Məhkəmə qərarları › İş №1(017)-93/2023

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-93/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-93/2023 08.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Ağcabədi rayon Cəfərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayon Cəfərbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsiinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən “Xidməti və mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli 422-İQ saylı Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrində xidməti və mülki silahın əldə edilməsi üçün nəzərdə tutulmuş qanuni əsaslar olmadan, yəni qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş, nömrəsi silinmiş, 5,45 mm kalibirli, “AK-74” modelli olmaqla avtomatik rejimli döyüş silahı hesab edilən texniki cəhətdən saz və atəş üçün yararlı olan bir ədəd “Kalaşnikov” avtomatını, həmin odlu silahın komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış texniki cəhətdən saz və istifadə üçün yararlı olan bir ədəd darağı və döyüş sursatı hesab edilən 10 ədəd 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” avtomatlarından atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan patronları vahid niyyətlə qəsdən qanunsuz olaraq əldə edərək, 19 mart 2023-cü il tarixədək idarə etdiyi özünə məxsus Vaz-2105 markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində qəsdən və qanunsuz olaraq vahid niyyətlə daşımış, gəzdirmiş və saxlamış, 19 mart 2023-cü il tarixdə saat 19:20 radələrində Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində H.Əliyev adına parkın qarşısında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Ağcabədi rayon polis şöbəsinin duracağına gətirilib həmin tarixdə saat 19:25-dən başlayaraq idarə etdiyi avtomobilə baxış keçirilən zaman həmin odlu silah, onun komplekt hissəsi və döyüş sursatları ona məxsus avtomobilin arxa yük yerindən bir ədəd sintetik kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailə üzvlərilə birlikdə ünvan 1 ünvanda yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 19 mart 2023-cü il tarixdə günorta saatlarında o tək özünə məxsus Vaz-2105 markalı avtomobillə Ağcabədi rayon Cəfərbəyli kəndi ərazisində yerləşən kanalların birinə balıq tutmağa getmişdir. O, kanalın kənarında qamışlıqdan qarmaq sallamağa yer axtaran zaman bir ədəd kisə olduğunu görmüş, kisəni açıb baxdıqda içərisində bir ədəd Kalaşnikov markalı avtomat, üzərində bir ədəd sandıqça və 10 ədəd patron olduğunu görmüşdür. O, həmin silah sursat olan kisəni götürüb idarə etdiyi avtomobilin yük yerinə qoymuş ki, aparıb polis şöbəsinə təhvil versin. Bir neçə saat orada balıq tutmuş, sonra oradan çıxıb Ağcabədi şəhəri polis şöbəsi istiqamətinə gələn zaman H.Əliyev adına parkın qarşısında onu polis əməkdaşları saxlatmış və rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsinin duracağında onun iştirakı ilə avtomobilinə baxış keçirilmiş və baxış zamanı avtomobilin yük yerində saxladığı avtomat, sandıqça və patronları aşkar edib götürmüşlər. Sonra inzibati binada ona vəkil Müdafiəçi təyin olunmuş, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı qanuna zidd başqa heç bir əşya aşkar olunmamışdır. Həmin avtomat və sursatları xx.xx.2023-cü il tarixdə balıq tutmağa gedən zaman tapıb avtomobilində saxlamış, həmin silahdan istifadə etməmiş və ailə üzvlərinində silahdan məlumatlarının olmadığını göstərmişdir. O, birinci Qarabağ müharibə veteranı olmasını, törətdiyi əməldən çox peşman olduğunu və əvvəllər heç bir cinayət törətmədiyini bildirib, ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis leytenantıdır. 19 mart 2023-cü il tarixdə Ağcabədi rayon Cəfərbəyli kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2105 markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobildə qanunsuz olaraq odlu silah və sursat saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra ondan, PPXB-nün polis nəfəri Şahid3, Şahid2, YPXnin inspektoru polis serjantı Şahid4 və TB-nin təhqiqatçısı polis baş leytenantı X1 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Sonra Təqsirləndirilən şəxs həmin gün, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində tərəflərindən saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə RPŞ-nə gətirilmişdir. Ağcabədi RPŞ-nin həyətində Təqsirləndirilən şəxs avtomobildə hər hansı bir silah-sursat və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilin yük yerində avtomat silahı vardır cavabını vermişdir. Füzuli avtomobilin açarlarını ona təqdim etmiş və ərizə yazaraq avtomobilinə baxış keçirilməsinə etirazı olmadığını göstərmişdir. Həmin Vaz-2105 markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri açılmış, orada bir ədəd sintetik kisədə 1 ədəd kalaşnikov avtomat, bir ədəd daraq və 10 ədəd patron aşkar olunmuşdur. Həmin silah-sursat təhlükəsizlik tədbirlərinə riayət etməklə yoxlanılmış, avtomat təhlükəsiz vəziyyətə gətirilmiş, silahın buraxılış ili, seriya nömrəsi silinmiş olduğunu göstərmişdir. Aşkar olunmuş silah sursat qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış davam etmiş, avtomobildə digər qanuna zidd əşya aşkar olunmamışdır. Həmin gün RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə onun özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun hüquqlarını müdafiə etməsi məqsədilə vəkil təyin edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs vəkili Müdafiəçi iştirakı ilə hüquq və vəzifələri izah edilmiş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı heç bir qanuna zidd əşya aşkar olunmamışdır. Tərəflərindən keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs silah sursatı haradan, kimdən əldə etməsi barədə məlumat olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3, Şahid2 və Şahid4 da oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 19 mart 2023-cü il tarixli baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Vaz-2105 markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa yük yerindən bir ədəd sintetik torbanın içərisində bir ədəd qundaqlı üzərində sandıqçası olan nömrəsi silinmiş SSSR-i istehsalı olan AK-74 markalı odlu silah aşkar edilmişdir. AK-74 markalı silahın içərisində patronları ilə doldurulmuş sandıqça içərisində 10 ədəd AK-74 markalı silaha aid patronlar olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protkoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərindən heçbir qanunsuz əşya və ya predmet, odlu silah və döyüş sursatı aşkar edilməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd №-si silinmiş, zavod üsulu ilə keçmiş SSSRİ-də istehsal olunmuş 5,45 mm kalibirli Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat silahı, 1 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 5,45x39 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış daraq və 10 ədəd ekspertizadan sonra qalıq qalan 05 ədəd 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı (patronu)ları 31 mart 2023-cü il tarixli qərarla maddi sübut hesab edilmişdir. İş materiallarında olan 19 mart 2023-cü il tarixdə cinayət işi üzrə məhkəmə-balistik ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 20 mart 2023-cü il tarixli 23/230R nömrəli məktubuna əsasən tədqiqata təqdim edilmiş №si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSSR dövlətində silah zavodunda istehsal olunmuş, Ak-74 modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir, darağıdır, texniki cəhətədən sazdır və istifadəyə yararlıdır. Tədqiqata təqdim olunmuş 10 ədəd patronlar zavod üsulu ilə keçmiş SSSR dövlətində istehsal olunmuş 5,45x39 kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Təqdim edilmiş 10 ədəd 5,45x39 mm kalibirli patronlardan 05 ədədi eksperimental atışlar zamanı istifadə olundu. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-4176/2023 saylı məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli №-si silinmiş AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarında olan Ağcabəid rayon İHB-nın Cəfərbəyli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olnur. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağcabədi rayon poliklinikasının xx.xx.2023-cü il tarixli, 464 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetlərdə dispanser qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş AR Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissyanın katibi Elbrus Mehdixanov tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 4/3-4657 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Müharibə veteranı” adı verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-ci il tarixdə Ağcabədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış və araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 27 may 2005-ci il tarixli, 02 saylı qərarının 9-cu bəndində göstərilir ki, CM-nin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, tapdığı silahı polisə təhvil vermək məqsədində olmasını, onun törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını, Qarabağ müharibəsi veteranı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini və onun cəmiyyətdən tam təcrid olunmaqla islah olunması mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi AR CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi RPŞ-nin maddi subutların saxlanılma otağında saxlanılan №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSSRİ dövlətində silah zavodunda istehsal olunmuş, Ak-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan bir ədəd daraq, ekspertiza tədqiqatından sonrakı qalıq qalan 5 ədəd 5,45x39 mm kalibrili patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin silah anbarına təhvil verilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 1(bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 19 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Ağcabədi RPŞ-nin maddi subutların saxlanılma otağında saxlanılan №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSSRİ dövlətində silah zavodunda istehsal olunmuş, Ak-74 modelli, Kalaşnikov konstruksiyalı avtomat, həmin avtomatın komplekt hissəsi olan bir ədəd daraq, ekspertiza tədqiqatından sonrakı qalıq qalan 5 ədəd 5,45x39 mm kalibrili patron Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin silah anbarına təhvil verilsin. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətə Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar