Məhkəmə qərarları › İş №1(017)-8/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-8/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-8/2025 06.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X3 Şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağcabədi rayonu, Mehrablı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Mehrablı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair; xx xxxxxxxx 1983-cü ildə Ağcabədi rayonu, Mehrablı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon Mehrablı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs2 arvadı Şahid2 həmkəndlisi Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmasını öyrənərək həmin hərəkətlərinə görə Zərərçəkmiş şəxs döyməklə və sair zorakı hərəkətlərlə, həmçinin ləyaqətini alçaldaraq ictimaiyyət içərisində rüsvay etməklə cəzalandırmaq və qisas almaq niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, 7 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində qardaşı Təqsirləndirilən şəxs1 istifadəsində olan “Land Cruiser” markalı **- CH-*** dövlət nömrə nişanlı avtomobil ilə Ağcabədi rayon “Qaradolaq körpüsü” adlanan əraziyə getmiş, qardaşı Təqsirləndirilən şəxs1 onu həmin körpüdə düşürdükdən sonra Zərərçəkmiş şəxs yaşadığı Ağcabədi rayonunun Mehrablı kəndində olan evindən guya söhbət apararaq məsələni aydınlaşdırmaq vədi ilə aldatmaqla götürərək qabaq-sağ sərnişin oturacağında əyləşdirməklə, avtomobili idarə edib onu da “Qaradolaq körpüsü”nün yanından götürdükdən sonra o arxa-sağ sərnişin oturacağında əyləşmiş, Təqsirləndirilən şəxs1 avtomobilini Yevlax-Bəhrəmtəpə avtomagistralının Ağcabədi rayonunun Mehrablı kəndinin ərazisindən keçən hissəsində, yolun sol kənarında yerləşməklə uzun müddətdir istifadəsiz qalmış ictimai iaşə obyektinin arxa hissəsinə sürüb saxladıqdan sonra o, qeyd olunan niyyətlə Zərərçəkmiş şəxs yerə yıxaraq təxminən 30 dəqiqə ərzində mütəmadi olaraq sol göz nahiyyəsinə yumruqla, bədəninin digər nahiyələrinə yumruq və təpik zərbələri ilə, eləcə də şüşə materialından hazırlanmış “Barjomi” su butulkası ilə, Təqsirləndirilən şəxs1 isə təpiklə Zərərçəkmiş şəxs baş nahiyyəsinə şiddətli zərbələr endirməklə güclü fiziki ağrılar vermiş, bundan sonra Zərərçəkmiş şəxs onlardan zorakılıq hərəkətlərini dayandırmaları ilə bağlı aman diləyən yalvarışlarına məhəl qoymadan Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs əynində olan şalvarını çıxardıqdan sonra fiziki ağırlar yetirməyə davam edərkən birincinin həmin butulkanın boğazını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeritməyə və üzərinə sidik ifraz etməyə çalışması, eləcə də xarici cinsiyyət orqanını sonuncunun sifətinə və ağzına sürtməsində, həmin proseslərin qardaşı Təqsirləndirilən şəxs1 tərəfindən mobil telefon ilə lentə alınması, proseslərin yekununda Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə yaşadığı kəndin ərazisinə buraxılması ilə ləyaqətinin alçaldılmasında, ictimaiyyət içərisində rüsvay edilməsində ifadə olunan sair zorkı hərəkətlərlə psixi iztirablar vermiş, ümumilikdə isə həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs sağlamlığına həm özünün, həm də qrupun üzvü Təqsirləndirilən şəxs1 mütəmadi olaraq endirdiyi ümumi cinayətkar niyyətlə əhatə edilən çoxsaylı zərbələrin məcmusu nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan sol alt göz qapağında qançır və sol gözün ağlı qişasında qansızma, sağ və sol dirsək oynaqlarında, sol sağrıda və sol budda sıyrıqlar kimi xəsarətlər yetirərək güclü fiziki ağrılar və psixi iztirablar verməklə Zərərçəkmiş şəxs əzab vermişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 arvadı Şahid2 həmkəndlisi Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmasından şübhələnərək həmin hərəkətlərinə görə Zərərçəkmiş şəxs döyməklə və sair zorakı hərəkətlərlə, həmçinin ləyaqətini alçaldaraq ictimaiyyət içərisində rüsvay etməklə cəzalandırmaq və qisas almaq niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə, 7 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində özünün istifadəsində olan “Land Cruiser” markalı **-CH-*** dövlət nömrə nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı Ağcabədi rayonunun Mehrablı kəndində olan evindən guya söhbət apararaq məsələni aydınlaşdırmaq vədi ilə aldatmaqla götürərək qabaq-sağ sərnişin oturacağında əyləşdirməklə, habelə daha sonra qrup üzvü Təqsirləndirilən şəxs2 da Ağcabədi rayonunun Qaradolaq kəndinin girişində olan “Qaradolaq körpüsü”nün yanından götürərək arxa-sağ sərnişin oturacağında əyləşdirməklə avtomobilini Yevlax-Bəhrəmtəpə avtomagistralının Ağcabədi rayonunun Mehrablı kəndinin ərazisindən keçən hissəsində, yolun sol kənarında yerləşməklə uzun müddətdir istifadəsiz qalmış ictimai iaşə obyektinin arxa hissəsinə sürüb saxladıqdan sonra qeyd olunan niyyətlə Zərərçəkmiş şəxs yerə yıxaraq təxminən 30 dəqiqə ərzində mütəmadi olaraq sonuncunun başına və bədəninin digər nahiyələrinə özü təpik zərbələri ilə, Təqsirləndirilən şəxs2 isə həm təpiklə, həm yumruq və şillələri ilə, eləcə də şüşə materialından hazırlanmış “Barjomi” su butulkası ilə şiddətli zərbələr endirməklə güclü fiziki ağrılar vermiş, bundan sonra Zərərçəkmiş şəxs onlardan zorakılıq hərəkətlərini dayandırmaları ilə bağlı aman diləyən yalvarışlarına məhəl qoymadan Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs əynində olan şalvarını çıxardıqdan sonra fiziki ağırlar yetirməyə davam edərkən birincinin həmin butulkanın boğazını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeritməyə və üzərinə sidik ifraz etməyə çalışması, eləcə də xarici cinsiyyət orqanını sonuncunun sifətinə və ağzına sürtməsində, həmin proseslərin özü tərəfindən mobil telefon ilə lentə alınması, proseslərin yekununda Zərərçəkmiş şəxs yarıçılpaq vəziyyətdə yaşadığı kəndin ərazisinə buraxılması ilə ləyaqətinin alçaldılmasında, ictimaiyyət içərisində rüsvay edilməsində ifadə olunan sair zorakı hərəkətlərlə psixi iztirablar vermiş, ümumilikdə isə həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs sağlamlığına həm özünün, həm də qrupun üzvü Təqsirləndirilən şəxs2 mütəmadi olaraq endirdiyi ümumi cinayətkar niyyətlə əhatə edilən çoxsaylı zərbələrin məcmusu nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan başın sol təpə qabarında əzilmiş yara, sol alt göz qapağında qançır və sol gözün ağlı qişasında qansızma, sağ və sol dirsək oynaqlarında, sol sağrıda və sol budda sıyrıqlar kimi xəsarətlər yetirərək güclü fiziki ağrılar və psixi iztirablar verməklə Zərərçəkmiş şəxs əzab vermişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Ağcabədi rayon Mehrablı kəndində yaşayır, fərdi əməklə məşğul olur. O, Ağcabədi rayon Mehrablı kəndində qeydiyyatda olsa da, hərdən-bir işlərilə əlaqədar olaraq Rusiya Federasiyasına gedib gəlir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər həmin şəxslə aralarında hər hansı bir münaqişə və ədavət olmamışdır. 03 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Rusiya Federasiyasının Moskva şəhərində olan zaman həmkəndlisi X7 onun qardaşı Cabirin vhatsapp nömrəsinə zəng edərək onun həyat yoldaşı Şahid2 ilə Zərərçəkmiş şəxs bir yerdə gördüyünü demişdir. Həmin günün gecəsi qardaşı o, bilet alaraq Moskva şəhərindən hava yolu ilə Bakı şəhərinə gəlmiş, Bakı şəhərinə gəldikdən sonra məsələni dəqiqləşdirməsi üçün qardaşı Cabirdən məlumat gözləmişdir. Təqsirləndirilən şəxs1 məsələni aydınlaşdırmaq üçün araşdırmalara başlamış, Fariz həmin gündən Cabirə Firuzənin vhatsapda ona yazdığı mesajları və səslərini göndərmişdir. Həmin səsdə Firuzə Farizə müracət edərək “qadan alım məsələ aramızda qalsın, lazımdırsa sənə pul verim, ailəm var bu söhbəti açma” kimi sözlər yazmış və səs atmışdır. Bundan sonra Cabir Farizin düz məlumat verdiyini dəqiqləşdirmiş və 06 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhərində hava limanına enmişdir. O, qardaşı Cabir ilə Bakı şəhərində görüşmüş və 06 oktyabr 2024-cü il tarixdə axşam saat 23 radələrində Ağcabədi şəhər S.Vurğun küçəsi ərazisində yerləşən Cabirin evinə gəlib gecəni həmin evdə qalmışdır. 07 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Cabir Gündüz ilə telefon əlaqəsi saxlamış və Gündüzə heç nə etmək fikrinin olmadığını demiş və sadəcə olaraq görüşüb söhbət etməyi təklif etmişdir. Gündüz o, Moskvada olan zaman ona zəng edərək günahının olmadığını demişdir. O, qardaşı Cabir ilə Mehrablı kəndinə getməyi və oradan Gündüzü götürüb kənar yerə apamaq barədə plan qurmuş, kəndə getməmişdən əvvəl Ağcabədi rayon Mehrablı kəndi ərazisində Yevlax-Bəhrəmtəpə yolunun sol kənaında olan işlək vəziyyətdə olmayan kafenin arxa hissəsini seçmişlər. O, 07 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində qardaşı oğlu Şahid3 adına olan və etibarnamə ilə qardaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Land Crusier” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi rayon Mehrablı kəndinə getmək üçün yola düşmüş, avtomobili Cabir idarə etmişdir. O, Ağcabədi rayon Qaradolaq kəndinin giriş hissəsində olan körpüdə düşmüş, Cabir ilə Gündüzü gözləmişdir. Bir müddət sonra Cabir maşını Qaradolaq körpüsündə saxlamış və o, Gündüz tərəfdən arxa oturacaqdan qapını açaraq tez avtomobilə minmişdir. O, cibində gətirdiyi jilka ilə arxadan Gündüzün sağ bilək nahiyyəsindən tutub saxlamış və Gündüzün avtomobildən düşüb qaçmasına mane olmuşdur. Qardaşı Cabir avtomobili əvvəlcədən seçdikləri Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Mehrablı kəndi ərazisindən keçən hissədində yolun sol kənarında olan işlək vəziyyətdə olmayan kafenin arxa hissəsinə sürmüş və qapını açdıqdan sonra o Gündüzü yerə salaraq yerdə üzərinə oturub şalvarını və geyimini aşağı endirmişdir. Cabir də telefonu ilə çəkmişdir. O, Gündüzün bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Qardaşı Cabir də çəkiliş edə-edə Gündüzün baş nahiyyəsinə bir təpik vurmuşdur. O, Gündüzdən qisasını almaq məqsədi ilə maşında olan barjomi markalı su qabını əlinə alaraq təhqir etmək niyyəti ilə iki- üç dəfə Gündüzün anus dəliyinə soxmaq istəsə də, şüşə qabı Gündüzün anus dəliyinə yeridə bilməmişdir. Daha sonra Gündüzün üzərinə sidiyini ifraz etmək istəsə də, edə bilməmişdir. O, Gündüzü təhqir etmə niyyəti ilə cinsiyyət orqanını passiv vəziyyətdə Gündüz İmanovun sifət nahiyyəsinə toxundurmaq istəsə də, Zərərçəkmiş şəxs əlləri ilə ona mane olmuş və o cinsiyyət orqanını Gündüzün nə sifət, nə də ağız nahiyyəsinə toxundura bilməmişdir. Təxminən 30 dəqiqə Gündüzə şillə, yumruq və təpiklə vurduqdan sonra Gündüzü avtomobilin arxa hissəsinə qoymuş və özü də yanında oturmuşdur. O və qardaşı Cabir Gündüzün etdiyi hərəkətin hər kəsə görk olması niyyəti ilə lüt vəziyyətdə qayınatasının qapısının qarşısında salmaq üçün şalvarını və alt paltarını təmiz əynindən çıxarmış və bir cüt ayaqqabısı ilə şalvarını Qaradolaq kəndinin giriş hissəsində yolun sağ kənarında otluq əraziyə atmışdır. O avtomobilin arxa hissəsində də bir iki dəfə Gündüzün anus dəliyinə şüə qab soxmaq istəsə də, soxa bilməmişdir. Daha sonra Gündüzü lüt vəziyyətdə qayınatasının evinin qarşısında avtomobildən endirmiş, qayını Gündüzü lüt vəziyyətdə gördükdən sonra Gündüz qaçıb həmin evin həyətinə getmişdir. O, qardaşı ilə geri qayıdıb kənddən çıxan zaman Gündüzün smartfon Samsung markalı mobil telefonunu maşının içərisində görmüş və telefonu Mehrablı kəndinin çıxışında yolun sağ kənarında olan kolluq əraziyə atmışdır. Daha sonra o, qardaşı ilə Cabirin S.Vurğun küçəsi ərazsisində yerləşən evə gəlmiş və avtomobildən enən zaman avtomobilin içərisində Gündüzün pul kisəsini görmüşdür. Həmin kisənin içərisində sayını bilmədiyi rubl olmuş və pul kisəsini küçəyə fırladıb atmışdır. Daha sonra Cabir çəkdiyi videonu Rusiya Federasiyasından yaşayan bir nəfər tanışına göndərmiş və həmin şəxsə Gündüzün onun namusuna sataşdığı üçün bunu etdiyini bildirmişdir. Daha sonra o və qardaşı Cabir könüllü şəkildə Ağcabədi RPŞ-nə gələrək törətdikləri hadisəni etiraf etmişdir. O ifadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs onun həyat yoldaşı Firuzə ilə yaxın əlaqədə olduğu və ailəsini dağıtdığı üçün Gündüzü döymək üçün apardıqlarını, Gündüzün bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri ilə vurduğunu, Zərərçəkmiş şəxs təhqir etmək niyyəti ilə üzərinə sidik ifraz etmək, həmçinin cinsiyyət orqanını passiv vəziyyətdə Zərərçəkmiş şəxs sifət nahiyyəsinə toxundurmaq istəsə də, bunu həyata keçirə bilmədiyini, cinsiyyət orqanını Zərərçəkmiş şəxs sifət nahiyyəsinə vurmaqda məqsədinin cinsi ehtiyyacını təmin etmək yox, Gündüzü təhqir etmək olduğunu, barjomi markalı şüşə qabı Gündüz Dəmiovun anus dəliyinə bir neçə dəfə soxmaq istəsə də, bunu edə bilmədiyini, niyyətinin Zərərçəkmiş şəxs təhqir etmək olduğunu, nə özünün nə də Cabirin Gündüzü öldürmək, cinsi zorakılıq tətbiq etmək niyyətinin olmadığını, sadəcə olaraq Gündüzü döydükdən sonra heç bir təsir altında olmadan gətirib evinin yaxınlığında avtomobildən endirdiyini bildirmişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə olaraq cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurduğu zərəri tam olaraq ödəməsini nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, Ağcabədi rayon Mehrablı kəndində yaşayır, fərdi əməklə məşğul olur. O, Ağcabədi rayon Mehrablı kəndində qeydiyyatda olsa da, işlərilə əlaqədar olaraq Rusiya Federasiyasına gedib gəlir. Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər həmin şəxslə aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. O və qardaşı İmanov X17 Federasiyasının Moskva şəhərində geyim əşyaları satıb dolanışığını təmin edir. 03 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Rusiya Federasiyasının Moskva şəhərində olan zaman həmkəndlisi X7 onun vhatsapp nömrəsinə zəng edərək qardaşı Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid2 ilə Zərərçəkmiş şəxs bir yerdə gördüyünü demişdir. Həmin günün gecəsi qardaşı İmanov X18 şəhərindən hava yolu ilə Bakı şəhərinə gəlmiş, Əhəd Bakı şəhərinə gəldikdən sonra məsələni dəqiqləşdirməsi üçün onu gözləmişdir. O da məsələni aydınlaşdırmaq üçün araşdırmalara başlamış, Fariz həmin gündən Firuzənin vhatsapda ona yazdığı mesajları və səslərini onun vatsapp nömrəsinə göndərmişdir. Həmin səsdə Firuzə Farizə müracət edərək “qadan alım məsələ aramızda qalsın, lazımdırsa sənə pul verim, ailəm var bu söhbəti açma” kimi sözlər yazmış və səs atmışdır. Şahid1 ona Şahid2 vhatsapda yazdığı mesajları göndərmiş və o Şahid1 Firuzə şübhələnməsin deyə Firuzədən bu məslənin yayılmaması üçün 500 manat pul istəməsini demiş və Firuzənin Farizə yazdığı mesajları ona göndərməsini demişdir. Bundan sonra o Farizin düz məlumat verdiyini dəqiqləşdirmiş və 06 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhərində hava limanına enmişdir. O, qardaşı Əhəd ilə Bakı şəhərində görüşmüş və 06 oktyabr 2024-cü il tarixdə axşam saat 23 radələrində Ağcabədi şəhər S.Vurğun küçəsi ərazisində yerləşən evinə gəlmişdir. Həmin gün kəndə getməmiş, 07 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Gündüz ilə telefon əlaqəsi saxlamış, Gündüzə müraciət edərək ona heç nə etməyəcəyini, sadəcə olaraq görüşüb söhbət etmək istədiyini demişdir. Onun qardaşı ilə Ağcabədi rayonuna gəlməkdə məqsədi Gündüzün Əhədin arvadına etdiyi hərəkətə görə onu rüsvay etmək olmuşdur. O, Mehrablı kəndinə getməyi və oradan Gündüzü götürüb kənar yerə aparmağı planlaşdırmışdır. O, kəndə getməmişdən əvvəl Ağcabədi rayon Mehrablı kəndi ərazisində Yevlax-Bəhrəmtəpə yolunun sol kənaında olan işlək vəziyyətdə olmayan kafenin arxa hissəsini seçmiş və planı qardaşı Əhəd ilə birlikdə Gündüzü həmin ərazidə aparıb məsələni araşdırmaq olmuşdur. O, ikinci dəfə Gündüzə zəng etmiş və Gündüzə Farizin onun və Firuznənin barəsində yalan infomasiya çıxardığı üçün qaçıb getdiyini demiş, bundan sonra Gündüz ona inanaraq onun təklifini qəbul edtmişdir. O, 07 oktyabr 2024-cü il tarixdə saat 12-yə işləmiş oğlu Şahid3 adına olan və etibarnamə ilə idarə etdiyi “Land Crusier” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağcabədi rayon Mehrablı kəndinə getmək üçün yola düşmüş və qardaşı Təqsirləndirilən şəxs2 Ağcabədi rayon Qaradolaq kəndinin giriş hissəsində olan körpüdə salmışdır. O, Mehrablı kəndinə getmiş və Gündüzün evinin qarşısında Gündüzə zəng edərək küçəyə çağırmış, Gündüz küçəyə çıxmış və Gündüzü avtomobilə dəvət etmişdir. O, Gündüzə Əhədin avtomobildə olmadığını demiş və onu söhbət etməyə dəvət etmişdir. Gündüz ona inanmış və Gündüzə müraciət edərək “gedək kənarda bir kəlmə telefonda çəkiliş edək və bildirsin ki, Firuzə ilə onun arasında heç bir münasibət yoxdur”. Gündüz onunla razılaşmış, avtomobilə mindikdən sonra qardaşı Əhədi avtomobildən düşürdüyü Ağcabədi rayon “Qaradolaq körpüsü” adlanan əraziyə çatmışdır. Gündüz avtomobilin ön sərnişin hissəsində oturmuş, o avtomobili saxlamış və Əhəd Gündüz tərəfdən arxa oturacaqdan qapını açaraq tez avtomobilə minmişdir. Əhəd arxadan Gündüzün sağ bilək nahiyyəsindən jilka ilə tutub saxlamış, niyyəti Gündüzün qaçmasına mane olamq olmuşdur. O, avtomobili Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayon Mehrablı kəndi ərazisindən keçən hissədində yolun sol kənarında olan işlək vəziyyətdə olmayan kafenin arxa hissəsinə sürmüş və qapını açdıqdan sonra Əhəd Gündüzü yerə salaraq yerdə üzərinə oturub şalvarını və alt geyimini əynindən çıxarmışdır. O da özünə məxsus “İphone 15” markalı mobil telefon vasitəsi ilə həmin hərəkətlərin video görüntüsünü qeydə almağa başlamışdır. Əhəd özü ilə gətirdiyi barjomi markalı su qabını əlinə alaraq iki-üç dəfə Gündüzdən qisasını almaq məqsədi ilə Gündüzü təhqir etmək üçün Gündüzün anus dəliyinə soxmaq istəsə də, şüşə qabı Gündüzün anus dəliyinə yeridə bilməmiş, o video çəkə-çəkə Gündüzün baş nahiyyəsinə bir iki dəfə təpiklə vurmüşdür. O, çəkilişi davam etdirmiş və təxminən 10 dəqiqə Əhəd Gündüzə şillə, yumruq və təpiklə vurduqdan sonra Gündüzü avtomobilin arxa hissəsinə qoymuş və özü də yanında oturmuşdur. O və qardaşı Gündüzün etdiyi hərəkətin hər kəsə görk olması niyyəti ilə lüt vəziyyətdə qayınatasının qapısının qarşısında salmaq üçün Əhəd onun şalvarını və alt paltarını təmiz əynindən çıxarmış və bir cüt ayaqqabısı ilə şalvarını Qaradolaq kəndinin giriş hissəsində yolun sağ kənarında otluq əraziyə atmışdır. Daha sonra o avtomobili idarə etmiş və Gündüzü lüt vəziyyətdə yolda salmışdır. Qayını Gündüzü görmüş və Gündüz qaçıb həmin qayının evinə getmişdir. O, geri qayıdıb kənddən çıxan zaman Gündüzün smartfon Samsung markalı mobil telefonunu Əhəd maşının içərisində görmüş və telefonu Mehrablı kəndinin çıxışında yolun sağ kənarında olan kolluq əraziyə atmışdır. Daha sonra o qardaşı Əhəd ilə ona məxsus S.Vurğun küçəsi ərazsisində yerləşən evə gəlmiş və avtomobildən enən zaman Əhəd avtomobilin içərisində Gündüzün pul kisəsini görmüş və həmin kisənin içərisində sayını bilmədiyi rubl olmuşdur. Əhəd həmin pul kisəsini küçəyə fırladıb atmış, daha sonra o həmin çəkdiyi videonu Rusiya Federasiyasından yaşayan bir nəfər tanışına göndərmiş, həmin tanışına Gündüzün onun namusuna sataşdığı bu hərəkətləri etdiklərini bildirmişdir. Daha sonra o və qardaşı Əhəd könüllü şəkildə Ağcabədi RPŞ-nə gələrək törətdiyi hadisəni etiraf etmişdir. O ifadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs onun qardaşı Təqsirləndirilən şəxs2 həyat yoldaşı Firuzə ilə əlaqədə olduğu və qardaşının ailəsini dağıtdığı üçün Gündüzü döymək üçün apardıqlarını, Təqsirləndirilən şəxs2 və onun mütəmadi olaraq Gündüzün bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri ilə vurduğunu, qardaşı Təqsirləndirilən şəxs2 müraciət edərək Gündüzün başına sidiyini ifraz etməsini deyib Gündüzə pisixi təsir göstərdiyini və bir neçə şillə vurduğunu, Gündüzə məxsus geyim əşyalarını, telefon və pul kisəsini qardaşı Təqsirləndirilən şəxs2 atdığını, Gündüzü döyən zaman çəkdiyi videoları Rusya Federasiyası ərazisində yaşayan tanışına heç kimə göndərməmək şərti ilə bu məsləni bilən şəxslərə göstərməsi üçün göndərdiyini , nə özünün nə də Əhədin Gündüzü öldürmək, cinsi zorakılıq tətbiq etmək niyyətinin olmadığını, sadəcə olaraq Gündüzü döydükdən sonra heç bir təsir altında olmadan gətirib evinin yaxınlığında avtomobildən endirdiyini demişdir. Hazırda törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində uşaqlarından başqa ikinci dərəcəli əlil olmaqla xəstə anasının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurduğu zərəri tam olaraq ödəməsini nəzərə alaraq, ona məhkəmə tərəfindən mərhəmət göstərilib azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağcabədi rayon Mehrablı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, usta fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs2 onun həm sinif yoldaşı, həm də həmkəndlisi, Təqsirləndirilən şəxs1 da onun həmkəndlisidir, həmin şəxslərlə aralarında hər hansı bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 işləri ilə əlaqədar Rusiya Federasiyası ərazisində olduğu üçün mütəmadi olaraq onunla vhatsap ilə əlaqə saxlamış və evdə usta işi olan zaman gedib onun evində təmir işləri aparmasını ondan xahiş etmişdir. O, təxminən iki il bundan əvvəl Təqsirləndirilən şəxs2 evində usta kimi çalışan zaman Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid2 da evdə olmuş, Şahid2 ona şəxsi suallar verərək həyat yoldaşı Təqsirləndirilən şəxs2 Rusiya Federasiyasına getdiyini, evə gec-gec gəldiyini deəyərək “Əhəddən mənə ər olmaz” sözlərini işlətmişdir. O, Firuzədən bu ifadələri işlətməsinin səbəbini soruşan zaman Şahid2 özünün də təəbii ehtiyacları olduğunu və əks cinslə münasibətdə olmaq istədiyini demişdir. Firuzənin bu cür danışıqları və ona yaxınlaşması onda Firuzəyə qarşı istək yaratmış və o öz cinsi istəklərinə hakim ola bilməmiş, Şahid2 ilə yaxın əlaqə yaratmışdır. Firuzə ona “nurane_xx.xx.1993 saylı instagram hesabını vermiş və həmin instagram hesabının yazışma hissəsində Firuzə ilə yazışıb, danışmışdır. O, son iki il ərzində bir neçə dəfə Firuzənin çağırışı əsasında Firuzənin yaşadığı evin həyətinə getmiş və həyətdə Firuzə ilə cinsi əlaqədə olmuşdur. 30 sentyabr 2024-cü il tarixdə, günün ikinci yarısında onun qohumu X8 məxsus evin həyətində toy qabağı ciyər axşamı məclisi təşkil edilmiş, o da qohum kimi həmin məclisdə iştirak etmişdir. Azər Yusifova məxsus ev Təqsirləndirilən şəxs2 məxsus evlə üzbəüz qonşuluqda yerləşmişdir. Həmin məclisdə Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid2 da iştirak etmişdir. Həmin gün saat 23 radələrində Firuzə onun Dəmirli Gündüz adlı instagram hesabına yazaraq evin həyətində tək olduğunu bildirib onu evin həyətinə dəvət etmiş, o da telefonla danışmaq bəhanəsi ilə Əhədin yaşadığı evin arxa hissəsində olan tövlənin yanına yaxınlaşaraq arxa həyətdən içəri keçərək həyətə daxil olmuşdur. Firuzə evin arxa hissəsində onu gözləmiş, o Firuzəyə yaxınlaşıb qucaqlaşaraq Firuzə ilə öpüşmüşdür. Təxminən 5 dəqiqə sonra məclis olan yerə qayıtmış, Firuzə də heç kim şübhələnməsin deyə giriş darvazasından məclisə qayıtmışdır. Bir neçə dəqiqə sonra kəndçisi Fariz Məmmədov onu kənara dəvət etmiş və ona niyə Əhədin həyətinə keçdin sualını vermiş, oda Farizə etiraz edərək həyətə keçmədiyini bildirmişdir. O, etdiyi hərəkətin yanlış olduğunu bildiyi üçün bunu etiraf etməmiş və Şahid1 yanlış gördüyünü bildirmişdir. 07 oktyabr 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs1 ona məxsus mobil nömrəyə zəng edərək gedib birlikdə kənarda söhbət etmələrini və məsələni aydınlaşdırmağı təklif etmişdir. O, Cabir ilə razılaşmış və Cabir ona məxsus evin qarşısına gəlmiş, sonra Cabirə məxsus “Land Crusier” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdən sonra Cabir ona müraciət edərək “kənddə söhbət etmək olmaz, gedək kənarda söhbət edək” sözlərini demişdir. Cabir ona “ sən mənə çəkilişdə de ki, belə bir şey olmayıb” sözlərini deməyi təklif etmiş və o da Cabirlə razılaşmışdır. O, avtomobilin ön sağ oturacağında əyləşmiş və Cabir avtomobili sürüb kənddən çıxdıqdan sonra “Qaradolaq körpüsü” adlanan əraziyə çatan zaman avtomobili saxlamış və Əhəd arxa tərəfdən onun oturduğu oturacağın arxa hissəsindəki oturacağa oturduqdan sonra qəflətən onun sağ bilək nahiyyəsindən tutaraq qoluna jilka bağlamış və qaçmasın deyə ipin bir ucunu da əlində saxlamışdır. Cabir avtomobili idarə edib Yevlax-Bəhrəmtəpə avtomobil yolunun sol kənarında, işlək vəziyyətdə olmayan kafenin arxa hisəsinə sürmüş, orada avtomobili saxladqıdan sonra hər ikisi avtomobildən enərək onu yerə yıxmışdır. Təqsirləndirilən şəxs2 onun üzərində oturmuş, Təqsirləndirilən şəxs1 onun şalvarını və alt paltarını əynindən dartıb çıxarmışdır. Əhəd onun qollarından tutduğu üçün Cabirə müqavimət göstərə bilməmişdir. Cabir video çəkməyə başlamış, Əhəd də əlinə “barjomi” markalı, şüşə su qabını alaraq onun bədəninin müxtəlif nahiyyələrinə vurmağa başlamışdır. Daha sonra Əhəd onun sifət nahiyyəsinə və bədəninin müxtəlif nahiyyələrinə, əlləri, təpiyi və əlindəki şüşə qab ilə vurmuş, daha sonra Cabir video çəkə-çəkə onun baş nahiyyəsinə təpiklə vuraraq xəsarət yetirmişdir. Əhəd əlindəki şüşə qabı onun anus dəliyinə bir neçə dəfə ardıcıl olaraq soxmağa cəhd etmiş, lakin o özünü sıxaraq Əhədə müqavimət göstərdiyi üçün şüşə onun anus dəliyinə daxil olmamışdır. Cabir videonu davam etdirmiş və Əhəd də öz hərəkətlərini davam etdirmişdir. O, Əhəd ilə Cabirdən aman diləyərək əməlini etiraf edib onu buraxmaları üçün yalvarsa da, Cabir və Əhəd ona məhəl qoymamışdır. Daha sonra Cabir Əhədə onun üzərinə sidiyini ifraz etməsini demiş və Əhəd şalvarının qabağını açaraq cinsiyyət orqanını çıxararaq ilk öncə onun üzərinə sidik ifraz etmək istəsə də, edə bilməmiş və öz cinsiyyət orqanını onun ağız və sifət nahiyyəsinə sürtmək istəmişdir. Əhədin cinsiyyət orqanı onun sifət və ağız nahiyyəsinə dəyməməsi üçün o əlini ağızına tərəf tutmuş, Əhədin cinsiyyət orqanı passiv vəziyyətdə olduğu üçün, həmçinin o əlini sifət nahiyyəsinə tutduğu üçün Əhədin cinsiyyət orqanı onun sifət nahiyyəsinə və ağız nahiyyəsinə dəyməmişdir. Həm Cabir, həm də Təqsirləndirilən şəxs2 30 dəqiqəyə yaxın öz hərəkətlərini davam etdirərək onu döymüş, daha sonra Cabir və Əhəd onu çılpaq vəziyyətdə Cabirə məxsus avtomobilin arxa yük hissəsinə otuzdurmuşdur. Daha sonra Əhəd onunla birlikdə avtomobilin arxa yerində onun yanında oturmuş, Cabir avtomobili sürüb kəndə tərəf getmişdir. Cabir avtomobili yolda saxlamış, Əhəd onun şalvar və bir cüt ayaqqabısını alt paltarı ilə birlikdə ətraf əraziyə atmışdır. Cabir avtomobili Ağcabədi rayon Mehrablı kəndi ərazisində yerləşən onun qayınatası X11 məxsus fərdi yaşayış evinin qarşısında saxlamış və Əhəd onu avtomobilin arxa yük yerindən yerə düşürmüşdür. Onun qayını Şahid4 küçəyə çıxmış və o tez qaçıb beldən aşağı çılpaq vəziyyətdə Vaqifə məxsus evin həyətinə daxil olmuşdur. Əhəd və Cabir çıxıb getmiş və o Sərxandan ona şalvar verməsini xahiş etmişdir. Sərxan ona şalvar vermiş, o da şalvarı geyinmişdir. Sərxan ona məxsus həyətdən çıxmasını tələb etmiş və o sahibsiz həyətə keçərək orada gizlənmişdir. Həmin gün axşam saatlarında anası X2 ilə birlikdə Ağcabədi RMX-ya gəlmiş və orada ona ilkin tibbi yardım göstərildikdən sonra şikayət ərizəsi ilə müraciət etmişdir. O ifadəsinə əlavə olaraq baş nahiyyəsində olan yüngül xəsarətin Təqsirləndirilən şəxs1 tərəfindən təpiklə yetirildiyini, sol göz nahiyyəsində olan xəsarəti isə Təqsirləndirilən şəxs2 yumruqla vurub yetirdiyini, bədəninin digər naiyyələrində olan xəsarətləri Təqsirləndirilən şəxs2 əlləri, təpikləri ilə vurub yetirdiklərini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun qarın və ayaq nahiyyəsinə həm şüşə butulka ilə zərbələr endirdiyini, həm də Təqsirləndirilən şəxs2 şüşə qabı bir neçə dəfə onun anus dəliyinə yeritməyə cəhd etdiyini, lakin şüşə qabın onun anus dəliyinə soxa bilmədiyini, Təqsirləndirilən şəxs2 onun üzərinə sidik ifraz etmədiyini və həmin şəxslərin hərəkətlərinin təxminən 30 dəqiqə davam etdiyini, ağır psixi pozuntu keçirdiyini və şiddətli fiziki ağrılar olduğunu, Samsung A13 markalı, üzərində ***-***-**-** saylı öz adına olan mobil telefonu, şəxsiyyət vəsiqəsi və bonus kartlarının olduğunu, mobil telefonuna baxış keçirilən zaman qalareya bölməsindəki zibil qutusundan aşkar olunmuş fotoşəkillərin Şahid2 məxsus olduğunu, Şahid2 instagram sosial şəbəkəsində yuxarıda göstərilən instagram hesabından direkt vasitəsi ilə onun instagram hesabına göndərdiyini, o həmin şəkilləri qalareyadan silsə də, zibil qabından silməyi unutduğunu, həmin şəkilləri həm onun, həm də Firuzənin istəyi ilə Firuzə tərəfindən göndərildiyini, Əhəd və Cabirin onu kənd ərazisində sərbəst buraxan zaman onu qayını Sərxandan başqa heç kim görmədiyini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbləri yoxdur, onlarla barışmışdır. Ona görə təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, qohumluq əlaqələri yoxdur, əvvəllər aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. Onun atası Təqsirləndirilən şəxs1 və əmisi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs2 həyat yoldaşı Şahid2 həmkəndlisidi Zərərçəkmiş şəxs ilə yaxın əlaqədə olmasını öyrəndikləri üçün 07 oktyabr 2024-cü il tarixdə ondan və digər ailə üzvlərindən xəbərsiz Ağcabədi rayonu ərazisinə gəlmiş və Zərərçəkmiş şəxs ilə görüşərək Zərərçəkmiş şəxs döymüşlər. Həmin tarixdə günün ikinci yarısında atası Təqsirləndirilən şəxs1 və əmisi Təqsirləndirilən şəxs2 onun yaşadığı Ağcabədi şəhər S.Vurğun küçəsi ərazisində yerləşən evlərinə gəldikdən sonra onu və digər ailə üzvlərini yığaraq hadisəni danışmış və könüllü şəkildə Ağcabədi RPŞ-yə gedərək törətdikləri əməli etiraf etmişdirlər. Onun həminki vaxtadək bu hadisədən məlumatı olmamış, 07 oktyabr 2024-cü il tarixdə bütün günü Ağcabədi şəhər S.Vurğun küçəsi ərazisində yerləşən evində olmuş və ümumiyyətlə həmin tarixdə Ağcabədi rayon Mehrablı kəndinə və hadisənin törədildiyi yerə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun yeznəsi, Təqsirləndirilən şəxs2 Cabir oğlu və Təqsirləndirilən şəxs1 isə həmkəndlisidir, əvvəllər aralarında hər hansı bir münaqişə və ədavət olmamışdır. Təxminən 3 ildir ki, bacısı həyat yoldaşı Zərərçəkmiş şəxs ayrılaraq onlarla birlikdə yaşayır. O, son zamanlar kənd sakinləri arasında Şahid2 ilə Zərərçəkmiş şəxs arasında əlaqə olduğunu eşitmiş, lakin bacısı Zərərçəkmiş şəxs ayrıldığı üçün bu məsələ ilə maraqlanmamışdır. 07 oktyabr 2024-cü il tarixdə günorta saatlarında evinin həyətində mal-qaraya ot-su verən zaman darvazanın qarşısından səs gəldiyi üçün bayıra çıxmış, bayıra çıxan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yanında görmüşdür. O, bayıra çıxan zaman Əhəd Gündüzü buraxmış və Gündüz beldən aşağı çılpaq şəkildə ona məxsus həyətə getmişdir. Bu proses 10 saniyə çəkmiş, Əhəd və Cabir ona heç nə demədən maşına oturub getmişdir. O, həyətə qayıtmış və Gündüzə şalvar verərərk Gündüzdən heç nə soruşmamışdır. Gündüz şalvarı geyinmiş və küçəyə çıxıb evinə getmişdir. Onun sonrakı proseslərdən məlumatı olmamışdır. O ifadəsində əlavə olaraq Əhəd və Cabirin Gündüzü könüllü şəkildə onun tərəfindən hər hansı bir müdaxilə olmadan buraxıldığını və Gündüzün ona məxsus həyətə daxil olduğunu, həmin vaxt Gündüzü ondan başqa heç kimin görmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Pəriz oğlu ifadəsində göstərmişdir ki, o, Ağcabədi rayon Mehrablı kəndində yaşayır. Zərərçəkmiş şəxs və Şahid2 onun həmkəndliləridir, qohumluq əlaqələri yoxdur, əvvəllər aralarında hər hansı bir münaqişə və ədavət olmamışdır. Onun ata evi Təqsirləndirilən şəxs2 məxsus ev ilə qonşuluqda yerləşir. Evlərin arasında təxminən 100 metr məsafə vardır. Təxminən iki ildir ki, kənddə Şahid2 ilə Zərərçəkmiş şəxs arasında yaxın münasibət olması barədə söhbətlər getmiş, Gündüz kənddə adlarını qeyd etmək istəmədiyi iki-üç ailədədə söz söhbət yaratmış və buna görə kənddə bir ailə boşanmışdır. Əhədə məxsus evdə həyat yoldaşı Firuzə qaynanası və uşaqları ilə birlikdə yaşamışdır. Zərərçəkmiş şəxs tez-tez işləmək adı ilə Gündüz İmanova məxsus evə getmiş və buna görə də o Gündüz ilə Firuzənin arasında münasibət olmasından şübhələnmişdir. O, Firuzənin qaynanası Zamilə İmanovanın evdən çıxmasından qısa bir müddət sonra Gündüzün Firuzənin evinə getdiyini görmüş, lakin heç kimə bu barədə heç nə danışmamışdır. O, 30 sentyabr 2024-cü il tarixdə qonşuluqda ciyər axşamı günü həm Firuzəni, həm də Gündüzü izləmiş, bir neçə dəqiqə sonra Gündüzə zəng gəldiyi üçün bir neçə metr aralıda dayanmış, sakit səslə telefonla danışmağa başlamışdır. Gündüz telefonla danışdıqdan sonra Əhədə məxsus həytə getmiş və o da Gündüzün arxası ilə Əhədin həyətinə getmişdir. Hava qaranlıq olmuş, o qıraqda dayanaraq Firuzənin öz evlərinin həyətində olan mağarın altında gözlədiyini görmüşdür. Həmin vaxt Gündüz Firuzəyə yaxınlaşmış, onlar qucaqlaşıb öpüşməyə başlamışdır. O, nə qədər həmin prosesi videoya almaq istəsə də, hava qaranlıq oduğu üçün heç nə çəkə bilməmişdir. O, həmin vaxt Firuzənin onu şərləyəcəyindən ehtiyyat etdiyi üçün səs-küy salmamış, qayıdıb getmişdir. Təxminən 30 dəqiqə sonra Firuzə ciyər axşamı keçirilən həyətə gəlmiş, 4-5 dəqiqə sonra Gündüz Əhədin tövləsinin yanında olan cığır ilə keçib ciyər axşamı keçirilən həyətə gəlmişdir. O, Gündüzü yanına çağırmış və Gündüzə “utanmırsan, qardaş dediyin oğlanın evinə gedib həyat yoldaşı ilə öpüşürsən” sözünü demişdir. Gündüz ona heç nə deməmiş və orada etdiyini boynuna almamışdır. 01 oktyabr 2024-cü il tarixdə hərbi ilə bağlı 14 günlük təlimə çağırılmış, həmin gün də geri qayıtmışdır. 01 oktyabr 2024-cü il tarixdə Firuzənin işlətdiyi xatırlamadığı nömrəsinə vhatsapda zəng etmiş və Firuzə zəngi açmışdır. O, Firuzəyə müraciət edərək 30 sentyabr 2024-cü il tarixdə gecə Gündüz ilə onu öpüşəndə gördüyünü demiş, Firuzə ondan üzr istəyərək həmin məsələnin aralarında qalması üçün ona yalvarmışdır. O Firuzəyə müraciət edərək əri Əhədə bu barədə danışacağını demiş, Firuzə ona yalvararaq bank kartını yazmasını və onun kartına 50 manat atacağını və daha sonra da 50 manat atacağını, bunun müqabilində heç kimə bu barədə danışmamasını xahiş etmişdir. O, Firuzə ilə inandırıcı danışıb söz almış və Firuzə ona səs ataraq “bu sirr ikimizin arasında qalacaq” sözlərini demişdir. O da həmin yazışmaları və səsləri Cabirə məxsus nömrəyə vhatsapda göndərmiş, Cabir ona yazaraq 50 manat yox, 500 manat istəməyi demişdir. Cabir bunu Firuzə şübhələnməsin deyə demiş və Firuzənin ona atdığı səsləri Cabirə göndərmişdir. O, Cabir və Əhədi çox istədiyi üçün Əhədin arvadının kiminləsə gəzməsini və Əhədin bunu qəbul etməsini istəməmiş, məqsədi Əhədin həyat yoldaşının hansı vəziyyətdə olduğunu bilməsini və onu aldatdığını bilməsini istəmişdir. Sonrakı prosesləri yəni, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gündüz ilə olan söhbətlərini, dava dalaşlarını görməmişdir. O ifadəsinə əlavə olaraq Əhəd və Cabirin kənd arasında hörməti olduğu üçün bu məsələləri Əhəd və Cabirə bildirdiyini, niyyətinin Firuzə ilə Gündüzün əxlaqsız mübnasibətini üzə çıxarmaq olduğunu göstərmişdir. Niyyətinin Şahid2 şantaj edib ondan pul almaq olsa idi, bu barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç nə bildirməzdi. Firuzənin ona hər hansı bir məblğdə pul göndərmədiyini, sadəcə olaraq təklif etdiyini və Şahid2 hər hansı bir əxlaqsız təklif etmədiyini, Firuzəni şantaj etmədiyini, Firuzə ilə Gündüzün əxlaqsızlığını üzə çıxardığı üçün Şahid2 onun barəsində yalan ifadə verdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 həyat yoldaşı, Təqsirləndirilən şəxs1 qayını, X7 və Zərərçəkmiş şəxs isə həmkəndliləridir, qohumluq əlaqələri yoxdur, əvvəllər aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. O, Təqsirləndirilən şəxs2 ilə 2011-ci il tarixdə ailə həyatı qurmuşdur, birgə nikahdan onların 2012-ci il təvəllüdlü X16 və 2014-cü il təvəllüdlü X12 adında iki övladı olmuşdur. O, Əhəd ilə ailə həyatı qurduqdan sonra aralarında hər hansı bir problem, münaqişə olmamış, mehriban olmuşdur. O, Əhəd ilə yeni ailə quran zaman qaynanası Zamilə ilə birlikdə Rusiya Federasiyasına getmiş, lakin Zamilə orada yaşaya bilmədiyi üçün qayıdıb Mehrablı kəndinə gəlmişlər. O, qaynanası Zamilə və iki övladı ilə Mehrablı kəndi ərazisində yerləşən Əhədin ata evində qalmışdır. Əhəd ildə bir dəfə kəndə gəlib 1 ay qaldıqdan sonra Rusiyaya qayıtmış, Zərərçəkmiş şəxs usta olduğu və Əhədin sinif yoldaşı olduğu üçün evdə ustalıq nə iş olarsa, Əhəd və Əhədin anası Zamilə işi Gündüzə gördürmüşdür. Təxminən 5-6 aydır ki, onun Zərərçəkmiş şəxs ilə münasibəti olmuş, Zərərçəkmiş şəxs bir neçə dəfə ona münasibət qurmağı təklif etmişdir. O, ilk öncə etiraz etsə də, sonradan Gündüz ilə kişi-qadın münasibəti yaranmış, Gündüz ilə özünə məxsus “nurane_xx.xx.1993” saylı səhifədən yazışmışdır. O Gündüz ilə adi zəngli və ya vhatsapp ilə mesjlaşması olmamışdır. O, bir neçə dəfə Gündüz ilə onun yaşadığı evin həyətində görüşüb cinsi əlaqədə olmuşdur. 30 sentyabr 2024-cü il tarixdə qonşuluqda Azər adlı şəxsə məxsus həyətdə ciyəraxşamı tədbiri keçirilmiş, o da qaynanası və iki övladı ilə birikdə həmin məclisdə iştirak etmişdir. Həmin gün axşam saatlarında o həyətə gedən zaman Gündüz onu görmüş və həyətdə ayaqyoluna gedib evə yaxınlaşan zaman Gündüzün də onun həyətində olduğunu görmüş, o Gündüzü həyətdə görən zaman Gündüzlə heç nə etməmiş və qapıdan çıxıb məclis olan həyətə keçmişdir. 01 oktaybr 2024-cü il tarixdə Fariz Məmmədov onun istifadəsində olan nömrənin vhatsapp hesabına yazaraq ona zəng etmiş, danışıq zamanı Fariz ona müraciət edərək 30 sentyabr 2024-cü il tarixdə Gündüz ilə onu qapıda gördüyünü demiş və şəkillər çəkdiyini bildirmişdir. O Farizə etiraz edərək yanlış gördüyünü demişdir. Şahid1 ona yazaraq məsələnin aralarında qalmaq şərti ilə ona 50 manat pul göndərməsini təklif etmiş, o da Farizə 50 manat göndərə biləcəyini demişdir. Lakin, bir müddət sonra Fariz 500 manat istədiyini demiş, o isə Farizə yazaraq 500 manatı olmadığını bildirmişdir. O, həmin söhbətə kiminsə inanmasından narahat olmuşdur. Daha sonra Fariz ona pul istəmədiyini, demiş və birlikdə olmağı təklif etmiş, o da Farizə etiraz etmişdir. 02 oktyabr 2024-cü il tarixdə dərsə görə Bakı şəhərinə getmiş və uşaqlarını dərsə göndərmiş, Əhəd 04 oktyabr 2024-cü il tarixdə Bakı şəhərinə gəldikdən bir gün sonra Cabir də gəlmişdir. Əhəd və Cabir Ağcabədi rayonuna getmiş, hadisə olan zaman Bakı şəhərində olduğu üçün heç nədən xəbəri olmamışdır. O ifadəsinə əlavə olaraq Zərərçəkmiş şəxs ilə 4-5 aydır ki, yaxın münasibətinin olduğunu, Şahid1 göndərilmiş səs yazısının ona məxsus olduğunu, Fariz Məmmədov məsələnin yayılmaması üçün ondan pul istədiyini, Farizə hər hansı bir məbləğdə pul göndərmədiyini, Şahid1 onu şantaj etdiyini bildirdiyi yazışmaları və səs yazılarını sildiyi üçün həmin yazşmaların və səs yazılarını istintaqa təqdim edə bilmədiyini, “nurane_xx.xx.1992” adlı instagram səhifəsinin ona məxsus oldğunu, Zərərçəkmiş şəxs telefonundan aşkar edilmiş şəkillərin ona məxsus olduğunu, həmin şəkilləri Gündüzün ondan istədiyi üçün göndərdiyini bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 08 oktyabr 2024-cü tarixli şübhəli şəxsin tutulması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 08 oktyabr 2024-cü il Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 10 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 10 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, onlara həmin maddə ilə ittiham elan edilmiş və barələrində Ağcabədi rayon məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 4(017)-88/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş 08 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 07 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döyüldüyü əraziyə videoçəkilşlə baxış keçirilmiş, hadisə yerindən 01 ədəd “borjomi” markalı şüşə su qabı, Ağcabədi rayon Qaradolaq kəndi ərazisindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd cins şalvar, 01 ədəd alt paltarı və 01 cüt ayaqqabı, Ağcabədi rayon Mehrablı kəndi ərazisindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd samsung A13 markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, Təqsirləndirilən şəxs1 məxsus evin qarşısından küçəyə baxış keçirilən zaman Zərərçəkmiş şəxs məxsus pul kisəsini tapmaq mümkün olmamış, baxış keçirilən zaman baxışı əks etdirən videogörüntü 01 ədəd diskə köçürülərək baxış protokoluna əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan və 08 oktyabr 2024-cü il tarixli baxış protokolu ilə götürülmüş “Samsung A13” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən, Şahid2 məxsus 11 ədəd fotoşəkil baxış protokoluna əlavə edilmiş, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “Samsung A13” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, daha sonra qəbzlə sahibinə geri qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisəni görüntüyə aldığı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qarşı etdiyi qanunsuz hərəkətlərin qeydə alındığı 05 ədəd videogörüntü iş üçün maddi sübut əhmiyyətinə malik olduğu üçün 01 ədəd diskə köçürülərək protokola əlavə edilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “İ Phone 15” markalı mobil telefon maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. Cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya” MTE və PA birliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 640 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər—başın sol təpə qabarında əzilmiş yara, sol alt göz qapağında qançır, sol gözün ağlı qişasında qansızma; sağ və sol dirsək oynaqlarında sıyrıqlar, sol sarğıda və sol budda sıyrıqlar—küt əşyanın(əşyaların) təsirindən törənmişdir, kənar şəxs(lər) tərəfindən yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti xx.xx.2024cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərdən-başın sol təpə nahiyyəsində olan əzilmiş yara, sol alt göz qapağında qançır və sol gözün ağlı qişasında qansızma xəsarətləri dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; yuxarıda göstərilmiş digər sıyrıqlar isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. 3. Zərərçəkmiş şəxs anus dəliyində və ətrafındakı yumşaq toxumalarda hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qarşı qanunsuz hərəkətlər edən zaman Şahid3 hadisə yerinə gəlib-gəlməməsi, həmin proseslərdə iştirak edib-etməməsi, Şahid2 ilə Zərərçəkmiş şəxs arasında kişi-qadın münasibətlərinin olub-olmaması, Şahid1 Şahid2 qarşı şantaj xarakterli hərəkətlər edibetməməsi, həmçinin, Zərərçəkmiş şəxs məxsus içərisində müvafiq sənədlər və 1000 rubl pul əskinazı olan pul kisəsinin tapılması istiqamətində müvafiq tədbirlərin keçirilməsi üçün verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli cavabda göstərilmişdir ki, Şahid3 hadisə yerində olmadığı, Şahid2 ilə Zərərçəkmiş şəxs arasında intim münasibətlərinin olması, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs üzərinə sidiyini ifraz edə bilməməsi müəyyən edilmiş, lakin Zərərçəkmiş şəxs məxsus içərisində müvafiq sənədlər və 1000 rubl pul əskinazı olan pul kisəsinin tapılması mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Publik Hüquqi şəxsi X15 Şöbəsinin 19 noyabr 2024-cü il tarixli, 867 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs2 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X1 Publik Hüquqi şəxsi X15 Şöbəsinin 19 noyabr 2024-cü il tarixli, 868 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən və hal-hazırda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs1 hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 144, 145,148 və 150-ci maddələri ilə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 20 noyabr 2024-cü il tarixli, 1872 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 20 noyabr 2024-cü il tarixli, 1873 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyan tam olaraq ödənilmiş, onlarla barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Şahid2 xx.xx.2025-ci il tarixli poçt vasitəsi ilə məhkəməyə göndərdiyi ərizəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN BƏSİİnin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvllər məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-23/2-1252/2024 və xx.xx.2024-cü il tarixli, 18-1-23/2-1253/2024 nömrəli tibbi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs2 və İmanov X6 rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda durmurlar. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHBnın Mehrablı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli Ağcabədi RİHB-nın Mehrablı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı X16 (xx.xx.2012-ci il təvəllüdlü) və X9 (xx.xx.2014-cü il təvəllüdlü) adlı uşaqları var. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHBnın Mehrablı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli Ağcabədi RİHB-nın Mehrablı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir yetkinlik yaşına çatmayan X10 (xx.xx.2008-ci il təvəllüdlü) və bir azyaşlı X19 (xx.xx.2012-ci il təvəllüdlü) adlı uşaqları var. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli Ağcabədi RİHB-nın Mehrablı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində ikinci dərəcəli əlil olmaqla, yaşlı X13 (xx.xx.1958-ci il təvəllüdlü) adlı anası vardır. Təqsirləndirilən şəxs1 ailənin yeganə qazanc gətirənidir. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılmış mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 133.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli CM-nin 133.2.3-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun onun ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 08 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində uşaqlarından başqa ikinci qrup xəstə anasının olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, vurduğu zərəri tam olaraq ödəməsini və ona qarşı Gündüzün heç bir şikayəti və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxsin ifadəsini və şahid ifadələrini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək törətdiyi əmələ görə çox peşman olmasını, himayəsində bir azyaşlı uşağının və bir yetkinlik yaşına çatmayan uşağının olmasının, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət törətməsini, himayəsində uşaqlarından başqa ikinci qrup əlil xəstə anasının olmasını, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, vurduğu zərəri tam olaraq ödəməsini və Gündüzün ona qarşı heç bir şikayəti və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq etməklə təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül, yəni cərimə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli ilə əlaqədar 08 oktyabr 2024-cü il tarixdə tutulmuş, barəsində Ağcabədi Rayon Məhkəməsi 10 oktyabr 2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 08 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 oktyabr 2024-cü il tarixdən bu günə kimi, yəni 06 mart 2025-ci il tarixədək 4 ay 26 gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş cəriməsi cəzası yüngülləşdirilib üzərində qəti olaraq cərimə cəzası saxlanılmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmaldır. Hökmün icrası - Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan 01 ədəd cins şalvar və 01 ədəd alt paltarı sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan Samsung A13 markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan İ Phone 15 markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan 01 ədəd Borjomi markalı şüşə su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Abuləli oğlu tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 357, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən yəni, 08 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək ona həmin maddə ilə 6000 (altı min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 08 oktyabr 2024-cü il tarixdən bu günə kimi, yəni 06 mart 2025-ci il tarixədək 4 ay 26 gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş 6000 (altı min) manat miqdarda cəriməsi cəzası yüngülləşdirilib üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan 01 ədəd cins şalvar və 01 ədəd alt paltarı sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan “Samsung A13” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan “İ Phone 15” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan 01 ədəd “Borjomi” markalı şüşə su qabı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Mülki iddianın, ekspertiza xərcinin və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə verildiyi) gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar