Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-97/2024 14.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ İş № 1(017)-97/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 14 noyabr 2024-cü il Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmə hazırlıq iclasında baxılır. İclas saat 15:00-da açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açaraq baxılacaq işi elan edir. Sədrlik edən məruzə üçün iclas katibinə söz verir. İclas katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 gəlmiş, xüsusi ittihamçı X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 isə gəlməmişlər. Sədrlik edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin şəxsiyyətini müəyyən edir. BARƏSİNDƏ XÜSUSİ İTTİHAM QAYDASİNDA ŞİKAYƏT VERİLMİŞ ŞƏXS: X4 – xx.xx.1974-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olur, Ağcabədi şəhəri, H.Əliyev prospekti 371-də yaşayır. Sədrlik edən hakimə habelə məhkəmə iclas katibinə cinayət prosesi iştirakçılarının etiraz etmək hüquqlarını və Azərbaycan Respublikası CPM-nin 109 və 116-cı maddələrində nəzərdə tutulmuş əsasları izah edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 – işə hakim Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsində obyektiv baxılacağına şübhə edirəm. Bu səbəbdən də işə sizin sədrliyinizlə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz edirəm. Sədrlik edən bildirir ki, digər barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək, işə hakim Sulduz Ləzimov tərəfindən və ümumilikdə Ağcabədi rayon Məhkəməsində obyektiv baxılacağına şübhə etdiyini bildirmişdir. Bu səbəbdən də işə Sulduz Ləzimovun sədrliyi ilə və ümumiyyətlə Ağcabədi rayon Məhkəməsində baxılmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyib, yerində qısa müşavirə edərək q ə r a r a a l ı r: İş üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X4 və X5 tərəfindən hakim Sulduz Ləzimovə və ümumilikdə Ağcabədi Rayon Məhkəməsinə edilmiş etiraz işlə birlikdə baxılıb müvafiq qərar qəbul olunması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən məhkəmə iclasını saat 15:10-da bağlı elan edir. Məhkəmə iclasının protokolu 14 noyabr 2024-cü il tarixdə tərtib edildi və imzalandı. Sədrlik edən: İclas katibi:
Məhkəmə qərarları › İş №1(017)-97/2024
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-97/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver