Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-81/2025 03.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1971-ci ildə Ağcabədi rayonu, Pərioğullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzası çəkilməmiş və məhkumluğu götürülməmiş, Ağcabədi rayonu, Pərioğullar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM) 234.1-ci və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, təmiz çəkisi 5,21 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən, tamah niyyəti ilə, qanunsuz olaraq, satış məqsədi ilə əldə edib daşıyaraq, saxlamış, 11 fevral 2025-ci il tarixdə günorta saatlarında Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində yerləşən artezian quyusunun yanında həmkəndlisi X15 ilə görüşərək sonuncuya 50 manata satmış, daha sonra Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə xeyli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 5,74 qram narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir ədəd kibrit qutusunda əynindəki qara rəngli gödəkcənin sağ yan cibində daşıyaraq saxlamış, 25 fevral 2025-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, istifadə etməsində və daşımasında şübhəli bilinərək həmin gün saat 11:28 dəqiqədən etibarən Ağcabədi rayon Cəfərbəyli kəndi ərazisində üzərində yoxlanış aparılan zaman əynindəki qara rəngli gödəkcənin sağ yan cibində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı bir ədəd kibrit qutusunda, təmiz çəkisi 5,74 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitədən hərdənbir istifadə edir, lakin satmaqla məşğul olmur. Şükür Səlimovu kənd sakini kimi tanıyır, ona narkotik vasitə satmamışdır. 25 fevral 2025-ci il tarixdə Ağcabədi rayonu, Pərioğullar kəndində yaşadığı evdə olarkən polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Sonra Polis şöbəsindən onu Cəfərbəyli kənd ərazisinə apararaq videoçəkilişlə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan marixuana aşkar edilmişdir. Bundan sonra protokol tərtib olunmuş və protokol imzalarla təsdiq edilmişdir. Lakin həmin narkotik vasitə ona məxsus olmamışdır. Narkotik vasitənin ona məxsus olmaması barədə heç bir orqana məlumat verməmişdir. Hazırda məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Ağcabədi rayon X17 rayonu, Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 25 fevral 2025-ci il tarixdə saat 11:28 radələrində Rəhimov X13 rayonu, Cəfərbəyli kəndi ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və o cümlədən qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyat edərək aşkar edilmiş vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,25 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs da aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, yerdən tapdığı bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməliyyat müvəkkili X8 Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2025-ci il tarixli teleqramdan görünür ki, şahid polis əməkdaşı Şahid3 Elburus oğlu məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ağcabədi rayon X17 rayonu, Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 25 fevral 2025-ci il tarixdə saat 11:28 radələrində Rəhimov X13 rayonu, Cəfərbəyli kəndi ərazisində saxlanılmış, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və o cümlədən qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusu açılıb baxıldıqda içərisində spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə tərəzinin üzərinə tökülərək çəkiləcəyi təqdirdə itkiyə gedəcəyindən ehtiyat edərək aşkar edilmiş vəziyyətdə, yəni kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 8,25 qram olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərində cinayət xarakterli əşya, o cümlədən digər narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Həmin aşkar edilərək götürülmüş kütlə çəkildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi soruşulmuş, Təqsirləndirilən şəxs da aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, yerdən tapdığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, Ağcabədi rayonu, Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinin yoxlanması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməlliyyat qrupu yaradılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli şəxsin üzərinin yoxlanması haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs video çəkilişlə üzəri yoxlanmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunda çəkisi 8,25 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 25 fevral 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs video çəkilişlə üzəri yoxlanmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunda çəkisi 8,25 qram narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni çıxaırb təqdim etmişdir. İşmateriallarında olan 01 mart 2025-ci il tarixli şahid X6 dindirilməsi haqqında protokoldan görünür ki, X1 Aqil Qərib oğlundan 50 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı almışdır. İşmateriallarında olan 03 mart 2025-ci il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, X15 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı X23 Rəhimovdan 50 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı aldığını onun üzünə qarşı demişdir. İş materiallarına əlavə edilmiş X15 barəsində olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X15 barəsində olan cinayət işi ilə bağlı özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuananı 50 manat məbləğ qarşılığında Təqsirləndirilən şəxs almışdır. Yuxarıda göstərilən hökm yəni X6 barəsində olan Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü 20 may 2025-ci il tarixdə qanuni qüvvəyə minmişdir İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən verilmiş 15 may 2025-ci il tarixli tələbnamədən və Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində Ağcabədi rayon Məhkəməsinin 1(017)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü Ağcabədi rayon İcra və Probasiya Şöbəsində qeydiyyata götürülməmiş və cəza çəkməmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 26 fevral 2025-ci il tarixli, 18/177 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzaları olan kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qurdulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. (İ siyahı) Marixuananın təmiz çəkisi – 5,74 qram, tədqiqata sərf olundu 0,10 qram, qalıq 5,64 qramdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X5 08 iyul 2025-ci il tarixli, 1089 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X10 Şəxs” in arayışından görünür ki, Rəhimov X13 RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Azercell telekom MMC-nin 17 iyun 2025-ci il tarixli, 14228 saylı məktubuna əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hala rast gəlinməmişdir. Ağcabədi rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana onun özünə məxsus olmuş, həmin narkotik vasitəni haradan və ya kimdən əldə etməsini müəyyən olunmamış, istifadəsi üçün narkotik vastələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon İHB-nın Pərioğullar kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş doğum haqqında şəhadətnaməlirin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çaymayan X18 (xx.xx.2007-ci il təvəllüdlü) və bir azyaşlı X16 (xx.xx.2011-ci il təvəllüdlü) adlı uşaqları var. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilərək narkotik vasitəni X9 50 manat müqabilində satdığını etiraf etsədə sonradan ifadəsini dəyişdirərək törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla yanaşı, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokolla, tərtib edilmiş diskə baxış keçirilməsi haqqında protokolla, ibtidai istintaq zamanı diddirilmiş X15 və Təqsirləndirilən şəxs üzləşdirmə aparılması haqqında protokolla və cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, bir neçə ildir narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Onun maddi vəziyyəti aşağı olduğu üçün narkotik vasitə olan qurudulmuş marixuana satmaq qərarına gəlmişdir. O 2024-cü ilin yay aylarının sonlarında sahədə təmizlik işləri aparan zaman kolun içərisində 01 ədəd qurudulmuş marixuana ağacı görmüş, həmin ağacın məhsullarını dərmiş və özü istifadə etmək üçün qurudub saxlamışdır. Həmin qurudulmuş marixuanaları bir neçə kibrit qutusuna yığıb istifadə etmişdir. 2025-ci ilin fevral ayının əvvəllərində ona pul lazım olduğu üçün həmin kibrit qutusundan qalan sonuncu qutunu satmaq qərarına gəlmişdir. X11 ilə təsadüfi görüşmüş və Şükür ondan marixuana olub olmadığını soruşmuş, o da olduğunu deyib bir kibrit qutusunda qurudulmuş marixuananı 50 manata satdığını bildirmişdir. Şükür 2025-ci ilin fevral ayının 11 də onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng etmiş və onu artezianın yanına dəvət etmişdir. O, gedərkən evində saxladığı sonuncu bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı da üzərində götürmüşdür. Şükür ilə görüşmüş, Şükür qurudulmuş marixuana istəmiş, o da Şükürdən 50 manat almış və bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana satmışdır. Bundan başqa o, 24 fevral 2025-ci il tarixdə günün birinci yarısında Ağcabədi rayon Pərioğullar kəndi ərazisində yerləşən zibillik adlanan ərazidən bir ədəd kibrit qutusu tapmışdır. Həmin qutunu götürmüş və içərisi dolu olduğu üçün içərisində nə olubolmadığını yoxlamaq üçün açmış, baxan zaman içərisində qurudulmuş marixuana olduğunu görmüş və bir hissəsini həmin gün istifadə etmişdir. O, 25 fevral 2025-ci il tarixdə saat 11 radələrində Ağcabədi rayon Cəfərbəyli kəndi ərazisində kəndin girişində dayanmış, bir gün əvvəl zibillikdən tapdığı qurudulmuş marixuana da üzərində olmuşdur. Həmin vaxt bir neçə nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Onun üzərində yoxlama aparılmasına və yoxlamanın videoçəkiliş vasitəsilə həyata keçirilməsinə etirazı olub olmadığım soruşulmuş və o etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları videoçəkiliş ilə onun üzərini yoxlayacağını bildirmişlər və onun hüquq və vəzifələrini izah etmişlər. Polis əməkdaşları ona üzərində cinayət xarakterli əşya yaxud predmet varsa təqdim etməyi təklif etmişlər, o da üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və əynindəki qara rəngli gödəkcənin sağ yan cibində şəxsi istifadəsi üçün saxladığı içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8.25 qram olmuşdur. Sorğu zamanı həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar olunmuş maddi sübut ilə birlikdə Ağcabədi RPŞ-yə gətirilmiş və öz xahişi ilə təqdim edilmiş siyahıdan X3 tərəfindən hüquqlarının müdafiə olunmasını xahiş etmişdir. Məhəmməd Bağırovun müdafiəçi qismində iştirakı təmin edilmiş və ona təqdim edilmişdir. Bundan sonra təhqiqatçı və müdafiəçinin iştirakı ilə üzəri yoxlanılan zaman çəkilmiş videoçəkilişə və maddi sübuta baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş marixuana ilə bağlı təyin edilmiş ekspertizanın 26 fevral 2025-ci il tarixli, 18/177 saylı rəyi ona elan edildi və o üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,74 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilmişdir. O saxladığı narkotik vasitə olan qurudulmuş marixuananı heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamış, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır. O təkcə Şükür Səlimova bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı 50 manata satmış, başqa heç kimə satmamışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini, eyni zamanda X6 barəsində olan qanuni qüvvəyə minmiş xx.xx.2025-ci il tarixli Ağcabədi rayon Məhkəməsinin hökmünü də iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması, 2025-cü ilin fevral ayınnın on biri yaşadığı Ağcabədi rayonu, Pərioğullar kəndi ərazisində yerləşən artezian quyusunun yanında həmkəndlisi X9 həmin narkotik vasitə olan qurudulmuş marixuananı 50 manata satması və 25 fevral 2025-ci il tarixdə saat 11 radələrində Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Ağcabədi rayonu Cəfərbəyli kənd ərazisində üzərinə yoxlama aparılarkən həmin qurudulmuş marixuana bir ədəd kibrit qutusunda aşkar edilərək götürülməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş mateiallarında olan şübhəli şəxsin tutulması haqqında 25 fevral 2025-ci il tarixli protokoldan və 27 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 fevral 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə Təqsirləndirilən şəxs əməli 03 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmiş, Ağcabədi rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Ona görə onun cəzaçəkmə müddətinin əvvəli 03 mart 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi X10 Şəxs” in poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə Ağcabədi rayon polis şöbəsində saxlanılan maddi sübut – tədqiqatdan sonra qalıq qalan 5,64 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin - AZ.MEM.VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 SWİFT BİK STREAZ 22 hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə on bir manat hesab edilməklə iyirmi iş saatı üçün iki yüz iyirmi manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstəriənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CMnin 234.1-ci maddəsi ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.2-ci maddəsi ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Ağcabədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq təyin edilmiş iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşırılması cəzası bir gününə iki gün hesablanmaqla yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək ona dörd il on ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla azadlıqdan məhrumetmə cəzasının iki günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq dörd il doqquz ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs «Ağcabədi rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata götürülsün. İş üzrə Ağcabədi rayon Polis şöbəsində saxlanılan maddi sübutlar – tədqiqatdan sonra qalıq qalan 5.64 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 31 manat 95 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, Az 34 CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601**********3944 BİK STREAZ 22 hesabına keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə on bir manat hesab edilməklə iyirmi iş saatı üçün iki yüz iyirmi manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirənin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə hökmün surəti verildiyi) gündən 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-81/2025
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-81/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver