Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-77/2023 18.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1989-cu ildə Rusiya Federasiyasının Tümen vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(017)-134/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üç ədəd qızılı rəngli kağız kəsiyi bükümünlərində əynində olan qara rəngli cins şalvarın sol cibində daşıyaraq saxlamış, 04 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən həmin üç ədəd qızılı rəngli kağız kəsiyi bükümlərində, təmiz çəkiləri 0,565 qram, 0,298 qram, 0,227 qram olmaqla, ümumi çəkisi 1,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 3-4 ildir ki, narkotik vastiə olan heroindən istifadə edir. 03 yanvar 2023-cü il tarixdə günorta saatarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti ilə piyada gedərkən yerdə əzilməmiş halda olan siqaret qutusu görmüş, həmin siqaret qutusunu yerdən götürmüş və açıb içərisinə baxdıqda 03 bükümdə heroin olduğunu görmüşdür. Həmçinin yaxınlığında bir ədəd elektron tərəzi də vardır. Heroindən istifadə etdiyi üçün bükümlərin içərisində olan kütlənin heroin olduğunu bilmiş, həmin bükümləri və elektron tərəzini özü ilə götürmüşdür. 04 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Ağcabədi şəhəri, 20 Yanvar küçəsində olarkən tanımadığı şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər və üzərində narkotik vasitə olmağına dair şübhələr olduğunu bildirib onu rayon polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt tapdığı heroin bükümləri və elektron tərəzi də əynində olan qara rəngli cins şalvarın sol yan cibində olmuşdur. Onlar birlikdə rayon polis şöbəsinə getmişlər və polis şöbəsində ona hüquqları izah olunmuş və üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə olub-olmadığını soruşulmuşdur. O, da əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı içərisində heroin olan 3 ədəd bükümü və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, üzərindən aşkar edilmiş həmin 3 ədəd bükülü və bir ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş heroini özü istifadə etmək üçün üzərində saxlamış, heç vaxt narkotik vasitə satmamış və satmaq fikri də olmamışdır. Lakin, həmin narkotik vasitə olan heroini və tərəzini taparaq özü istifadə etmək üçün saxladığına görə peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü tam təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Ağcabədi şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə, video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin sellofan bükümü açıb içərisinə baxdıqda siqaretin qızılı kağızına bükülmüş vəziyyətdə olan üç ədəd büküm aşkar edilmişdir. Həmin bükümlər açılıb baxıldıqda isə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr olduğu müəyyən edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və üzərindən cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlələr və bir ədəd elektron tərəzi iştirakçıların və müdafiəçinin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri və elektron tərəzini tapdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 04 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 03 ədəd siqaretin qızılı kağızına bükülmüş 0,48 qram, 0,43 qram və 0,33 qram çəkilərdə heroinə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 05 yanvar 2023-cü il tarixli, 18/07 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki sellofan torbacıqda 03 ədəd “qızılı” rəngli kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-0,565 qram, 0,298 qram, 0,227 qram, ümumi çəkisi 1,090 qram olan maddələr kustar üsulla hazırlanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. -1 ədəd qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də müqayisəli tədqiqatın aparılması mümkün olmadığından onun miqdarını və digər maddələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (siyahı İ). İşdə olan və məhkəmə isintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 27 mart 2023-cü il tarixli 503 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 02 fevral 2023-cü il tarixli 97 saylı məktubundan görünür ki, Əhmədov X5 rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetində dispanser qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(017)-134/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İcra və Probasiya Şöbəsinin 19 aprel 2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(017)-134/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 04 yanvar 2023-cü il tarixədək bir il dörd ay iyirmi səkkiz gün çəkilməmiş cəzası qalmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 09 noyabr 2013-cü il təvəllüdlü X6 və 10 sentyabr 2017-ci il təvəllüdlü X7 adlı iki nəfər azyaşlı uşaqları vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 09 fevral 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini qismən etiraf etsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə barədə” protokolla, həmin protokola əlavə edilmiş şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılaraq cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkilib üç ədəd qızılı rəngli kağız kəsiyi bükümlərinə bükülməsi və həmçinin üzərindən bir ədəd elektron tərəzinin aşkar edilməsi ilə də öz təsdiqini tapmışdır. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilib götürülmüş üç ədəd heroin bükümləri və elektron tərəzi ona məxsusdur, həmin heroin bükümlərini satmaq niyyətində olmuş və ona görə də tərəzini də üzərində saxlamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd elektron tərəzini istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üç ədəd qızılı rəngli kağız kəsiyi bükümünlərində əynində olan qara rəngli cins şalvarın sol cibində daşıyaraq saxlaması və 04 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Ağcabədi rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən həmin üç ədəd qızılı rəngli kağız kəsiyi bükümlərində, təmiz çəkiləri 0,565 qram, 0,298 qram, 0,227 qram olmaqla, ümumi çəkisi 1,090 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin və bir ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Əhmədov X5 Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(017)-134/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 21 iyun 2022-ci il tarixdən 23 iyun 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və 04 yanvar 2023-cü il tarixədək təyin olunmuş cəzadan bir il dörd ay iyirmi səkkiz gün çəkilməmiş qalmış və Ağcabədi Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.2-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası zamanı məhkuma inzibati tənbeh kimi verilmiş, yaxud başqa cinayət işi ilə əlaqədar qətimkan tədbiri kimi seçilmiş həbsin müddəti həmin cəzanın icrası müddətinə hesablanmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(017)-134/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il dörd ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, və Ağcabədi Rayon Məhkəməsinin 06 yanvar 2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 yanvar 2023cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 yanvar 2023-cü il tarixdən hesab edilməli və hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji dispanserinin 27 mart 2023-cü il tarixli 503 saylı rəyini və Ağcabədi rayon X4 Hüquqi Şəxsinin 02 fevral 2023-cü il tarixli 97 saylı məktubunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ağcabədi RMX-nın Poliklinika Şöbəsinin narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalı və onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Ağcabədi rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan xalis çəkisi 0,940 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 49 manat 74 qəpik təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin olunmuş üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ağcabədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(017)-134/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il dörd ay iyirmi səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən birləşdirilib Təqsirləndirilən şəxs üzərində qəti olaraq dörd il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 04 yanvar 2023-cü il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,940 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-77/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-77/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver