Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-103/2024 14.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 20 avqust 1990-cı ildə Astara rayonu Maşxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara rayonu Maşxan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Astara rayonu Kijəbə qəsəbəsində ara yolda Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs burun nahiyəsinə yumruqla bir dəfə zərbə vuraraq, sonuncuya burun sümüyünün yerini dəyişməyən sınığı, burun, hər iki gözaltı nahiyələrində qançırlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, həmkəndlisi və dostudur. Aralarında heç bir qərəzli münasibət olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Maşxan kəndi ilə həmsərhəd yerdə Kijəbə qəsəbəsi ərazisində ara yolda Ağasəlimlə rastlaşmışdır. Ağasəlim ona, anası Şərqiyəni Pensər kənd bazarında təbii gül satdığı yerdə yad kişi ilə telefonda danışdığını gördüyünü, onunla salamlaşdığını, ancaq anasının ona cavab vermədiyini bildirmişdir. O, Ağasəlimə yalan danışdığını, anasının heç vaxt yad kişilərlə danışmadığını, niyə anası haqqında xoşagəlməz söz-söhbət etdiyini soruşmuşdur. Bu səbəbdən aralarında mübahisə baş vermiş, mübahisə zamanı bir dəfə yumruqla Ağasəlımın burun nahiyəsinə zərbə vurmuş və oradan getmişdir. Ertəsi günü yəni xx.xx.2024-cü il tarixdə Ağəsəlimin ondan polis şöbəsinə şikayət etdiyi ona məlum olmuşdur. Hadisənin ara yolda baş vermiş, orada və ətrafda kənar şəxs olmamış, hadisə ani baş vermiş və bitmiş, təxminən 2-3 dəqiqə davam etmiş, hadisə zamanı əlində hər hansı bir əşya, predmet və ya alət olmamışdır.. Əməlindən peşmanlıq çəkir və Seyidəli ilə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan işinin icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs Mayıs oğlunu tanıyır, həmkəndlisi və dostdurlar. Aralarında heç bir qərəzli münasibət olmamış, xx.xx.2024-cü il tarixdə Pensər kənd həftə bazarına bazarlığa getmiş, Seyidəlinin anası Şərqiyənin bazarda təbii gül satdığını görmüş, onunla salamlaşmış, Şərqiyə telefonla tanımadığı şəxslə danışdığına görə ona cavab verməmiş, oradan uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı Maşxan kəndi ilə həmsərhəd yerdə Kijəbə qəsəbəsi ərazisində ara yolda Seyidəli ilə rastlaşmış, anasının Pensər kənd bazarında yad kişi ilə telefonda danışdığını, onun salamına cavab vermədiyini bildirmişdir. Onun dediyi Seyidəlinin xoşuna gəlməmiş, "sən yalan danışırsan, anam heç vaxt yad kişilərlə danışmır, niyə anam haqqında xoşagəlməz söz-söhbət edirsən" deyə Seyidəli ona bildirmişdir. Bu səbəbdən də aralarında baş verən mübahisə zamanı Seyidəli bir dəfə yumruqla onun burun nahiyəsinə zərbə vurmuş və oradan getmişdir. Səhv etdiyini başa düşmüş, dediyinə peşiman olmuşdur. Ona görə də şikayət etmək istəməmiş, lakin ertəsi günü yəni xx.xx.2024-cü tarixdə üz nahiyəsi şişdiyini, göyərdiyini və xəsarətin ciddi olduğunu anlamışdır. Ona görə də 102 qaynar xəttə zəng vurub Seyidəli tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin günü Astara RMX-na da müraciət etdiyini, həyacanlı olduğundan yıxılımasını bildirmiş, hadisə ara yolda baş vermiş, orada və ətrafda kənar şəxs olmamış, hadisə ani baş vermiş və bitmiş, təxminən 2-3 dəqiqə davam etmiş, hadisə zamanı Seyidəlinin əlində hər hansı bir əşya, predmet, və ya alət olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur, Dəymiş zərər ödənilib, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” PHŞ-nin Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli 223 N№-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində burun sümüyünün yerini dəyişməyən sınığı, burun, hər iki gözaltı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən Astara RPŞ-nə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. İş materiallarında olan Astara rayon X2 RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Astara rayonu Maşxan kəndində yaşayan Təqsirləndirilən şəxs Astara rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatında durmur. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Zərərçəkmiş şəxs ərizədə göstərmişdir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş zərər ödənilib, onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-103/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-103/2024
14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver