Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-97/2023 09.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X1 üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X1 Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs - (xx.xx.1963-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, müharibə veteranı, Ağcabədi şəhəri, Qarabağ küçəsi ev 9-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan reyestr nömrəsi **********47 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Ağcabədi rayon sakini Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində yerləşən 5,121 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2022-ci ilin oktyabr ayında tam şəkildə özbaşına tutaraq buğda bitkisi əkib özbaşına becərmə işləri aparmaqla torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququnu pozma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ağcabədi şəhərində yaşayır. Ağcabədi rayonu X12 ərazisində 20 ildən çoxdur ki, əkinçiliklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxs onun qohumudur. Aqrar islahat vaxtı yəni, 1998-ci il tarixdə dövlət tərəfindən ona da pay torpağı ayrılıb verilmişdir. 1998-ci ildə Zərərçəkmiş şəxs və onun ailəsinə də 5 hektar torpaq sahəsi pay şəklində verilmişdir. Onların torpaq sahələri qonşu ərazilərdə yerləşir. Həmin tarixdən bir neçə il öncə Teyyuba 30 min ABŞ dolları borca pul vermişdir. Həmin verdiyi borc pulun qarşılığında Teyyub onu şərik edəcəkdi. Lakin bir neçə il sonra Teyyubun verdiyi vədə əməl etmədiyi məlum olmuşdur. Teyyuba verdiyi pulu tələb etdikdə ailələri arasında mübahisələr olmuşdur. Onun atası ilə Teyyubun anası şifahi formada razılığa gəlmişlər ki, Teyyubun 5 hektar 12 sot torpaq sahəsi ona qalsın və bu borc məsələsi bitsin. Həmin tarixdən bu yana təxminən 24 il ərzində ara vermədən həmin torpaq sahəsini əkib becərmişdir. Teyyubun həmin torpaq sahəsinin harada olmasından belə xəbəri olmamışdır. Teyyub başqa işlərlə məşğul olmuş və əsasən Rusiya Federasiyasında olmuşdur. Bir il bundan öncə Teyyub onun barəsində məhkəməyə iddia verərək həmin torpaq sahəsini tələb etmişdir və Ağcabədi Rayon Məhkəməsinin qətnaməsi ilə həmin torpaq sahəsindən çıxarılmağı tələb edilmişdir. Həmin vaxtı torpaq sahəsində pambıq bitkisi əkmişdir. Məhkəmə zamanı onlara deyilmişdir ki, “gedin aranızda razılaşın”. Həmin torpaq sahəsindən çıxmamışdır. Yenidən əkib becərməyə davam etmişdir. Hazırda həmin 5 hektar 12 sot torpaq sahəsində əkdiyi buğdanı biçib götürmüşdür. Torpaq sahəsi boşdur, üzərində ona aid hər hansı bir tikili və əkin yoxdur. Torpaq sahəsindən çıxmışdır. Hazırda törətdiyi əmələ görə peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində ona məxsus 5,12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona və ailə üzvlərinə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli qərarına əsasən verilmişdir. Bir müddət Rusiya Federasiyasında yaşadığı üçün həmin torpaq sahəsindən istifadə etməmişdir. Ağcabədiyə ildə bir neçə dəfə gəlib getmişdir. Bu səbəbdən həmin torpaq sahəsini şifahi olaraq qohumu olan Təqsirləndirilən şəxs əkib becərməsi üçün müvəqqəti vermişdir. Ədalət təxminən 10 il bundan öncə məhkum olunduğu üçün həmin torpaq sahəsini Ədalətin ailəsi əkib becərmişdir. Hörmət edib Ədalətin ailəsindən torpağı tələb etməmişdir. Lakin Ədalət azadlığa çıxdıqdan sonra Ədalətlə görüşmüş, söhbət edərkən Ədalət ona təklif etmişdir ki, həmin torpaq sahəsini notarial qaydada ona pay versin. Bu sözdən sonra Ədalətdən torpağını daha əkib becərməməsini və ona qaytarmasını tələb etmişdir. Ədalət ona cavabında demişdir ki, “nə torpaq, o torpaq mənimdir. Sənin torpaq yadına da düşmürdü”. Aralarında olan uzun müddətli mübahisələrdən sonra Ədalətə qarşı “torpaq sahəsindən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Həmin qətnamə üzrə icra məmurunun və onların iştirakı ilə torpaq sahəsinə baxış keçirdikləri zaman məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsində pambıq əkmişdir. Ədalətin məhsulunu götürəcəyi vaxta qədər həmin qətnamə üzrə torpağını tələb etməmişdir ki, Ədalət rahat məhsulunu götürsün. Lakin pambıq yığıldıqdan sonra Ədalət onunla torpaq sahəsi üstündə dava etmiş və qaytarmamışdır. Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsinə heç bir mülkiyyət, istifadə və icarə hüququ yoxdur. Torpaqdan çıxmaq əvəzinə 2022-ci ilin oktyabr ayında Ədalət ona məxsus olan torpaq sahəsində buğda bitkisi əkmiş, buğdanı biçib götürmüş, hazırda Ədalət torpaq sahəsindən çıxmışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərdi ki, Ağcabədi şəhər bələdiyyəsində vergi müfəttişi vəzifəsində çalışır. Ağcabədi şəhər sakini, Zərərçəkmiş şəxs tanıyır. 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsindən məsul şəxslərin və Ağcabədi RPŞ-in müstəntiqinin iştirakı ilə onlar Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus torpaq sahəsinə baxış keçirmək üçün getmişlər. Onlar həmin əraziyə gəlib çıxdıqda görmüşlər ki, Zərərçəkmiş şəxs məxsus olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla buğda bitkisi əkilməklə becərilir. Həmin torpaq sahəsinə buğda bitkisini Təqsirləndirilən şəxs əkmişdir. 6 saylı DƏDRX-in idarəsinin işçiləri tərəfindən Zərərçəkmiş şəxs məxsus olan reyestr nömrəsi ********** olan torpaq sahəsinin dönmə nöqtələri və koordinatları dəqiqləşdirilmiş və bütün iştirakçılara göstərilmişdir. Torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən buğda bitkisi əkilməklə becərilməsi aşkar olmuşdur. Baxış zamanı akt tərtib olunmuş və müvafiq foto şəkillər çəkilmişdir. Onlar tərtib olunmuş akta imzalarını çəkib baxışın doğruluğunu və aktın düzgünlüyünü təsdiq etmişlər. Zərərçəkmiş şəxs məxsus olan Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində yerləşən torpaq sahəsi digər qonşu sahənin sahibi Təqsirləndirilən şəxs tərəfindən buğda bitkisi əkilməklə qanunsuz olaraq zəbt olunmuşdur. Onlar baxış keçirən zaman həmin torpaq sahəsində bir neçə ay öncə buğda bitkisi əkilməsini və buğda bitkisinin cücərək artıq 20-30 sm hündürlükdə olmasını müəyyən etmişlər. İş materiallarında olan JN289 kod 60801018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktın sürətindən görünür ki, Zərərçəkmiş şəxs, X11, X9, X2, X3 və X5 Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 aprel tarixli 05 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 5,12 ha kənd təsərrüfatı məhsullarını istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, hüquqi rəsmiləşdirilən şəxs Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində Ağcabədi rayonu, X12u ərazisində kənd təsərrüfatı təyinatlı 5,121 ha torpaq sahəsi vardır. Daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışıdr. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17i 6 saylı Beyləqan ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2- 2010/2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus 5,12 ha torpaq sahəsinin ölçülərək göstərilməsi barədə 18 yanvar 2023-cü il tarixli ********* saylı müraciət 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Müraciətə cavab olaraq bildiririk ki, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş, baxış zamanı müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılaraq RN **********47 saylı çıxarışda göstərilən 5,12 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək Zərərçəkmiş şəxs göstərilmişdir. Lakin həmin ərazinin bir hissəsi başqa mülkiyyətçi tərəfindən istifadə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixi baxış keçirilməsi haqqında protokoldan görünür ki, Ağcabədi rayon Nəcəfqulubəyli kəndində yerləşən Ağcabədi şəhər sakini Zərərçəkmiş şəxs məxsus 5,12 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Təqsirləndirilən şəxs Cəfər oğlu öz başına şumlama işləri aparaq buğda bitkisi əkməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 10/2779 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********47 olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla şəhər sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan 5,121 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri hüquqmüəyyənedici sənədlərə uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestr Xidməti, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla vətəndaş Zərərçəkmiş şəxs mülkiyyətinə ayrılmış, sahəsi 5,121 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütünlüklə digər mülkiyyətçi tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 10/2779 nömrəli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 Ağcabədi rayon X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli 393 nömrəli məktubdan görünür ki, Əliyev X6 rayon X4 X7 şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından və M/V 078893 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranıdır. Məhkəmə, iş üzrə şahid ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını inandırıcı, məntiqli olduğu, ziddiyyət təşkil etmədiyi, əksinə, bir-biri ilə uyğun şəkildə işin hallarını təsdiq etdiyi üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir. Məhkəmə, həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi bu Məcəllənin 188.1ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma) və 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59 və 61-ci maddələrinin tələblərini, o cümlədən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə törətdiyi əməlini səmimi etiraf edib peşman olmasını, müharibə veteranı olmasını, yaşadığı ərazidə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməlini səmimi etiraf edib peşman olmasını, müharibə veteranı olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması, yaşadığı ərazidə müsbət xarakterizə olunması kimi şəxsiyyətini xarakterizə edən halları, humanizm və ədalət prinsiplərini, habelə onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olunması zərurətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli onun Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırması cəzası təyin edilsin; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli - Təqsirləndirilən şəxs Ağcabədi rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası - Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №1(017)-97/2023
Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-97/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver