Məhkəmə qərarları › İş №1(017)-83/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-83/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-83/2023 01.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdiəmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Ağcabədi rayonunun Muğanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində atası X8 məxsus “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağcabədi rayonunun Muğanlı–Hüsülü kənd avtomobil yolunda Hüsülü kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də hərəkət etdiyi avtomobil yolunun yaşayış məntəqəsindən keçməsi ilə əlaqədar sürət həddinin 50 km/saatla məhdudlaşdırılmasına dair qadağan nişanı mövcud olduğu halda, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etmədiyindən hərəkətdə olduğu avtomobil yolunun Ağcabədi rayonunun Muğanlı kəndi ərazisindən keçən hissəsində avtomobilini 70 km/saat sürətlə hərəkət etdirməklə idarəetməni itirdiyindən ehtiyatsızlıqdan avtomobilin hərəkət zolağından çıxaraq yolun əks istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ-21703 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxıb həmin avtomobilin qarşı tərəfi ilə toqquşmuş, nəticədə VAZ-21703 markalı avtomobildə olan sərnişin X3 həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid sağ alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının sağ və sol yarısında əzilmiş-cırılmış yaralar, sol budda və sol baldırda qançırlarla müşayət olunan xəsarətlər almaqla Rəşadət Abbasovun ölümünə, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 sağ budun aşağı üçdə birinin və kondilusunun qapalı qəlpəli, sol bud sümüyünün aşağı üçdə birinin, kondilusdan keçən oynaq daxili çoxqəlpəli açıq yerini dəyişən sınıqları, sol bud arteriyasının zədələnməsi, alın nahiyəsində geniş əzilmişcırılmış yara, post travmatik anemiya, ikicili ensefalopatiya ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri və “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 ağır kəllə beyin travması, kəllə sümüklərinin çoxsaylı sınıqları, epidural qansızma, alın nahiyəsində cırılmış yara ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “Mercedes Benz C 180” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil atası X8 məxsusdur. Həmin avtomobili sürücülük vəsiqəsi əsasında o, da idarə edir. 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində həmin avtomobillə Ağcabədi şəhərinə gələrkən həmkəndlisi Zərərçəkmiş şəxs2 ona zəng edərək rayona gedəcəyini və onu da «Dörd yol» adlanan yerə kimi aparmasını bildirmişdir. Şəmilin yaşadığı küçəyə getmiş, Şəmil avtomobilin qabaq oturacaçına əyləşmiş, kəndlərində daynacağın yanından keçərkən Şahid2 görüb avtomobili saxlamışdır. Rahid də avtomobildə arxa oturacaqda əyləşmiş, avtomobili Hüsülü kəndi istiqamətinə idarə etməyə başlamışdır. Avtomobili təxminən 60-70 km saat sürətlə idarə etmiş, həmin vaxt qar yağdığı üçün yol sürüşkən olmuşdur və Hüsülü kəndi istiqamətində hərəkətdə olan zaman Ağcabədi rayon Muğanlı kəndi ərazisindən keçən hissəsində qəfil avtomobildə idarəetməni itirmiş, idarə etdiyi avtomobil yoldan çıxaraq qarşıdan gələn priora markalı avtomobilin qarşı tərəfinə çırpılmışdır. Bundan sonra o, avtomobildən çıxmış, Şəmilin burnu qanadığını görüb onu avtomobildən çıxartmış, həmin vaxt kənardan adamlar gəlmiş və köməkli proira markalı avtomobildə olan şəxsləri çıxardaraq rayon mərkəzi xəstəxanasına yola salmışlar. Xəstəxanada olan zaman ona məlum olmuşdur ki, digər avtomobildə olan Rəşadət Abbasov aldığı xəsarətlərdən ölmüşdür. Hadisədən sonra Rəşadət Abbasovun yas mərasimində iştirak edərək, mərhumun yaxın adamlarından üzr istəmiş və məhrumun hüquqi varisi olan arvadı X9 da onu bağışlamış və onunla barışmışdır. Həmçinin də digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə də barışmış və Zərərçəkmiş şəxs2 ondan heç bir şikayət və tələbi yoxdur. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xəstəxanada olarkən bütün xərclərini, yəni 2800 manat xəstəxana ödənişini etmiş və Zərərçəkmiş şəxs1 xəstəxanadan çıxdıqdan sonra əlavə olaraq evdə müalicəsini davam etdirmək üçün 4000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 da ondan heç bir şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Bundan başqa, 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Bundan başqa, N16-cı ilin aprel döyüşləri ilə əlaqədar N nömrəli hərbi hissə komandirinin Fəxri Fərmanı ilə də təltif olunmuşdur. Hazırda etdiyi əməldən peşmançılıq çəkir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir və məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Hindarx qəsəbəsində yaşayır. Özünə məxsus Priora markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 11 yanvar N23cü il tarixdə saat 10 radələrində yas mərasimində iştirak etmək üçün özünə məxsus həmin avtomobillə X3 və Zərərçəkmiş şəxs1 ilə birlikdə Muğanlı kəndi istiqamətində, təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən qarşıdan gələn sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin onun yoluna çıxmasını görüb əyləci basaraq avtomobili saxlamaq istəmiş, lakin “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun idarə etdiyi avtomobilin qarşı tərəfinə çırpılmışdır. Hadisədən sonra onu rayon mərkəzi xəstəxanasına aparmışlar və sonradan ona məlum olmuşdur ki, onun avtomobolində olan X3 almış olduğu xəsarətlərdən ölmüş, Zərərçəkmiş şəxs1 isə xəsarət almışdır. Həmçinin məlum olmuşdur ki, “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 da xəsarət almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran rayonunun Dirqəm kəndində qeydiyyatda olmaqla hazırda Ağcabədi rayon Muğanlı kəndində yaşayır. Ağcabədi rayon “Dörd yol” adlanan yerdə kafedə işləyir və Ağcabəd rayon Muğanlı kənd sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 da onunla birlikdə kafedə işləyirlər. 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində Ayxan, Şəmil və o birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” “C180” markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Hüsülü kəndi istiqamətində hərəkətdə olarkən qar yağdığı və yol sürüşkən olduğu üçün Ayxan idarəetməni itirmiş, Ayxanın idarə etdiyi avtomobil yoldan çıxaraq qarşıdan gələn Priora markalı avtomobilin qarşı tərəfi ilə toqquşmuşdur. Tanımadığı şəxslər onlara kömək edərək onları rayon mərkəzi xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Priora markalı avtomobildə olan sərnişinlər X3 almış olduğu xəsarətlərdən ölmüş, Zərərçəkmiş şəxs1 isə xəsarət almışdır. Həmçinin onların avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 da xəsarət almışdır. Məhkəmə istintaqında iştirak etməsə də zərər çəkmiş şəxsin hüquqi varisi X5 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən və ərizəsindən görünür ki, 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində baş vermiş hadisə nəticəsində həyat yoldaşı X3 almış olduğu xəsarətlərdən ölmüşdür. Hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs hadisə ilə bağlı ondan üzr istəmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X9 həmçinin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqında iştirak etməsə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən və ərizəsindən görünür ki, 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs müalicə olunması üçün ona 4000 manat pul ödəmişdir. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında iştirak etməsə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində baş vermiş hadisə nəticəsində xəsarət almışdır. Hadisə Təqsirləndirilən şəxs təqsiri üzündən baş vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmçinin məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmədə iştirak etməsələr də zərər çəkmiş şəxsin hüquqi varisi X5, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduqları və məhkəmə iclasında elan edilmiş ərizə və ifadələri ilə də təsdiq olunduğundan məhkəmə onların ərizə və ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Ağcabədi rayon şöbəsinin 10 fevral N23-cü il tarixli, 05 saylı rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X2 meyitinin bədənində sağ alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının sağ və sol yarısında əzilmiş-cırılmış yaralar, sol budda və sol baldırda qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatı olmaqla X2 bədəninin ağır küt travması nəticəsində törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.N23-cü il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. X2 ölümünə bilavasitə səbəb bədənin ağır küt travması nəticəsində əmələ gəlmiş baş beyinə yayılmış qansızma, kəllə əsası və alın sümüklərinin sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dinamikasına əsasən demək olar ki, X2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 2-3 saat əvvəl, yəni 11 yanvar N22-ci il tarixdə baş vermişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Ağcabədi rayon şöbəsinin 31 mart N23-cü il tarixli, 179 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər-sağ budun aşağı üçdə birinin və kondilusunun qapalı qəlpəli, sol bud sümyününün aşağı üçdə birinin, kondilusdan keçən oynaq daxili çoxqəlpəli açıq yerini dəyişən sınıqları, sol bud arteriyasının zədələnməsi, alın nahiyəsində geniş əzilmiş-cırılmış yara, post travmatik anemiya, ikicili ensefalopatiya bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 11 yanvar N23-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X13 Ağcabədi rayon şöbəsinin 31 mart N23-cü il tarixli, 180 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər-ağır kəllə beyin travması, kəllə sümüklərinin çoxsaylı sınıqları, epidural qansızma, alın nahiyəsində cırılmış yara bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 11 yanvar N23-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart N23-cü il tarixli 8/524 saylı rəyindən görünür ki, Mercedes Benz C180 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.E.X12 C180 markalı avtomobili hərəkət sürəti 3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N16-cı il tarixli Fəxri Fərmanının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N16-cı il tarixdən xx.xx.N16-cı il tarixə kimi Göranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətlərində gedən uğurlu döyüş əməliyyatlarında iştirak etdiyi üçün Fəxri Fərmanla təltif olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 1-8766 nömrəli, 1-6190 nömrəli və 1-61807 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək 11 yanvar N23-cü il tarixdə saat 10 radələrində atası X8 məxsus “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağcabədi rayonunun Muğanlı–Hüsülü kənd avtomobil yolunda Hüsülü kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, eləcə də hərəkət etdiyi avtomobil yolunun yaşayış məntəqəsindən keçməsi ilə əlaqədar sürət həddinin 50 km/saatla məhdudlaşdırılmasına dair qadağan nişanı mövcud olduğu halda, qeyd edilən tələblərə riayət edəcəyi təqdirdə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etmədiyindən hərəkətdə olduğu avtomobil yolunun Ağcabədi rayonunun Muğanlı kəndi ərazisindən keçən hissəsində avtomobilini 70 km/saat sürətlə hərəkət etdirməklə idarəetməni itirdiyindən ehtiyatsızlıqdan avtomobilin hərəkət zolağından çıxaraq yolun əks istiqamətində hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ-21703 markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxıb həmin avtomobilin qarşı tərəfi ilə toqquşması, nəticədə VAZ-21703 markalı avtomobildə olan sərnişin X3 həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid sağ alın sümüyünün xətti sınığı, baş beyinə yayılmış qansızma, kəllə əsası sümüyünün xətti sınığı, alının sağ və sol yarısında əzilmiş-cırılmış yaralar, sol budda və sol baldırda qançırlarla müşayət olunan xəsarətlər almaqla Rəşadət Abbasovun ölümünə, həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 sağ budun aşağı üçdə birinin və kondilusunun qapalı qəlpəli, sol bud sümüyünün aşağı üçdə birinin, kondilusdan keçən oynaq daxili çoxqəlpəli açıq yerini dəyişən sınıqları, sol bud arteriyasının zədələnməsi, alın nahiyəsində geniş əzilmiş-cırılmış yara, post travmatik anemiya, ikicili ensefalopatiya ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri və “Mercedes Benz” “C180” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 ağır kəllə beyin travması, kəllə sümüklərinin çoxsaylı sınıqları, epidural qansızma, alın nahiyəsində cırılmış yara ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alması məhkəmə istintaqında tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun N03-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral N17-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr N13-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam, hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halların olması ilə yanaşı 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, N nömrəli hərbi hissə komandirinin Fəxri Fərmanı ilə təltif olunmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən həmin xərc Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. İş üzrə maddi sübut olan “Mercedes Benz C 180” markalı, **-BN-*** qeydiyyat nişanlı avtomobilin sahibi X8 və VAZ-21703 markalı, ** BS *** qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1 ibtidai istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalı və hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İşdə mülki iddia, maddi ziyan və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin maddə ilə ona bir il altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Ağcabədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən N gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar