Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-101/2023 13.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1977-ci ildə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Astara Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş məhkumluğu ödənilməmiş, orta təhsilli, subay, fəhlə işləyən, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Məmmədov Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2008-ci il təvəllüdlü Səfərova Aygün Təqsirləndirilən şəxs qızının və xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Aytac Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 14 iyun 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90,00 manat olmaqla, cəmi 180,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı və xx.xx.2016-cı il təvəllüdlü Məmmədova Gülay Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 aprel 2017-ci il tarixdən başlayaraq hər ay 90,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Astara Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 iyun 2020-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2020-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 27 may 2021-ci il tarixədək Zərərçəkmiş şəxs 13050,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı Məmmədov Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bildi və məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 2006-ci ildə fakitiki nikah münasibətinə girməklə evlənmişlər və nikahlarını 02 noyabr 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 24 iyun 2008-ci il təvəllüdlü Səfərova Aygün Təqsirləndirilən şəxs qızı və 01 dekabr 2010-cu il təvəllüdlü Məmmədova Aytac Təqsirləndirilən şəxs qızı adında uşaqları olmuşdur. Evləndikdən sonra Zərərçəkmiş şəxs ilə ilk əvvəllər mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Zərərçəkmiş şəxs aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 12 may 2017-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi xx.xx.2008-ci il təvəllüdlü Səfərova Aygün Təqsirləndirilən şəxs qızının və xx.xx.2010-cu il təvəllüdlü Məmmədova Aytac Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 14 iyun 2017ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90,00 manat olmaqla, cəmi 180,00 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bundan əlavə həmin məhkəmənin 18 may 2017-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Məmmədova Gülay Təqsirləndirilən şəxs qızının saxlanması üçün 10 aprel 2017-ci il tarixdən başlayaraq hər ay 90,00 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədləri Astara Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Astara Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Astara Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Astara Rayon Məhkəməsinin qərarı ilə iki dəfə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fəhlə işləyir. Gündəlik 25,00 manat qazancı olur. Adına daşınar və daşınmaz əmlak yoxdur. Qətnamə üzrə aliment borcundan Gülgünə ödəniş etmişdir. Ödəniş qəbzlərini istintaqa təqdim edəcəkdir. Fəhlə işlədiyindən və gündəlik qazancı olduğundan işaxtaran kimi Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Qalıq aliment borcunu ödəmədiyindən qətnamələri icra etməmişdir. Cinayət törətdiyini dərk edir, törətdiyi əməlindən çox peşman olmuşdur. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında ifadə verən Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, Məmmədov Təqsirləndirilən şəxs ilə 2006-ci ildə evlənmişdir. xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci ildə Aygün, xx.xx.2010-cu ildə Aytac,xx.xx.2016-cı ildə Gülay adlı uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 12 may 2017-ci il tarixli qətnaməsi ilə Məmmədov Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 24 iyun 2008-ci il təvəllüdlü Səfərova Aygün Təqsirləndirilən şəxs qızının və 01 dekabr 2010-cu il təvəllüdlü Məmmədova Aytac Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 14 iyun 2017-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90,00 manat olmaqla, cəmi 180,00 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Bundan əlavə həmin məhkəmənin 18 may 2017-ci il tarixli qətnaməsi üzrə xx.xx.2016-cı il təvəllüdlü Məmmədova Gülay Təqsirləndirilən şəxs qızının saxlanması üçün 10 aprel 2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Məmmədovdan hər ay 90,00 manat aliment tutularaq ona verilməlidir. Qətnamələrin qəbul edilməsindən dörd ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs Məmmədov ötən müddətdə barəsində olan məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs Məmmədov ev ustası işləyir, qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına onların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs Məmmədov icradan yayınmış və bu səbəbdən də Astara Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. Təqsirləndirilən şəxs Məmmədov aliment borcundan ödəniş etməmişdir. Maddi vəziyyəti aşağı olduğundan uşaqları üçün aliment borcunun tam ödənilməsini xahiş edir. Odur ki, aliment borcunu ödəmədiyi üçün keçmiş əri Təqsirləndirilən şəxs Məmmədovun cəzalanmasını tələb edir. Məhkəmə istintaqında şahid qismində ifadə verən Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 ifadəsində göstərdi ki, Astara rayon İcra və Probasiya Şöbəsinin icra məmuru vəzifəsində işləyir. Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı və Astara Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(018)- 724/2017 saylı qətnamələri icra olunması üçün aidiyyəti üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədləri icraata qəbul etmiş və tələbin könüllü icra edilməsi üçün Məmmədov Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Astara Rayon Məhkəməsinin 8(018)-78/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə Məmmədov Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Məmmədov ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Astara Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 iyun 2020-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnamələri icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Təqsirləndirilən şəxs Məmmədov yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs hər iki icra sənədi üzrə 13050,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Şahid Astara Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 da məhkəmə baxışı zamanı şahid X3 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya digər cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübut hesab edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədindən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs 24 iyun 2008-ci il təvəllüdlü Səfərova Aygün Təqsirləndirilən şəxs qızının və 01 dekabr 2010-cu il təvəllüdlü Məmmədova Aytac Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanması üçün, Astara Rayon Məhkəməsinin 23 may 2016-cı il tarixli, 2(018)-221/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 90 (doxsan) manat olmaqla 180 (bir yüz səksən) manat miqdarında müəyyən ediılmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədindən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs 17 may 2016-cı il təvəllüdlü Məmmədova Gülay Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon İcra Şöbəsinin 23 may 2017-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişindən məlum olur ki, borclu Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədini 10 gün ərzində könüllü olaraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon İcra Şöbəsinin 19 iyun 2017-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişindən məlum olur ki, borclu Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədini 10 gün ərzində könüllü olraq icra etmək təklif edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon İcra Şöbəsinin 09 avqust 2017-ci il tarixli qərarından məlum olur ki, borclu Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon İcra Şöbəsinə gəlməkdən yayındığına görə onun barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon İcra Şöbəsinin borclu Məmmədov Təqsirləndirilən şəxs ünvanladığı 15 avqust 2018-ci il tarixli, 12 sentyabr 2018-ci il tarixli, 14 iyul 2020-ci il tarixli və 18 avqust 2020-ci il tarixli rəsmi xəbərdarlıqlarından məlum olur ki, borclu Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədini 10 gün ərzində könüllü olraq icra etmək təklif edilmişdir. Əks halda cinayət məsuliyyəti daşıması izah edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 09 iyun 2018-ci il tarixli 3(018)-94/2018 saylı qərarının surətindən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)- 724/2017 saylı icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada inzibati həbs tənbehi edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli, 8(018)-78/2018 saylı qəradadının surətindən məlum olur ki, borclu Məmmədov Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Astara Rayon Məhkəməsinin 12 may 2017ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədini icra edilənədək məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan borclu Məmmədov Təqsirləndirilən şəxs tərəfindən verilmiş 13 aprel 2018-ci il tarixli, 25 iyun 2020-ci il tarixli və 15 sentyabr 2021-ci il tarixli izahatlardan məlum olur ki, ona Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)-724/2017 saylı icra sənədinin icra edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti və Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli 3(018)-287/2020 saylı qərarının surətindən məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 2(018)- 724/2017 saylı icra sənədini icra etməkdən imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə təqsirli bilinərək, inzibati qaydada inzibati həbs tənbehi edilmişdir. Astara rayon İHB-nın Astara rayonu Şahağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Astara rayon İHB-nın Astara rayonu Şahağacı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından məlum olur ki, Məmmədov Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat statistik informasiya idarəsinin 04 aprel 2023-cü il tarixli sorğuya cavabından Astara Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1(018)-06/2022 saylı hökmündən və Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 7(018)-79/2022 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1(018)-06/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə təqsirli bilinib, 02 (iki) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 7(018)-79/2022 saylı qərarına əsasən Məmmədov Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1(018)-06/2022 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, 01 il 06 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarına əsasən Astara Rayon Məhkəməsinin 12 may 2022-ci il qərarı ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 06 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Məmmədov Təqsirləndirilən şəxs cinayətin residivi nəzərə alınmadan cəza təyin edilməlidir. Cinayət işində olan Astara Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 1(018)- 101/2023 saylı qərarından məlum olur ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasına gəlməkdən imtina etdiyinə görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Astara Rayon Polis şöbəsinin 10 iyul 2023-cü il tarixli məktubundan məlum olur ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saxlanılaraq müvvəqəti saxlama yerinə təhvil verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 15.2-ci maddəsində göstərilir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (köhnə redaksiyada) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Bundan başqa, “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 3.1-ci maddəsində qeyd olunur ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmçinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilir ki, icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün onun əməlində cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 306.1ci (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Məmmədov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Məmmədov Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə uyğun olaraq Məmmədov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Məmmədov Təqsirləndirilən şəxs məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərkən belə qənaətə gəlir ki, onun qeyd edilən icra sənədini uzun müddət qərəzli icra etməməsini, zərərçəkmiş şəxslə barışmamasını, eləcə də barışmağa cəhd göstərməməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzası təyin etməyi, onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Məmmədov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Məmmədov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Məmmədov Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilməsin. Məmmədov Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddət ərzində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən şikayət və protest verilmədikdə, həmin müddət başa çatdıqdan sonra hökm qanuni qüvvəsini alır. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-101/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-101/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver