Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-10/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1977-ci ildə Astara rayonu Siyatük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 03 (üç) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Astara rayonu Siyatük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 306,5 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib Astara rayonu, Siyatük kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 18 sentyabr 2023-cü il tarixdə, saat 13:00-da Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Siyatük kəndi ərazisində saxlanılmış və Astara rayonu Siyatük kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı təmiz çəkisi - 306,5 qram olan narkotik vasitə qurudulmuş marixuana yaşadığı evin yataq otağında olan aliminium ləyənin içərisindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda - 6,958 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 02 oktyabr 2023-cü il tarixdə saat 13:45-də Astara rayonu Siyatük kəndində küçədə hərəkətdə olan zaman saxlanılaraq, Astara rayon polis şöbəsinin inzibati binasına gətirilərək saat 14:40-da üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi - 6,958 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Siyatük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində üç azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 7-8 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 18 sentyabr 2023-cü il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı ünvandan ümumi çəkisi 306,5 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitə ona məxsusdur və həmin narkotik vasitəni tapmışdır. Buna görə özünü təqsirli bilir. 02 oktyabr 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı evdən çıxıb Astara rayon Siyatük kəndində yolda hərəkətdə olan zaman Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış və əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kibrit qutusu və narkotik vasitə ona məxsus deyil və onun cibində necə olması ilə bağlı heç bir söz deyə bilməz. Hazırda törətdiyi əməldən səmimi peşimanlıq hissi keçirir, etdiyi cinayət əməlini qismən etiraf etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Astara rayon Siyatük kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə məlumat əldə etdikdən sonra həmin şəxsin müəyyən edilərək üzərinə və yaşadığı ünvana baxış keçirilməklə onda olan narkotik vasitələrin aşkar edilib götürülməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Sonra Astara rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə 18 sentyabr 2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Astara rayon Siyatük kəndində küçədə hərəkətdə olan zaman saxlamış, onu saxladıqdan sonra üzərində şəxsi axtarış keçirilməsi üçün Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxsla şifahi sorğu aparılarkən o narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu bildirmişdir. Bundan sonra zərurət yarandığı üçün Təqsirləndirilən şəxs razılığı ilə onun Astara rayon Siayütk kəndində yaşadığı evə gedilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağında ləyənin içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra qablaşdırılmış və möhürlənmiş, bu barədə tərtib olunmuş protokola imzalar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, 02 oktyabr 2023-cü il tarixdə Astara rayon Siyatük kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuşdur. Məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuşdur. Həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 02 oktyabr 2023-cü il tarixdə, saat 14:35-də şöbənin digər əməkdaşı Şahid5la birlikdə avtomobillə Astara rayon Siyatük kəndinə, Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığına getmiş, həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs Siyatük kəndində yol ilə hərəkətdə olduğunu görmüş və dərhal ona yaxınlaşaraq özünü təqdim etmiş, sonra isə onun üzərinə şəxsi axtarış keçirilməsindən ötrü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onu Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Astara rayon polis şöbəsinə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısına həvalə olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, o da əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiişdir. Sonra 01 ədəd kibrit qutusunun içərisinə baxış keçirildikdə onun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 Şahid4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. 18 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması” haqqında protokoldan görünür ki, həmin tarixdə, saat 14:35-dən 14:50-dək Təqsirləndirilən şəxs Astara rayonu Siyatük kəndində yaşadığı ünvanda baxış istintaq hərəkəti aparılmışdır. Baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs Astara rayon Siytatük kəndinə yerləşən yaşadığı evin yataq otağında aliminium ləyənin içərisində saxladığı narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmiş və həmin kütlələr aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni əldə etməsi və gizlətməsi barədə ailə üzvlərinin və digərlərinin məlumatı olmamışdır. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdə təxmini çəkisi 330 qram olması müəyyən edilmiş və həmin kütlə bir ədəd zərfdə qablaşdırılaraq DİN-in zərflər üçün № 84 saylı möhürü ilə möhürlənmiş və imzalarla təsdiq edilmişdir.
2. 02 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 02 oktyabr 2023-cü il tarixdə Astara rayon polis şöbəsinin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt onun əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər bənzər kütlə aşkar edilərək götürülmüşdür. Narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 10,1 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhürü ilə möhürlənmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, 19/876 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Astara rayon Siyətük kəndində yaşayan Təqsirləndirilən şəxs yataq otağından aşkar olunmuş marixuanaya bənzər kütlələr ...” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 306,5 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qurudulmuş marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Qurudulmuş marixuananın təmiz çəkisi - 306,5 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq - 305,5 qram qaldı.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli, 19/906 saylı məhkəmə-bioloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Təqsirləndirilən şəxs aşkar olunmuş 01 büküm (kibrit qutusu) narkotik vasitəyə oxşar kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,958 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Qurudulmuş marixuananın təmiz çəkisi - 6,958 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 6,908 qram qaldı.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 19/1013 saylı əlavə məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş 1 bükülü marixuana ...” və “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda ...” sözlər və imzalar olan bir ədəd paketdəki və bir ədəd zərfdəki qurudulmuş marixuanalar birbrilərindən fərqlidirlər. Qeyd: Qurudulmuş marixuanaların qalıq çəkiləri – 306,3 və 6,808 qram qaldı.
6. Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 919 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannaboidlərin qəbulundan yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «qurudulmuş marixuana» olan maddələr dövriyyəsi qadağan edilən narkotik vasitədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram və ondan artıq miqdarı isə külli miqdar hesab edilir. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə, 02 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunun içərisində təmiz çəkisi - 6,958 qram olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmaması ilə bağlı ifadələrini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Belə ki, Astara rayon polis şöbəsinin inzibati binasında, videoçəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, həmin vaxt təqsirləndirilən şəxsin özü tərəfindən həmin kibrit qutusunda olan qurudulmuş marixuana əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxarılaraq təqdim olunmuşdur. Odur ki, məhkəmə həmin ifadələri özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Astara rayonu Siyatük kəndində yaşayır. Himayəsində 03 (üç) azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs sağlam həyat tərzi keçirməmiş, spirtli içkilərə və narkotik vasitələrə meyilli olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin predmetini ekspertizadan sonra xalis çəkiləri - 306,3 və 6,808 qram qalmış qurudulmuş marixuana narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü il tarixdə tutulmuş, 20 sentyabr 2023-cü il tarixdə isə azad edilərək, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (18 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. İş materiallarında olan Astara rayon polis şöbəsi tərəfindən verilmiş şübhəli şəxs qismində tutulma haqqında qərardan və Astara Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 4(018)-93/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 oktyabr 2023-cü il tarixdə isə barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 02 oktyabr 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını və yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyata götürülməsini qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (18 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 02 oktyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan narkotik vasitə – 306,3 və 6,808 qram qalmış qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov