Məhkəmə qərarları › İş №1(017)-83/2025

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-83/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-83/2025 17.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, yaşayış yeri üzrə müsbət xarakterizə olunan, xx.xx.2022ci il tarixli Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasıtəyin edilmiş, xx.xx.2023-cü il tarixli Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən qəti olaraq 01 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və həmin cəzası çəkilməmiş qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq etmiş, yəni qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə maddi ziyan vurmaqla özgə əmlakını xeyli miqdarda olmaqla təkrar ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə tanışı Zərərçəkmiş şəxs2 8600 manat müqabilində təqaüd düzəldə biləcəyini vəd edərək, 25 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən adı istintaqa məlum olmayan kafedə 1800 manat, 28 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən nəşriyyat evində 2000 manat, 06 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 tanışı Şahid3 vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən parkın ərazisində 2000 manat, 07 may 2023-cü il tarixdə Bakı şəhəri, Azadlıq metrostansiyasının yaxınlığında yerləşən Şahənşah şadlıq sarayının yaxınlığındakı kafedə 1000 manat pulun əlbəəl şəkildə verilməsinə, o cümlədən, dəqiq günü istintaqa məlum olmayan tarixdə yəni, 2023-cü ilin may ayının ortalarında özünün şəxsi istifadə etdiyi, hesab nömrəsi istintaqa məlum olmayan kart hesabına Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən ayrı ayrılıqda 1200 manat, 500 manat və 100 manat olmaqla, ümumilikdə 1800 manat pulun köçürülməsinə nail olmaqla ümumilikdə 8600 manat pul vəsaitini alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs2 qəsdən 8600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən, təkrarən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 5500 manat müqabilində əlilliyin müddətsiz bərpa etdirə biləcəyini vəd edərək, dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni 2024-cü ilin yanvar ayının ortalarında, günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Neptun” marketdəki “eManat” ödəmə terminalı vasitəsilə özünə məxsus olan istintaqa məlum olmayan kart hesabına 5000 manat köçürülməsinə nail olmuş, bundan sonra cinayət əməlini davam etdirərək dəqiq tarixi istintaqa məlum olmayan tarixdə, yəni 2024-cü ilin yanvar ayının sonlarında, axşam saatlarında yaşadığı Ağcabədi rayonu, Aşağı Qiyaməddinli kəndi ərazisində yerləşən fərdi yaşayış evindən “Birbank” mobil tətbiqi vasitəsilə özünə məxsus olan istintaqa məlum olmayan kart hesabına 500 manat, ümumilikdə isə 5500 manat pulu istifadə etdiyi kart hesabına köçürülməsinə nail olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 5500 manat məbləğində pulunu ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan suiistifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qəsdən 5500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra AR CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, yuxarıda göstərilən ünvanda yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir və iki azyaşlı övladı vardır. O, Zərərçəkmiş şəxs2 onun barəsində vermiş olduğu şikayətlə əlaqədar olaraq Həsənağanı tanışı olan Azər adlı şəxsin vasitəsilə tanıdığını bildirmişdir. Azər onun şəxsi istifasində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək Həsənağa adlı bir nəfərin olduğunu, insult xəstəliyi keçirdiyini, xəstəliyə görə pensiyaya çıxmaq istədiyini demişdir. O da Azərə yalandan Həsənağanı pensiyaya çıxara biləcəyini demişdir. Azər də bu məqsədlə Həsənağanın ***- ***-**-** saylı mobil nömrəsini ona vermişdir. Həmin günün sabahı, yəni xx.xx.2023-cü il tarixdə o, Həsənağa ilə əlaqə saxlamış və Həsənağa ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkında görüşmüşdür. O, Həsənağa ilə söhbət əsnasında yaxın qohumumun Tibbi Sosial Ekspert Komissiyyasının baş həkimi olduğunu və onun vasitəsilə onu pensiya məsələsini həll edəcəyimi demiş və bunun müqabilində Həsənağadan 5000 manat alacağını demişdir. Həsənağa da onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə o, yenidən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Həsənağa ilə görüşmüş və həmin görüşdə Həsənağadan 1800 manat pul almışdır. Bundan sonra o, həmin pulu Həsənağadan aldıqdan sonra pulun tam veriləcəyi halda, işin maksimum 20 gün sonra həll olunacağını demişdir. Onların bundan sonra növbəti görüşləri xx.xx.2023-cü il tarixə təsadüf etmişdir. O, Həsənağa ilə ilk dəfə nəşriyyatda görüşmüş və nəşriyyatda olduğu zaman Həsənağadan 2000 manat pul almışdır. Həmin vaxt onların yanında Azər və Qəribbala Novruzov olmuşdur. Qəribbala isə vəfat etmişdir. O, həmin 2000 manat pulu Həsənağadan aldıqdan sonra Həsənağaya yalandan pensiyanın düzəlməsi üçün iş getdiyini demiş, Həsənağa da onun bu sözünə inanmışdır. O, bundan təxminən 2-3 gün sonra may ayının əvvəllərində o, Həsənağadan pul istəmiş, Həsənağa bununla razılaşıb və onunla görüşə bilməyəcəyini deyərək dostu Şahid3 onun nömrəsini verdiyini demişdir. O, Vidadi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən parkda görüşmüş və orada Vidadidən 2000 manat pul almışdır. O, həmin pulu aldıqdan sonra Həsənağaya zəng edib 2000 manat pulu götürdüyünü demişdir. O, bundan sonra may ayının 6-sında Həsənağaya zəng edib ondan yenidən pul istəmiş, bu məqsədlə o, Azadlıq metrostansiyasının yaxınlığında “Şahənşah” restoranın qarşısında Həsənağa ilə görüşmüş və Həsənağa həmin görüşdə ona 1000 manat pul vermişdir. Həmin vaxt onların yanında Şahid3, Qərib Novruzov və Azər olmuşdur. O, onların yanında Həsənağanı bir daha aldadaraq işi həll edəcəyini demişdir. O, yenidən 2023-cü ilin may ayının ortalarında Həsənağa ilə əlaqə saxlayaraq pensiya düzəlməsi üçün həkimlərə 1500 manat pul verilməli olduğunu demiş, Həsənağa da ona 1200 manat pulu olduğunu demiş və o da Həsənağa ilə razılaşaraq kart hesab nömrəsini Həsənağaya göndərmişdir. Həsənağa həmin 1200 manat pulu da onun kartına köçürdükdən sonra o, Həsənağaya işin demək olar ki, yekunlaşma mərhələsində olduğunu demişdir. Bundan sonra o, müxtəlif tarixlərdə yenə də eyni adla 500 manat və 100 manat pulu Həsənağadan istəmiş və Həsənağa o pulları da onun kart hesabına göndərmişdir. O, Həsənağaya vurmuş olduğu 8600 manat maddi ziyanı xx.xx.2025-ci il tarixdə tam ödəmişdir. O, ifadəsində Mərhəmətə qarşı edilmiş dələduzluğu təkbaşına etdiyini və Mərhəmətdən əldə etdiyi pulları öz şəxsi ehtiyacı üçün xərclədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs2 ələ keçirdiyi 8600 manat pulu kiməsə verməmiş, həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 tanıyır. 2024-cü ilin yanvar aylarında dəqiq xatırlamadığı gündə Zərərçəkmiş şəxs1 öz şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən onun şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək onunla hal-xoş etmiş, hal-xoş etdikdən sonra Mərhəmət 3-cü qrup əlil olduğunu, əlilliyinin müddətsiz bərpa etdirməsi üçün köməyə ehtiyaca olduğunu demişdir. O da bu barədə köməklik edə biləcəyini Mərhəmətə demiş və onlar arasında ilin razılıq əldə olunmuşdur. Onlar telefon danışığı əsnasında Mərhəmətin Bakı şəhərinə gələrək onunla görüşməyi barədə razılaşdıqdan sonra o, bu iş müqabilində həmin işin düzələcəyi təqdirdə Zərərçəkmiş şəxs1 5500 manat pul istəmişdir. Mərhəmət də bununla razılaşmış və onun şəxsi istifadə etdiyi, lakin kart hesab nömrəsini xatırlamadığı “Azərtürkbank”-a məxsus kart hesab nömrəsinə 5000 manat pul köçürmüşdür. O da pul kart hesabına gəldikdən sonra Mərhəmətə zəng edərək pulun karta yükləndiyini demiş və tez bir zamanda Mərhəmətin işinin həll olunacağını demişdir. O da həmin pulu Mərəhəmətin əlilliyinin müddətsiz bərpa etmək üçün deyil, öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan təxminən 4-5 gün keçdikdən sonra o, Mərhəməti aldatdığı üçün yenidən pul almaq məqsədilə Mərhəmətə işlərdə problem yarandığını, bunu həll etmək üçün 500 manat pul istəmiş, Mərhəmət də bununla razılaşaraq ona 5000 manat atmış olduğu kart hesabına 500 manat pul atmışdır. O, həmin pulu əldə etdikdən sonra həminki qaydada şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra o, Mərhəmətin əlilliyinin müddətsiz bərpa etdirəcəyinə dair verdiyi sözə əməl etməmiş və Mərhəməti aldadaraq, müxtəlif bəhanələr gətirərək işdə biraz ləngimə olduğunu, qısa zaman ərzində əlilliyin müddətsiz bərpa etdirəcəyini demişdir. Bundan təxminən 1 həftə sonra o, Mərhəməti və sonuncunun atasını onunla görüşmək üçün Bakı şəhərinə dəvət etmişdir. O, həmin günün sabahı Mərhəmət və atası Rafiq ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Travmatologiya İnstitunun qarşısında görüşmüşdür. Mərhəmət bundan sonra Travmatologiya İnstituna daxil olmuş və öz həkimi olan, lakin adını bilmədiyi hansısa həkimin yanına getmişdir. O da Travmatologiya İnstitunun qarşısında Mərhəmətin atası Rafiq ilə birlikdə Mərhəməti gözləmişdir. X1 çıxdıqdan sonra o, Mərhəmətdən nəticəni soruşmuş və Mərhəmət ona heç bir problemin yaranmadığını demişdir. O da Mərhəmətə yalandan həkimlərlə danışdığını, maksimum 1 həftəyə qədər onun əlilliyinin müddətsiz bərpa etdirə biləcəyini demişdir. Bundan sonra o, Mərhəmət və Rafiqlə sağollaşmış və evinə getmişdir. Mərhəmət işin uzandığını gördükdən sonra aldanıldığını düşünmüş və onun Mərhəmətdən almış olduğu 5500 manat pulu geri istəməyə başlamışdır. Mərhəmət onun əməli ilə bağlı Ağcabədi RPŞ-yə ərizə ilə müraciət etmiş və o, 5500 manat pulun 1500 manatını 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə Mərhəmətin kart hesabına köçürmüşdür. O, bundan sonra 2025-ci ilin aprel ayları ərəfələrində 2000 manat pulu da Mərhəmətə geri qaytarmış və Mərhəmətlə onun arasında ümumilikdə 2000 manat pul qalmışdır. xx.xx.2025-ci il tarixdə o, 2000 manat pulu da Mərhəmətə ödədikdən sonra Mərhəmətə vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Hazırda o, məhkəməyə ərizə təqdim edərək bildirdi ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs2 barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birgə faktiki olaraq yaşayır və İİ Qarabağ müharibəsi iştirakçısıdır. İİİ qrup müharibə əlilidir. 2024-cü ilin yanvar ayında o, yol taksisi ilə Bakı şəhərinə müalicə üçün getdiyi zaman adını xatırlamadığı, getdiyi taksinin sürücüsü ilə yolda həmsöhbət olmuş, həmsöhbət olan zaman taksi sürücüsü onun müharibə iştirakçısı, eyni zamanda əlil olduğunu bilmiş, bundan sonra həmin şəxs ona onun oğlunun da əlil olduğunu, onun oğlunun da əlilliyinin müddətsiz olduğunu demişdir. O da daha sonra həmin şəxsdən necə müddətsiz əlillik düzəltdiyini soruşmuş, taksi sürücüsü də ona cavabında əlilliyin dövlət tərəfindən verildiyini bildirərək Mövlan adlı tanışının bu işləri yaxşı bildiyini demişdir. O bu sözləri taksi sürücüsündən eşitdikdən sonra ondan Mövlan kimi tanıdığı, sonradan adının Bakı şəhəri, Rəsulzadə qəsəbəsi H.Hacıyev küçəsi ev 25-də qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin mobil telefon nömrəsini istəmiş, həmin şəxs də ona Mövlanverdinin şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. O da Bakı şəhərinə gedib müayinə olunaraq geri qayıtdıqdan sonra yaşadığı ünvanda, yəni Ağcabədi rayonu Aşağı Qiyaməddinli kəndində öz evlərində atası Şahid4 ilə həmin məsələ haqqında söhbət etdikdən sonra ***-***-**-** saylı mobil nömrəyə məxsus olan “Whatsapp” tətbiqi vasitəsi ilə Mövlanverdi ilə əlaqə saxlamışdır. O, telefon vasitəsilə Mövlanverdi ilə əlilliyin müddətsiz düzəldilə bilməsi ilə əlaqədar söhbət etdikdən sonra Mövlanverdi ondan sənədlərinin şəklini çəkərək ona göndərməyini istəmiş, şəkillərə baxdıqdan sonra əlilliyin düzəlib düzəlməyəcəyi barədə məlumat verə biləcəyini demişdir. O da bundan sonra əlilliyi ilə bağlı olan sənədlərin şəklini çəkərək Mövlanverdiyə göndərmiş, Mövlanverdi ona əlilliliyini müddətsiz düzəldə biləcəyini demişdir. Bundan sonra o, Mövlanverdidən bu işləri necə edəcəyini soruşmuş, Mövlanverdi isə ona cavabında onun heç yerə geməyəcəyini, 6000 (altı min) manat pul müqabilində iş üçün lazım olan hər şeyi həll edəcəyini demişdir. O da həmin vaxt Mövlanverdiyə 6000 manat pulun çox olduğunu bildirmiş və son olaraq Mövlanverdi ilə 5000 ( beş min ) manat qarşılığında razılaşmışdır. Bundan sonra isə 2024-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə 5000 manat pulu Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Neptun marketdə olan terminal vasitəsilə Mövlanverdinin ona təqdim etdiyi bank kartına yükləmişdir. O, həmin vaxtlarda onun istifadə etdiyi mobil telefonu xarab olduğu üçün Mövlanverdinin ona göndərdiyi bank kartının nömrəsi və ona yükləmiş olduğu 5000 manat pulun çeki silindiyi üçün istintaqa təqdim edə bilməmişdir. Təxminən 3-4 gün sonra Mövlanverdi ona zəng edərək sənədlərdə problem yarandığını, bunu həll etmək üçün 500 manatda pul lazım olduğunu demiş, o da Mövlanverdiyə həmin pulu karta atacağına dair söz verdikdən sonra özünə məxsus olan “Birbank” mobil tətbiqi vasitəsilə ona təqdim etdiyi öz şəxsi istifadəsində olan kart hesab nömrəsinə 500 manat pul atıb çekini Mövlanverdiyə göndərmişdir. Mövlanverdi həmin pulun gəldiyini deyərək işi təxminən 2 ay ərzində həll edə biləcəyini demişdir. Təxminən 1 həftə sonra Mövlanverdi ona zəng edərək atası Rafiq və özü ilə görüşmək istədiyini demiş, o da bu barədə atasına məlumat verdikdən sonra o və atası Rafiq həmin günün sabahı Mövlanverdi ilə görüşmək üçün Bakı şəhərinə getmişlər. Onlar şəhərə çatdıqdan sonra Travmatologiya İnstitutunun yaxınlığında Mövlanverdi ilə görüşmüşlər. Onlar Mövlanverdi ilə görüşən zaman Mövlanerdinin yanında orta yaşlarında bir kişi də olmuşdur. Mövlanverdi həmin şəxsi onlara təqdim edərək, adının Vaqif olduğunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ekspert kimi fəaliyyət göstərdiyini demişdir. Bu zaman Mövlanverdi ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həkim komissiyasından keçəcəyini bildirmiş, oda həmin günün sabahı gedib orada həkim komissiyasından keçdikdən sonra Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndinə-öz evlərinə qayıtmışdır. O, həkim komissiyasından keçdikdən təxminən 10 gün sonra onun telefonuna ƏƏSMN-dən mesaj gəlmiş, o, həmin mesajı oxuyarkən əlilliliyinin 1 il daha qısaldılmasını bilib. Bundan sonra o, Mövlanverdiyə zəng edərək belə bir mesaj gəlməsi barədə məlumat verdikdə sonuncu ona prosedur qaydasının belə olduğunu, düzələcəyini bildirmişdir. O, bir müddət gözləsə də, onun əlilliyinin müddəti uzanmadığı üçün Mövlanverdinin onu aldatdığını düşünərək Mövlanverdiyə vermiş olduğu 5500 manat pulu tələb etməyə başlamış, Mövlanverdi həmin pulu qısa zaman ərzində qaytaracağına dair söz verdiyinə görə o da Mövlanverdi ilə razılaşmışdır. 16 avqust 2024-cü il tarixdə onun şəxsi isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən Whatsapp mobil tətbiqi vasitəsilə zəng gəlmiş, özünü Vaqif kimi təqdim edən şəxs həkim olduğunu, işin qısa müddət ərzində düzələcəyini, prosedur qaydasının bu formada olduğunu deyərək bu barədə polisə şikayət etmək lazım olmadığını demişdir. O da bundan sonra pulu tələb etməyə başladıqda Mövlanverdi ona həmin pulu həkimlər arasında böldüklərini, pulları yığıb mənə qaytacağını dedi. O da bundan sonra maksimum 10 gün ərzində onun pulunun qaytarılmasını, qaytarılmayacağı təqdirdə polisə məlumat verəcəyini demişdir. Mövlanverdi belə dedikdən sonra onu arxayın salaraq pulu qaytaracaqlarını demiş, o da Mövlanverdinin bu sözünə inanmış və onunla razılaşmışdır. Aradan xeyli müddət keçməsinə baxmayaraq o, Mövlanverdidən ona vurmuş olduğu maddi ziyanı ödəməsini tələb etmiş, lakin Mövlanverdi həmin pulu ödəməyəcəyini demişdir. Bundan sonra o, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə Mövlanverdiyə zəng etsə də, Mövlanverdi onun zənglərinə cavab verməmişdir. O, bundan sonra yenə də səbrli olub işinin həll olunacağı ümidi ilə gözləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə o, bu məsələ ilə əlaqədar olaraq Mövlanverdi ilə əlaqə saxlamış, Mövlanverdi ona sentyabr ayının 24-nə qədər işin həll olunacağını demişdir. O da sentyabr ayının 24-nə qədər gözləmiş, lakin onun əlilliyinin müddəti uzanmadıqca xx.xx.2024-cü il tarixdə Mövlanverdi ilə yenidən əlaqə saxlayaraq bu barədə polisə müraciət edəcəyini demiş və telefonu söndürmüşdür. O da bundan sonra Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qeyd olunan hadisə ilə əlaqədar olaraq şikayət məzmunlu teleqram vuraraq Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. İş üzrə ilkin araşdırma Ağcabədi RPŞ-nin Təhqiqat bölməsində başlanılmış və həmin müddət ərzində ona dəymiş 5500 manat maddi ziyanın 1500 manatı ödənildikdən sonra Mövlanverdi bundan başqa heç bir pul verməyəcəyini, əlindən nə gəlirsə edəcəyini demişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş 5500 manat maddi ziyanı tam şəkildə ödəmiş, lakin təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçi olduğunu bildirərək Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin başlanmasına əsas və səbəb, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldadaraq ona təqaüd düzəldəcəyi barədə yalan vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin aprel ayından həmin ilin may ayınadək olan müddət ərzində 8600 manat pul vəsaitini ələ keçirərək dələduzluq etməs faktı və həmin fakt əsasında toplanmış HK-1/1437 nömrəli material olmuşdur. 240100538 saylı cinayət işi Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Əliyev tərəfindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb, 05 noyabr 2024-cü il tarixdə Ağcabədi rayonu Aşağı Qiyaməddinli kənd sakini Məmmədov X5 rayon prokurorluğuna ərizə ilə müraciət edərək 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs onun əlilliyinin müddətsiz bərpa edə biləcəyinə dair vəd verməsi, bunun müqabilində ondan 5500 manat pul alması, lakin vədinə əməl etməyərək həmin pulu dələduzluq yolu ilə keçirməsini bildirməsi faktı və həmin fakt əsasında toplanmış HK- 1/4107 saylı material olmuşdur. 240100538 nömrəli cinayət işi xx.xx.2025-ci il tarixdə aidiyyatı üzrə Ağcabədi RPŞnə göndərilmiş, xx.xx.2025-ci il tarixdə icraata qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işinə birləşdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:30-da Suraxanı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X2 yeri müəyyən olunub saxlanılaraq aidiyyəti üzrə Ağcabədi RPŞ-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyi üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Ağcabədi RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiartiya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olmayıb. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli tibbi arayışından görünür ki, Həbibv Mövlanverdi İslam oğlu Bakı Şəhər Narkoloji Mərkəzi Xəstəxanasında narkoloji kabebinetdə qeydiyyatda yoxdur. İş materiallarında olan Bakı şəhəri, Binəqədi RİHB M.Ə.Rəsulzadə qəsəbəsi İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş 02 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixli Sumqayıt Apellyasiya məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixli hökm dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən qəti olaraq 01 il 08 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Astara RPŞ-nin İstintaq Bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə nəzərdə tutulmuş əməli törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş AZEMİS elektron məhkəmə informasiya sisteminin portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Astara RPŞ-nin İstintaq Bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə nəzərdə tutulmuş əməli törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmiş, lakin Astara rayon məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs gizləndikdə və onun yeri məlum olmadıqda həbs nəzərdə tutulmaqla axtarış elan edilmiş və icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-42/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 8 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair hakimin göstərişi xx.xx.2023-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs idarənin qeydiyyatına alınmamış, xx.xx.2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 1 il 8 ay 10 gün təşkil edir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş beş min beş yüz manat məbləğində maddi ziyan tam ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq zamanı təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən, həmçinin xx.xx.2025-ci il tarixli 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin Xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş səkkiz min altı yüz manat maddi ziyanı tam şəkildə ödəmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs2 barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı X4 (xx.xx.2011-ci il təvəllüdlü) və bir yetkinlik yaşına çatmayan Həbibli İslam Mövlanverdi oğlu (xx.xx.2010-cu il təvəllüdlü) adlı uşaqları var. Beləliklə, məhkəmə istintaqında araşdırılmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli AR CM-nin 178.2.2-ci və 178.2.4-cü madələri ilə düzgün tövsif edilmişdir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun az ağır cinayət törətməsini, törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, Zərərçəkmiş şəxs2 ilə barışmasını, Zərərçəkmiş şəxs2 şikayətinin olmamasını və dəymiş ziyanı tam şəkildə ödəməsini, bununla yanaşı digər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı tam şəkildə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmadan nəzarət altında saxlanmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il səkkiz ay on gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hissəsi qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq təyin edilmiş və çəkilməmiş qalan bir il səkkiz ay on gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hissəsi qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq dörd il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasının dörd günü, təyin edilmiş cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq üç il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası məhkumun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirənin olamamsı nəzərə alınsın. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar