib onun yanına gələrək Sahili onlar akademiyaya qəbul etdirdiyini və Babəkin razılaşdıqları 20000 manat pulu istədiyini ona demişdir. O, da maraqlanacağını və bu işi Babəkin həll etdiyinə əmin olduqdan sonra pulu verəcəyini Qalibə demişdir. 01 sentyabr 2021-ci il tarixdə Bakı şəhərinə olarkən Qalib onunla telefon əlaqəsi saxlayaraq pulu istəmiş və pulu veməyəcəyi halda Sahil akademiyadan qovulacağını bildirmişdir. O, da qardaşı Hafizlə telefon əlaqəsi saxlayaraq Qalibə 20000 manat pul verməsini demişdir. 2021-ci ilin sentyabr ayında FHN-nin akademiyasına keçid balını öyrənmiş və məlum olmuşdur ki, keçid balı 350 baldan 100 bala endirilmiş, Sahil də 101.40 bal topladığı üçün akademiyaya özü qəbul olunmuşdur. Bundan sonra Qaliblə görüşüb ondan pulunu tələb etmiş, Qalib mobil telefonda kiminləsə danışmış və həmin şəxslə onu da danışdırmışdır. Həmin şəxs adının Babək olduğunu və Sahili akademiyaya onlar qəbul etdirdiyini bildirərkən o, 375 bal dediklərini, Hasilin isə 101.40 balla özü daxil olduğunu Babəkə bildirmiş və pulunu tələb etmişdir. Babək də Sahilin 375 bal toplamasının məxfi olmasını ona bildirmişdir. Bundan sonra Qalib onunla görüşmüş və pulun 5000 manatını həmkəndlisi Təqsirləndirilən şəxs2, 5000 manatını isə o qaytaracağını bildirmişdir. Həmçinin Babək də onunla telefon əlaqəsi saxlayaraq Göygöl rayonunda torpaq sahəsinin olmasını və həmin torpaq sahəsini sataraq onun pulunu qaytaracağını bildirmişdir. Lakin, onun pulu ödənilməmiş qalmışdır. O, Qaliblə görüşərək şikayət edəcəyini bildirmiş və həmin vaxtlarda nömrəsini xatırlamadığı və özünü Babəkin qardaşı kimi təqdim edən Hikmət adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq pulunun çatacağını bildirmişdir. Bundan sonra, Qalib ona 4000 manat qaytarmış, Nəriman isə 1500 manat qaytararaq 2000 manat da verəcəyini bildirmişdir. Bu zaman ona məlum olmuşdur ki, Qalib və digərləri onu aldadaraq ondan aldıqları pulu öz aralarında bölmuşlər. X7 nə qədər pul verməsini bilmir. Nəriman ona 2000 manat ödəmək istəsə də o, mülki iddia qaldırdığı və pulunun tam şəkildə ödənilməsini istədiyi üçün həmin pulu qəbul etməmişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş və bu işlə əlaqədar təqsirləndirilən şəxslərlə barışmışdır. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur və onları bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Həmçinin də ona dəymiş ziyan tam olaraq ödənildiyindən mülki iddiadan da imtina edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Oğlu Sahil Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin akademiyasına sənəd vermiş və onlar qəbul balının yüksək olmasını bildikləri üçün Sahilin qəbul olmasına güvənməmişlər. Bu mövzunu qardaşı Hasilə də demişdir. Bundan sonra qardaşı Hasil ondan xəbərsiz həmkəndliləri və qohumluq əlaqələrinin olduğu Təqsirləndirilən şəxs1 ilə görüşmüş, bu barədə Qalibə demiş və Qalib də bu işdə kömək edəcəyini Hasilə demişdir. Sahil FHN akademiyasına imtahan vermiş və həmin il imtahan keçid balı 100 bala endirildiyi üçün Sahil 101 balla FHN akademiyasına qəbul olmuşdur. 02 sentyabr 2022-ci il tarixdə qardaşı Hasil Bakı şəhərində olarkən onunla telefon əlaqəsi saxlayaraq Qalibə 20000 manat pul verməsini demişdir. O, da həmin pulu Qalibə vermişdir. Sonradan məlum olmuşdur ki, Qallib və digər şəxslər Hasili aldadaraq 20000 manat pul almışlar. Onun oğlu Sahil akademiyaya özü qəbul olunmuşdur. Bundan sonra, qardaşı Hasil Qalibdən pulunu istəmiş, Qalib də hər dəfə müxtəlif bəhanələr gətirərək pulu vermək istəməmişdir. Təxminən 2021-ci ilin dekabr ayında Qalibin oğlu Hikmət onun mağazasına gələrək həmin puldan 4000 manatını ona vermiş, qalan pulu da qaytaracaqlarını bildirmişdir. Daha sonra isə Taleh kimi tanıdığı Nəriman da 1500 manat qardaşı Hasilə vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 yanvar 2023-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (iş vərəqə 114-115) görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 20000 manat pulun 10500 manatını Təqsirləndirilən şəxs3 verməsini demiş, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 pul almamasını bildirsə də, cəzasını çəkib qurtardıqdan sonra pulu qaytaracağını bildirmiş və pulu qaytarmaqda məqsədi Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 kömək etmək olduğunu bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 yanvar 2023-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan (iş vərəqə 116-117) görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 20000 manat pulun 10500 manatını 15 saylı çəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxs3 verdiyini demiş, Təqsirləndirilən şəxs3 da həmin pulu aldığını və qaytaracağını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 13 fevral 2023-cü il tarixli üzləşdirmə protokoldan (iş vərəqə 141-144) görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qardaşı oğlu Sahil Hünbətovu FHN-nin akademiyasına qəbul etdirmək üçün Təqsirləndirilən şəxs1lə danışmasını, Təqsirləndirilən şəxs1 də Babək kimi təqdim etdiyi şəxsin bu işi həll edəcəyini bildirib ondan 20000 manat aldığını bildirmiş, Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxsla telefonda danışdığını, cəzaçəkmə müəssisəsindən çıxıb pulu qaytaracağını, ona 10000 manat pul verəcəyini, şikayət etməməsini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(017)-108/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs2 Ağcabədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(017)-108/2021 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmış və 06 dekabr 2022-ci il tarixdə cəzasını çəkib qurtardəğə üçün həmin tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs2 üzərində çəkilməmiş cəzası qalmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2014-cü il tarix hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.3, 182.3.2, 182.3.4 və 310-cu maddələri ilə təqsirli bilinib qəti olaraq 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2015-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 182.2.1, 182.2.4 və 310-cu maddələrinə tövsif edilib qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə cəzası 09 il müddətə endirilmişdir İşdə olan və məhkəmə istintaqında elan edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-124/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci maddəsi və 178.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci və 178.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 il 02 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunan 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 005420 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup Qarabağ müharibəsi əlilidir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 28 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 28 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 31 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 iyun 2023-cü il tarixli mədaxil qəbzindən və ödəniş tapşırığından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi-5000 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı törətdikləri cinayət əməlini tam olaraq etiraf etməsələr də, onlara istinad edilən cinayəti törətmələri iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş üzləşdirmə aparılması haqqında protokollarla öz təsdiqini tapmışdır. Belə ki, 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə aparılarkən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 20000 manat pulun 10500 manatını Təqsirləndirilən şəxs3 verməsini bildirmiş, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 pul almamasını bildirsə də, cəzasını çəkib qurtardıqdan sonra pulu qaytaracağını bildirmişdir. Bundan başqa, 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə aparılarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aldığı 20000 manat pulun 10500 manatını 15 saylı çəzaçəkmə müəssisəsində Təqsirləndirilən şəxs3 verdiyini demiş, Təqsirləndirilən şəxs3 da həmin pulu aldığını və qaytaracağını bildirmişdir. Həmçinin 13 fevral 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə aparılarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs3 qardaşı oğlu Sahil Hünbətovu FHN-nin akademiyasına qəbul etdirmək üçün Təqsirləndirilən şəxs1lə danışmasını, Təqsirləndirilən şəxs1 də Babək kimi təqdim etdiyi şəxsin bu işi həll edəcəyini bildirib ondan 20000 manat aldığını bildirmiş, Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxsla telefonda danışdığını, cəzaçəkmə müəssisəsindən çıxıb pulu qaytaracağını, ona 10000 manat pul verəcəyini, şikayət etməməsini bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli onların ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadələri ilə də öz təsdiqini tapmışdır. Buradan da göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı özlərini tam təqsirli bilməyərək vermiş olduqları ifadələri özünü müdafiə xarakteri daşıyır. Beləliklə, təqsirləndirilən şəxslər cinayət əməlini şərh olunan qaydada törədərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub bir qrup təşkil edərək Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Zərərçəkmiş şəxs qardaşı oğlu X5 Azərbaycan Respublikası FHN-nin akademiyasına qəbul etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 2021-ci ilin sentyabr ayının əvvəllərində Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən ərzaq mağazasından, Zərərçəkmiş şəxs qardaşı Hafiz Hünbətovun vasitəsi ilə 20000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 20000 manat ziyan vurmaqla dələduzluq etmələri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(017)-74/2013 saylı qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barışdığından, zərər çəkmiş şəxsə dəymiş ziyan tamamilə ödənildiyindən, zərər çəkmiş şəxsin şikayəti olmadığından, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə barələrində olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə və ifadələrini və həmçinin cinayət nəticəsində vurulmuş 20000 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 5000 manat pulun dövlət büdcəsinə ödənilməsini nəzərə alınıb, həmçinin Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsaslanaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilərək barələrində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Lakin, digər Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci məddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci və 178.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxs şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 avqust 2014-cü il tarix hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.3, 182.3.2, 182.3.4 və 310-cu maddələri ilə təqsirli bilinib qəti olaraq 12 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 noyabr 2015-ci il tarixli qərarı ilə cəzası 12 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 182.2.1, 182.2.4 və 310-cu maddələrinə tövsif edilib qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə cəzası 09 il müddətə endirilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 il 02 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və həmin cəzanı çəkdiyi dövrdə hazırkı cinayət əməlini törətmişdir. Buradan da göründüyü kimi, Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmədən qəsdən hazırkı cinayət əməlini törətmişdir. Belə olan halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş son həddinin yarısından az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İşdə materiallarından həmçinin görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-124/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci maddəsi və 178.1-ci maddəsi ilə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 il 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1-ci və 178.1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 il 06 ay və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, eyni qərarla təyin olunmuş və çəkilməmiş 01 il 02 ay 14 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunan 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılması və qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs3 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-124/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmündə göstərilən tarixdən, yəni 07 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaratdığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs3 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı çəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 20000 manat ziyan dəymiş və həmin ziyanla bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmışdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulmuş ziyannın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamasını və mülki iddiadan imtina etdiyini göstərmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi digər şəxslərin hüquqları və qanuni mənafeləri pozmur və bu səbəbdən də məhkəmnə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiadan imtinasını qəbul etdiyindən mülki iddia üzrə icraata xitam verilməlidir. İşdə məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddələrlə ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş üç il müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1817/2022 saylı, 24 oktyabr 2022-ci il tarixli qərarı ilə qəti olaraq təyin edilmiş üç il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs3 çəkilməsi üçün qəti olaraq üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-124/2022 saylı, 23 iyun 2022-ci il tarixli hökmündə göstərilən tarixdən, yəni 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı çəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Mülki iddia üzrə icraata xitam verilsin. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar