Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-102/2025 17.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, sürücü işləmiş, Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaqkənd rayonu, Paraul kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, 12 iyun 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda – 0,486 qram metamfetamin psixotrop maddəsini, 1,09 qram qurudulmuş marixuna narkotik vasitəsini və təsiredici maddəsinin miqdarı 2,7 qram təşkil edən 18 kapsul preqabalin güclü təsir edən maddəsini əldə edərək saxlamış, qurudulmuş marixuna narkotik vasitəsinin 0,98 qramını malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək özünə məxsus, üzərində “Winston” sözü yazılmış siqaret qutusunun içərisinə yerləşdirib idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında – sürətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqda gizlətmiş, 0,11 qramını isə əynindəki şalvarın sol cibinə yerləşdirmiş, təsiredici maddəsinin miqdarı 2,7 qram təşkil edən 18 kapsul preqabalin güclü təsir edən maddəsini sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altında gizlətmiş, xeyli miqdarda – 0,486 qram metamfetamin psixotrop maddəsini əynindəki şalvarın sağ cibində saxlamış, İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, idarə etdiyi Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “Kahı” yükü apararkən 12 iyun 2025ci il tarixdə, saat 05 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük nəzarəti zamanı metamfetamin psixotrop maddəsi, qurudulmuş marixuna narkotik vasitəsi və preqabalin güclü təsir edən maddəsi aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 206.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası vətəndaşıdır. Ailə üzvləri ilə birlikdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaqkənd rayonu, Paraul kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. 2006-cı ildən əsasən qurudulmuş marixuana narkotik vasitəsi istifadə etmişdir. Bununla yanaşı vaxtaşırı preqabalin güclü təsir edən maddəsi və metamfetamin psixotrop maddəsi də istifadə etmişdir. 2007-ci ildən 2018-ci ilədək olan müddət ərzində mütəmadi olaraq yük nəqliyyat vasitəsi sürücü qismində işləməklə beynəlxalq yük daşımaları ilə məşğul olmuşdur. 2018-ci ildən 2025-ci ilin əvvəllinədək isə yaşadığı Rusiya Federasiyası, Dağıstan Respublikası, Qarabudaqkənd rayonu, Paraul kəndində çoban kimi işləmişdir. 2025-ci ilin əvvəlindən yenidən yük nəqliyyat vasitəsi sürücüsü qismində işləməklə beynəlxalq yük daşımaları ilə məşğul olmuşdur. Əvvəllər məhkum olunmamışdır. 2025-ci ilin iyun ayının əvvəllərində Rusiya Federasiyasının vətəndaşı Səidəli adlı şəxsə məxsus, etibarnamə əsasında idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə boş halda “kahı” yükü gətirmək üçün Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərinə getmişdir. Təxminən 3-4 gün İran İslam Respublikasının Astara şəhərində “kahı” yükünün yüklənməsini gözləmişdir. İran İslam Respublikasının Astara şəhərində olduğu vaxt, təxminən 08-09 iyun 2025-ci il tarixdə əvvəllər tanımadığı, təxminən 45-50 yaşlı, təxminən 180-185 sm hündürlükdə, qarabəniz, arıq bədən quruluşlu, adını bilmədiyi, İran İslam Respublikası vətəndaşı ona yaxınlaşaraq “şey”, yəni narkotik vasitə istəyib-istəmədiyini ondan soruşmuş, o, da həmin şəxsə 20 kapsul preqabalin güclü təsir edən maddəsi, az miqdarda metamfetamin psixotrop maddəsi, az miqdarda qurudulmuş marixuana narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini istifadə etməsi üçün 01 ədəd şüşə kolba gətirməsini demişdir. Bir qədər sonra həmin iranlı şəxs ona 20 kapsul preqabalin güclü təsir edən maddəsi, az miqdarda metamfetamin psixotrop maddəsi, az miqdarda qurudulmuş marixuana narkotik vasitəsi və metamfetamin psixotrop maddəsini istifadə etməsi üçün 01 ədəd şüşə kolba gətirmişdir. O, da şəxsi istifadə üçün qeyd edilən şəxsdən həmin 20 kapsul preqabalin güclü təsir edən maddəsini, az miqdarda metamfetamin psixotrop maddəsini, az miqdarda qurudulmuş marixuana narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini istifadə etməsi üçün 01 ədəd şüşə kolbanı təqribən 10-15 manat məbləğində pula almışdır. İran İslam Respublikasında olduğum vaxt aldığım 20 kapsul preqabalin güclü təsir edən maddəsindən 2 kapsulunu, metamfetamin psixotrop maddəsinin və qurudulmuş marixuana narkotik vasitəsinin az bir hissəsini istifadə etmişdir. Bundan sonra, Azərbaycan Respublikasına gəlməmişdən əvvəl qurudulmuş marixuana narkotik vasitəsinin bir hissəsini özünə məxsus “Winston” markalı siqaret qutusunun içərisinə qoymuş və həmin qutunu idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında – surətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqda yerləşdirmişdir. Qalan 18 kapsul preqabalin güclü təsir edən maddəsini isə idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında – sərnişin oturacağının arxasında, yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altına yerləşdirmişdir. Qalan marixuana narkotik vasitəsini əyninə geyindiyi qara rəngli şalvarın sol cibinə, metamfetamin psixotrop maddəsini və 01 ədəd şüşə kolbanı isə əyninə geyindiyi qara rəngli şalvarın sağ cibinə yerləşdirmişdir. “Kahı” yükü yükləndikdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə yükü müşaiyət edən “490349” nömrəli CMR və 11 iyun 2025-ci il tarixli, “734R” nömrəli invoysa əsasən “kahı” yükü apararkən, yəni 12 iyun 2025-ci il tarixdə, təqribən saat 05 radələrindəAstara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş və bir qədər növbədə gözlədikdən sonra idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük xidməti əməkdaşı onunla şifahi sorğu–sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində dövriyyəsi qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetlərin olub-olmamasını soruşmuşdur. O, da üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşına demişdir. Daha sonra gömrük xidməti əməkdaşı ona idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq ediləcəyini demişdir. O, da etiraz etməmiş və idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük xidməti əməkdaşı tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması tətbiq edilmişdir. İt nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bundan sonra onun və hal şahidlərinin iştirakı ilə idarə etdiyi Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı “Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasından - sürətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqdan, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindən ağ rəngli sellofan paketdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş və “Volvo” markalı, Y611EM-05/AM6979-05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasındansərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından 2 (iki) ədəd konvalyut kəsiyində, 1 konvalyut kəsiyində 15 (on beş) ədəd, digər konvalyut kəsiyində isə 3 (üç) ədəd olmaqla ümumilikdə 18 (on səkkiz) ədəd kapsul aşkar edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı ona üzərində şəxsi yoxlama aparılacağını bildirmiş, yenidən üzərində qanunla dövriyyəsi qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetlərin olub-olmamasını ondan soruşmuşdur. O, da artıq üzərində olan predmentin aşkar olunacağını bildiyi üçün əyninə geyindiyi qara rəngli şalvarın sol cibində 1 bükümdə marixuana narkotik vasitəsi olduğunu gömrük xidməti əməkdaşına demişdir. Bundan sonra üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama başlamamışdan öncə gömrük xidməti əməkdaşı üzərində olan qanunla dövriyyəsi qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış predmet varsa, həmin predmeti təqdim etməyi bildirmişdir. O, da əyninə geyindiyi qara rəngli şalvarın sol cibində olan ağ rəngli kağıza bükülü 1 (bir) ədəd bükümü çıxararaq gömrük xidməti əməkdaşına təqdim etmiş, lakin sol cibində 1 ədəd bükümdə metamfetamin psixotrop maddəsinin və 01 ədəd şüşə kolbanın olması barədə gömrük xidməti əməkdaşına məlumat verməmişdir. Gömrük xidməti əməkdaşı da özü bu barədə bilməmişdir. Gömrük xidməti əməkdaşı da onun səmimiyyətinə inanıb daha ciblərini yoxlamamışdır. Aşkar edilərək götürülmüş büküm açılan zaman bükümün içərisində tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmişdir. Bundan sonra üzərində səthi şəkildə şəxsi yoxlama aparılmış, yəni cibləri yoxlanılmadığından başqa heç bir əşya, o cümlədən 1 ədəd bükümdə metamfetamin psixotrop maddəsi və 01 ədəd şüşə kolba aşkar edilməmişdir. Daha sonra idarə etdiyi “Volvo” markalı, “Y611EM-05/AM6979-05” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində quraşdırılmış rentgen qurğusundan keçirilmişdir, lakin heç bir hüquqpozma predmeti aşkar edilməmişdir.Yoxlamalar tam başa çatdıqdan sonra üzərindən və idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar olunmuş maddələr gömrük gömrük xidməti əməkdaşı tərəfindən onun və hal şahidlərinin iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür. Bütün bunlarla bağlı sənədlər tərtib edilmiş, o, da həmin sənədlərlə tanış olub düzgün tərtib olunmalarını öz imzaları ilə təsdiq etmişdir. Bundan sonra onu Astara Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə aparmışlar. Şöbədə olan zaman ona hüquq və vəzifələri izah olunmuş, tərcüməçi və müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əyninə geyindiyi qara rəngli şalvarın sağ cibindən 1 (bir) ədəd metamfetamin istifadə etmək üçün istifadə olunan alət, yəni 01 ədəd şüşə kolba və 1 (bir) ədəd ağ rəngli sellofan bağlamada ağ rəngli metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Bütün bunlarla bağlı sənədlər tərtib edilmiş, həmin sənədlərlə tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə dediyi son sözündə isə əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı övladlarının olmasının, ailədə yeganə qazanc gətirən şəxs olmasının, heç bir vaxt cinayət törətmədiyini və məhkumluğunun olmadığını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini, ailəsinin yanına getməyə şərait yaratmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 16 may 2021ci il tarixdən “Azərterminalkompleks” Birliyi Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktor-kinoloqu işləməklə Astara Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə təhkim edilmişdir. 12 iyun 2025-ci il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində instruktor-kinoloq qismində Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsinin inspektoru Şahid1 ilə birlikdə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, yəni 12 iyun 2025-ci il tarixdə, saat 05 radələrində əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan, Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə “kahı” yükü aparan, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara Gömrük İdarəsi “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. Bundan sonra inspektor Şahid1 yük nəqliyyat vasitəsinə baxış keçirəcəyi barədə Təqsirləndirilən şəxs məlumat vermişdir. Baxışa başlamazdan əvvəl inspektor Şahid1 sürücü Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olub-olmamasını soruşmuş, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzrətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını inspektor Şahid1 bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hərəkətləri şübhə doğurduğundan sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün inspektor Şahid1 həmin nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq etməklə tərəflərindən dəvət edilmiş 2 nəfər hal şahidinin və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama başlamazdan öncə də inspektor Şahid1 sürücü Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olub-olmamasını soruşdu, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs də öz növbəsində bir daha idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzrətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olmadığını inspektor Şahid1 bildirmişdir. Yoxlama zamanı da kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya vermiş və bununla əlaqədar nəqliyyat vasitəsinin kabinası yoxlanılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasından-sürətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindən 01 (bir) ədəd ağ rəngli sellofan paketdə açıq-yaşıl rəngli, marixuana narkotik vasitəsinə oxşar maddə tərəflərindən aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş və nəqliyyat vasitəsinin kabinasındansərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından gömrük nəzarətindən gizlədilmiş 2 (iki) ədəd konvalyut kəsiyində, 1 konvalyut kəsiyində 15 (on beş) ədəd, digər konvalyut kəsiyində isə 3 (üç) ədəd olmaqla, ümumilikdə naməlum 18 (on səkkiz) ədəd kapsul tərəflərindən aşkar edilmişdir. Daha sonra zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması ilə bağlı qərar qəbul edilmiş və inspektor Şahid1 tərəfindən sürücü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmışdır. Lakin şəxsi yoxlamada iştirak etməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra inspektor Şahid1 tərəfindən 01 (bir) ədəd ağ rəngli sellofan paketdə açıq-yaşıl rəngli, marixuana narkotik vasitəsinə oxşar maddənin və 2 (iki) ədəd konvalyut kəsiyində, 1 konvalyut kəsiyində 15 (on beş) ədəd, digər konvalyut kəsiyində isə 3 (üç) ədəd olmaqla, ümumilikdə naməlum 18 (on səkkiz) ədəd kapsulun aşkar edilərək götürülməsinə dair protokol tərtib edilmişdir. O və yoxlamada iştirak edən digər şəxslər həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki,ailə üzvləri ilə birlikdə Astara rayonu, Rudəkənar kəndində qeydiyyatda olmaqla yaşayır. Astara Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Cənub-Astara” gömrük postunun rejim zonasında yükləməboşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 12 iyun 2025-ci il tarixdə, saat 05 radələrində həmyerlisi Şahid5 ilə birlikdə Astara Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Cənub-Astara” gömrük postunun rejim zonasında olduğu vaxt bir nəfər gömrük xidməti əməkdaşı bizə yaxınlaşaraq özünü təqdim etmiş və İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmiş yük nəqliyyat vasitəsinin yoxlanılmasında hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirirərək keçiriləcək yoxlamada hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra gömrük xidməti əməkdaşı ilə birlikdə “Cənub- Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşlar. Yoxlama keçirilməzdən öncə gömrük xidməti əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmişdir. Daha sonra gömrük xidməti əməkdaşı onu əvvəllər tanımadığı, orada şəxsiyyəti ona məlum olan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Sürücü Təqsirləndirilən şəxs də üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudulaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını gömrük xidməti əməkdaşına demişdir. Bundan sonra onun, digər hal şahidinin və sürücü Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük xidməti əməkdaşı tərəfindən kinoloji xidmət iti tətbiq etməklə gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə gömrük xidməti əməkdaşı tərəfindən gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasından-sürətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqdan üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindən 01 (bir) ədəd ağ rəngli sellofan paketdə açıqyaşıl rəngli, marixuana narkotik vasitəsinə oxşar maddə aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş və nəqliyyat vasitəsinin kabinasından-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından 2 (iki) ədəd konvalyut kəsiyində, 1 konvalyut kəsiyində 15 (on beş) ədəd, digər konvalyut kəsiyində isə 3 (üç) ədəd olmaqla, ümumilikdə naməlum 18 (on səkkiz) ədəd kapsul aşkar edilmişdir. Daha sonra Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması barədə qərar qəbul edilmişdir. Şəxsi yoxlama başlamazdan öncə gömrük xidməti əməkdaşı bir daha Təqsirləndirilən şəxs ilə şifahi sorğusual apararaq üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olubolmamasını soruşmuş, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Təkrar sorğusual zamanı Təqsirləndirilən şəxs də əyninə geyindiyi qara rəngli şalvarın sol cibində olan ağ rəngli kağıza bükülü 1 (bir) ədəd bükümü çıxararaq gömrük xidməti əməkdaşına təqdim etmiş və bundan başqa üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olmadığını demişdir. Bundan sonra gömrük xidməti əməkdaşı həmin bükümə baxış keçirmiş və baxış zamanı bükümün içərisində marixuana narkotik vasitəsinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Daha sonra gömrük xidməti əməkdaşı Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində soyundurulması ilə müşayiət edilməyən səthi şəxsi yoxlama aparmış və şəxsi yoxlama zamanı digər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idərə etdiyi yük nəqliyyat vasitəsinin yoxlanılması və şəxsi yoxlama zamanı aşkar edilmiş 18 (on səkkiz) ədəd naməlum kapsul və açıq-yaşıl rəngli, marixuana narkotik vasitəsinə oxşar maddələr onun, nəqliyyat vasitəsinin yoxlanılmasında və şəxsi yoxlamada iştirak edən digər şəxslərin iştirakı ilə götürülmüş, həmin 02 (iki) ədəd büküm gömrük xidməti əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, elektron tərəzidə çəkildikdən sonra siqaret qutusunun içərisindən aşkar edilərək götürülmüş 01 ədəd bükümün qablaşması ilə birlikdə təqribi çəkisinin 5,3 (beş tam onda üç) qram və şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümün qablaşması ilə birlikdə təqribi çəkisinin 1,4 (bir tam onda dörd) qram olduğu məlum olmuşdur. Sonda 02 ədəd bükümdə olan marixuana narkotik vasitəsinə oxşar maddələr və 18 (on səkkiz) ədəd naməlum kapsul gömrük xidməti əməkdaşı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bütün bunlarla bağlı gömrük xidməti əməkdaşı tərəfindən protokollar tərtib edilmişdir. O, yoxlamada və şəxsi yoxlamada iştirak edən digər şəxslər də həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Həmin gün, təxminən 4-5 saat sonra Astara Gömrük İdarəsinin təhqiqatçısı onun və digər hal şahidi Şahid5 ilə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını demiş və həmin şəxsi axtarışda hal şahidi qismində iştirak etməyi onlara təklif etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirib Təqsirləndirilən şəxs üzərində aparılacaq şəxsi axtarışda iştirak etməyə öz razılıqlarını vermiş və Astara Gömrük İdarəsinin inzibati binasına getmişlər. Şəxsi axtarış başlamazdan öncə Astara Gömrük İdarəsinin təhqiqatçısı Təqsirləndirilən şəxs ilə sorğu-sual apararaq üzərində qanunla dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı bir predmetin olub-olmamasını soruşmuş, belə bir predmet varsa, çıxararaq təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs də üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan olunmamış hər hansı predmetin olmadığını təhqiqatçıya demişdir. Bundan sonra həmin gün Astara Gömrük İdarəsinin təhqiqatçısı tərəfindən onun, digər hal şahidi Şahid5, tərcüməçinin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində soyundurulması ilə müşayiət edilməyən şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi qara rəngli şalvarın sağ cibindən 01 (bir) ədəd narkotik vasitə istifadə edilməsi üçün istifadə olunan şüşə materialından alət – kolba və 01 (bir) ədəd ağ rəngli sellofan bağlamada naməlum maddə aşkar edilərək götürülmüşdür. Bununla bağlı Astara Gömrük İdarəsinin təhqiqatçısı tərəfindən protokol tərtib edilmişdir. O və şəxsi axtarışda iştirak edən digər şəxslər həmin protokolla tanış olub düzgün tərtib edilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər hal şahidiŞahid5Şahid4ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Cinayət işinin başlanması haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, X13 Komitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda tərtib edilmiş “Malların və nəqliyyat vasitəsinin yoxlanılması barədə” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 12 iyun 2025-ci il tarixdə, saat 05 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Cənub-Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuş, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük nəzarəti qaydasında yoxlama tətbiq edilmiş yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasından - sürətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqdan gömrük nəzarətindən gizlədilmiş, üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindən ağ rəngli sellofan paketdə açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmiş, daha sonra yoxlama davam etdirilmiş, nəqliyyat vasitəsinin kabinasından-sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından 2 (iki) ədəd konvalyut kəsiyində, 1 konvalyut kəsiyində 15 (on beş) ədəd, digər konvalyut kəsiyində isə 3 (üç) ədəd olmaqla ümumilikdə 18 (on səkkiz) ədəd naməlum kapsul aşkar edilmiş və qablaşdırılmaqla götürülmüşdür. İş materiallarına əlavə edilmiş, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Astara” gömrük postunda tərtib edilmiş “Şəxsi yoxlama aparılması haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, 12 iyun 2025-ci il tarixdə şəxsi yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs Gömrük Məcəlləsinin 99.2.6 və 99.7-ci maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetləri könüllü olaraq təqdim etməsi təklif edilmiş, barəsində müvafiq hərəkətlər aparılan şəxs - Təqsirləndirilən şəxs da şəxsi yoxlama əsnasında üzərində olan yad predmetin aşkar olunacağını anladığından, əyninə geyindiyi qara rəngli şalvarın sol cibində olan ağ rəngli kağıza bükülü 1 (bir) ədəd bükümü çıxararaq təqdim etmiş, daha sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq həmin bükümə baxış keçirilmiş və baxış zamanı bükümün içərisində tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmiş, daha sonra yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində heç bir hüquqpozma predmenti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idərə etdiyi yük nəqliyyat vasitəsinin kabinasından aşkar olunmuş və sürücünün təqdim etdiyi açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddələr elektron tərəzidə çəkilmiş, içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 (bir) ədəd sellofan paketin qablaşması ilə birlikdə təqribi çəkisinin 1,4 (bir tam onda dörd) qram, tütünlə qarışdırılmış formada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddənin isə 5,3 (beş tam onda üç) qram olduğu məlum olmuşdur. Həmin predmetlər protokol əsasında qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli, 6/2170 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “№103657” qeyd edilən paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,486 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “№103657” qeyd edilən paketdəki, üzərində “Preqabalin 150 mg” əmtəə göstəricisi olan 2 (iki) ədəd konvalyutda ümumilikdə 18 (on səkkiz) ədəd narıncı-göy rəngli kapsul güclü təsir edən maddə - preqabalin tərkibli kapsullardır və ümumilikdə 18 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 2,7 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Ekspertiza tədqiqatından sonra preqabalin kapsullarının qalıq sayı 16 ədəd və metamfetamin psixotrop maddəsinin qalıq çəkisi 0,436 qram olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2025-ci il tarixli, 7/867 nömrəli məhkəmə-biloloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd 103664 №-li DGK-ya məxsus polietilen paketdə bir ədəd üzərində “Winston” yazılan siqaret qutusunda şəffaf polietilen torbacıqda təmiz çəkisi 0,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş bir ədəd 103659 №-li DGK-ya məxsus polietilen paketdə bir ədəd kağız bükülüdə tütün və təmiz çəkisi 0,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra marixuana narkotik vasitələrinin ümumi qalıq çəkisi 1,05 qram olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 7/901 nömrəli məhkəmə-biloloji ekspertizası rəyindən görünür ki, tədqiqata təqdilmiş iki ədəd Mərkəzə məxsus paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,96 qram olan marixuna narkotik vasitəsinin qalıq çəkisi 0,94 qram və təmiz çəkisi 0,09 qram olan marixuana narkotik vasitəsinin qalıq çəkisi 0,07 qram olmuşdur. İş materiallarına əlavə edilmiş, “Əşyalaların maddi sübut kimi tanınmaları və saxlanılma yerlərinin müəyyən olunması haqqında” 14 iyul 2025-ci il tarixli qərara əsasən, 12 iyun 2025-ci il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasından – sürətlər paneli ilə ön şüşənin birləşdiyi yerdəki boşluqdan, üzərində “Winston” sözü yazılmış siqaret qutusunun içərisindən aşkar edilmiş təmiz çəkisi 0,98 qram, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,94 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, nəqliyyat vasitəsinin sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından aşkar edilmiş tərkibində preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarının 2,7 qram təşkil edən 18, ekspertiza tədqiqatından qalıq sayı 16 ədəd olan kapsul, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol cibindən aşkar edilmiş təmiz çəkisi 0,11 qram, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,07 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən aşkar edilmiş 0,486 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,436 qram olan metamfetamin psixotrop maddəsi iş üzrə maddi sübut kimi tanınmışdır. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ cibindən aşkar olunmuş, içərisində psixotrop maddə olan – metamfetaminin izləri aşkar edilmiş, 1 (bir) ədəd şüşə kolba iş üzrə əhəmiyyət kəsb edən halları təsdiq etdiyindən maddi sübut kimi tanınmışdır. İş üzrə maddi sübutlar - qalıq çəkisi 0,94 qram və 0,07 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, qalıq çəkisi 0,436 qram olan metamfetamin psixotrop maddəsi, qalıq sayı 16 olan preqabalin kapsulları və 1 (bir) ədəd şüşə kolba 15 iyul 2025-ci il tarixli, 3-33/150/028819 nömrəli raportla və 15 iyul 2025-ci il tarixli aktla məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına saxlanca verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs12 iyun 2025-ci il tarixdəAstara Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı Şahid3 tərəfindən şübhəli şəxs qismində tutulmuş,13 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək tərəfimdən ona ittiham elan edilmiş və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hakimi X3 13 iyun 2025-ci il tarixli, 4 (004)-466/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən verilmiş 25 iyun 2025ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş,sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdən 30 may 2025-ci il tarixədək mütəmadi olaraq Azərbaycan Respublikasından tranzit qaydada keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına getmiş, Azərbaycan Respublikasından tranzit qaydada keçməklə Rusiya Federasiyasından İran İslam Respublikasına getmiş, Azərbaycan Respublikasından tranzit qaydada keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına geri qayıtmış, sonuncu dəfə 02 iyun 2025-ci il tarixdə idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, həmin tarixdə də Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından İran İslam Respublikasına getmiş, 12 iyun 2025-ci il tarixdə, saat 04:40-da idarə etdiyi “Volvo” markalı, Y611EM-05/AM6979-05 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Astara dövlət sərhəd buraxılış məntəqəsi vasitəsi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin 30 iyun 2025-ci il tarixli, 3867 nömrəli məhkəmə-narkoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəlii) aşkar olunur. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İİ-БД seriyalı 730868 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş V-БД seriyalı 666351 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X10 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş V-БД seriyalı 786747 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş tərcüməsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X11 Dağıstan Respublikasında doğulmuş, atası Təqsirləndirilən şəxsdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin izahatı, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların 1 və 2 saylı siyahısında marixuana və metamfetamin dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddə olaraq müəyyən edilmişdir. Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsində göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarlarının, habelə zəhərli maddələrin siyahısında preqabalin güclü təsir edən maddə olaraq müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilir. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 62.1-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndində məhkəmələrə izah edilmişdir ki Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin Qərarın 8-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Həmin qərarda göstərilmişdir ki, şəxs CM-in Xüsusi Hissəsinin bir neçə maddəsi ilə təqsirli bilindikdə və ona bu maddələrin hər birinin sanksiyalarında nəzərdə tutulan cəzalardan aşağı həddə cəza təyin edilməsi zərurəti yarandıqda CM-in 62-ci maddəsi ilə müəyyən edilən qaydalar hər bir maddə üzrə ayrıca tətbiq olunmalı və yalnız bundan sonra qəti cəza CM-in 66-cı maddəsi ilə müəyyən edilən qaydalarda təyin edilməlidir. Cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra CM-in 62-ci maddəsinin tətbiq olunması yolverilməzdir. Qərarın 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, bir azyaşlı övladının olmasını yüngülləşdirici hal kimi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, ailəsində yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Cinayətin obyekti isə iqtisadi fəaliyyət sahəsində təşəkkül tapmış münasibətlərdir. Cinayət Məcəlləsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar nəzərdə tutulan cinayətlərin obyekti isə ictimai qayda və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlər, predmeti isə narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsir edən və ya zəhərli maddələrdir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı törətmiş olduğu əməldən səmimi peşimançılıq hiss etməsini və şəxsi yoxlamadan sonrakı davranışlarını da müstəsna hal olaraq nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, cinayəti törətdikdən sonrakı davranışı, ilk dəfə cinayət törətməsi, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsi, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağının olması, həmçinin cəzanı ağırlaşdıran halların olmaması, ailədə yeganə qazanc gətirən şəxs olması, barəsində azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyi təqdirdə nəinki təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğun olmayan cəza təyin ediləcəyi, həmçinin onun ailəsi üçün ağır nəticələr verəcəyi, ailənin yeganə qazanc yerinin itiriləcəyi, cəzanın təqsirləndirilən şəxsdən əvəz çıxmaq yox, islah olunmaq üçün tətbiq edilməsi məqsədi güddüyü nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində, ittiham olunduğu hər bir maddə üzrə həmin Məcəllənin 62-ci maddəsi (həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə hər bir maddə üzrə ona cərimə növündə, bu maddələrin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməli, CM-in 69.4-cü maddəsi tətbiq edilməklə həbsdə saxlanıldığı 12 iyun 2025-ci il tarixdən 17 sentyabr 2025-ci il tarixədək 03 (üç) ay 05 (beş) müddət ona təyin edilmiş cərimə cəzasından çıxılmaqla üzərində qəti cərimə cəzası saxlanılmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 1,05 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, qalıq çəkisi 0,436 qram olan metamfetamin psixotrop maddəsi, qalıq sayı 16 olan preqabalin kapsulları və 1 (bir) ədəd şüşə kolba təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 1,05 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, qalıq çəkisi 0,436 qram olan metamfetamin psixotrop maddəsi, qalıq sayı 16 olan preqabalin kapsulları və 1 (bir) ədəd şüşə kolba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 368 (üç yüz altmış səkkiz) manat pul Təqsirləndirilən şəxsdan alınaraq dövlət büdcəsi hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi hüquqi yardıma görə 44 (qırx) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 -cı maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 4000 (dörd min) manat cərimə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6000 (altı min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 12 iyun 2025-ci ildən 17 sentyabr 2025-ci il tarixədəx həbsdə olduğu 03 (üç) ay 05 (beş) müddət nəzərə alınmaqla, CM-nin 69.4-cü maddəsinə əsasən cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 4500 (dörd min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi çəkisi 1,05 qram olan qurudulmuş marixuana narkotik vasitəsi, qalıq çəkisi 0,436 qram olan metamfetamin psixotrop maddəsi, qalıq sayı 16 olan preqabalin kapsulları və 01 (bir) ədəd şüşə kolba hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 368 (üç yüz altmış səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılsın Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-102/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-102/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver