Məhkəmə qərarları › İş №1(017)-75/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-75/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-75/2023 30.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun nümayəndəsi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Agcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumlugu olmayan, Agcabədi şəhəri, E.İsmayılov küçəsi, 110 saylı ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən gizli olaraq talamaqdan ibarət vahid cinayətkar niyyətlə 23 fevral 2022-ci il tarixdə saat 03 radələrində 2022-ci ilin yay aylarında usta kimi çalışdıgı Zərərçəkmiş şəxs məxsus Agcabədi şəhəri, Vaqif küçəsi ev 17 ünvanda yerləşən saxlanc yeri hesab edilən yaşayış olmayan fərdi yaşayış evinə pəncərədən keçməklə və həmin evin həyətində yerləşən yarımçıq tikiliyə qanunsuz daxil olaraq yarımçıq tikilidən 1 ədəd 310 manat dəyərində “topqapı” markalı su qızdırıcı(pitminutka), 1 ədəd 200 manat dəyərində “marqus” markalı su matorunu, həmin ünvanda yaşayış olmayan fərdi yaşayış evinin hamam otagından 1 ədədinin qiyməti 30 manat dəyərində olmaqla 2 ədəd ümumilikdə 60 manat dəyərində su krantını və həmin evin yataq qotagından isə 1 cütünün qiyməti 15 manat dəyərində olmaqla ümumilikdə 30 manat dəyərində 2 cüt kişi ayaqabısını, ümumilikdə 600 manat dəyərində əmlakı ogurlayaraq özgə əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 177.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, ata-anası ilə birlikdə Agcabədi şəhəri, E.Sadıqov küçəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Bəzən rayon ərazisində usta və ya fəhlə kimi rayon sakinlərinin evlərində çalışır. Nəsimi adlı rayon sakinini uşaqlıqdan yaxşı tanıyır. 2022-ci ilin yay aylarında Seyidaganın Bəbəş ləqəbli oglu ona zəng edərək Nəsiminin evində görülməli işlər olmasını demiş və ona həmin evdə işləməyə getməyi təklif eləmişdir. O, Nəsiminin Agcabədi şəhərində yerləşən evinə gedib onunla görüləcək işləri qiymətləşdirmişdir. O, işləri görmək üçün Elmir adlı tanışını çagırmış və Elmirlə birlikdə Şükür adlı şəxs də gələrək üçü birlikdə Nəsiminin evinin həyətində tikinti işləri görməyə başlamışlar. Onlar əvvəlcə həmin həyətdə mişar daşından hasar tikmişlər. Sonra o, başqa yerdə işləməyə getmiş və işləri Elmir adlı usta ilə digər fəhlələr görməyə başlamışdır. O, ara-sıra gəlib işlərə baxıb lazım olduqca məsləhətlər verirmiş. Nəsimi görülən işlərin qarşılıgında ona və digər şəxslərə pullarını tam ödəmişdir. Nəsimi bəzən nağd, bəzən də qohumu olan Radilin bank kartına göndərməklə ona və Elmirə ümumilikdə 1500 manat pul vermişdir. Elmir həmin puldan təxminən 600 manat hissəsini ona vermişdir. Onlar işi görməyə başlamamışdan qabaq o, Elmirə görüləcək işlərin dəyərini demişdir. Belə ki, onların ümumilikdə görəcəyləri işlərin dəyəri ən azı 3000 manat miqdarında olmasını demişdir. 23 fevral 2023-cü il tarixində gecə saat 03 radələrində o qərara gəlmişdir ki, Nəsimin Vaqif küçəsində yerləşən evinə daxil olsun və onun evində və həyətindəki yarımçıq tikilidən ogurluq etsin. Əvvəlcədən həmin evdən və yarımçıq tikilidən nələri ogurlayacagını planlaşdırmamışdır. Fikrində o, lazım olan və ya satıb pul qazana biləcəyi dəmir əşyaları ogurlamaq fikrinə düşmüşdür. Həmin evin həyətinin giriş taxta qapısından həyətə daxil olmuşdur. Əvvəlcə həyətdə olan evin pəncərəsini atfyorka ilə açmış və pəncərədən evə daxil olmuşdur. Bir başa zal otaga keçmiş və zalda giriş qapı tərəfdə olan paltar dolabın qapısını açmış və həmin dolabdan 2 cüt kişi ayaqqabısını özü istifadə etmək üçün götürmüşdür. Bundan sonra həmin şkafla üzbəüz yerləşən hamam otagına daxil olmuşdur. Hamam otagında duşun və ayaqyolunun dəmir su krantlarını özü ilə evdən gətirdiyi alət vasitəsilə açmışdır. O, bundan sonra evdə heç bir otaga daxil olmadan girdiyi pəncərədən çıxaraq həyətə düşmüşdür. Həyətə düşən zaman isə evin arxa tərəfində olan yarımçıq tikiliyə dogru getmişdir. Həmin tikilidə su matoru və su qızdırıcısı oldugunu görmüşdür. O, əlindəki su krantlarını və 2 cüt kişi ayaqqabısını həyətdə yerə qoyub yarımçıq tikiliyə daxil olmuşdur. Yarımçıq tikilidə qaz açarı vasitəsilə əvvəlcə su qızdırıcısını açıb çıxarmış və sonra isə su matorunu açıb çölə çıxarmışdır. Həmin yarımçıq tikilidən ogurladıgı su qızdırıcısını və su matorunu da digər əşyalarla birlikdə həyətdən çölə çıxarıb qapının agzında asfalta qoymuş və Agcabədi şəhər ərazisində xidmət göstərən 0222 saylı taksi şirkətinə zəng edib taksi sifariş etmişdir. Bir neçə dəqiqədən sonra «Mercedes» markalı bir avtomobil gəlmiş və o, əşyaları həmin taksi ilə yaşadıgı E.İsmayılov küçəsi 110 saylı ünvanında yerləşən evinə gətirmişdir. Həmin əşyaları maşından düşürüb yaşadıgı evinə yıgmışdır. Bir neçə gün sonra ona polis əməkdaşlarından zəng gəlib və o, polislərə Nəsiminin evindən əşyaları götürməyini və yaşadıgı evdə olduqlarını gəlib götürməklərini demişdir. O, evinə gələn polis əməkdaşlarına Nəsiminin evindən götürdüyü əşyaları təhvil vermiş və bununla baglı rayon polis şöbəsinə dəvət olunmuşdur. O, həmin əşyalardan 2 cüt kişi ayaqqabısını özü istifadə etsin deyə, digər dəmir əşyalar olan su qızdırıcı, su matoru və su kranlarını isə daha sonra satıb pul qazansın deyə ogurlamışdır. Lakin başqa işlərlə məşgul oldugu satmaga vaxt tapa bilməmişdir. O, həmin evin həyətinə daxil olan zaman həm evdən həm də yarımçıq tikilidən ogurluq edəcəyini beynində qərarlaşdırmışdır. O, həmin vaxtı tək olmuş və yanında kimsə olmamışdır. O, həmin əşyaları öz evi etibarlı oldugu üçün evində saxlamışdır. O, törətdiyi əməllə baglı əvvəlcədən heç kimə bir söz deməmişdir. O, bu barədə heç kimə bir söz deməmişdir. Bu barədə təkcə özü məlumatlı olmuşdur. O, həmin evə gedərkən üstündə özü ilə qaz açarı və atfyorka aparmışdır ki, lazım olsa istifadə etsin. Həmin atfyorka ilə evin pəncərəsini açıb içəri daxil olmuş, sonra isə qaz açarı ilə hamamdakı su kranlarını, su qızdırıcını və də su matorunu açıb çıxarmışdır. Həmin qaz açarı və atfyorkanı hara qoydugunu xatırlamırmış. O, ilk dəfə ifadə verəndə Nəsiminin evindən ogurluq edilməsin deyə onun evinə daxil olub qeyd edilən əşyaları çıxarıb evinə apardıgını bildirsə də, əsl həqiqətdə onun məqsədi Nəsiminin evindən və həyətindəki yarımçıq tikilidən ogurluq etmək olmuşdur. Həmin vaxtı gecə olmuş, küçədə və ətrafda onu görüb şahid ola biləcək kimsə olmamışdır. O, həmin Mercedes markalı avtomobilin nömrəsini və sürücüsünü tanımır. O, oğurluq barədə həmin taksi sürücüsünə heç bir söz deməmişdir. Hazırda vurulmuş ziyanı tam ödəmişdir və tutduğu əməldən çox peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ilk istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilməsini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını bildirib, məhkəmədən növbəti iclasların onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. O, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Agcabədi şəhərində Vaqif küçəsində 17 saylı ünvanında yerləşən ev onun əri Nəsiminin ata evidir. Onlar təxminən son 4 aydır ki, Bakı şəhərinə köçmüşlər. Əri Nəsimi Bakı şəhərində işləyirmiş deyə onlar Agcabədi rayonuna az-az gedib gəlirmişlər. 2022-ci ilin yay aylarında onlar qərara gəlmişlər ki, Agcabədi rayonundakı evlərini təmir etdirsinlər. Bu məqsədlə Nəsimi bir neçə nəfər ustayla danışıb razılıga gəlmişdir. Həmin vaxt Nəsimi xatırladıgına görə 2 ustayla danışmış və həmin ustaların yanında da 2-3 nəfər oglanlar olub. Həmin oglanlar da fəhlə kimi işləyirmişlər. Onların evinin təmiri təxminən 1 ay 10 gün müddətdə olmuşdur. Bu müddət ərzində o da ev işlərində köməklik edirmiş. Ustalardan birinin adı Elmir, digərinin adı isə Elnur imiş. Həmin ustalar həyətdə arxa tərəfdə hasar tikmişlər. Bundan başqa da evin daxilində bəzi işlər görmüşlər. Onların işlərinə görə haqlarını əri Nəsimi verirmiş. O, bildiyinə görə Nəsimi onlara hiss-hissə olmaqla pul vermişdir. İşlərini qurtardıqdan sonra da onların ustalara və fəhlələrə borcları qalmamışdır. Nəsiminin ona dediyinə görə Nəsimi onlara hissə-hissə olmaqla ümumilikdə 1500 manat məbləgində pul vermişdir. Baş vermiş hadisəylə baglı isə bildirmişdir ki, onlar 2023-cü ilin fevral ayının 24-də ailəlikcə Agcabədi rayonuna gəlmişlər. Həyətlərində olan yarımçıq tikilidən su matorunun və su qızdırıcının(pitminutkanın) yaşayış olmayan evlərindən isə isə 2 ədəd su krantının, 2 cüt kişi ayaqqabısının ogurlanmasını aşkar etmişlər. Belə ki, ogurluq edən şəxs(lər) evlərinə pəncərədən daxil olmuş və ancaq qeyd etdiyi əşyaları ogurlamışdılar. Baş vermiş hadisəylə baglı o, 28 fevral 2023-cü il tarixində Agcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ümumilikdə həmin ogurlanmış əşyaların dəyəri 600 manat məbləgində imiş. Bundan başqa Agcabədi RPŞ-də araşdırma aparılan zaman onlara məlum olmuşdur ki, evlərindən ogurluq etmiş şəxs bir neçə ay öncə evlərində usta kimi çalışmış olan Elnur adlı şəxs olmuşdur. Həmin Elnur adlı şəxs ogurladıgı əşyaları öz evində saxlayırmış və polis əməkdaşlarının köməkliyi ilə həmin əşyalar götürülmüşdür. Onların həmin ünvanda yerləşən evlərinin həyətindəki yarımçıq tikilidən 1 ədəd su matoru, 1 ədəd su qızdırıcı (pitminutka), yaşayış olmayan evlərindən isə 2 ədəd su krantı və 2 cüt kişi ayaqqabı ogurlanmışdır. Həmin ogurlanmış əşyaların dəyəri ümumilikdə 600 manat məbləgində olmuşdur. Həmin əşyaları onun həyat yoldaşı Nəsimi almışdır, həmin əşyalardan “topqapı” markalı su qızdırıcısının qiyməti 310 manat, “ marqus” markalı su matorunun qiyməti 200 manat, su krantlarının qiyməti bir ədədi 30 manat və 1 cüt kişi ayaqqabılarının qiyməti isə 15 manat olmuşdur. O, cinayət işində ogurlanmış əmlakının qiymətinin onun və həyat yoldaşının bildirdiyi hədlərdə dəyərləndirilməsini xahiş etmişdir. “Topqapı” markalı su qızdırıcısı ag rəngdə imiş, “marqus” markalı su matoru isə göy rəngdə imiş, kişi ayaqqabılarından bir cütü isə “velikam” markasından olmaqla hər iki cüt qara rəngli və çox geyinilmiş olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəməyə teleqram göndərərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. O, istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Bakı şəhərində işlədiyi üçün ailəsini də özü ilə aparmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun atasının olub. Həmin ev hazırda onun adınadırr. Həmin həyətdə əvvəllər köhnə bir ev varmış. O, təxminən 12-13 il bundan öncə həmin həyətdə yeni bir ev tikdirmişdir. O, ev tikdirsə də həmin evdə onlar yaşamamışlar. 2022-ci ilin yay aylarında o, həmin rayondakı evi təmir elətdirmək qərara gəlmişdir. Bu məqsədlə o, Zeynal adlı qonşusuna ona usta tapmasını xahiş etmişdir. X4 adlı oğlan Elnur və Elmir adlı ustalarla birlikdə gəlmiş və onlar evin təmir işini danışmışlar. O, Elmirə və Elnura həyətdə arxa tərəfdə hasar tikintisini sifariş etmişdir. İlk günlərdə Elnur və Elmir yanlarında 3 nəfər fəhlə oğlanla işləmişlər. Onlar əvvəlcə arxa tərəfdə hasarı tikmişlər. O, ilk gün bünövrə qurulan zaman işçilərə 275 manat pul vermişdir. Həmin pulu işçilər öz aralarında bölmüşlər. Elnur onun evinin təmir işində hasar tikintisindən başqa faktiki olaraq heç bir işdə işləməmişdir. Bundan başqa onlarıən evinin təmir işi uzun müddət davam edib. Çünki o, maaş aldıqca pul göndərib material aldırdıqdan sonra onlar işi davam edirmişlər. O, dəfələrlə Elmirlə telefon əlaqəsi saxlamışdır və işlərin necə olmasını soruşmuşdur. O, Elmirin işlərinə görə haqq kimi bir neçə dəfə pul göndərmişdir. Belə ki, O, Elmirlə telefon əlaqəsi saxladıqca Elmir ona lazım olan məbləğdə pulu istəyirmiş. O, da Bakı şəhərində olduğu üçün rayonda yaşayan qohumu olan Radilin bank kartına pullar göndərirmişdir. Həmin göndərdiyi pulların dəqiq tarixləri və məbləğləri yadında deyil. Elmir və digər fəhlələrin gördükləri işlərə görə o, işçilərə ümumilikdə 1.550 manat pul vermişdir. Elnur adlı ustaya isə borcu qalmamışdır. O, son dəfə iş qurtardıqdan sonra Elmir və Elnur adlı ustalarala görüşüb onlardan hər hansı bir narazılıqlarının olub olmamasını soruşmuşdur. Elmir və Elnur isə ona heç bir narazılıq etməmişlər və onlara verdiyi 1.550 manat pulla razı olduqlarını demişlər. Baş vermiş hadisəylə bağlı onu demək istəyir ki, 24 fevral 2022-cü il tarixdə o, ailəsilə birlikdə Ağcabədi şəhəri, Vaqif küçəsində yerləşən evlərinə gəldikdə evin pəncərəsinin açıq olduğunu görmüşdür. İlk öncə onlar həyətdə olan yarımçıq tikiliyə baxmışlar və həmin tikilidən 1 ədəd su matorunun, 1 ədəd su qızdırıcısının(pitminutka), evdən isə 2 ədəd su krantının və 2 cüt kişi ayaqqabısının naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişlər. Bir qədər ətrafa göz gəzdirdikdən sonra bu barədə özləri üçün axtarış etməyə başlamışlar. Lakin bunu kimin etdiyini üzə çıxara bilməmişlər və 28 fevral 2023-cü il tarixində həyat yoldaşı rayonda olduğu üçün Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Onlar polis şöbəsində aparılan araşdırma zamanı bilmişlər ki, evlərindən həmin əşyaları evlərində təmir vaxtı usta işləyən Təqsirləndirilən şəxs oğurlamışdır. Onlara məxsus olan həyətdəki yarımçıq tikilidən 1 ədəd su matoru. 1 ədəd su qızdırıcısı(pitminutka), yaşayış olmayan evdən isə 2 ədəd su krantı və 2 cüt kişi ayaqqabısı oğurlanmışdır. Elnur onlardan xəbərsiz və icazəsiz evə və həyətə daxil olmuşdur. O, bir ədəd “topqapı” markalı su qızdırıcısını 310 manata, bir ədəd “marqus” markalı su matorunu 200 manata, 2 ədəd su krantlarının bir ədədini 30 manata və özünə məxsus olan kişi ayaqqabılarının bir cütünü isə 15 manata almışdır. Cinayət işində həmin əşyaların qiymətlərinin onun göstərdiyi qiymətlərlə dəyərləndərilməsini xahiş edir. İş materialarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon X3 Hüquqi şəxsin 22 mart 2023-cü il tarixli, 392 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 mart 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, evə buraxılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, hazırda heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər üzrə nümayəndəsi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx xxxxxx 1977ci il təvəllüdlü Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Əli Firması tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli məktubdan görünür ki, 2023-cü ilin yanvar-fevral ayları üçün 01 ədəd “Topqapı” markalı su qızdırıcısının (pitminutka) pərakəndə bazar satış qiyməti 310 (üç yüz on) manat, 01 ədəd “Marqus” markalı su matorunun pərakəndə bazar satış qiyməti 200 (iki yüz) manat, 01 cüt “kişi ayaqqabısının pərakəndə bazar satış qiyməti 15 (on beş) manat, 01 ədəd su krantının pərakəndə bazar satış qiyməti 30 (otuz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli, 9/1857 saylı rəyindən gərünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilən malalrın orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 144,00 manat müəyyən edilir. İşdə olan sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, iİş üzrə Zərərçəkmiş şəxs ekspertiza rəyi ilə razı olmayaraq oğurlanmış əşyaların dəyərinin onun ifadəsi ilə əsas götürülüb maddi ziyanın hesablanmasını xahiş etmişdir. Odur ki, cinayət işinin materiallarında zərərçəkmiş şəxsin ifadəsi əsas götürülərək Zərərçəkmiş şəxs dəyən maddi ziyanın məbləği 600 manat qiymətləndirilmişdir. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 177.2.3-cü madəsilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsada onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 19-cu bəndində göstərilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədi ilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə , habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və sair kimi hərəkətlər də aiddir. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmadan nəzarət altında saxlanmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək olan iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla cəzasının 4 günü, təyin edilmiş cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 344-349, 351-356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdən 08 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar