Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-8/2024 04.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1963-cü il tarixdə Ağcabədi rayonunun Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs mülkiyyət, istifadə və icarə hüququ olmadan 2014-cü ildən hazıradək olan müddət ərzində 19 aprel 2014-cü il tarixli, **********53 reyestr nömrə üzrə, RX ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan və Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən 0,3999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0141 hektar (141 kv.metr) sahəsini qəsdən özbaşına tutaraq sonuncu dəfə 2022-ci ilin mart ayında yonca əkib-becərməklə həmin torpaq sahəsini tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır və həmin kəndin ərazisində, “kanal üstü” adlanan ərazidə fermer təsərrüfatı vardır. Həmin ərazidə qardaşı Həsənin və onun istifadəsində ümumilikdə 60 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsində yonca, taxıl və pambıq əkib-becərirlər. Həmçinin həmin ərazinin bir hissəsindən otlaq sahəsi kimi də istifadə edir. Həmin sahələrin təxminən 30 hektarına rəsmi reyestrdən çıxarışı vardır. Qalan sahələr isə kənd sakinlərinin pay torpaqlarıdır və həmin torpaqları icarə əsasında istifadə edir. Həmin torpaq sahələrinin bəzi mülkiyyətçiləri ilə yazılı, bəziləri ilə şifahi müqavilə bağlayaraq istifadə edir. Zərərçəkmiş şəxs həmin ərazidə 0,3999 hektar torpaq sahəsinin olmasını sonradan bilmişdir. Bu barədə araşdırma aparılmış, həmin sahə ölçülmüş və həmin sahənin bir hissəsi onun ərazisinə düşsə də o, ölçü ilə razılaşmamışdır. O, həmin sahədə yonca əkmişdir. Zərərçəkmiş şəxs həmin ərazidə yerinin olduğunu bildirərkən Cavada həmin torpaq sahəsini ölçüb götürə biləcəyini demişdir. Zərərçəkmiş şəxs məxsus torpaq sahəsi yola düşür və həmin yol 1984-cü ildən yol kimi istifadə edilir. Hazırda da Cavada məxsus torpaq sahəsi boşdur və istədiyi vaxt istifadə edə bilər. Cavada məxsus torpaq sahəsi onun mülkiyyətində olan torpaq sahəsi ilə qonşu olduğundan ola bilsin ki, Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektarını o, əkib-becərmiş, həmin 0,01 hektar sahədən istifadə etsə də, həmin sahənin Zərərçəkmiş şəxs məxsus olmasını bilməmişdir. Hazırda mübahisəli torpaq sahəsindən, yəni Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektarından istifadə etmir və Zərərçəkmiş şəxs həmin torpaq sahəsindən istifadə edə bilər. Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektarından istifadə etməsini əvvəllər bilməmişdir və hazırda da həmin torpaq sahəsindən istifadə etdiyi üçün peşman olmuşdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə özünü təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Bakı şəhərində yaşasa da, 2014-cü ildən ailə üzvləri ilə birlikdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayır. 2000-ci ildə Ağcabədi rayonunun Hacıbədəlli kəndinin ərazisində “kanal üstü” deyilən ərazidə, həmkəndlisi X1 0,3999 hektar torpaq sahəsi almışdır. 2014-cü ildə həmin torpaq sahəsini öz adına çıxarışla rəsmiləşdirmiş, lakin torpaq sahəsindən istifadə edə bilməmişdir. Belə ki, həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus olan həmin 0,3999 hektar torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da həmin torpaq sahəsində müxtəlif növ əkin-biçin işləri aparır. Ona məxsus olan torpaq sahəsindən istifadə etməsini Təqsirləndirilən şəxs bildirsə də, Yusif ona məxsus olan torpaq sahəsindən istifadəsini dayandırmamış və istifadə etməkdə davam edir. 2014-cü ildən torpaq sahəsindən istifadə edə bilməməsi barədə Ağcabədi rayon Polis Şöbəsinin istintaq bölməsinə müraciət etmiş və polis əməkdaşlarının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməkdaşlarının iştirakı ilə araşdırma aparılmışdır. Araşdırma zamanı mülkiyyətində olan 0,3999 hektar torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi məqsədi ilə ölçü işləri aparılmış, ərazinin sərhədləri ona tanıdılmış və həmin ərazinin Təqsirləndirilən şəxs istifadəsində olması müəyyən edilmişdir. Lakin, Təqsirləndirilən şəxs ona məxsus olan 0,3999 hektar torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etməyə davam etmişdir. Təqsirləndirilən şəxs hazırda həmin torpaq sahəsində yonca əkmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri nəticəsində ona 30000 manat ziyan dəymişdir. Hazırda da həmin ziyanı Təqsirləndirilən şəxs tələb edir. Təqsirləndirilən şəxs onun mülkiyyətində olan torpaq sahəsində istifadəsini davam edir və torpaq sahəsini ona qaytarmamışdır. Məhkəmədən ədalətli, qanuni qərar qəbul edilərək Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, özünə məxsus “T-28” traktoru vardır və həmin traktora dırmıq qoşaraq sahələrdə işləyir. Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs yaşadığı kəndin ərazisində fermer təsərrüfatı və əkin sahələri vardır. Təqsirləndirilən şəxs dəvəti ilə həmin sahələrdəki otu toplamışdır. 2023-cü ildə də Yusifin torpaq sahələrindən yonca toplamışdır. Həmin sahələrin kimin mülkiyyətində olmasını və Təqsirləndirilən şəxs tərəfindən zəbt olunması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2016cı ildən Ağcabədi rayon Hacıbədəlli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ağcabədi rayonu Hacıbədəlli kənd sakinləri Zərərçəkmiş şəxs Səttar oğlu və Təqsirləndirilən şəxs həmkəndliləridir. Təqsirləndirilən şəxs kənd ərazisində təsərrüfatları vardır və təsərrüfat işləri ilə məşğul olur. Həmçinin Zərərçəkmiş şəxs da təsərrüfat işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs şikayəti əsasında Zərərçəkmiş şəxs məxsus 0,3999 hektar torpaq sahəsində ölçü işləri aparılarkən iştirak etmişdir. X3 arasında olan torpaq mübahisəsi ilə əlaqədar 10-15 dəfə həmin ərazidə olmuşdur. Zərərçəkmiş şəxs məxsus 0,3999 hektar torpaq sahəsində dəfələrlə ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılarkən ayrı-ayrı hallar müəyyən edilmişdir, yəni Zərərçəkmiş şəxs məxsus 0,3999 hektar torpaq sahəsi Təqsirləndirilən şəxs istifadəsində olması, bir hissəsinin istifadədə olması kimi hallar müəyyən edilmişdir. Həmin ərazidə Yusif yonca bitkisi əkmişdir. Ölçmə işləri aparılarkən Daşınmaz Əmlakın 6 saylı Beyləqan ərazi idarəsinin mütəxəsissləri iştirak etmiş, lakin dəqiq Zərərçəkmiş şəxs məxsus 0,3999 hektar torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfində zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. Ölçmə işləri aparılarkən akt tərtib olunmuş və o da akta imza etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs mülkiyyətində 0,3999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekepertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2- 10/9707 saylı rəyindən görünür ki, RX ******* nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,3999 hektar torpaq sahəsinin 0,0141 hektar (141 kv.metr) sahəsi Təqsirləndirilən şəxs tərəfindən istifadə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon Mərkəzi Xəstəxanasının 25 oktyabr 2023-cü il tarixli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs ÜİX-yi gərginlik stenokardiyası İİ f/s AKŞ stent implantasıyası əməliyyatı keçirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 19 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekepertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2-10/9707 saylı rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək, mülkiyyət, istifadə və icarə hüququ olmadan 2014-cü ildən hazıradək olan müddət ərzində 19 aprel 2014-cü il tarixli, **********53 reyestr nömrə üzrə, RX ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan və Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən 0,3999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0141 hektar (141 kv.metr) sahəsini qəsdən özbaşına tutaraq sonuncu dəfə 2022-ci ilin mart ayında yonca əkib-becərməklə həmin torpaq sahəsini tutması məhkəmə istintaqında tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötəri ki, o mülkiyyət, istifadə və icarə hüququ olmadan 2014-cü ildən hazıradək olan müddət ərzində 19 aprel 2014-cü il tarixli, **********53 reyestr nömrə üzrə, RX ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan və Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən 0,3999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəsdən özbaşına tutaraq sonuncu dəfə 2022-ci ilin mart ayında yonca əkib-becərməklə həmin torpaq sahəsini tutmuşdur. Məhkəmə istintaqı zamanı isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekepertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2-10/9707 saylı rəyi ilə müəyyən edilmişdir ki, RX ******* nömrəli çıxarışa əsasən Zərərçəkmiş şəxs mülkiyyətində olan, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yerləşən 0,3999 hektar torpaq sahəsinin 0,0141 hektar (141 kv.metr) sahəsi Təqsirləndirilən şəxs tərəfindən istifadə olunur. Göründüyü kimi istintaq orqanı tərəfindən RX ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışa əsasən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan 0,3999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bütövlükdə Təqsirləndirilən şəxs tərəfindən qəsdən özbaşına tutaraq sonuncu dəfə 2022-ci ilin mart ayında yonca əkibbecərməklə həmin torpaq sahəsini tutması qeyd olunsa da, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekepertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2- 10/9707 saylı rəyi ilə həmin torpaq sahəsinin 0,0141 hektar (141 kv.metr) sahəsi Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması müəyyən edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekepertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 3-16-16/2-10/9707 saylı rəyi mötəbər sübut kimi qəbul olunmalıdır. Lakin, bu hal Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın tövsifinə heç bir təsir etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.3-cü maddəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparmanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Təhlil edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi iqtisadi sistemdə çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişilməsinə səbəb olur, torpağın möhtəkirlik obyektinə çevrilməsinə gətirib çıxarır. Şərh olunan cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq hüquqi və fiziki şəxslərin, dövlətin və bələdiyyələrin mülkiyyətində ola bilər. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (Torpaq Məcəlləsinin 49-51-ci maddələri). Təhlil edilən cinayətin obyektiv cəhəti torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Torpaq sahəsini özbaşına becərmə dedikdə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət, özbaşına tutma dedikdə isə torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülməlidir. Belə olan halda məhkəmə ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı toplanmış sübutlara və işin müəyyən olunmuş faktiki hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərindən qismən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən cəza təyin edilməsinin ümumi əsaslarını, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşının çoxluğunu, ailənin yeganə qazanc gətirəni olmasını, ÜİXyi gərginlik stenokardiyası İİ f/s AKŞ stent implantasıyası əməliyyatı keçirməklə mütamadi olaraq müalicəyə ehtiyacının olmasını, zərər çəkmiş şəxsin mülkiyyətində olan torpaq sahəsinin cüzi bir hissəsini tutmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmşinin hesab edir ki, sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 10 iyul 2023-cü il tarixdə, saat 17:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş və 11 iyul 2023-cü il tarixədə, 15:40 dəqiqədə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək azad edilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 25-ci bəndinin 5-ci abzasında qeyd olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdən 11 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı bir gün müddət təyin edilən cəza müddətinə hesablanmamalı və yalnız ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin və ona bir il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin olunmuş iki il müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarətin həyata keçirilməsi daimi yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmdən 20 gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-8/2024
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-8/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver