Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-80/2023 16.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1960-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında dəqiq günü və vaxtı istintaqa məlum olmayan tarixdə Şahid2 etibarından sui-istifadə edib əlillik dərəcəsini bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə Şahid2 dayısı oğlu Zərərçəkmiş şəxs1 2500 manat məbləğində pul vəsaitini ünvan 2 ünvanda yerləşən “ADA təpə” adlı restoranın yanında alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin may ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində, dəqiq günü və vaxtı istintaqa məlum olmayan tarixdə Şahid1 etibarından sui-istifadə edib onun istifadəsində olan Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən torpaq sahəsinin sənədləşdirilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə Şahid1 tanışı Zərərçəkmiş şəxs1 3000 manat, 800 manat, 1000 manat, 800 manat və 900 manat, cəmi 6500 manat pul vəsaitini vahid niyyətlə ünvan 2 ünvanda yerləşən “ADA təpə” adlı restoranın yanında alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib həmkəndlisi X4 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsinə görə təxribatçı kimi gələcəkdə problem yaranmasının qarşısını alacağı barədə yalan vəd verib aldadaraq 800 manat məbləğində pul vəsaitini 22 iyun 2021-ci il tarixdə saat 21:51də Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən “Hüsülü” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə öz adına olan “Kapital Bank”a məxsus 5103-0714- 2417-5971 nömrəli karta göndərilməsinə nail olmaqla ələ keçirib Zərərçəkmiş şəxs4 800 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib həmkəndlisi X4 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsinə görə təxribatçı kimi gələcəkdə problem yaranmasının qarşısını alacağını vəd edərək 2100 manat məbləğində pul vəsaitini 22 iyun 2021-ci il tarixdə saat 21:51-də Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən “Hüsülü” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə, daha sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə 1200 manat məbləğində pul vəsaitini 03 iyul 2021-ci il tarixdə saat 16:01-də Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən “Qardaşlar” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə öz adına olan “Kapital Bank”a məxsus 5103-0714-2417-5971 nömrəli karta göndərilməsinə nail olaraq ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 3300 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən X5 etibarından sui-istifadə edib Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd edərək Allahverdi Nəbiyevin atası Zərərçəkmiş şəxs2 2800 manat məbləğində pul vəsaitini 08 sentyabr 2021-ci il tarixdə saat 16:13-də və 2200 manat məbəğində pul vəsaitini 08 sentyabr 2021ci il tarixdə saat 16:23-də Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində yerləşən “Ağcakənd” marketdə olan “MilliÖN” ödəmə terminalı vasitəsilə arvadı X6 adına olan “Kapital Bank”a məxsus 5103-0714-2948-0334 nömrəli karta göndərilməsinə nail olaraq ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib həmkəndlisi X7 həbsdən azad edildikdən sonra şikayət etməsinin qarşısını alacağını vəd edərək 3000 manat məbləğində pul vəsaitini 12 noyabr 2021-ci il tarixdə saat 09:07-də Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən “4 Yol” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə arvadı X6 adına olan “Kapital Bank”a məxsus 5103- 0714-2948-0334 nömrəli karta göndərilməsinə nail oaraq ələ keçirib Zərərçəkmiş şəxs3 3000 manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 3-4 il bundan əvvəl dayısı Zahirin vasitəsi ilə tanımışdır. Təxminən iki il bundan əvvəl tanışı Əli ondan taxıl istəmiş və o da bu barədə Elminə demiş, Elmin də ona taxıl göndərəcəyini demişdir. Bundan sonra o, taxıl almaq üçün əvvəlcədən Elminə 3000, 2000 və 2500 manat, ümumilikdə 7500 manat pul göndərmişdir. Həmin pulun 5000 manatını Elminin adına poçt vasitəsi ilə, qalan 2500 manatı isə Elminin öz adına olan karta göndərmişdir. Elmin ona taxıl göndərməmiş və həmin puldan 2500 manat ona qaytarmışdır, yəni 18 sentyabr 2021ci il tarixdə Elmin onunla telefon əlaqəsi saxlayaraq bir nəfər şəxsin 5000 manat pulunun olmasını, həmin pulu onun kartına göndərəcəyini, 2500 manat borcundan çıxmasını və qalan 2500 manatı ona qaytarmasını demişdir. O, Elminlə razılaşmış, Elmin həmin 5000 manat pulu onun arvadı X6 adına olan karta göndərmiş, o, da pulu kartdan çıxararaq Elminin qardaşı Asəfin kartına 2500 manat göndərmişdir. Bundan 2-3 ay keçdikdən sonra Elmin onunla telefon əlaqəsi saxlayaraq göndərdiyi 5000 manat pulu bir nəfər şəxsdən Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə aldığını və həmin şəxsin pulu geri tələb etdiyini bildirərək ondan 5000 manat pul istəmişdir. O, da razılaşmış, Elmin yanında tanımadığı bir şəxslə Bakı şəhərinə gəlmiş və 9-cü MKR ərazisində görüşmüşlər. Həmin vaxt o, Elminə 5000 manat pul vermişdir. Sonradan Elmin onun barəsində Korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət etmişdir. Halbuki Elminin ona 7500 manat borcu olmuşdur. Elmin şikayət etdikdən sonra Elminin xahişi ilə iki dəfə 500 manat olmaqla, cəmi 1000 manat, sonuncu dəfə isə təxminən 2022-ci ilin oktyabr ayında Elminin xahişi ilə ona əlavə olaraq 2900 manat öz adına olan karta pul göndərmişdir. 2021-ci ilin aprel ayında Zərərçəkmiş şəxs4 Bərdə rayonunda yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 qohumu Şahid2 əlillik dərəcəsinin bərpa edilməsi üçün ona köməklik edəcəyini demiş, lakin Elmindən həmin məqsədlə pul almamışdır. Bundan başqa, 2021-ci ilin may ayında Şahid1 torpaq sənədi düzəltməsi üçün Elmindən pul almamışdır. Zərərçəkmiş şəxs3 12 noyabr 2021-ci il tarixdə icra nümayəndəsi Ələmdar Köçəriyevin ondan şikayət etməməsinə görə onun pul istəmisini, Cəfərin də Lətafət Əzəmmədovanın adına olan karta 3000 manat pul göndərdiyini bildirməsi tamamilə yalandır. Cəfərin ona göndərdiyi həmin 3000 manat pulu xatırlamadığı bir xahişinə görə göndərmişdir ki, sonradan həmin pulu kart vasitəsilə Cəfərə qaytarmışdır. Lakin buna baxmayaraq zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 dəymiş ziyan yaxın qohumları tərəfindən tam olaraq ödənilmiş və həmin şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş ziyandan ibtidai istintaq zamanı 800 manat, bu gün isə 2000 manat ödəmişdir. Qalan 6200 manat ziyanı isə 3 ay müddətinə tam olaraq ödəyəcəkdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin aprel ayında xalası X1 uşaq baxçasının müdiri vəzifəsindən azad olunduqdan sonra xalası oğlu Zərərçəkmiş şəxs4 Həsən adlı tanışının vasitəsi ilə Gövhər Əliyevanı öz iş yerinə bərpa etdirmişdir. O, Elmindən həmin şəxsin kim olduğunu soruşduqda Elmin Həsən müəllimin Dövlət Gömrük Xidmətində rəhbər vəzifədə çalışdığını bildirmişdir. Onun bibisi qızı Şahid2 təqaüdü kəsilmiş, 2021-ci ilin may ayının əvvəllərində Şahnaza təqaüd düzəlməsinə köməklik göstərilməsi barədə Elminə demiş, bir neçə gün sonra Elmin ona zəng edərək Həsən müəllimlə bu barədə danışdığını və onunda telefon xəttində olduğunu ona bildirmişdir. O, telefonda Həsən müəllimlə bu barədə danışmış və Həsən Şahnaza əllilik dərəcəsinin təyin ediləcəyini və bu işin müqabilində ondan 3500 manat pul alacağını demişdir. O, Həsənə ilkin olaraq 2500 manat, əlillik dərəcəsi təyin edildikdən sonra isə 1000 manat verəcəyini bildirmiş, Həsən də onunla razılaşmışdır. O, gedib bu barədə Şahnaza demiş və Şahnazın əri Eldost ona pulunun olmadığını bildirmişdir. O, da həmin pulu özündən verəcəyini, iş düzəldikdən sonra onun pulunu qaytaracaqlarını Eldosta demişdir. Həmin gün axşamı 2500 manat pul düzəltmiş və Ağcabədi rayonunun Hüsülü kəndinə gedib Elminin evində 2500 manat pulu Elminə vermişdir. Elmin pulu və qohumu Şahnaz Nozruzovanın şəxsiyyət vəsiqəsini ondan aldıqdan sonra Həsən müəllimə zəng edərək pulun onda olduğunu bildirmişdir. Sonradan Həsənin pulu alması barədə mesajı Elmin ona göndərmişdir. 2021-ci ilin may ayının axırlarında xalası oğlu X16 Hüsülü kəndində boş torpaq sahəsinin olduğu və həmin torpaq sahəsinin kənd icra nümayəndəliyi tərəfindən ondan aldığı üçün o, bu işdə onlara köməklik göstərilməsi üçün yenidən Elmindən Həsən müəllimə bu barədə bildirməsini xahiş etmişdir. Elmin də bu barədə Həsən müəllimlə danışdıqdan sonra rayon icra hakimiyyəti başçısının müavini Qurban Babayevə zəng edərək qeyd edilən məsələyə öz köməkliyini göstərmiş və torpaq sahəsi xalası oğlundan alınmamışdır. Bir müddət sonra xalası oğlu Şöhrət Quliyev ona müraciət edərək tanışı Adil adlı şəxsin Hüsülü kənd ərazisində boş torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini özəlləşdirmək istədiyini ona bildirmişdir. O, da bu barədə Elminlə danışmışdır. Bir neçə gün sonra Elmin ona zəng edərək Həsən müəllimlə bu barədə danışdığını və onun qeyd edilən məsələyə köməklik göstərməsi üçün 3000 manat pul istəməsini bildirmişdir. O, bu barədə Adilə bildirdikdən sonra Adil pulunun olmadığını, ancaq daha sonra düzəldib ona verə biləcəyini demişdir. O, Adillə razılaşmış və özündə bir az pul olduğunu deyərək həmin pulu özündən verəcəyini, daha sonra isə onun pulunu düzəldərək ona verəcəyini demiş, 3000 manat pulu düzəldib Elminə vermiş, Elmin də Bakı şəhərinə gedəcəyini bildirərək həmin pulu özünün aparıb verəcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra Elmin ona Həsənin əlavə olaraq 800 manat pul istədiyini demişdir. O, da 800 manat pul düzəldib Adilin işinə görə Elminə vermişdir. Aradan bir neçə gün keçdikdən sonra Həsən əlavə olaraq 1000 manat istəmişdir. O, da bu barədə Adilə demiş, lakin Adil torpağın sənədi düzəldikdən sonra pulu verəcəyini bildirmişdir. Bundan sonra o, Elminə verdiyi pulu qaytarmasını bildirərkən Elmin sənədlərin hazırlanması üçün Həsənin 3000 manatdan artıq xərci çıxdığını ona demiş, o da məcbur olub Elminə 1000 manat da pul vermişdir. Sonradan isə Elmin yenə pul istəmiş, əlavə olaraq 900 manat və 800 manat Elminə pul vermişdir. Həsən sənədlərin bir ay müddətinə düzəldəcəyinə söz vermişdir. Aradan bir ay keçmiş, lakin sənəd düzəlməmişdir. O, dəfələrlə Elminə zəng edib maraqlanmış, Elmin də onu Həsənlə telefonla danışdırmış, Həsən isə hər dəfə müxtəlif bəhanələr gətirərək sənədin yaxın günlərdə düəzləcəyini demişdir. Sonradan Elmin ona zəng edərək Həsən adlı şəxsin onları aldatdığını və əslində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs çatdırılması üçün ümumilikdə Elminə 9000 manat pul vermişdir, yəni cinayət nəticəsində ona 9000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs həmin ziyandan istintaq zamanı 800 manat, bu gün isə 2000 manat ona ödəmiş və 6200 manat ödənilməmiş qalmışdır. Hazırda da həmin pulu tələb edir və Təqsirləndirilən şəxs qanuni cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin avqust ayında qohumu Zərərçəkmiş şəxs3 onlara qonaq gəlmişdir. Onlar evdə söhbət edən zaman söz oğlu Allahverdinin işindən düşmüş və Cəfərə oğlu Allahverdini işə düzəltməsində ona köməklik etməsini xahiş etmişdir. Cəfər də bir nəfər şəxs olduğunu, iş düzəltməyə köməklik edə biləcəyini, onunla danışıb xəbər edəcəyini demişdir. Bundan bir neçə gün sonra Cəfər onunla telefon əlaqəsi saxlayaraq oğlu X11 Nazirliyinə işə düzəltmək mümkün olduğunu və bunun üçün əvvəlcə 5000 manat, işə düzəldikdən sonra isə əlavə olaraq 5000 manat verəcəyini demişdir. O, da qardaşı Vaqif Nəbiyevdən 5000 manat borc pul alaraq 08 sentyabr 2021-ci il tarixdə Ağcakənd qəsəbəsində yerləşən “Ağcakənd” marketdəki ödəniş terminalı vasitəsilə Cəfərin göndərdiyi X8 adına olan Kapital banka məxsus karta 2800 manat, daha sonra 2200 manat pul göndərmişdir. O, Cəfərə pulu göndərdiyini demiş, Cəfər həmin işi dayısı oğlu Zərərçəkmiş şəxs4 düzəldəcəyini demişdir. Bundan sonra özü də Elminlə danışmış və Elminin işin düzəlməsi üçün lazımı sənədlərin siyahısını telefonla ona göndərmiş, həmin sənədləri düzəltmiş və oğlu Allahverdi sənədləri götürüb Bakı şəhərinə getmişdir. Allahverdi Bakı şəhərində tanımadığı bir şəxslə görüşüb sənədləri həmin şəxsə vermişdir. Oğlu Allahverdinin işi 2021-ci ilin dekabr ayına kimi düzəlməli idi. Lakin, iş düzəlməmiş və bundan sonra Elmindən pulunu geri tələb etmiş, Elmin ona işi Xəqani adlı şəxsin düzəltdiyini, pulu göndərdiyi Lətafətin də Xəqaninin arvadı olduğunu demişdir. O, özü də Xəqani ilə bir dəfə telefon əlaqəsi saxlamış, Xəqani isə bu işdən xəbəri olmadığını, pulu Elminə verdiyini demişdir. Sonradan ona dəymiş 5000 manat ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən tam olaraq ona ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, X14 dayısı oğlu Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanımışdır. Belə ki, 2021-ci ilin may-iyun ayında Elminlə birlikdə Hüsülü kəndi ərazisində olarkən əmisi oğlu X15 ona zəng edib əmisi Əhmədxan ilə kənd icra nümayəndəsi Ələmdar Köçəriyev arasında münaqişə olduğunu demişdir. Elmin də İntiqamla danışıb məsələni dəqiqliklə öyrənmiş və bu məsələni Həsən müəllimə danışacağını demişdir. Elmin Həsənə zəng edib Ələmdarın Əhmədxanı söyüb təhqir etdiyini və hər il Ələmdarın Əhmədxandan rüşvət aldığını demişdir. Həsən də Elminə bildirmişdir ki, Əhmədxan gedib Ələmdarla torpaq almaq üçün danışsın, Ələmdarın istədiyi pulu versin, onlar da bunu telefonla video görüntüyə alsınlar. O, da Əhmədxan və oğlu Rizvanla görüşüb Həsənin dediklərini onlara bildirmişdir. Əhmədxan və Rizvan da Ələmdarın yanına getmişlər, Ələmdar torpaq sahəsi üçün 2400 manat pul istəmiş, onlar da 1000 manat pul vermişlər və Rizvan bunu telefonla kameraya çəkmişdir. Rizvan həmin görüntünü Elminə göndərmiş, Elmin də Həsənə göndərmişdir. Təxminən bundan 20 gün sonra Elmin ona Həsən müəllimin zəng edib Rizvanın Bakı şəhərinə gəlməsini və Xəqani ilə görüşməsini demişdir. Rizvan da Bakı şəhərinə gedib Xəqani və Arif adlı şəxslə görüşmüş və onlar Rizvana həmin görüntü ilə bağlı DTX-nın Ağcabədi şöbəsinə getməyi demişlər. Rizvan da həmin görüntünü DTX-nin Ağcabədi şöbəsinə vermişdir. 2021-ci ilin iyun ayında Xəqani ona zəng edib demişdir ki, Rizvan gedib DTX-nın Ağcabədi şöbəsində izahat verəndə Həsən müəllimin, Elmin və onun adını çəkib, ona görə də DTX-nın onları təxribatçı kimi həbs edəcəyini demişdir. O, da Xəqaniyə nə edəcəyini demiş, Xəqani də Elminlə onun 6000 manat pul göndərməli olduğunu demişdir. Elmin 800 manat pul düzəldib ona vermişdir, o da 2100 manat pul düzəldə bilmiş, onlar pulu 22 iyun 2021-ci il tarixdə Xəqanin adına olan karta göndərmişlər. Sonradan Həsən müəllimin özü də onunla danışmış, onlardan bu işin qurtarması üçün, yəni onları DTX-dan qurtarmaq üçün yenə də pul istəmiş, o da Xəqaniyə əlavə olaraq 1200 manat göndərmişdir. Onlar həmin vaxt Xəqaninin onları aldatdığını bilməmişlər. 2021-ci ilin sentyabr ayının əvvəllərində Goranboy rayonunun Ağcakənd kəndində yaşayan tanışı Sadiqin evinə qonaq getmiş, həmin vaxt Sadiq oğlu Allahverdini işə düzəltmək istədiyini ona bildirmişdir. O, da bu barədə Elminə demiş, Elmin Həsənlə danışmış, o özü də Həsənlə danışmış, Həsən də ona Fövləqadə Hallar Nazirliyi ilə danışıb xəbər edəcəyini bildirmişdir. Sonradan Həsən onunla telefon əlaqəsi saxlayaraq Sadiqin oğlu Allahverdini FHN-nə işə düzəldə biləcəyini, bunun üçün 10000 manat pul lazım olduğunu, 5000 manatı əvvvəlcədən, 5000 manatını isə iş düzələndən sonra verəcəyini demişdir. O, da bu barədə Sadiqə demiş, Sadiq də razılaşmış, Həsən ona Lətafətin adına olan kartı göndərmiş, o, da həmin kartı Sadiqə göndərmişdir. Sadiq də 08 sentyabr 2021-ci il tarixdə həmin karta 5000 manat pul göndərmişdir. O, Sadiqə işin Elmin vasitəsilə düzəldəcəyini demişdir. Həsən işin dekabr ayına kimi düzələcəyini demiş, lakin Sadiqin oğlu Allahverdinin işi düzəlməmişdir. 11 noyabr 2022-ci il tarixdə Həsən onunla telefon əlaqəsi saxlayaraq Ələmdarın onlardan şikayət edəcəyini və şikayətin qarşısını almaq üçün 3000 manat pul göndərməsini demişdir. O, da Həsənin bu sözünə inanmış və 12 noyabr 2021-ci il tarixdə Lətafətin adına olan karta 3000 manat pul göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, onunla Həsən adı ilə danışan şəxs Təqsirləndirilən şəxsdir. Xəqani yalandan onunla Həsən müəllim adı ilə danışmış və onları aldatmışdır. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən tam olaraq ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs köməklik olunmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dayısı Zahirin dostu Əhməd adlı şəxsin vasitəsilə tanımışdır. Belə ki, atası Məzahir Məmmədov barəsində 12 dekabr 2018-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, atasının həbsdən azad edilməsi üçün kömək axtarırmış və həmin vaxt dayısı Zahir onun Əhməd adlı dostunun olduğunu, bu işlərdən başı çıxdığını, onunla görüşməsini ona demişdir. O, da Bakı şəhəri 9-cu mikrorayon ərazisində Əhmədlə görüşmüş, Əhməd bu işin düzəlməsi üçün 25000 manat pul lazım olduğunu demişdir. O, da 10000 manat pul düzəltmiş, həmin pulu Əhmədə vermiş, lakin atasının işi düzəlməmiş, pulu geri almaq üçün Bakı şəhərinə getmiş, Əhməddən pulu götürən zaman Xəqani ilə tanış olmuşdur. Əhməd onları tanış edən zaman atasının işini Xəqaninin düzəldiyini demişdir. Həmin vaxtdan Xəqani ilə münasibəti yaranmış, Xəqani ona nə problemi olarsa onunla əlaqə saxlamasını demişdir. 2021-ci ilin aprel ayında xalası X17 işlədiyi Hüsülü kənd uşaq bağçasından işdən azad olunduğu üçün ona köməklik göstərilməsini Xəqaniyə demiş, Xəqani də xalasına köməklik edəcəyini demişdir. Sonradan xalası öz işinə bərpa olunmuşdur. Lakin, Xəqani bu işlə əlaqədar ondan pul almamışdır. 2021-ci ilin aprel ayında Bərdə rayonunda yaşayan xalası oğlu Zərərçəkmiş şəxs1 ona zəng edərək qohumu Şahid2 əlillik dərəcəsinin kəsildiyini, onu bərpa etdirmək üçün köməklik etməyini xahiş etmiş, o da bu barədə Xəqaniyə demiş, Xəqani də bu işin düzəlməsi üçün 3500 manat pul lazım olduğunu ona demişdir. O, da Samirlə danışmış və Samir onlara gəlib ona 2500 manat pul vermiş və qalan 1000 manatı da iş düzələndən sonra verəcəyini demişdir. O, da bu barədə Xəqaniyə demiş, Xəqani də razılaşmışdır. O, Samirdən aldığı 2500 manat puldan 2450 manatını tanımadığı şəxs vasitəsilə Xəqaniyə göndərmiş, Xəqani də onunla telefon əlaqəsi saxlayıb pulu götürdüyünü və iki ay müddətinə əlillik dərəcəsini düzəldəcəyini demişdir. 2021-ci ilin may ayında Samir ona zəng edərək digər xalası oğlu Şöhrətin Hüsülü kənd xəstəxanasının yaxınlığında olan torpaq sahəsi ilə bağlı problemi olduğunu demişdir. O, da bu barədə Xəqaniyə demiş, Xəqani rayon icra hakimiyyətinin müavini Qurban Babayevə zəng edib həmin məsələni həll etmiş, lakin bunun qarşılığında pul almamışdır. 2021-ci ilin may ayında Samir yenidən ona zəng edib həmkəndlisi Şahid1 da torpaq problemi olduğunu demişdir. O, da bu barədə Xəqaniyə demiş, Xəqani də bu iş üçün 2000 manat pul istəmişdir. O, da bunu Samirə bildirmiş və Samir Adilin torpaq işi ilə əlaqədar ona 2000 manat pul vermiş, Xəqani ilə danışanda Xəqani ona Həsənin mobil nömrəsini vermiş və Həsən müəlimlə danışmasını ona bildirmişdir. O, da istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Həsənin istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edib Həsənlə danışmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, həmin mobil nömrə Xəqaniyə məxsusdur və Xəqani yalandan Həsənin adından onunla danışmışdır. O, Həsənlə danışanda 2000 manat pulu götürdüyünü demiş, o da həmin puldan 200 manat özünə götürməyi və qalan 1800 manat pulu Xəqaniyə verməyi demişdir. O, da puldan 200 manat götürmüş və qalan 1800 manat pulu Bakı şəhərində 9-cu mikrorayon ərazisində Xəqani ilə görüşüb ona vermişdir. Xəqaniyə pulu verən zaman Adilin oğlu Ədalətin şəxsiyyət visqəsinin surətini də vermişdir. Bundan bir ay keçmiş, lakin torpağın sənədi düzəlməmişdir. O, Həsənlə danışmış, bu barədə maraqlanmış, Həsən də ona 1800 manatın az olduğunu deyərək əlavə olaraq pul istəmiş, təxminən iki ay müddətində Samirdən əlavə olaraq hissə-hissə 4700 manat pul almış və həmin pulu da Bakı şəhəri 9-cu mikrorayon ərazisində Xəqaniyə vermişdir. 2021ci ilin may-iyun aylarında bibisi oğlu Zərərçəkmiş şəxs3 ilə birlikdə Hüsülü kəndi ərazisində olarkən Cəfərin əmisi oğlu X2 telefon əlaqəsi saxlayıb atası Əhmədxanla kənd icra nümayəndəsi Ələmdar Köçəriyev arasında münaqişə olduğunu demiş, o da İntiqamla danışıb məsələni dəqiqliklə öyrənmiş və bu barədə Həsənlə, yəni Xəqani ilə danışıb ona məlumat vermişdir. Həsən də Əhmədxanın gedib Ələmdarla torpaq almaq üçün danışmasını, Ələmdarın istədiyi pulu verməsini, onların da Ələmdarı telefonla video görüntüyə almalarını demişdir. O, da bunu Cəfər demiş, Cəfər də əmisi Əhmədxan və əmisi oğlu Rizvanla danışıb Həsənin dediklərini onlara bildirmişdir. Əhmədxan və Rizvan da Ələmdarın yanına getmişlər və Ələmdar torpaq sahəsi üçün 2400 manat pul istəmiş, onlar da 1000 manat pul vermişlər və Rizvan bunu telelfonla kameraya çəkmişdir. Rizvan həmin görüntünü ona göndərmiş, o, da Həsənə göndərmişdir. Bundan 20 gün sonra Həsən ona zəng edib Rizvanın Bakı şəhərinə gəlməsini və Xəqani ilə görüşməsini demiş, o da Xəqaninin nömrəsini Rizvana vermiş, Rizvan da Bakı şəhərinə gedib Xəqani və Arif adlı şəxslə görüşmüş və onlar Rizvana həmin görüntü ilə bağlı DTX-nın Ağcabədi şöbəsinə getməyi demişlər. Rizvan da həmin görüntünü DTX-nın Ağcabədi şöbəsinə vermişdir. 2021-ci ilin iyun ayında Xəqani ona zəng edib Rizvanın gedib DTX-nın Ağcabədi şöbəsində izahat verərkən Həsən müəllimin, Cəfər və onun adını çəkdiyini, ona görə də DTX-nın onları təxribatçı kimi həbs edəcəklərini, bunun üçün 6000 manat pul göndərməli olduqlarını ona demişdir. O, 800 manat pul düzəltmiş, Cəfər də 2100 manat pul düzəldə bilmiş, onlar pulu 22 iyun 2021-ci il tarixdə Xəqanin adına olan karta göndərmişlər. Sonradan Xəqani özü də Cəfərlə danışmış, bu işin qurtarması üçün, yəni onları DTX-dan qurtarmaq üçün yenə də pul istəmiş, Cəfər onun yanında Xəqaniyə əlavə olaraq 1200 manat da göndərmişdir. Onlar həmin vaxt Xəqaninin onları aldatdığını bilməmişlər. 2021-ci ilin sentyabr ayının əvvəllərində Cəfər ona Goranboy rayonunda Sadiq adlı qohumu olduğunu, həmin Sadiqin oğlu X12 Nazirliyinə işə düzəltmək istədiyini demişdir. O, da bu barədə Xəqaniyə demiş, Xəqani razılaşmış və Xəqani işin düzəlməsi üçün lazımi sənədlərin adlarını yazıb telefonla ona göndərmişdir. O, da Cəfərdən Sadiqin nömrəsini alıb Xəqaninin göndərdiyi sənədlərin şəkilini Sadiqə göndərmişdir. Sonra o, Xəqaniyə Cəfərlə özü danışmasını bildirmişdir. Cəfərin qohumu Sadiq oğlunu işə düzəltmək üçün Xəqaniyə 5000 manat pul göndərmişdir. Lakin, Xəqani heç bir iş düzəltməmişdir. Sonradan ona məlum olmuşdur ki, Xəqani onları aldatmışdır. Xəqaninin bu hərəkətləri nəticəsində ona dəymiş 800 manat ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən tam olaraq ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs köməklik olunmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin may ayının axırlarında həmkəndlisi X16 Hüsülü kəndi ərazisində torpaq probleminin olduğunu və həmin torpağın sənədin hazırlandığını bilmişdir. Onun da Hüsülü kəndi ərazisində 10 sot torpağı olmuş, lakin həmin torpağın sənədi olmadığı üçün həmin torpaq sahəsinə sənəd düzəltdirmək istəmişdir. Şöhrət də ona torpağını sənədləşdirə biləcəyini demiş, o, bunu necə edəcəyini soruşmuş, Şöhrət də ona Bərdə rayonunda yaşayan xalası oğlu Samirin tanışı olduğunu, onun vasitəsilə düzəldə biləcəyini demişdir. Həmin vaxtlarda Samir onlara gəlmiş və ona Şöhrətin xalası oğlu olduğunu, torpaq məsələsinə görə gəldiyini demişdir. Onlar bu barədə danışmışlar və Samir onun tanışı olduğunu, torpağın sənədi üçün 3000 manat pul lazım olduğunu demişdir. O, Samirə halhazırda bu qədər pulunun olmadığını, lakin düzəldib verəcəyini demişdir. Samir də özündə bir az pulunun olduğunu, düzəldib onun yerinə verəcəyini, daha sonra həmin pulu qaytarmasını ona demişdir. Daha sonra Samir onunla əlaqə saxlayaraq 3000 manat pulu həmin şəxsə göndərdiyini demişdir. Aradan bir ay keçdikdən sonra Samir zəng edib əlavə olaraq 800 manat pul laızm olduğunu demişdir. O, yenə də Samirdən həmin pulu özündən verməsini, çətinliklərinin olduğunu demiş, Samir razılaşmış və daha sonra onunla əlaqə saxlayaraq əlavə olaraq 800 manat pul da verdiyini demişdir. Samir torpağın sənədinin iki ay müddətinə hazır olacağına söz vermişdir. Aradan iki ay keçmiş, lakin torpağın sənədi düzəlməmişdir. Samir ona sənədə görə özündən əlavə olaraq 2700 manat da pul verdiyini demişdir. O, da əgər torpağı sənədləşərsə onda pulunu da verəcəyini demişdir. 2021-ci ilin may ayında Samir 3800 manat pulu özündən Xəqani adlı şəxsə vermiş, daha sonra isə əlavə olaraq 2700 manat pul vermişdir. O, özü torpaq sənədinin düzəlməsi üçün pul verməmişdir. Samir həmin pulları özündən vermiş, əgər sənəd düzələcəksə o, həmin pulu Samirə qaytaracaqdır. Lakin sənədlər düzəlməmiş və o da Samirə pul verməmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsə də, Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də təsdiq olunduğundan məhkəmə onun ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 dekabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməllərini etiraf etməsə də, onua istinad edilən cinayəti törətmələri iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin və şahid ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, cinayət işinə əlavə edilmiş üzləşdirmə aparılması haqqında protokollarla öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs cinayət əməllərini şərh olunan qaydada törədərək 2021-ci ilin aprel ayında dəqiq günü və vaxtı istintaqa məlum olmayan tarixdə Şahid2 etibarından sui-istifadə edib əlillik dərəcəsini bərpa etdirəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə Şahid2 dayısı oğlu Zərərçəkmiş şəxs1 2500 manat məbləğində pul vəsaitini ünvan 2 ünvanda yerləşən “ADA təpə” adlı restoranın yanında alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 2500 manat ziyan vurmaqla dələduzluq etməsi, təkrarən 2021-ci ilin may ayından 2021-ci ilin iyun ayınadək olan müddət ərzində, dəqiq günü və vaxtı istintaqa məlum olmayan tarixdə Şahid1 etibarından sui-istifadə edib onun istifadəsində olan Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən torpaq sahəsinin sənədləşdirilməsinə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs4 vasitəçiliyi ilə Şahid1 tanışı Zərərçəkmiş şəxs1 3000 manat, 800 manat, 1000 manat, 800 manat və 900 manat, cəmi 6500 manat pul vəsaitini vahid niyyətlə ünvan 2 ünvanda yerləşən “ADA təpə” adlı restoranın yanında alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6500 manat ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib həmkəndlisi X4 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsinə görə təxribatçı kimi gələcəkdə problem yaranmasının qarşısını alacağı barədə yalan vəd verib aldadaraq 800 manat məbləğində pul vəsaitini 22 iyun 2021-ci il tarixdə saat 21:51-də Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən “Hüsülü” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə öz adına olan “Kapital Bank”a məxsus 5103-0714-2417-5971 nömrəli karta göndərilməsinə nail olmaqla ələ keçirib Zərərçəkmiş şəxs4 800 manat ziyan vurmaqla dələduzluq etməsi, təkrarən Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib həmkəndlisi X4 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etməsinə görə təxribatçı kimi gələcəkdə problem yaranmasının qarşısını alacağını vəd edərək 2100 manat məbləğində pul vəsaitini 22 iyun 2021-ci il tarixdə saat 21:51-də Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən “Hüsülü” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə, daha sonra cinayət əməlini davam etdirərək vahid niyyətlə 1200 manat məbləğində pul vəsaitini 03 iyul 2021-ci il tarixdə saat 16:01-də Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yerləşən “Qardaşlar” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə öz adına olan “Kapital Bank”a məxsus 5103-0714-2417-5971 nömrəli karta göndərilməsinə nail olaraq ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 3300 manat ziyan vurmaqla dələduzluq etməsi, təkrarən X5 etibarından sui-istifadə edib Azərbaycan Respublikası Fövləqadə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd edərək Allahverdi Nəbiyevin atası Zərərçəkmiş şəxs2 2800 manat məbləğində pul vəsaitini 08 sentyabr 2021-ci il tarixdə saat 16:13-də və 2200 manat məbəğində pul vəsaitini 08 sentyabr 2021ci il tarixdə saat 16:23-də Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində yerləşən “Ağcakənd” marketdə olan “MilliÖN” ödəmə terminalı vasitəsilə arvadı X6 adına olan “Kapital Bank”a məxsus 5103-0714-2948-0334 nömrəli karta göndərilməsinə nail olaraq ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 manat ziyan vurmaqla dələduzluq etməsi və təkrarən Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib həmkəndlisi X7 həbsdən azad edildikdən sonra şikayət etməsinin qarşısını alacağını vəd edərək 3000 manat məbləğində pul vəsaitini 12 noyabr 2021-ci il tarixdə saat 09:07-də Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən “4 Yol” marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə arvadı X6 adına olan “Kapital Bank”a məxsus 5103-0714-2948-0334 nömrəli karta göndərilməsinə nail oaraq ələ keçirib Zərərçəkmiş şəxs3 3000 manat ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edən hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, yaşının çoxluğunu, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən 24 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmaqla 30 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, Ağcabədi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş və 30 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək iki ay yeddi gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və hökmün icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə tapşırılmalıdır. İş materiallarından görünür ki, cinayət nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş ziyandan 6200 manat ödənilməmiş qalmış və Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Zərərçəkmiş şəxs1 göstərilən qanuna riayət etmədiyi üçün ona izah edilməlidir ki, gələcəkdə təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanla bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə aidiyyəti məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İşdə məhkəmə xərci və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələrlə beş min manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdən 30 yanvar 2023-cü il tarixədək iki ay yeddi gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alınaraq ona təyin olunmuş beş min manat miqdarda cərimə cəzası yüngülləşdirilib üzərində qəti olaraq üç min beş yüz manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə tapşırılsın. Hökmdən 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-80/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-80/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver