Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-91/2025 23.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1970-ci il tarixdə Ağcabədi rayonu Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla hazırda həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, dələduzluq etmiş, yəni qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə maddi ziyan vurmaqla özgə əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs kəsilmiş təqaüdünü bərpa etdirəcəyini aralarında olan söhbət zamanı sonuncuya 1330 manat müqabilində təqaüd düzəldəcəyini vəd edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 14 fevral 2024-cü il tarixdə günorta saatlarında Ağcabədi rayonu, Hindarx qəsəbəsi, Ramiz Məmmədov küçəsinin giriş hissəsində 650 manat məbləğində pulu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 14 fevral 2024-cü il tarixdə günorta saatlarında Ağcabədi rayonu, Hindarx qəsəbəsi, Dilsuz Qarayev küçəsində yerləşən şəhid Dilsuz Qarayevin abidəsinin yanında 350 manat məbləğində pulu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 08 aprel 2024-cü il tarixdə günorta saatlarında Ağcabədi rayonu, Hindarx qəsəbəsi, Ramiz Məmmədov küçəsinin giriş hissəsində 200 manat məbləğində pulu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2024-cü ilin aprel ayının ortalarında günorta saatlarında Ağcabədi rayonu, Hindarx qəsəbəsi, Ramiz Məmmədov küçəsinin giriş hissəsində 130 manat məbləğində pulu alaraq ələ keçirmiş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vahid niyyətlə ümumilikdə 1330 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci madəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, heç bir yerdə işləmir, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisidir, qohumluğu və ədavəti olmamışdır. Təxminən 14 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı qəsəbədə yolda gedən zaman Kamaləd ilə qarşılaşmış, Kamaləd ona təqaüdünün kəsildiyini və həmin təqaüdü bərpa etdirmək istədiyini demişdir. Ona da pul ehtiyac olduğu üçün Kamalədə təqaüdü bərpa edə biləcəyini demiş, Kamaləd ilə danışan zaman bunun üçün ilkin olaraq 1000 manat pul lazım olduğunu, gələcəkdə isə əlavə xərclərin də çıxacağını demiş və Kamaləd də razılaşmışdır. Həmin gün günorta saatlarında Kamaləd ilə qəsəbə ərazisində görüşmüş, Kamaləd ona 650 manat pul və sənədlərini vermişdir. Aradan iki saat keçdikdən sonra Kamaləd ilə danışıb yenidən görüşmüşlər. Kamaləd ona 350 manat pul vermişdir. O Kamalədə təqaüdün 3 ay ərzində düzələcəyini demişdir. 2024cü ilin aprel ayında isə Kamalədə zəng edib əlavə olaraq pul lazım olduğunu demiş və həmin vaxt Kamaləddən əlavə olaraq 330 manat da pul almışdır. O Kamaləddən ümumi olaraq 1330 manat pul almışvə aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Aradan üç ay keçmiş, artıq vəd etdiyi vaxt tamam olmuş, Kamaləd zəng edib təqaüdlə maraqlanmış, o da narahat olmamağı, yaxında düzələcəyini demişdir. Sonradan Kamaləd ondan pulu geri tələb etmiş, o da 185 manat qaytarmış, lakin imkanı olmadığı üçün qalan pulu qaytara bilməmişdir. O təqaüd düzəltməklə bağlı heç kimlə danışmamış, pulu alan kimi özünə xərcləmişdir. Hazırda o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş 1330 manat məbləğində maddi zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qohumluğu və ədavəti olmamışdır. O 2006-cı il tarixdən 2-ci qrup əlil kimi təqaüd almış, lakin 2022-ci il tarixdə təqaüdü kəsilmişdir. Onun maddi imkanı çox aşağı olduğu üçün təqaüdü bərpa etmək istəmişdir. O həmkəndlisi Elmidarın başqa şəxslərə təqaüd düzəltməkdə köməklik etdiyini bilmişdir. 14 fevral 2024-cü il tarixdə səhər saatlarında yaşadığı qəsəbədə yolda gedən zaman Elmidarla qarşılaşmış, Elmidarla söhbət edən zaman təqaüdün kəsildiyini və bərpa etdirmək istədiyini demiş, Elmidar da ona düzəldə biləcəyini və bunun üçün ilkin olaraq 1000 manat pul və əlavə də xərclərin olacağını demiş və o da razılaşmışdır. O, 14 fevral 2024-cü il tarixdə günorta saatlarında 650 manat pul və sənədləri götürüb Elmidarla Hindarx qəsəbəsində Ramiz Məmmədov küçəsinin giriş hissəsində görüşüb, 650 manat pulu və sənədləri Elmidara vermişdir. Aradan bir-iki saat keçdikdən sonra əlavə olaraq 350 manat pul düzəltmişdir. 14 fevral 2024-cü il tarixdə günorta saatlarında Elmidarla danışıb Hindarx qəsəbəsində görüşmüş, həmin vaxt oraya yeznəsi Şahid1 ilə getmiş, Şəmsəddinin yanında Elmidara 350 manat pul vermişdir. Elmidar təqaüdün üç ay ərzində düzəldəcəyinə söz vermişdir. 08 aprel 2024-cü il tarixdə Elmidar onunla danışıb əlavə olaraq 200 manat pul istəmiş, o da 200 manat pulu düzəltmiş və Elmidarla danışıb pulun hazır olduğunu demiş, Elmidar ilə Hindarx qəsəbəsində Ramiz Məmmədov küçəsinin giriş hissəsində görüşmüşlər və 200 manat pulu həmin vaxt bacısı Şahid2 yanında Elmidara vermişdir. Bundan bir neçə gün sonra, 2024-cü ilin aprel ayının ortalarında Elmidar əlavə olaraq 130 manat pul istəmiş, o həmin pulu düzəldib Təranə ilə birlikdə gedib Ramiz Məmmədov küçəsinin giriş hissəsində 130 manat pulu Elmidara vermişdir. Cəmi Elmidara 1330 manat pul vermişdir. 2025-ci ilin may ayında Elmidarın vəd etdiyi vaxt tamam olmuş, Elmidarla əlaqə saxlayıb təqaüdlə maraqlanmış, Elmidar da narahat olmamağı, yaxında düzələcəyini bildirmişdir. O bir müddət də gözləmiş, lakin təqaüd yenə də düzəlməmişdir. O bir neçə dəfə Elmidarla əlaqə saxlayıb təqaüdü maraqlanmış, Elmidar da hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdü düzəltməmişdir. O artıq başa düşmüş ki, Elmidar onu aldadır, ona görə də Elmidardan pulu geri qaytarmasını tələb etmiş, Elmidar da 185 manat pul qaytarmış, qalan pulu qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikada ruhi-əsəb və narkoloji kabinetdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, heç bir şikayət və tələbinin olmamsını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə qanuni qərar verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, özünü təqsirli bilirək, törətdiyi əmələ görə çox peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri tam olaraq ödəməsini və onunla barışmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnun ifadələrini dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və təqsirləndirilən şəxslə barışmasını, törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət əməli olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamaqla barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qanuna uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmişlə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyi baxımından da Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Hazırkı işin materiallarından həmçinin görünür ki, iş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, 73-1.1 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.3, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 15 iş saatı üçün 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-91/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-91/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver