Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-95/2023 08.05.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Xüsusi ittihamçı X3, Müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10 və X4 iştirakı ilə X10 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X10 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuluyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalarını xahiş etmişdir. Xüsusi ittihamçı qismində məhkəmədə ifadə verən X8 şikayətini müdafiə edərək göstərdi ki, Avşar bələdiyyəsinin sədri vəzifəsində işləyir və X10 bələdiyyə mülkiyyətində olan torpağı zəbt etdiyi üçün məhkəmədə iddia qaldırmışdır. X10 və X9 bir ailənin üzvi olmaqla onun barəsində ayrı-ayrı Dövlət orqanlarına böhtan və təhir xarakterli, həqiqətə uyğun olmayan məlumatları əks etdirən şikayət ərizələri yazırlar. Belə ki, həmin şəxslər onun barəsində yazdıqları şikayətlərdə güya bələdiyyə mülkiyyətində olan yolun açılması üçün o, həmin şəxslərdən 3000 manat rüşvət istəmişdir. Həmçinin həmin şəxslər bu məlumatları kütləvi informasiya vasitələrində də yaymışlar. Həmin şikayətlər əsasında rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Bununla da X10 və X9 ona böhtan atmış, onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq X10 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində ittiham hökmünün çıxarılmasını və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalarını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X10 məhkəmədə ifadə verərək göstərdi ki, Ağcabədi rayonunun Avşar kəndində yerləşən 0,25 hektar torpaq sahəsindən uzun illərdir ki, istifadə edir. Lakin, qonşu torpaq sahəsinin istifadəçisi onun istifadəsində olan torpaq sahəsinə gediş-gəliş yolunu bağlamışdır. X8 bələdiyyə sədri kimi həmin yolun açılmasında və torpaq sahəsinin onun adına rəsmiləşdirməsində ona köməklik etmədiyi üçün o, dövlət orqanlarına müraciət etmişdir. Lakin, X5 ağır və xüsusilə ağır cinayət hesab edilən cinayət əməllərini törətməkdə ittiham etməmiş, onun şərəf və ləyaqətini, o cümlədən işgüzar şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yaymamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 məhkəmədə ifadə verərək göstərdi ki, Ağcabədi rayonunun Avşar kəndində yerləşən 0,25 hektar torpaq sahəsindən uzun illərdir ki, atası istifadə edir. Lakin, qonşu torpaq sahəsinin istifadəçisi həmin torpaq sahəsinə gediş-gəliş yolunu bağlamışdır. X8 da bələdiyyə sədri kimi həmin yolun açılmasında və torpaq sahəsinin atasının adına rəsmiləşdirməsində köməklik etmədiyi üçün o, da dövlət orqanlarına müraciət etmişdir. Lakin, X5 ağır və xüsusilə ağır cinayət hesab edilən cinayət əməllərini törətməkdə ittiham etməmiş, onun şərəf və ləyaqətini, o cümlədən işgüzar şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlar yaymamışdır. Məhkəmə təqdim olunmuş sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, X10 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293.3.1, 293.3.2 və 293.3.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittiham qaydasında verilmiş əməldə cinayət əlamətləri olmadığından həmin Məcəllənin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi, cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı, yaşayış yeri), hansı sübutlarla təsdiq edildiyi, şikayətin verildiyi tarix göstərilməmişdir. Xüsusi ittihamçı X8 şikayətinə əlavə etmiş olduğu DVD diskdə olan videonun məhz hansı kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasında böhtana görə məsuliyyət yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı hallarda yaranır. Həmin Məcəllənin 147.2-ci maddəsinin dispozisiyasına görə məsuliyyət ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atıldıqda yaranır. Həmin Məcəllənin 148-ci maddəsinin dispozisiyasına görə məsuliyyət kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdıqda yaranır. Xüsusi ittihamçı X1 Fazil Şəmil oğlu və X4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində göstərilən əlamətlərin olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X10 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: X10 və X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №1(017)-95/2023
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-95/2023
08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver