Məhkəmə qərarları › İş №1(017)-79/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-79/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-79/2023 08.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X6 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X6 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs – (xx.xx.1988-ci il tarixdə Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Qaraxanlı kəndində qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” 03 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin dördüncü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, etibarnaməsiz, eləcə də həmin qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli olduğu halda sərxoş vəziyyətdə 06 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində X3 adına olan VAZ 21072 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi rayonunun Hacılar-Qaraxanlı kənd avtomobil yolunda Qaraxanlı kəndi istiqamətində 50-60 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda onlara riayət etmədiyindən həmin yolun Hacılar kəndi istiqamətində yolun sağ tərəfində hərəkətsiz olaraq dayanmış Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes-Benz markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan tərəfindən vurmuş, həmin vaxt Mercedes markalı avtomobilin sol yan tərəfində hərəkətsiz olaraq dayanmış Zərərçəkmiş şəxs hər iki avtomobilin arasında qalaraq sağ bazu sümüyünün və sağ mil sümüyünün qapalı sınıqları, alının sağ yarısında sıyrıq, sağ qaş üzərində əzilmiş yara, burunun üstündə sıyrıq kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ehtiyatsızlıqdan AZ AĞİR xəsarətlər alması ilə müşayiət edilən yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxsə ilkin tibbi yardımın göstərilməsi və yaxınlıqdakı tibbi müəssisəyə çatdırılması üçün mümkün olan tədbirləri görmədən və qeyd olunan Qanunun 37ci maddəsinin dördüncü bəndində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi halda qəsdən yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaraxanlı kəndində yaşayır. X1 VAZ-21072 markalı 45-BA- 940 dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün onun sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. Həmin avtomobil ilə kənd təsərrüfatı işlərini görmək üçün sahələrə gedir və həmin avtomobili öz kəndləri və qonşu kəndlərə getmək üçün istifadə edir. 06 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində İlhamın icarə əsasında işlətdiyi Qaraxanlı kəndi ərazisində yerləşən kafedə əyləşib pivə içmişdir. Kafe bağlandıqdan sonra avtomobili ilə İlhamı aparıb Hacılar kəndində yerləşən evinin yaxınlığında düşürdüb. Bundan sonra VAZ-21072 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili Hacılar-Qaraxanlı avtomobil yolu ilə öz hərəkət yolunda yaşadığı ev istiqamətində saatda 50-60 km surətlə idarə etmişdir. Onun avtomobili köhnə olduğu üçün işıqları zəif olmuş, ona görə də irəli məsafəni yaxşı görməmişdir. Yolda hərəkətdə olan zaman qəflətən X15 avtomobilin uzaq vuran işıqlarının yandığını görmüş, həmin vaxt artıq maşına çatdığı üçün özünə məxsus avtomobilin sol yanı ilə Mercedec Benz markalı avtomobilin sol tərəfdən qapısına dəymişdir. Həmin vaxt X15 avtomobilin arxa sol qapısı açıq olduğu üçün onun maşını həmin avtomobilin qapısına dəymiş, hadisə vaxtı qapı ilə avtomobilin arasında qalması nəticəsində Salamat xəsarət almışdır. Bundan sonra bir qədər irəlidə maşını saxlamış və avtomobildən düşüb Salamatın yanına gəlmişdir. Həmin vaxt orada Cəmil və Fariz də olmuşlar. Salamata onun avtomobilinə əyləşib xəstəxanaya aparmağını təklif etmiş, bu zaman Salamat ona heç bir cavab verməmişdir. Həmin vaxt Cəmil artıq 102 xidmətinə zəng edib məlumat verdiyini və polislərin gəlməsini gözlədiklərini demişdir. Hər hansı münaqişənin baş verməməsi üçün öz avtomobilinə əyləşib evinə getmişdir. Sonradan Ağcabədi rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gəlmiş və onu polis şöbəsinə aparmışlar. Hadisədən sonra Salamatın avtomobilin təmiri üçün 400 manat, bundan başqa onun sağlamlığına ehtiyatsızlıqdan vurduğu zərərə görə 200 manat məbləğində xərc çəkmişdir. Hadisədən sonra Salamatın yaşadığı evə getmiş, Salamatın valideyinləri ilə görüşmüşdür. Onlar danışıb razılaşmışlar ki, aparıb Salamatın avtomobilini təmir etdirsin. Bundan sonra avtomobili təmir etdirib Salamata qaytarmışdır. Hazırda törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hacılar kəndində yaşayır. X15 **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X4 məxsusdur. Avtomobili idarə etmək üçün onun sürücülük vəsiqə və etibarnaməsi yoxdur. 06 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində X15 **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evdən çıxıb Hacılar kəndində yerləşən aptekə gedib dərman almışdır. Dərman aldıqdan sonra Hacılar-Qaraxanlı kənd avtomobil yolunun Ağcabədi rayonu Hacılar kəndi ərazisindən keçən hissəsi ilə 40 km saatda sürətlə hərəkətdə olan zaman yolun sol tərəfində tanışları və həmkəndliləri Cəmil və Farizin piyada hərəkətdə olduqlarını görmüşdür. Avtomobili öz hərəkət yolunda saxlamış və həmin şəxslərlə görüşmək üçün avtomobildən enmişdir. Avtomobildən enib qapını örtmüş və avtomobilin yanında öz hərəkət hissəsində dayanmış ki, qarşıdan gələn avtomobil keçsin və sonra yolu keçib dostları ilə görüşsün. Qarşıdan gələn avtomobilin sürətlə gəldiyini görmüş və başqa qaçacaq yeri olmadığı üçün öz avtomobilinə sıxılmışdır. Lakin həmin avtomobili idarə edən Təqsirləndirilən şəxs onun idarə etdiyi və hərəkətsiz vəziyyətdə saxladığı avtomobilin sol yan hissəsini sürtmüş, hər iki avtomobilin arasında sıxılmış və iki avtomobilin arasında sıxılıb bədən xəsarətləri aldıqdan sonra yerə yıxılaraq baş nahiyəsi asfalt örtüyünə dəymişdir. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra avtomobilini sürüb oradan uzaqlaşmış, ona heç bir yardım göstərməmişdir. Sonradan Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayon Pərioğullar kəndində yaşayır. Ağcabədi rayon X10 Bölməsinin baş təhqiqatçısı vəzifəsində işləyir. 06 sentyabr 2022-ci il tarixdə rayon polis şöbəsinin əməliyyat qrupunda xidmət aparan zaman Ağcabədi rayon Hacılar kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Məlumatla əlaqədar digər polis əməkdaşları ilə birlikdə Ağcabədi rayon Hacılar-Qaraxanlı kənd avtomobil yolunun Hacılar kəndi ərazisindən keçən hissəsinə getmişlər. Həmin vaxt hadisə yerini onlara rayon polis şöbəsinin DYPB-nin baş inspektoru Şahid2 göstərmişdir. Hadisə yerində X15 avtomobil olmuşdur. Onlar ilkin araşdırmadan sonra öyrənmişlər ki, yol nəqliyyat hadisəsinin növü toqquşmadır, digər avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Bundan sonra dəqiqləşdirmişlər ki, Ağcabədi rayon Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21072 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağcabədi rayonu, Hacılar-Qaraxanlı kənd yolunun Qaraxanlı kəndi istiqamətində hərəkətdə olan zaman yolun əks istiqamətində dayanıqlı vəziyyətdə olan X15, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsinə sürtməsi nəticəsində hər iki avtomobilin arasında qalan Zərərçəkmiş şəxs vurması və sonuncunun az ağır bədən xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Sonra Ağcabədi rayon Qaraxanlı kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Onlar həmin ünvanda həyətdə VAZ-21072 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs özü evdən çıxmış, Xəyyamı və avtomobili Ağcabədi rayon polis şöbəsinə gətirmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs avtomobili alkoqollu içkidən istifadə edib idarə etmiş, bundan əlavə onun sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Təqsirləndirilən şəxs nə səbəbə hadisə törədib hadisə yerindən qaçması barədə sual verilərkən Təqsirləndirilən şəxs heç bir cavab verməmişdir. Məhkəmə iclasında Şahid2, Şahid5 və Şahid4 şahid X13 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 12 sentyabr 2022-ci il tarixli, 703 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət – sağ bazu sümüyünün və sağ mil sümüyünün qapalı sınıqları, alının sağ yarısında sıyrıq, sağ qaş üzərində əzilmiş yara, burunun üstündə sıyrıq – bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 8/2676 nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21072 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında ” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində“Yol hərəkəti haqqında ” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Materiala əlavə olunmuş Ağcabədi Motoservis və Ticarət Müəssisəsi MMC-nin 06 mart 2023-cü il tarixli, 01 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi X15, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 541 manat maddi zərər dəymişdir. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə VAZ-21072” markalı ** BA *** dövlət qeydiyyat nişanlı və “Mersedes Benz” markalı 04-BJ 126 dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış VAZ 21072 markalı ** BA *** və Mercedes-Benz markalı ** BJ *** qeydiyyat nişanlı avtomobillər saxlanılması üçün sahiblərinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Qaraxanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyin Təqsirləndirilən şəxs barəsində verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı (xx.xx.2010-cu, xx.xx.2011-ci, xx.xx.2015-ci il təvəllüdlü) uşağı vardır. Cinayət işinə əlavə olunmuş Ağcabədi rayon X8 Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi əsəb, həmçinin narkoloji kabinetdə qeydiyyatda durmur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkotestr müayinəsi zamanı 0,933 promil alkoqol sərxoşluğu aşkar olunmuşdur. Materiala əlavə olunmuş Ağcabədi RQİ və TBŞ-nin məktubundan görünür ki, Ağcabədi rayon Qaraxanlı kənd sakini Təqsirləndirilən şəxs və Ağcabədi rayon Hacılar kənd sakini X2 adına hal-hazıradək DİN BDUPİ-nin mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydə alınmamışdır. Məhkəmə, iş üzrə şahidlərin ifadələrini, məhkəmə-tibbi və məhkəmə yol nəqliyyat hadisələri ekspertizalarının rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 264-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 263-cü və ya 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyəti yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbir seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ilk dəfə olaraq az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmaqla cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə azadlığın məhdudlaşdırması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Cəza çəkməsinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli olduğuna görə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzası da məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 oktyabr 2022-ci il tarixli, 8/2676 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 128 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən cəmi 128 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış -VAZ 21072 markalı ** BA *** və Mercedes-Benz markalı ** BJ *** qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılmasını məhkəmə nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356.358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2, 66.4 və 68.1.1-1-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə azadlığın məhdudlaşdırması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin; cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin; cəzanın əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 128 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar