Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-74/2025 17.07.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə saat 03 radələrində Ağcabədi rayonunun Muğanlı kəndində yaşayan Şahid1 məxsus Ağcabədi rayon Muğanlı kəndi ərazisində yerləşən və saxlanc yeri hesab edilən “Səccad” marketin arxa qapısını ling aləti ilə açıb qanunsuz olaraq mağazaya daxil olub mağazanın içərisində yerləşən və saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs QSC-yə məxsus İD-3564 nömrəli Zərərçəkmiş şəxs asan ödəniş qurğusunun ön örtük hissəsini özü ilə gətirdiyi ling aləti ilə sındıraraq qutunun içərisində olan Zərərçəkmiş şəxs QSC-yə məxsus 10224 manat pulu gizli olaraq talamaqla oğurluq edib zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə 10224 manat məbləğdə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, qız övladı xəstə olduğu üçün müalicə etdirmək məqsədi ilə pula ehtiyyacı olmuşdur. Maddi sıxıntılara görə Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən “Səccad” marketdə yerləşən Zərərçəkmiş şəxs ödəniş aparatından oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 20 yanvar 2025-ci il tarixdə əmisi oğlu Şahid3 5000 manat borc pul alaraq həmin aparatdan həyat yoldaşının adına olan və onun istifadəsində olan bank kartına göndərmək üçün dostu Musaya vermiş və Musa da həmin pulu karta göndərmişdir. 5000 manat pulun köçürülməsində məqsədi Zərərçəkmiş şəxs ödəniş aparatında pulun məbləğinin artıq olması olmuşdur. Həmçinin pulu Musanın vasitəsi ilə göndərilməsində məqsədi kameralara düşməməsi olmuşdur. Musanın karta göndərdiyi 5000 manat pulu başqa ödəniş aparatından çıxaraq Təbrizə qaytarmışdır. Bundan sonra, 21 yanvar 2025-ci il tarixdə gecə saat 02 radələrində evdən bir ədəd özünə məxsus ling alətini götürüb Muğanlı kəndinə getmiş, təxminən saat 03 radələrində Muğanlı kəndinə çatmış, “Səccad” marketin arxa hissəsinə keçərək mağzanın arxa qapısını özü ilə gətirdiyi ling aləti ilə açaraq mağazaya daxil olmuşdur. Mağazada olan Zərərçəkmiş şəxs aparatına yaxınlaşaraq ling aləti ilə aparatın qapağını açmış və daha sonra aparatın içərisində olan pul qabını götürmüşdür. Həmin vaxt kameraya düşdüyünü bildiyi üçün kameranın yaddaş qurğusunu şunurdan çıxararaq özü ilə götürmüş və mağazadan çıxaraq yaşadığı Hüsülü kəndinə getmişdir. Kənddə pul qabının ağız hissəsini açaraq orada olan 10224 manat pulu götürmüşdür. Pulun bir hissəsini borclarına vermiş, qalan 4000 manatı isə yaşadığı evin yataq otağındakı çarpayının altında gizlətmişdir. 21 yanvar 2025-ci il tarixdə günorta saatlarında polis əməkdaşları onu Ağcabədi RPŞ-yə dəvət etmiş və polis şöbəsində əməlini etiraf etmişdir. Hazırda Zərərçəkmiş şəxs QSC-yə dəymiş 10224 manat ziyanı tam olaraq ödəmiş və zərər çəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2021-ci ildən Zərərçəkmiş şəxs QSC-nin ofis mühafizəçisi vəzifəsində işləyir. Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən “Səccad” marketdə Zərərçəkmiş şəxs QSC-nin bir ədəd 3564 nömrəli aparatı quraşdırılmışdır. 21 yanvar 2025-ci il tarixdə həmin mağazanın sahibi X2 cəmiyyətə müraciət edərək həmin tarixdə səhər saatlarında mağazaya daxil olan zaman Zərərçəkmiş şəxs aparatının yerdə olmasını və aparatdan pul əksinazlarının oğurlanmasını bildirmişdir. Həmin məlumat əsasında cəmiyyətin məsul işçiləri tərəfindən mağazada quraşdırılmış 3564 nömrəli aparatın içərisinə daxil edilmiş pul əskinazlarının məbləği yoxlanılmış və yoxlama zamanı aparatın daxilində 10224 manat pul əskinazının oğurlanması müəyyən edilmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Oğurluq nəticəsində cəmiyyətə dəymiş 10224 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, yaşadığı Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində “Səccad” market adlı ərzaq mağazası vardır. Mağazasının qarşısında və içərisində müşahidə kameraları vardır və mağazanın daxilində Zərərçəkmiş şəxs aparatı quraşdırılmışdır. 20 yanvar 2025-ci il tarixdə axşam saat 22 radələrində mağazanı bağlayaraq evinə getmişdir. 21 yanvar 2025ci il tarixdə səhər saat 09 radələrində mağazaya gələrək ön tərəfdə olan qapını açıb mağazaya daxil olmuş və mağazada olan Zərərçəkmiş şəxs aparatının yerdə olduğunu və aparata müdaxilə olduğunu görmüşdür. Mağazada oğurluq olmasından şübhələnərək DİNin 102 xidmətinə məlumat vermişdir. Mağazaya quraşdırılmış kameralara baxarkən kameranın yaddaş qurğusunun da yerində olmadığını müəyyən etmişdir. Bundan sonra polis əməkdaşları və Zərərçəkmiş şəxs QSC-nin işçiləri mağazaya baxış keçirmişlər. Baxış zamanı mağazadan heç bir oğurluq olmaması müəyyən edilsə də, Zərərçəkmiş şəxs QSC-yə məxsus aparatdan 10224 manat pulun oğurlanması müəyyən edilmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluq hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 20 yanvar 2025-ci il tarixdə təxminən saat 13 radələrində Ağcabədi rayonu Hüsülü kəndi ərazisində yerləşən mağazasında olan zaman Təqsirləndirilən şəxs mağazaya gələrək övladını həkimə aparacağını bildirib ondan 5000 manat borc pul istəmişdir. O, da həmin vaxtlarda avtomaşınını satdığı üçün pulu olmuş və 5000 manatı Zahirə borc vermişdir. Tarixini dəqiq xatırlamasa da, Zahir həmin pulu ona qaytarmışdır. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən “Səccad” mağazasında plan Zərərçəkmiş şəxs aparatından pul orğurlamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş şübhəli şəxsin tutulması haqqında 21 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 4(017)-7/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 21 aprel 2025-ci il tarixli qərardan və 21 aprel 2025-ci il tarixli iltizamdam görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin 25 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs QSC-yə 10224 manat ziyan dəymiş, həmin 10224 manat ziyan istintaq zamanı Təqsirləndirilən şəxs valideynləri tərəfindən tam olaraq ödənilmiş və Zərərçəkmiş şəxs QSC-nin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 008739 №-li qəsiqədən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 31 avqust 2019-cu il tarixdə anadan olmuş X4 adlı bir nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, 21 yanvar 2025-ci il tarixdə saat 03 radələrində Ağcabədi rayonunun Muğanlı kəndində yaşayan Şahid1 məxsus Ağcabədi rayon Muğanlı kəndi ərazisində yerləşən və saxlanc yeri hesab edilən “Səccad” marketin arxa qapısını ling aləti ilə açıb qanunsuz olaraq mağazaya daxil olub mağazanın içərisində yerləşən və saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs QSC-yə məxsus İD-3564 nömrəli Zərərçəkmiş şəxs asan ödəniş qurğusunun ön örtük hissəsini özü ilə gətirdiyi ling aləti ilə sındıraraq qutunun içərisində olan Zərərçəkmiş şəxs QSC-yə məxsus 10224 manat pulu gizli olaraq talamaqla oğurluq edib zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-yə 10224 manat məbləğdə maddi ziyan vurması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərər çəkmiş hüquqi şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların olmasını, İİ qrup əlil olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 4(017)-7/2025 saylı qərarı ilə barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və 21 aprel 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixədək 03 ay müddətə şübhəli şəxs qismində və ev dustaqlığında saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından 06 ay çıxılıb üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 165 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 yanvar 2025-ci il tarixdən 21 aprel 2025-ci il tarixədək 03 (üç) ay müddətə şübhəli şəxs qismində və ev dustaqlığında saxlanılmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) ay çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 165 (bir yüz altımış beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-74/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-74/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver