Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-78/2024 18.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1988-ci il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonunun Pərioğullar kəndində qeydiyyatda olan və yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə saat 11 radələrində Ağcabədi rayon Pərioğullar kənd sakini Zərərçəkmiş şəxs fərdi təsərrüfatında bəslədiyi heyvanları əkin sahəsində otarmaq üçün aparan zaman Pərioğullar kənd ərazisində, kənd sakinlərinə məxsus otlaq sahələrinə gedən torpaq yolun kənarında həmkəndlisi Təqsirləndirilən şəxs ilə rastlaşmış, Təqsirləndirilən şəxsla xx.xx.2024-cü il tarixdə axşam saatlarında mobil telefonda onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs heyvanları otarmaq üçün istifadə etdiyi ağacla Zərərçəkmiş şəxs sol ayağının üst hissəsinə bir dəfə, daha sonra bir neçə dəfə ayaqlarının müxtəlif nahiyyələrindən və bir dəfə sifətindən sillə ilə qəsdən vuraraq, ona sol ayağın 5-ci daraq sümüyünün çəp sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vuran, sol alt göz qapağında, sağ budunda, sol diz oynağında və sol ayaq pəncəsində isə qançırlar ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, aralarında ədavət və düşmənçilik yoxdur. 18 mart 2024-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatında bəslədiyi heyvanları çöl sahəyə ötürüb yaşadığı evə geri qayıdan zaman sahəyə gedən yolda Eminlə rastlaşmış, Eminə ötən gün axşam ona mobil telefonla zəng edərək nalayiq ifadələr işlədib təhqir etdiyi üçün irad bildirmiş, Zərərçəkmiş şəxs ona təkrar Xaliqin sahəsində heyvanını otarmammağını istəyərək yaxşı edib nalayiq ifadə söylədiyini bildirmiş və təkrar bir daha nalayiq ifadə söyləmiş, bu səbəbdən həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə zamanı əlində olan ağacla Zərərçəkmiş şəxs sol ayağının üst hissəsinə bir dəfə, daha sonra ayaqlarının müxtəlif nahiyyələrindən və bir dəfə sifət nahiyyəsindən sillə ilə vurmuş, daha sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Sonradan zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış, ona vurduğu zərərin əvəzini ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, aralarında ədavət və düşmənçilik yoxdur. Bir müddət olar Təqsirləndirilən şəxs onun qardaşı X2 heyvanlarını otarıb, bu səbəbdən qardaşı Xaliq Səlimov ilə Təqsirləndirilən şəxs arasında yaxın münasibət yaranmışdır. Təqsirləndirilən şəxs qardaşı Xaliq Səlimov ilə tez-tez spirtli içki qəbul edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng vuraraq qardaşı Xaliq Səlimovdan aralı durmasını, ona pis vərdişlər, yəni spirtli içki içməyə öyrətməməsini bildirmiş, həmin vaxt mobil telefonda aralarında mübahisə olmuşdur.18 mart 2024-cü il tarixdə yaşadığı kənd ərazisində çöllük sahədə heyvan otarmağa gedən zaman həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşmış, xx.xx.2024-cü il tarixdə axşam saatlarında mobil telefonda nə üçün onu nalayiq ifadələrlə təhqir etdiyini soruşmuş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs ağacla onun sol ayağının üst hissəsinə bir dəfə, daha sonra ayaqlarının müxtəlif nahiyyələrindən və bir dəfə sifətindən sillə ilə qəsdən vuraraq vuraraq ona xəsarət yetirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib, həmkəndlisi Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat vermişdir. Bundan sonra Ağcabədi rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 142 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədənində olan xəsarətlər – sol ayağın 5-ci daraq sümüyünün çəp sınığı; sol alt göz qapağında, sağ budunda, sol diz oynağında və sol ayaq pəncəsində qançırlar - küt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən ağacla və əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 18 mart 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə - sol ayağın 5-ci daraq sümüyünün çəp sınığı – sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya; digər qançırlar isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi rayon Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi rayon Pərioğullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə prosesinin gedişində Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş zərərin ödənildiyini, şikayət və tələbinin olmağının bildirmiş və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilən ərizədən görünür ki, o, özünü təqsirli bilir, törətdiyi əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, vurulmuş zərəri ödəmişdir və işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərin ödənilməsini, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-78/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-78/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver