Azərbaycan Respublikası adından QƏRAR Ağcabədi rayonu İş № 1(017)-99/2025 13.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Muradov Malik Maarif oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Ağayev Seyid - Əzim Nağı oğlunun, müdafiəçi Ağcabdi rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Qaravəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 12 iyul 2025-ci il tarixdə, saat 00:30 radələrində Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs oğuna məxsus kafedə Əbülfəz Abbasquliyevin 11 iyul 2025-ci il tarixdə günün ikinci yarısında onu təhqir etməsinin səbəbini aydınlaşdırmaq üstündə yaranmış münaqişə zamanı qəsdən Əbülfəz Abbasquliyevin sol qol nahiyyəsinə bir dəfə dəmir materialından hazırlanmış oturacaq stul ilə, həmçinin sifət və bədəninin müxtəlif nahiyyələrinə bir neçə yumruq zərbələri vurararaq soncunya sol saiddə olan kəsilmiş yara, alnında sıyrıq, sol qaş üzərində səthi əzilmiş yara, sol göz qapaqlarında qançır, burun tinində və sol yanaqda sıyrıqlar, sol bazu oynağında sıyrıq, sağ və sol dirsək oynaqlarının arxa səthində sıyrıqlar, sağ və sol baldırda sıyrıq xəsarətlləri ilə müşayiət edilən əllə və stulla xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Əbülfəz Abbasquliyevin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadə verərək göstərdi ki, hazırda Ağcabədi rayonu, Qaravəlli kəndində yaşayır, fərdi əməklə məşğuldur. O, Zərərçəkmiş şəxs tanıyır, qohumluq əlaqələri vardır, əvvəllər aralarında münaqişə və ya ədavət olmamışdır. O, 11 iyul 2025-ci il tarixdə günün ikinci yarısında işdən gəlmiş və həm yemək yemək, həm də pivə içkisi içmək üçün həmkəndlisi və qohumu Əbülfəzə məxsus Ağcabədi rayonu Qaravəlli kəndi ərazisində yerləşən kafeyə getmişdir. O, həmin kafedə tək əyləşmiş və sifarişlərini vermişdir. O, yemək yeyən zaman Əbülfəz sərxoş halda ona salam vermiş və o da Əbülfəzin salamını almışdır. Əbülfəz yanından getmiş və bir neçə dəqiqə sonra ona yaxınlaşaraq hesabı ödəməyə pulunun olub-olmadığını soruşmuşdur. O Əbülfəzə “indiki vaxtadək nə yemişəmsə pulunu vermişəm” sözlərini demiş, həm Əbülfəz, həm də özü sərxoş olduğu üçün həmin vaxt aralarında sözdə mübahisə yaransa da, mübahisə uzun çəkməmişdir. O, əsəbi olduğu üçün durub hesabını ödəyib getmiş, lakin Əbülfəz mübahisə zamanı onun ünvanına nalayiq ifadə işlətdiyi üçün Əbülfəzi təklikdə tapıb məsələni aydınlaşdırmağı qərara almışdır. O, kafedən çıxıb getmişdir. O, Əbülfəzin kafeni bağladığı saatı bildiyi üçün 12 iyul 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində yalnız şəkildə Əbülfəzin kafesinə getmiş, Əbülfəz stulda yalnız oturmuşdur. O, Əbülfəzə yaxınlaşıb salam vermiş və söhbət əsnasında Əbülfəzdən onu təhqir etməsinin səbəbini soruşmuşdur. Əbülfəz yenə də onu təhqir etməyə başladığı üçün əsəbləşmiş və ilk öncə Əbülfəzin oturduğu stulu əlinə alaraq Əbülfəzi vurmaq istəyən zaman Əbülfəz əlini qabağa verdiyi üçün stul Əbülfəzin qol nahiyyəsinə dəyib xəsarət yetirmişdir. Onlar dalaşmağa başlamış və o yumruqla Əbülfəzin sifət və bədəninin müxətlif nahiyyələrinə bir neçə zərbə endirmişdir. Onlar dalaşdıqdan sonra qardaşı Şahid qaçaraq onlara yaxınlaşmış, harayçılıq edərək onları sakitləşdirmişdir. Daha sonra Əbülfəz ondan şikayət edəcəyini deyib onu təhqir edə-edə avtomobilinə minib oradan uzaqlaşmış, o da qardaşı Şahid ilə evinə getmişdir. Hazırda o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və dəymiş zərəri tam ödəmişdir. Ona görə də onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, hazırda Ağcabədi rayonu, Qaravəlli kəndində yaşayır, fərdi biznes ilə məşğuldur. Onun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisində, avtomobil yolunun sol kənarında kafesi vardır. Həmin kafenin hər hansı bir fərqləndirici adı yoxdur. Həmin kafe restoran kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, qohumluq əlaqələri vardır, əvvəllər aralarında hər hansı bir münaqişə və ya ədavət olmamışdır. 11 iyul 2025-ci il tarixdə günün ikinci yarısında ona məxsus kafe gündəlik fəaliyyətində olmuş, Təqsirləndirilən şəxs günün ikinci yarısında mona məxsus kafeyə gəlib pivə içmişdir. Xaliq növbəti piyvələri sifariş edən zaman Xaliqdən hesabı ödəməyə pulunun olub-olmadığını soruşmuş, Xaliq ona istehzalı cavab verdiyi üçün aralarında qısamüddətli msbahisə olsa da, Xaliqə əhəmiyyət verməmiş, içkili olduğu üçün Xaliqi yola vermişdir. Həmin vaxt da Xaliq kafedən getmiş və hər hansı bir ödəniş etməmişdir. 12 iyul 2025-ci il tarixdə saat təxminən 00:30 radələrində kafeni bağlamış və müştəriləri getmişdi. O, gündəlik qazancını açot uçot etmiş və kafedə tək olmuşdur. Bir neçə dəqiqə sonra Xaliq ona məxsus kafeyə gəlmiş və onunla münaqişə etməyə başlayaraq “sən niyə günorta hər kəsin içində mənimlə mübahisə edirdin” sözlərini demişdir. O, Xaliqə əhəmiyyət verməmişdir. O, oturduğu yerdən ayağa qalxmış və oturduğu stul dəmir və taxta materiallarından hazırlanmış stul olmuşdur. Xaliq ilə söhbət əsnasında Xaliq qəflətən onu nalayiq ifadələrlə təhqir etməyə başlamış və ilk öncə yerdən stulu götürüb onu vurmaq istəyən zaman o sol qol nahiyyəsini qabağa verdiyi üçün stul sol qoluna xəsarət yetirmişdir. Daha sonra Xaliq onun sifət və bədəninin digər nahiyyələrinə yumruqla bir neçə zərbə endirmiş, o, əvvəllər ürəyindən əməliyyat olduğu üçün və səhətində problemlər olduğu üçün Xaliqə müqavimət göstərə bilməmişdir. Xaliq onu döydükdən sonra Xaliqin qardaşı Şahid oraya gəlmiş, harayçılıq edib onları sakitləşdirmişdir. O da avtomobilinə əyləşərək oradan uzaqlaşmış Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edib məlumat vermişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə qanuni qərar verilməsini xahiş edərək məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər tam ödənilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində qanuni qərar verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, vurulmuş zərəri tam ödəmiş və Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 15 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Pataloji anatomiya birliyinin Ağcabədi rayon Şöbəsinin rəisi Azər Sultanov tərəfindən Zərərçəkmiş şəxs tibbi müayinəsinə dair 392 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-sol saiddə olan kəsilmiş yara-iti kənarlı alətin təsirindən, alnında sıyrıq, sol qaş üzərində səthi əzilmiş yara, sol göz qapaqlarında qançır, burun tinində və sol yanaqda sıyrıqlar, sol bazu oynağında sıyrıq, sağ və sol dirsək oynaqlarının arxa səthində sıyrıqlar, sağ və sol baldırda sıyrıqlarküt əşyanın təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə və stulla vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 12 iyul 2025-ci il tarixə uyğun gəlir və ağrılıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X3 “Ağcabədi rayon mərkəzi xəstəxansı” X2 daxil olmuş 09 sentyabr 2025-ci il tarixli 18-1-23/2-950/2025 nömrəli məktubda göstərilmişdir ki, Ağcabədi rayonu Qaravəlli kəndində yaşayan xx.xx.1982-ci il təvəllüdlü Abbasov X1 RMX-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Ağcabədi rayon polis şöbəsinə verilmiş xx.xx.2025-ci il tarxili əməliyyat tapşırığına 31 avqust 2025-ci il tarixli cavab məktubundan görünür ki, 12 iyul 2025-ci il tarixdə saat 00:30 radələrində Ağcabədi rayonu, Qaravəlli kənd sakinləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş dava zamanı Təqsirləndirilən şəxs Əbülfəz Abbasquliyevi həm stul ilə, həm də yumruqla vurması müəyyən edilmişdir. Həmçinin, dava dalaş zamanı ictimai qaydanın pozulmadığı müəyyən edilmişdir. İşdə olan Ağcabədi RİHB-nın Qaravəlli kən İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu Kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək təqsirini etiraf edib səmimi peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş zərəri tam ödəməsini bildirib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən böyük istimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci madələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2, 43.3, 321, 321.2.1, 384-cü, maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Ağcabədi rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 20 iş saatı üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Ağcabədi rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan iyirmi gün müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №1(017)-99/2025
Ağcabədi Rayon Məhkəməsi Qərar — İş №1(017)-99/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver