Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-80/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Xüsusi ittihamçı X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı ilə X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasını və həmin maddələrlə cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən X4 şikayətini müdafiə edərək göstərdi ki, X8 onun qardaşı arvadı olmuşdur. Gülnar Ağayeva ona və onun yaxın adamlarına səs yazıları göndərərək ona böhtan atmışdır. X7 qızının şəklini onun qardaşına göndərərək onları təhqir etmiş, onlara böhtan atmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasını və həmin maddələrlə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 məhkəmədə ifadə verərək göstərdi ki, X2 qardaşı arvadıdır. Əntiqa Həsənovadan başqa onların digər ailə üzvləri ilə münasibəti yaxşıdır. Əntiqa Həsənova onun barəsində danışdığı üçün o, özünə məxsus səs yazısını ilk olaraq Əntiqa Həsənovaya, sonradan isə Əntiqa Həsənova onu telefonda blok etdiyi üçün Əntiqa Həsənovanın bacısına göndərmişdir. O, özünə məxsus səs yazısını göndərmiş və həmin səs yazısı heç bir kütləvi informasiya vasitələrində yayılmamışdır. Bundan başqa, ələdə etdiyi Əntiqa Həsənovanın qızına məxsus fotoşəkili Əntiqa Həsənovanın bacısına göndərmişdir ki, Əntiqa Həsənova ondan əl çəksin. Lakin, həmin fotoşəkili də heç bir informasıya vasitələrində yaymamışdır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması və həmin maddələrlə cəza təyin edilməsi barədə X2 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittiham qaydasında verilmiş əməldə cinayət əlamətləri olmadığından həmin Məcəllənin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri), hansı sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix göstərilməmişdir. Xüsusi ittihamçı X4 şikayətinə əlavə etmiş olduğu CD diskdə olan səs yazısının məhz hansı kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasında böhtana görə məsuliyyət yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı hallarda yaranır. Həmin Məcəllənin 148-ci maddəsinin dispozisiyasına görə məsuliyyət kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdıqda yaranır. Xüsusi ittihamçı X1 Gülnar Rəhim qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində göstərilən əlamətlərin olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması və həmin maddələrlə cəza təyin edilməsi barədə xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X8 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması və həmin maddələrlə cəza təyin edilməsi barədə xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-80/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-80/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver