Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-92/2025 09.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə 03 mart 1968-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, “Azərsu MMC”-də mühəndis-hidrotexnik vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs qalıq qalmış 1650 manat məbləğində kreditini bağlayacağına dair vəd edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə dəqiq günü istintaqa məlum olmayan tarixdə, yəni təxminən 2021-ci ilin avqust ayının ortalarında, günorta saatlarında ünvan 2 ünvanında yerləşən evində Zərərçəkmiş şəxs 800 manat məbləğində pulu alaraq ələ keçirmiş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 16 dekabr 2022-ci il tarixdə saat 18:57-də Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində yerləşən “Yolüstü market” adlı mağazanın daxilindəki “Milliön” ödəmə terminalı vasitəsilə 400 manat pulu şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus 4169-7413-6403-9253 saylı kart hesabına köçürülməsinə nail olmuş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 03 fevral 2023-cü il tarixdə saat 11:17-də Bərdə rayonu, Lənbəran kəndi ərazisində yerləşən “Ailəvi Market” adlı mağazanın daxilindəki “eManat” ödəmə terminalı vasitəsilə 430 manat pulu şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus 4169-7413-6403-9253 saylı kart hesabına köçürülməsinə nail olmuş, bundan sonra o, vahid niyyətlə cinayət əməlini davam etdirərək qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə 27 fevral 2024-cü il tarixdə saat 11:17-də Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisində yerləşən “Laçın market” adlı mağazanın daxilindəki “eManat” ödəmə terminalı vasitəsilə 20 manat pulu şəxsi istifadə etdiyi “Kapital Bank”-a məxsus 4169-7413-6403- 9253 saylı kart hesabına köçürülməsinə nail olmuş, verdiyi vədi yerinə yetirməyərək həmin pul vəsaitini şəxsi ehtiyacları üçün xərcləyərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən vahid niyyətlə ümumilikdə 1650 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsi ilə yanaşı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs banka olan 1650 manat məbləğində kreditini bağlayacağını bildirərək Zərərçəkmiş şəxs ümumilikdə 1650 manat pul almışdır. Hal-hazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödəmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur və onu bağışlamışdır. Ona görə də onu cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində və ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs banka olan 1650 manat məbləğində kreditini bağlayacağını bildirib ondan ümumilikdə 1650 manat pul almışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmiş, bu işlə əlaqədar ondan üzr istəyərək onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və onu bağışlayaraq bu barədə olan şikayətindən imtina edir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 avqust 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 09 oktyabr 2025-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmu. 1650 manat ziyan tam olaraq ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ərizə və ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci məddəsində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə və ifadələri ilə müəyyən olunmuşdur ki, zərər çəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmiş və zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Belə olan halda məhkəmə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərər çəkmiş şəxsin şikayətinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün və zərər çəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatı üçün hər iş saatına görə 11 manat hesab edilməklə 110 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı göstərilmiş 10 (on) saat iş saatı müddətində hüquqi yardım üçün hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 110 (bir yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi verilməsi üçün Ağcabədi rayon Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-92/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-92/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver