Məhkəmə qərarları › İş №1(017)-99/2024

Ağcabədi Rayon Məhkəməsi Hökm — İş №1(017)-99/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağcabədi rayonu İş № 1(017)-99/2024 24.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabədi rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasının 09 ay 17 gün müddətini çəkib qurtarmamışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 17 gün hissəsi bir günə bir gün hesabı ilə hesablanaraq qismən birləşdirilməklə qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza çəkmə müddəti başa çatmış, üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu isə ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs o, Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən xeyli miqdarda, yəni ayrı-ayrılıqda bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 7.31 qram və bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0.25 qram olmaqla ümumi təmiz çəkisi 7.56 qram narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində qəzet kağızına bükülmüş halda daşıyaraq saxlamış, 14 mart 2024-cü il tarixdə Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhər H.Aslanov küçəsi ərazisində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq saat 16:00 radələrində Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 39 ünvanında yerləşən Ağcabədi rayon Polis şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 17:00-dən başlayaraq üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən qəsdən satış məqsədi olmadan istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq xeyli miqdarda əldə edib daşıyaraq saxladığı qəzet kağızının içərisində ayrı-ayrılıqda bir ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 7.31 qram və bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0.25 qram qram olmaqla ümumi təmiz çəkisi 7.56 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, o, Ağcabədi şəhər H.Aslanov küçəsi ev 73 ünvanında ailə üzvlərilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 20 ildir ki, narkotik vasitə olan qurudulmuş maruxiana istifadə edir. O, X11 10 ildir ki, tanıyır, qohumluq əlaqələri yoxdur, əvvəllər aralarında münaqişə və ədavət olmamışdır. O, 13 mart 2024-cü il tarixdə günün ikinci yarısında yaşadığı Ağcabədi şəhər H.Aslanov küçəsi ərazisində avtomobili saxlamış və avtomobildən enərək avtomobilə söykənib dayanan zaman avtomobilin kənarında bir ədəd adi ağ kağız büküm görmüşdür. O, ayağı ilə həmin bükümə toxunan zaman bükümün içərisində nəsə olduğunu hiss etmiş, Həmin bükümü əlinə götürüb içərisini açan zaman bir ədəd qazet kağızına bükülmüş büküm olduğunu müəyyən etmişdir. O, həmin bükümü açan zaman içərisində bir ədəd şəffaf rəngli polietilen büküm və 01 ədəd də siqaretin qızılı rəngli kağız bükümünün olduğunu müəyyən etmiş, həmin bükümləri açan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyi üçün həmin narkotik vasitələri istifadə etmək üçün üzərində saxlamışdır. 14 mart 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Ağcabədi şəhər H.Aslanov küçəsi ərazisində yerləşən evinin yaxınlığında olmuş və həmin tapdığı bükümlər üzərində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibində olmuşdur. Bir neçə dəqiqə sonra bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ona saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib Ağcabədi rayon polis şöbəsinə gətirmiş, polis şöbəsində onun xahişi ilə seçdiyi müdafiəçi X4 oğlunun iştirakı ilə, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş və o əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan qazet kağızı bükümünün içərisindəki 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünü və 01 ədəd siqaretin qızılı rəngli bükümünü təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərə baxış keçirmiş və həmin iki ədəd büküm onun və vəkilinin iştirakı ilə elektron tərəzidə çəkilən zaman şəffaf rəngli polietilen bükümün içərisindəki yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuana şəffaf rəngli polietilen bükümlə birlikdə 7.50 qram, siqaretin qızılı rəngli kağızında olan narkotik vasitə qurudulmuş marixuana isə aşkar olunduğu qaydada çəkisi 0.42 qram olmuşdur. Bundan sonra aşkar edilmiş bükümlərin içərisində qurudulmuş marixuana olan kütlələr aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri yazılmış, möhürlənmiş və o da imza etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən başqa heç bir qanunsuz əşya narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O ifadəsinə əlavə olaraq X12 narkotik vasitə satmadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və əvvəllər bir dəfə Elvin Mamedov ilə birlikdə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etsə də, heç vaxt Elvin Mamedova narkotik vasitə satmadığını bildirmişdir. Hazırda törətdiyi əmələ görə peşman olmasını bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadə verərək göstərdi ki, 14 mart 2024-cü il tarixdə Ağcabədi şəhər H.Aslanov küçəsi ev 73 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğu üçün Təqsirləndirilən şəxs cinayətkar əməlini ifşa etmək məqsədi ilə Ağcabədi RPŞ-nin baş əməliyyat müvəkkili X16 tərəfindən 14 mart 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmış və qrupun tərkibinə məndə daxil edildikdən sonra şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəisi tərəfindən qərar təsdiq edildikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli olan Təqsirləndirilən şəxs yerini müəyyən etmişlər və və Babayev X5 şəhər H.Aslanov küçəsi ərazisində yerləşən evinin yaxınlığında ona yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edərək, Təqsirləndirilən şəxs saat 16:00 dəqiqədə Ağcabədi rayon Polis Şöbəsinə gətirmişdirlər. Ağcabədi RPŞ-nin inzibati binasında otaqların birində, Təqsirləndirilən şəxs hüquqları izah edilməklə özünün dövlət hesabına müdafiəçi ilə təmin edilməsi xahişinə əsasən Ağcabədi rayon Vəkil Bürosunun vəkili X1 Babayevin hüquqlarını müdafiə etməsi məqsədilə Təqsirləndirilən şəxs seçimi əsasında baş təhqiqatçı Şahid1 tərəfindən təyin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o isə üzərində şəxsi axtarış aparılmasına və şəxsi axtarışın video çəkiliş vasitəsi ilə keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qəzet kağızına bükülmüş bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində bir ədəd şəffaf rəngli pelietilen büküm və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm olması müəyyən edilmiş və hər iki bükümün içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şəffaf rəngli polietilen büküm elektron tərəzidə çəkilən zaman aşkar olunduğu qaydada çəkisi 7.50 qram, siqaretin qızılı rəngli kağızına bükülmüş büküm isə 0.42 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş hər iki büküm qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı Şahid1 ifadə verərək göstərdi ki, 14 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Ağcabədi şəhər H.Aslanov küçəsi ərazisində yerləşən evinin yaxınlığında saxlanılaraq Ağcabədi rayon Polis Şöbəsinə gətirilmişdir. Burada xidməti otaqların birində Təqsirləndirilən şəxs öz ərizəsi ilə ilə seçdiyi müdafiəçi X4 iştirakı Təqsirləndirilən şəxs in üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışı o, həyata keçirirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qəzet kağızına bükülmüş bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində bir ədəd şəffaf rəngli pelietilen büküm və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm olması müəyyən edilmiş və hər iki bükümün içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şəffaf rəngli polietilen büküm elektron tərəzidə çəkilən zaman aşkar olunduğu qaydada çəkisi 7.50 qram, siqaretin qızılı rəngli kağızına bükülmüş büküm isə 0.42 qram təşkil etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş hər iki büküm qablaşdırılmış və üzəri Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 mart 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi barədə tərtib edilmiş protokoldan görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qəzet kağızına bükülmüş bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində bir ədəd şəffaf rəngli pelietilen büküm və bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş büküm olması müəyyən edilmiş və hər iki bükümün içərisinə baxış keçirilən zaman içərisində yaşıl rəngli, spesfik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Şəffaf rəngli polietilen büküm elektron tərəzidə çəkilən zaman aşkar olunduğu qaydada çəkisi 7.50 qram, siqaretin qızılı rəngli kağızına bükülmüş büküm isə 0.42 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə şəxsi axtarış keçirilən zaman üzərindən qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanıTəqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olan iki ədəd büküm aşkar olunduğu qaydada qablaşdırılaraq üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 15 mart 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, yaranmış istintaq zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs ilə şahid X17 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı şahid X17 Təqsirləndirilən şəxs narkotik vasitə almadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni 14 mart 2024-cü il tarixdə günün birinci yarısında yaşadığı Ağcabədi şəhər E.İsmayılov küçəsi ərazisində piyada hərəkətdə olan zaman yerdən tapdığını, məsuliyyətdən yaxa qurtarmaq üçün ilkin izahatında və şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs aldığını bildirsə də, əsl həqiqətdə Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitə almadığını bildirmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 22 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, X8 barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati iş haqqında icraat başlanması üçün qərarın surəti Ağcabədi RPŞ-nin İTB-nə göndərilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni haradan əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, eləcə də digər halları müəyyən etmək məqsədilə verilmiş 18 mart 2024-cü il tarixli əməliyyat tapşırığına 26 mart 2024-cü il tarixli cavabda göstərilmişdir ki, 14 mart 2024-cü il tarixdə Babayev X5 şəhər H.Aslanov küçəsi ərazisində yerləşən evinin yaxınlığında saxlanılaraq Ağcabədi RPŞ-yə gətirilmiş, burada onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən təmiz çəkisi 7,56 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması tərəfimizdən müəyyən edilsə də, onun narkotik vasitələri kimdən əldə etməsini, narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, daşıması və gəzdirməsindən ailə üzvlərinin məlumatı olmamışdır. X8 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs alması öz təsdiqini tapmamış, həmin kütləni 14 mart 2024-cü il tarixdə günün birinci yarısında Ağcabədi şəhər E.İsmayılov küçəsi ərazisində piyada hərəkətdə olan zaman yerdən tapması müəyyən edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2024-cü il tarixdə onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinə həvalə edilmiş, həmin bölmənin 15 mart 2024-cü il tarixli, 18/294 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0.25 qram, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,31 qram, ümumi təmiz çəkisi 7.56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Aşkar edilmiş qurudulmuş marixuananın təmiz çəkisi -7,56 qram, tədiqata sərf edildi - 0,04 qram, qalıq -7,52 qram. İşdə olan və məhkəmə istintaqında elan edilmiş X7 11 may 2024-cü il tarixli, 814 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionid suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya(narkotik vasitələrin aclığı)əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İşdə olan və məhkəmə istintaqında elan edilmiş “Ağcabədi Rayon Mərkəzi X15 Şəxs” in verdiyi xx.xx.2024-cü il tarixli, 18-1-23/2-629/2024 saylı arayışından görünür ki, Babayev X5 RMX-nın Poliklinika Şöbəsində ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda dayanmır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi rayon məhkəməsinin 18 mart 2024-cü il tarixli 5(017)-81/2024 saylı qərarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Ağcabədi rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili polis baş leytenantı X9 14 mart 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilmişdir. İşdə olan və məhkəmə istintaqında elan edilmiş Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Ağcabədi rayon Polis Şöbəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi -7,52 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 14 mart 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə. Gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası AliMəhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.) təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan və məhkəmə istintaqında elan edilmiş DİN-nin BƏSİİ tərəfindən alınan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu vardır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, cəzasının 09 ay 17 gün müddətini çəkib qurtarmamışdır. Ağcabədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 ay 17 gün hissəsi bir günə bir gün hesabı ilə hesablanaraq qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 04 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza çəkmə müddəti başa çatmış, üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu isə ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi yaranır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulduğu kimi cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid olunmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş son həddinin üçdə ikisindən az olmamaqla azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdən 16 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdr. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən, yəni 24 iyul 2024-cü il tarixdən hesab edilməlidir. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, maddi sübut kimi tanınaraq Ağcabədi rayon Polis şöbəsində saxlanılan ekspertizadan sonra qalıq qalan 7,52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE******************** keçirilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 18 iş saatı üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356.358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona iki il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdən 16 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş iki il iki ay müddətə azadlıqdan məhrum etmə cəzasından iki gün çıxılmaqla onun üzərində qəti cəza olaraq iki il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından dərhal həbsə alınsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 24 iyul 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəsətəxnası” Publik hüquqi şəxsin poliklinikasının narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi rayon Polis şöbəsində saxlanılan, tədqiqatdan sonra qalıq qalan 7,52 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49 manat 74 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - Az.MEM.VÖİN **********, X2 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ ********************, hesab Az 34 CTRE******************** keçirilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 18 iş saatı üçün 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) gündən 20 gün müddətə Ağcabədi rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar