Məhkəmə qərarları › İş №1(017)-79/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-79/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-79/2025 04.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 22 avqust 1984-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, hazırki cinayət əməlini törədən zaman məhkum olunmamış, Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi bir ədəd kustar üsulla hazırlanmış, ilkin təyinatına görə ucu deşici, bir tərəfi kəsici xassəli mətbəx bıçağı olan, lakin təyinatında sonradan əlavə və dəyişiklik edilərək kustar üsulla küt (üst) tərəfi itilənmiş, hər iki tərəfi kəsici xassəyə malik xəncər tiyəli bıçaq formasında hazırlanan soyuq silah olan mətbəx bıçağını əldə edib üzərində gəzdirmiş, 29 mart 2025-ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndiriləndirildiyinə görə barəsində Ağcabədi RPŞ-nin Cinayət Axtarış Bölməsində açılmış 230130/25 nömrəli axtarış işinin təmin olunaraq tutulub aidiyyəti üzrə təhvil verilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsi, ev 38-də polis əməkdaşlarının gəldiklərini görüb üzərində gəzdirdiyi 28 aprel 2025-ci il tarixli məhkəmə-ballistik ekspertizasının 3/386 nömrəli rəyinə əsasən soyuq silah hesab edilmiş həmin bıçaqla özünün döş qəfəsinə ağır dərəcəli xəsarət yetirmiş, polis əməkdaşlarının səyi nəticəsində bıçağı əlindən yerə atdıqdan sonra soyuq silah hesab edilən həmin bıçaq polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, barəsində olan cinayət işi ilə bağlı axtarış qərarı verilmiş və polis əməkdaşları onu axtarmışlar. 29 mart 2025-ci il tarixdə səhər saatlarında yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsindəki evdə olarkən həyətdən səs gəldiyini eşitmiş və polis əməkdaşlarının onlara gəlməsini görmüşdür. Həmin vaxt özünə xəsarət yetirmək qərarına gəlmiş və mətbəxə keçərək mətbəxdə olan bıçağı götürüb özünə xəsarət yetirmişdir. Bundan sonra, evin həyətinə çıxmış, özünə yenə də bıçaqla xəsarət yetirmək istəyərkən polis əməkdaşları ona mane olmuş və bıçağı yerə atmışdır. Özünə xəsarət yetirdiyi bıçaq uzun müddətdir ki, onlardadır və özünə xəsarət yetirərkən bıçağı haradan götürməsini xatırlamamışdır. Özünə xəsarət yetirdiyi bıçağın soyuq silah olmasını bilməmişdir. Hazırda əməlinə görə peşmançılıq çəkir və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, ekspertiza rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CİBnin rəisi Şahid1 ifadəsində göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Təqsirləndirilən şəxs tutularaq aidiyyəti üzrə təhvil verilməsi məqsədilə 10 mart 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. 29 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması məqsədilə zəruri tədbirlər görülmüş və Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmişlər. Polis əməkdaşları ilə birlikdə həyətə daxil olarkən Təqsirləndirilən şəxs anasını və qardaşını görmüşdür. Həyətə daxil olduqdan sonra Təqsirləndirilən şəxs həyətin arxa tərəfində yerləşən mənzilə doğru qalxan pilləkənlərlə üstü qanlı vəziyyətdə və əlində bıçaqla həyətə çıxdığını görmüş və Təqsirləndirilən şəxs bıçaqla özünə xəsarət yetirmək istədiyini görüb buna imkan verməyərək bıçağı Təqsirləndirilən şəxs əlindən almışlar. Bundan sonra, Təqsirləndirilən şəxs xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 29 mart 2025-ci il tarixdə yaşadığı evin həyətində olarkən hasarın üzərindən bir neçə polis əməkdaşı onların həyətinə keçmişdir. Polis əməkdaşlarının oğlu Təqsirləndirilən şəxs arxasınca gəldiyini bilmiş, polis əməkdaşları Rüfətin harada olduğunu soruşarkən Rüfət evin həyətinə çıxmış, Rüfətin əlində bıçaq olmasını və üstünün qan olmasını görmüşdür. Polis əməkdaşlarının tələbindən sonra Rüfət əlində olan bıçağı yerə atmış və polis əməkdaşlarına tabe olmuşdur. Polis əməkdaşları Rüfəti xəstəxanaya aparmışlar. Rüfətin əlində olan bışağın haradan əldə etməsini bilməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 29 mart 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Rasim Tağıyev küçəsi, ev 38-də yerləşən evdə özünə bıçaqla 1 dəfə xəsarət yetirməsi barədə verilmiş məlumat əsasında hadisə yerinə baxış keçirilmiş, baxış zamanı hadisənin baş verdiyi yerin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yataq otağı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs özünə bıçaqla xəsarət yetirdiyi yerdə evin döşəmə hissəsinə baxdıqda yerdə qan ləkələri görünür. Həyətin arxa hissəsindən ikinci mərtəbəyə qalxmaq üçün istifadə olunan pilləkanların yuxarı hissəsində, giriş qapısının çöl hissəsində döşəmədə də Təqsirləndirilən şəxs məxsus olması ehtimal edilən qan ləkələri görünür. Həmin pilləkanlarla aşağı düşdükdən sonra 2 metr irəlidə Təqsirləndirilən şəxs məxsus olması ehtimal edilən qan ləkələri görünür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 29 mart 2025-ci il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, 1 ədəd bıçağa baxış zamanı bıçağın qəhvəyi-qara rəngdə, metal materialından olması, bıçağın tiyəsinin üzərində 2 hissədə alüminium işləmə mövcud olması, bıçağın açılmış formada ümumi uzunluğunun 21 sm, dəstəyinin uzunluğunun 10 sm, eni 3 sm, tiyəsinin uzunluğu 13 sm, eni isə 1.5 sm olması, hər iki tərəfinin kəsici, ucu deşici xassəyə malik olması, bıçağın üzərində qanabənzər ləkələr olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 aprel 2025-ci il tarixli, 3/386 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulla hazırlanmış ilkin təyinatına görə ucu deşici, bir tərəfi kəsici xassəli mətbəx bıçağı olub, lakin təyinatında sonradan əlavə, dəyişiklik edilərək kustar üsulla küt (üst) tərəfi itilənmişdir, hər iki tərəfi kəsici xassəyə malik xəncər tiyəli bıçaq formasında hazırlanmışdır və soyuq silah hesab edilir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 29 mart 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 11 fevral 2025-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 11 mart 2014-cü il təvəllüdlü X2 və 26 may 2016-cı il təvəllüdlü X4 adlı iki nəfər azyaşlı uşağı vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 17 iyun 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq əldə etdiyi bir ədəd kustar üsulla hazırlanmış, ilkin təyinatına görə ucu deşici, bir tərəfi kəsici xassəli mətbəx bıçağı olan, lakin təyinatında sonradan əlavə və dəyişiklik edilərək kustar üsulla küt (üst) tərəfi itilənmiş, hər iki tərəfi kəsici xassəyə malik xəncər tiyəli bıçaq formasında hazırlanan soyuq silah olan mətbəx bıçağını əldə edib üzərində gəzdirməsi, 29 mart 2025ci il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndiriləndirildiyinə görə barəsində Ağcabədi RPŞ-nin Cinayət Axtarış Bölməsində açılmış 230130/25 nömrəli axtarış işinin təmin olunaraq tutulub aidiyyəti üzrə təhvil verilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Ağcabədi şəhəri, R.Tağıyev küçəsi, ev 38-də polis əməkdaşlarının gəldiklərini görüb üzərində gəzdirdiyi 28 aprel 2025-ci il tarixli məhkəmə-ballistik ekspertizasının 3/386 nömrəli rəyinə əsasən soyuq silah hesab edilmiş həmin bıçaqla özünün döş qəfəsinə ağır dərəcəli xəsarət yetirməsi və polis əməkdaşlarının səyi nəticəsində bıçağı əlindən yerə atdıqdan sonra soyuq silah hesab edilən həmin bıçaq polis əməkdaşları tərəfindən götürülməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Məmmədov X3 Rayon Məhkəməsinin 04 iyun 2025ci il tarixli, 1(017)-24/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlama müddətini nəzərə alaraq, bir günə bir gün hesabı ilə təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 29 mart 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmündə göstərilən tarixdən, yəni 29 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs hazırda Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan hər iki tərəfi kəsici xassəyə malik xəncər tiyəli bıçaq formasında hazırlanmış, soyuq silah silah hesab edilən bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 132 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablansın və Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə toplanılaraq Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzaçəkmə müddətinin əvvəli Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmündə göstərilən tarixdən, yəni 29 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Ağcabədi Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(017)-24/2025 saylı hökmü təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Ağcabədi rayon Polis Şöbəsində saxlanılan hər iki tərəfi kəsici xassəyə malik xəncər tiyəli bıçaq formasında hazırlanmış, soyuq silah silah hesab edilən bir ədəd mətbəx bıçağı məhv edilsin. İş üzrə 64 (altımış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 12 (on iki) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 132 (bir yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 (iyirmi) gün müddətində (təqsirləndirilən şəxsə hökmün surəti təqdim edildiyi gündən) Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar