Məhkəmə qərarları › İş №1(017)-9/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-9/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-9/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X7 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, müdafiəçi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X6, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Şuşa rayonu Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair; xx.xx.1964-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinli yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 10 avqust 2022-ci il tarixdə saat 11 radələrində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq Təqsirləndirilən şəxs2 məxsus Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan və meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 1200 manat dəyərində 4 ədəd 30 sm diametrli, 1600 manat dəyərində dörd ədəd 40 sm diametrli, 700 manat dəyərində iki ədəd 36 sm diametrli, 350 manat dəyərində bir ədəd 35 sm diametrli, 350 manat dəyərində bir ədəd 33 sm diametrli, 300 manat dəyərində bir ədəd 32 sm diametrli, 250 manat dəyərində bir ədəd 28 sm diametrli, 250 manat dəyərində bir ədəd 25 sm diametrli və 400 manat dəyərində bir ədəd 37 sm diametrli yaş kök üstə olan 16 ədəd qovaq ağaclarını qəsdən kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5400 (beş min dörd yüz) manat yəni xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Mamedov X15 Sahib Vəli oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 10 avqust 2022-ci il tarixdə saat 11 radələrində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq özünə məxsus Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan və meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 1200 manat dəyərində 4 ədəd 30 sm diametrli, 1600 manat dəyərində dörd ədəd 40 sm diametrli, 700 manat dəyərində iki ədəd 36 sm diametrli, 350 manat dəyərində bir ədəd 35 sm diametrli, 350 manat dəyərində bir ədəd 33 sm diametrli, 300 manat dəyərində bir ədəd 32 sm diametrli, 250 manat dəyərində bir ədəd 28 sm diametrli, 250 manat dəyərində bir ədəd 25 sm diametrli və 400 manat dəyərində bir ədəd 37 sm diametrli yaş kök üstə olan 16 ədəd qovaq ağaclarını qəsdən kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5400 (beş min dörd yüz) manat yəni xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, fərdi təsərrüfatla məşğul olur. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Onun Qaçayla normal münasibətləri var. Qaçayın Ağcabədi şəhər ərazisində pay torpaq sahəsi var. Həmin pay torpaqlarının baş tərəfinə Qaçay çoxlu qovaq ağacları əkmişdir. Qaçay 2022-ci il avqust ayının əvvəllərində ona müraciət edərək həmin ərazidə olan ağacların qonşuların evlərinə təhlükə törətdiyini deyərək kəsilməsinə köməklik göstərməsini demişdir. O, Qaçaya həmin əraziyə gedib baxacağını və ağacların kəsilməsinə köməklik edəcəyini bildirmişdir. Daha sonra aralarında olan razılaşmaya əsasən kəsilən ağaclar onun tərəfindən emal edilərək taxta vəziyyətinə gətirilməli idi. O, xx.xx.2022-ci il tarixdə Qaçayla birlikdə sahəyə getmiş və Qaçay orada köküstə yaş vəziyyətdə olan qovaq ağaclarını kəsməyə başlamış o, isə ağacları iplə dartaraq evlərin üstünə düşməməsinə köməklik göstərmişdir. Hazırda o heç bir günahının olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Fərdi təsərrüfatla məşğul olur. Ağcabədi şəhər ərazisində ona və ailə üzvlərinə məxsus 2,06 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi var. O, həmin pay torpaq sahəsində müxtəlif növ əkin-biçin işləri aparır. Həmin pay torpaqlarının baş tərəfinə təxminən 15 il qabaq çoxlu qovaq ağacları əkmişdir. Təqsirləndirilən şəxs1 tanıyır və normal münasibətləri var. Həmin qovaq ağacları həmin torpaq sahəsinin kənarlarında olan qonşuların evlərinə təhlükə yaradırdı. Buna görə də o, Sahibə həmin ağacları kəsərək aparmağını, daha sonra taxta vəziyyətinə gətirib satdıqdan sonra xərcini çıxıb pulu bölməyi demişdir. 10 avqust 2022-ci il tarixdə Sahib sahəyə gəlmiş və orada ağacları kəsməyə başlamışlar. Sahib 16 ədəd köküstə yaş qovaq ağacını kəsmişdir. Bundan sonra axşam radələrində ağacları kəsdikdən sonra tanımadığı “Kamaz”ı çağıraraq həmin ağacları ona yükləmişlər. 11 avqust 2022-ci il tarixdə Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları onunla əlaqə saxlayıb ona məxsus sahədən yaş ağacların kəsildiyini, həmin sahəyə baxış keçirmək lazım olduğunu demişlər. O, polis əməkdaşları və digər iştirakçılarla birlikdə ona məxsus sahəyə getmişlər və həmin sahəyə baxış zamanı Sahibin orada yaş vəziyyətdə olan 16 ədəd qovaq ağacını kəsildiyi müəyyən edilmişdir. Həmin ağacları kəsməyi Sahibə o, demiş və həmin ağacları da Sahib kəsmişdir. Lakin o, həmin ağacların kəsilməsinin cinayət məsuliyyətinə səbəb olduğunu bilməmişdir. Həmin torpaq sahəsi onalara məxsus olduğundan və ağacları o, özü əkdiyindən, həmçinin həmin ağacların təhlükə törədəcəyini fikirləşdiyindən o, həmin ağacların kəsilməsi üçün icazə lazım olduğunu bilməmiş və buna görə də icazə almamışdır. Onun həmin ağacları kəsdirməkdə məqsədi qonşular üçün təhlükə yaratması və onun təsərrüfatına ziyan vurması olmuşdur. Sahib ağacları kəsən zaman o, da orada olmuşdur. Aralarında olan razılaşmaya əsasən Sahib ağacları kəsib taxta halına saldıqdan sonra satıb öz xərclərini çıxıb qalan pulu yarı böləcəkmişlər. O, özünü təqsirli bilməməsinin səbəbini belə izah etmişdir ki, kəsilən ağaclar onun pay torpaq sahəsində yerləşməklə xüsusi mülkiyyətində olmuş və qanunvericiliyə uyğun olaraq cinayət tərkibi yaratmırdı. Hazırda törətdiyi əməlini etiraf etməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, İ Qarabağ müharibəsinin veteranı olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsi nümayəndəsi X11 ifadəsində göstərdi ki, 09 saylı RETSN-nin məsləhətçi müfəttiş vəzifəsində işləyir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında 9 saylı RETS-nin rəhbərliyi tərəfindən, Ağcabədi şəhəri ərazisində qanunsuz ağacların kəsilməsi barədə məlumat verilmişdir. Bu məlumatla əlaqədar 15 avqust 2022-ci il tarixdə idarənin digər əməkdaşları Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Ağcabədi şəhəri K.Nəsibov küçəsinə getmiş və orada Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsində 4 ədəd daimetri 30 sm, 4 ədəd diametri 40 sm, 2 ədəd diametri 36 sm, 1 ədəd diametri 35 sm, 1 ədəd diametri 343 sm, 1 ədəd diametri 32 sm, 1 ədəd diametri 28 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 37 sm olan ümumilikdə 16 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsini müəyyən etmişlər. Bununla bağlı xx.xx.2022-ci il tarixli 68329 nömrəli akt tərtib olunmuşdur. Həmin əraziyə Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs2 dəvət olunmuş və o, ağacların kəsildiyi ərazinin ona məxsus pay torpaq sahəsinə aid olduğunu, ağacların razılaşma əsasında tanışı Təqsirləndirilən şəxs1 tərəfindən kəsildiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarına əsasən ağacların götürülməsini həyata keçirən fiziki və ya hüquqi şəxslər istifadələrində olan torpaq sahələrinə münasibətdə müvafiq icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməli, həmin müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 Agentliyinə göndərildikdən sonra agentlik tərəfindən müvafiq rəy verilir və daha sonra həmin qurumlar tərəfindən qərar qəbul edilərək götürmə vərəqi əsasında götürmə həyata keçirilir. Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 heç bir müraciət etməmişlər. Hazırda iş üzrə müəyyən olunmuş dövlətə vurulmuş 5400 (beş min dörd yüz) manat maddi zərərin ödənilməsinə dair verdikləri mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Şahid2 məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, rəsmi olaraq Azərbyacan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 9 saylı RESTİ-nin ətraf mühitin mühafizəsinə nəzarət sektorunun məsləhətçi müfəttiş qrup rəhbəri vəzifəsində işləyir. 15 avqust 2022-ci il tarixdə ona 9 saylı RETSİ-nin rəhbərliyi tərəfindən, Ağcabədi rayon K.Nəsibov küçəsində qanunsuz ağacların kəsilməsi barədə məlumat verilmişdir. Bu məlumatla əlaqədar o, 15 avqust 2022-ci il tarixdə idarənin digər əməkdaşı Sahil Cəlilovla birlikdə Ağcabədi rayon K.Nəsibov küçəsinə getmişdir. Həmçinin Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları da həmin ünvana gəlmişlər. Orada vətəndaş Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsində 4 ədəd daimetri 30 sm, 4 ədəd diametri 40 sm, 2 ədəd diametri 36 sm, 1 ədəd diametri 35 sm, 1 ədəd diametri 343 sm, 1 ədəd diametri 32 sm, 1 ədəd diametri 28 sm, 1 ədəd diametri 25 sm, 1 ədəd diametri 37 sm olan ümumilikdə 16 ədəd köküstə yaş qovaq ağaclarının kəsilməsini müəyyən etmişlər. Bununla bağlı xx.xx.2022-ci il tarixli 68329 nömrəli akt tərtib olunmuşdur. Həmin əraziyə Təqsirləndirilən şəxs2 dəvət olunmuş və o, ağacların kəsildiyi ərazinin ona məxsus pay torpağı olduğunu, ağacların onun tapşırığı ilə Təqsirləndirilən şəxs1 tərəfindən kəsildiyini bildirmişdir. Həmin vaxtı 9 saylı RETSİ-yə daxil olmuş şifahi məlumat əsasında idarə rəisi Elnur Cəlilovun göstərişi əsasında onlar qeyd olunan əraziyə monitorinq keçirmişlər. Onlar həmin qanunsuz olaraq kəsilmiş 16 ədəd qovaq cinsindən ağacı aşkar edərkən həmin ağaclar yaş vəziyyətdə və yarpaqlı olmuşlar. Həmin qanunsuz olaraq kəsilmiş ağacların heç biri qurumamışdır. Onlar həmin monitorinq vaxtı Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsində 16 ədəd qovaq cinsindən ağacın qanunsuz kəsilmiş və həmin ərazidən aparılmışdır. Həmin tarixə qədər Ağcabəbi rayonu 9 saylı RETSİ-yə Təqsirləndirilən şəxs2 tərəfindən ona məxsus olan torpaq sahəsində yaşıllıqların götürülməsi ilə bağlı yazılı və ya şifahi qaydada hər hansı bir müraciət daxil olmamışdır. Təqsirləndirilən şəxs2 9 saylı RETSİ-yə əvvəlcədən müraciət edib ona məxsus olan torpaq sahəsində ağacların kəsilməsinə rəy verilməsini xahiş etsəymiş, bu zaman onlar onun müraciətinə qanunamüvafiq qaydada baxıb rəy verilməsi üçün müraciəti X13 Agentliyinə göndərəcəkmişlər və müvafiq rəy gəldikdən sonra Təqsirləndirilən şəxs2 bu barədə məlumat verəcəkmişlər. Hər bir vətəndaş ona məxsus olan pay torpağında yerləşən ağacların kəsilməsi üçün əvvəlcə həmin pay torpaq sahəsinin yerləşdiyi ərazinin bələdiyyə orqanı və ya icra hakimiyyəti orqanına müraciət etməli və həmin bələdiyyə orqanı və ya icra hakimiyyəti orqanı o müraciəti aidiyyatı üzrə RETSİ-yə göndərməlidir. Yalnız bundan sonra onlar həmin müraciəti rəy alınması üçün ekspertizaya göndərə bilirlər. Nazirlər Kabinetinin 421 saylı qərarına əsasən o, müvafiq ölçülərə əsasən qanunsuz kəsilmiş ağacların dəyərini hesablamiş və nəticədə Dövlətə 5400 manat məbləğdə ziyan dəydiyini qərarlaşdırmışdır. Məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş iş üzrə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Onun Sahiblə normal münasibətləri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. Onun etibarnamə ilə özünə məxsus “Kamaz 5511” yük markalı, **-NF-*** dövlət nömrə nişanlı özüboşaldan avtomobili var. O, həmin avtomobillə yük daşıyaraq ailəsini dolandırır. 09 avqust 2022-ci il tarixdə Sahib ona sabah ağaclar olduğunu və həmin ağacları daşımaq lazım olduğunu demişdir. O, da ona heç bir problem olmadığını, ona xəbər etməsini demişdir. 10 avqust 2022-ci il tarixdə axşam radələrində Sahib ona zəng edərək Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən sahəliyə gəlməyini istəmişdir. O, ora gedəndə Sahib tək sahədə olmuş və orada çoxlu ağaclar olmuşdur. Həmin ağaclar qovaq ağacları idilər. O, həmin ağaclara baxdıqda onların yaş vəziyyətdə olduğunu görmüşdür. O, Sahibdən ağaclar barədə heç bir söz soruşmamış və Sahib də ona bu barədə heç bir söz deməmişdir. Bundan sonra onlar ağacları avtomobilə yükləmişlər və saat təxminən 22 radələrində Ağcabədi şəhəri, T.İsmayılov küçəsi ilə hərəkət edən zaman polis əməkdaşları onları saxlamışlar və polis şöbəsinə dəvət etmişlər. Orada o, ağacların Sahibə məxsus olduğunu bildirmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb 10 avqust 2022-ci il tarixdə Ağcabədi rayon X1 sahə rəisi Vasif Quliyevin raportla müraciət edərək həmin günü saaat 21 radələrində Ağcabədi şəhəri ərazisində, “Kamaz” markalı **-NF-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində kəsilmiş vəziyyətdə yaş ağacların aşkar edilməsini bildirməsi faktı və həmin fakt əsasında toplanmış HK-1/2798 saylı material olmuşdur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında qərardan görünür ki, 30 may 2023-cü il tarixdə HK-1/2798 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Ağcabədi RPŞ-nin TB-nin təhqiqatçısı X3 20 avqust 2022-ci il tarixli qərarı ləğv edilərək fakta görə AR-nın CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Ağcabədi RPŞ-nin istintaq bölməsinə göndərilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 30 may 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə AR-nın CM-nin 259.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 0107.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, 01 iyul 2023-cü il tarixdə cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən cinayət işi Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərardan görünür ki, 20 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 20 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, 25 sentyabr 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsindən 259.3-cü maddəsinə tövsif edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi elə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona yenidən həmin məcəllənin 259.3-cü maddəsi ilə ittiham elan edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, 19 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində 20 sentyabr 2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 15 avqust 2022-ci il tarixli 68329 nömrəli aktdan görünür ki, Ağcabədi şəhər ərazisində yerləşən Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin istifadəsində olan pay torpağının kənarında kəsilmiş ağaclara baxış keçirilmiş, baxış zamanıı qeyd edilən ərazidə diametrləri 30 sm, 36 sm, 40 sm, 35 sm, 30 sm, 40 sm, 33 sm, 32 sm, 28 sm, 30 sm, 40 sm, 36 sm, 25 sm, 37 sm, 40 sm, 30 sm olan yaş halda qovaq cinsinə mənsub ağacların kök boğazından motorlu mişarla kəsilərək götürüldüyü məlum olmuşdur İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən aparılmış 16 avqust 2022-ci il tarixli hesabatdan görünür ki, dörd ədəd 30 sm diametrli qovaq ağacının bir ədədinin qiyməti 300 manat olmaqla 1200 manat, dörd ədəd 40 sm diametrli qovaq ağacının bir ədədinin qiyməti 400 manat olmaqla 1600 manat, iki ədəd 36 sm diametrli qovaq ağacının bir ədədinin qiyməti 350 manat olmaqla 700 manat, bir ədəd 35 sm diametrli qovaq ağacının qiyməti 350 manat, bir ədəd 33 sm diametrli qovaq ağacının qiyməti 350 manat, bir ədəd 32 sm diametrli qovaq ağacının qiyməti 300 manat, bir ədəd 28 sm diametrli qovaq ağacının qiyməti 250 manat, bir ədəd 25 sm diametrli qovaq ağacının qiyməti 250 manat, bir ədəd 28 sm diametrli qovaq ağacının qiyməti 250 manat, bir ədəd 37 sm diametrli qovaq ağacının qiyməti 400 manat, ümumilikdə isə təbiətə dəymiş ziyanın ümumi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən 5400 (beş min dörd yüz) manat təşkil edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/6115 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ETSN tərəfindən tərtib edilmiş aktdan istifadə edilməklə, ümumilikdə 16 ədəd müxtəlif diametrli qovaq ağacların qanunsuz götürülməsinə görə AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2022-ci ilin avqust ayına təxminən 5400,0 manat müəyyən edilir. AR-nın Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 Sıraa nömrəli Qərarına əsasən №-si Ağacların cinsi Diametri sm Sayı Bir ədədinin Ümumi qiyməti dəymiş ziyan manatla 1 Qovaq 30 4 300 1200 2 Qovaq 40 4 400 1600 3 Qovaq 36 2 350 700 4 Qovaq 35 1 350 350 5 Qovaq 33 1 350 350 6 Qovaq 32 1 350 300 7 Qovaq 28 1 250 250 8 Qovaq 25 1 250 250 9 Qovaq 37 1 400 400 CƏMİ 5400,0 Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və oyektiv aparılması məqsədilə əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tağşırığına verilmiş cavabdan görünür ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağcabədi şəhəri, K.Nəsibov küçəsində Təqsirləndirilən şəxs2 məxsus olan torpaq sahəsində və onun qonşu sahələrində mövsümi kənd təsərrüfatı bitkiləri əkilib becərilmiş, Təqsirləndirilən şəxs2 özünə məxsus olan torpaq sahəsində yerləşən 16 ədəd qovaq ağacını qanunsuz olaraq, heç bir icazə almadan aralarında olan razılaşma əsasında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə kəsmiş və daha sonra Təqsirləndirilən şəxs1 ağacları taxta halına saldıqdan sonra öz aralarında bölmüşlər. Bundan başqa qeyd olunan ərazidə fərdi yaşayış evləri, topraq sahələri və fermer təsəffüratı olması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli müki iddiadan görünür ki, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5400 (beş min dörd yüz) manat pulun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsinə dair mülki iddia verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə Mühəndis-texniki ekspertizasının 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/486 nömrəli rəyində göstərilmişdir ki, Ağcabədi şəhəri K.Nəsibov küçəsində yerləşməklə kəsilmiş 16 ədəd qovaq ağacının yerləşdiyi torpaq sahəsi Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinə aiddir. Həmin 16 ədəd ağacların hamısı Təqsirləndirilən şəxs2 və ailə üzvlərinin və X9 ( Təqsirləndirilən şəxs2 atası) və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi 5.49 ha kənd təsərrüfatı təyinatı xüsusi mülkiyyətdə olan pay torpaq sahəsində yerləşmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilməsə də, ona istinad edilən cinayəti törətməsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da öz təsdiqini tapmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin əməl üzrə törətdiyi cinayət əməli onun ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır. Onun Qaçayla normal münasibətləri var. Heç bir ədavət və düşmənçiliyi yoxdur. Qaçayın Ağcabədi şəhər ərazisində pay torpaq sahəsi var. Həmin pay torpaqlarının baş tərəfinə Qaçay çoxlu qovaq ağacları əkmişdir. Qaçay 2022-ci il avqust ayının əvvəllərində ona həmin ərazidə olan ağacların qonşuların evlərinə təhlükə törətdiyini deyərək kəsərək aparmağını, daha sonra taxta vəziyyətinə gətirib satdıqdan sonra xərcini çıxıb qalan pulu yarı bölməklərini demişdir. O, Qaçaya həmin əraziyə gedib baxacağını və ağacları kəsəcəyini bildirmişdir. Bundan sonra 10 avqust 2022-ci il tarixdə səhər radələrində o, həmin sahəyə getmişdir. Qaçay da həmin sahəyə gəlmiş və onlar orada köküstə yaş vəziyyətdə olan qovaq ağaclarını kəsməyə başlamışlar. Qaçayla aralarında hər hansı icazə söhbəti olmamışdır. Nə o, bu barədə Qaçaydan soruşmuş, nə də Qaçay ona deməmişdir. Qaçay və orada olan qonşular həmin ağacların onların evləri üçün təhlükə törətdiyini bildirmişdir. Sadəcə olaraq o, həmin ağacları kəsib taxta halına salıb satdıqdan sonra pulu Qaçayla yarı böləcəkmiş. O, saat 11 radələrində elektrikli mişarla ağacları kəsməyə başlamış və orada köküstə olan yaş vəziyyətdə 16 ədəd ağac kəsmişdir. Daha sonra o, həmin ağacların budaqlarını təmizləyərək Niyaməddinə məxsus “kamaz” markalı avtomobilə yükləmişdir. Bundan sonra Ağcabədi şəhəri, T.İsmayılov küçəsi ilə hərəkət etmişlər. Saat təxminən 22 radələrində polis əməkdaşları onları saxlamışlar və polis şöbəsinə dəvət etmişlər. Orada o, ağacların onun tərəfindən kəsildiyini etiraf etmişdir. Lakin həmin ağacları kəsməyin cinayət və ya inzibati məsuliyyət olduğunu bilmirmiş. Daha sonra Ağcabədi rayon Polis Şöbəsində bu barədə araşdırma getmiş və cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra həmin ağaclar onlara təhvil verilmiş və o, həmin ağacları özünə məxsus taxta hazırlamaq üçün olan sexdə taxta halına salmış və bundan sonra taxtaları Qaçaya vermişdir. Həmin taxtanın bir hissəsini də özünə götürmüşdür. Həmin torpaq Qaçaya məxsusdur və orada Qaçay ona ağacları kəsməyini, daha sonra isə satıb yarı bölməyi demişdir. İcazə barədə, Qaçay heç bir şey deməmiş və o, da bu barədə soruşmamışdır. O, həmin ağacları kəsərək çəkdirib taxta halına salıb satmaq niyyəti olmuşdur. Satdıqdan sonra da Qaçayla pulu yarı böləcəkmiş. Ağacları o, tək kəsmişdir. Ona heç kim kömək etməmişdir. O, ağacları kəsən zaman ərazidə Qaçay və ondan başqa heç kim olmamışdır. Aralarında olan razılaşmaya əsasən o, ağacları kəsib taxta halına saldıqdan sonra satıb öz xərclərini çıxıb qalan pulu yarı böləcəkmişlər. Həmin sahə Qaçaya məxsus olduğundan o, həmin ağacların kəsilməsinə icazə tələb olunduğunu bilmirmişdir. Həmçinin o, ağacları kəsib satdıqdan sonra qazanc əldə edəcəyindən köküstə yaş vəziyyətdə olan 16 ədəd qovaq ağacını kəsmişdir. Həmin ağaclar qovaq cinsinə mənsub olmuşdur və el arasında “ ərəl” adlanır və ömrü azdır, təxminən 5 ilə qədər quruyub məhv olur. O, həmin ağacların yaş vəziyyətdə olduqlarını bilmiş və bilə-bilə kəsmişdir. Həmin kəsdiyi ağaclar Təqsirləndirilən şəxs2 məxsus pay torpaq sahəsində yerləşmişdir. O, Niyaməddinə həmin sahəyə getməzdən qabaq ağaclar olduğunu, həmin ağacları ona məxsus yük avtomobili ilə aparmaq lazım olduğunu demişdir. Daha sonra o, işini bitirdikdən sonra Niyaməddinə zəng etmiş və Niyaməddin gələrək kəsdiyi ağacları köməkli avtomobilə yükləmişlər. Niyaməddinin həmin ağacların kəsilməsindən xəbəri olmamış və o, da ona bu barədə heç nə deməmişdir. O, Niyaməddinə sadəcə yol pulu verəcəkdi. Məhkəmə yuxarıda qeyd olunan sübutlarla yanaşı Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə iclasında elan edilmiş ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 10 avqust 2022-ci il tarixdə saat 11 radələrində “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ saylı Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yaşıllıqların götürülməsinə yol verilən qanuni əsaslar olmadan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın tələblərini pozmaqla, qəsdən və qanunsuz olaraq Təqsirləndirilən şəxs2 məxsus Ağcabədi şəhəri, K.Nəsibov küçəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan və meşə fonduna daxil olmayan torpaq sahəsində yerləşən 1200 manat dəyərində 4 ədəd 30 sm diametrli, 1600 manat dəyərində dörd ədəd 40 sm diametrli, 700 manat dəyərində iki ədəd 36 sm diametrli, 350 manat dəyərində bir ədəd 35 sm diametrli, 350 manat dəyərində bir ədəd 33 sm diametrli, 300 manat dəyərində bir ədəd 32 sm diametrli, 250 manat dəyərində bir ədəd 28 sm diametrli, 250 manat dəyərində bir ədəd 25 sm diametrli və 400 manat dəyərində bir ədəd 37 sm diametrli yaş kök üstə olan 16 ədəd qovaq ağaclarını qəsdən kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 5400 (beş min dörd yüz) manat yəni xeyli miqdarda ziyan vurması məhkəmə istintaqında tam sübuta yetirilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tibbi arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Mamedov X12 rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda durmurlar. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Ağcabədi rayonu üzrə bölməsinin və Ağcabədi rayon 1 saylı MİKS tərəfindən verilmiş arayışdan görünür ki, Şuşa rayon sakini məcburi köçkün Cəfərov X16 şəhəri Ü.Hacıbəyli prospektində yerləşən 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 10 saylı binanın 16-saylı mənzilində müvəqqəti qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHBnın Ağcabədi şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş xx.xx.2023-cü il tarixli Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir yetkinlik yaşına çatmayan X14 (xx.xx.2009-cu il təvəllüdlü), adlı uşağı var. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası DİN tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 013636 saylı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 müharibə veteranıdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə araşdırılmış mövcud sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 259.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli CM-nin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X4 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini və məcburi köçkün olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, İ Qarabağ müharibəsi veteranı olmasını və onun törətdiyi cinayət əməlin səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 259.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını qanuna müvafiq hesab edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası - Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia təmin edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «X5» X18 (BEK) bank 210005, VÖEN bank ********** müxbir hesab AZ41NABZ********************4 S.W.İ.F.T BİK: STREAZ 22, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına Hesab № AZ55STRE********************, VUÖEN:**********. Büdcə təsnifatının kodu: 142595. Büdcə səviyyəsinin Kodu: Fond 3 (mərkəzi) büdcəsinə ödənilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601000**********4 SWİFT BİK STREAZ 22) keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 356, 357, 358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib, ona iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs1 Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinib, ona iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs2 Ağcabədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5400 (beş min dörd yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «X5» X18 (BEK) bank 210005, VÖEN bank ********** müxbir hesab AZ41NABZ********************4 S.W.İ.F.T BİK: STREAZ 22, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xüsusi vəsaitlər hesabına Hesab № AZ55STRE********************, VUÖEN:**********. Büdcə təsnifatının kodu: 142595. Büdcə səviyyəsinin Kodu: Fond 3 (mərkəzi) büdcəsinə ödənilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM.VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41, NABZ 013601000**********4 SWİFT BİK STREAZ 22) keçirilsin. Hökmün icrası – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 40 iş saatı üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar