Məhkəmə qərarları › İş №1(017)-95/2024

Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-95/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-95/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İş № 1(017)-95/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 10 sentyabr 2024-cü il Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxılır. İclas saat 12:00-da açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açaraq baxılacaq işi elan edir. Sədrlik edən məruzə üçün iclas katibinə söz verir. İclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 gəlmişlər. Sədrlik edən tərəflərin şəxsiyyətini müəyyən edir. XÜSUSİ İTTİHAMÇİNİN NÜMAYƏNDƏSİ: Nümayəndə – xx xxxxxx 1982-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, Ağcabədi rayon Vəkil Bürosunun vəkili, Ağcabədi şəhəri E.İsmayılov küçəsi ev 33-də yaşayır. BARƏSİNDƏ XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERİLMİŞ ŞƏXS: X2 – 05 sentyabr 1981-ci il tarixdə Ağcabədi rayonu Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olur, Ağcabədi rayonu Qaravəlli kəndində yaşayır. Sədrlik edən hakimə habelə məhkəmə iclas katibinə cinayət prosesi iştirakçılarının etiraz etmək hüquqlarını və Azərbaycan Respublikası CPM-nin 109 və 116-cı maddələrində nəzərdə tutulmuş əsasları izah edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 – işə hakim Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsində obyektiv baxılacağına şübhə edirəm. Bu səbəbdən də işə sizin sədrliyinizlə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirəm. Xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə – barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsi əsassızdır və etirazın təmin edilməməsini xahiş edirəm. Məhkəmə tərəflərin fikirlərini dinləyib, yerində qısa müşavirə edərək q ə r a r a a l ı r: İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 tərəfindən hakim Sulduz Ləzimov və ümumilikdə Ağcabədi Rayon Məhkəməsinə edilmiş etiraz işlə birlikdə baxılıb müvafiq qərar qəbul olunması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən məhkəmə iclasını saat 11:40-da bağlı elan edir. Məhkəmə iclasının protokolu 03 sentyabr 2024-cü il tarixdə tərtib edildi və imzalandı. Sədrlik edən: İclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar