Məhkəmə qərarları › İş №1(018)-104/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-104/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-104/2023 11.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X13 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçisi X17 tərcüməçi X16 Astara Rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi X15 iştirakları ilə 1)xx xxxxxx 1996-cı ildə Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 2) 01 yanvar 1999-cu ildə Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 3) xx xxxxxx 2006-cı ildə Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 4) xx xxxxxx 2000-ci ildə Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Əndərab şəhərində qeydiyyatda olan və həmin ünvanda yaşayan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı X3 5) xx xxxxx 1998-ci ildə Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Poloxomrin şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Bağlan vilayətinin, Poloxomrin şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlunun 6) xx xxxxxx 2005-ci ildə Əfqanıstan İslam Respublikasının Kabil şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Əfqanıstan İslam Respublikasının Kabil şəhərində qeydiyyatda olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 işləmək məqsədi ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart N-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra N mart N-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 işləmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart N-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra N mart N-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 işləmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və Təqsirləndirilən şəxs2ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart N-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra N mart N-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı X7 işləmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6 və X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart N-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra N mart N-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu işləmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart N-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra N mart N-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs6 işləmək məqsədi ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs2, X7 və X8 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 mart N-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra N mart N-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılmışlar. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, N-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına birlikdə gəldiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər. Telefonlarındakı “Google map” proqramında haradan qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçə biləcəkləri ərazini axtarış etmişlər, 17 mart N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinə gəlmişlər, həmin tarixdə saat 23 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmişlər, Azərbaycan Respublikasına keçdikdən sonra 17 mart N-cü il tarixdən N mart N-cü il tarixədək dağda, meşəlik ərazidə qalmışlar, ərzaqları bitdiyi üçün adını bilmədikləri kəndə yaxınlaşmışlar, bir müddət sonra kəndin yaxınlığında hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Himayəsində azyaşlı uşaqlar olmasını, Azərbaycan Respublikasının Dövlət sərhədini ailəsini dolandırmaq üçün iş tapmaq məqsədi ilə pozmasını, pis niyətinin olmamasını göstərib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidln ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, N-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına birlikdə gəldiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər, telefonlarındakı “Google map” proqramında haradan qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçə biləcəkləri ərazini axtarış etmişlər, 17 mart N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinə gəlmişlər, həmin tarixdə saat 23 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmişlər, Azərbaycan Respublikasına keçdikdən sonra 17 mart N-cü il tarixdən N mart N-cü il tarixədək dağda, meşəlik ərazidə qalmışlar, ərzaqları bitdiyi üçün adını bilmədikləri kəndə yaxınlaşmışlar, bir müddət sonra kəndin yaxınlığında hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Himayəsində azyaşlı uşaqlar olmasını, Azərbaycan Respublikasının Dövlət sərhədini ailəsini dolandırmaq üçün iş tapmaq məqsədi ilə pozmasını, pis niyətinin olmamasını göstərib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, N-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına birlikdə gəldiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər, telefonlarındakı “Google map” proqramında haradan qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçə biləcəkləri ərazini axtarış etmişlər, 17 mart N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinə gəlmişlər, həmin tarixdə saat 23 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmişlər, Azərbaycan Respublikasına keçdikdən sonra 17 mart N-cü il tarixdən N mart Ncü il tarixədək dağda, meşəlik ərazidə qalmışlar, ərzaqları bitdiyi üçün adını bilmədikləri kəndə yaxınlaşmışlar, bir müddət sonra kəndin yaxınlığında hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Himayəsində azyaşlı uşaqlar olmasını, Azərbaycan Respublikasının Dövlət sərhədini ailəsini dolandırmaq üçün iş tapmaq məqsədi ilə pozmasını, pis niyətinin olmamasını göstərib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, N-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına birlikdə gəldiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, X8 və Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər, telefonlarındakı “Google map” proqramında haradan qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçə biləcəkləri ərazini axtarış etmişlər, 17 mart N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinə gəlmişlər, həmin tarixdə saat 23 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmişlər, Azərbaycan Respublikasına keçdikdən sonra 17 mart N-cü il tarixdən N mart N-cü il tarixədək dağda, meşəlik ərazidə qalmışlar, ərzaqları bitdiyi üçün adını bilmədikləri kəndə yaxınlaşmışlar, bir müddət sonra kəndin yaxınlığında hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Himayəsində azyaşlı uşaqlar olmasını, Azərbaycan Respublikasının Dövlət sərhədini ailəsini dolandırmaq üçün iş tapmaq məqsədi ilə pozmasını, pis niyətinin olmamasını göstərib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs6 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, N-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına birlikdə gəldiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, X7 və X8 ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər, telefonlarındakı “Google map” proqramında haradan qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçə biləcəkləri ərazini axtarış etmişlər, 17 mart N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinə gəlmişlər, həmin tarixdə saat 23 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmişlər, Azərbaycan Respublikasına keçdikdən sonra 17 mart N-cü il tarixdən N mart N-cü il tarixədək dağda, meşəlik ərazidə qalmışlar, ərzaqları bitdiyi üçün adını bilmədikləri kəndə yaxınlaşmışlar, bir müddət sonra kəndin yaxınlığında hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Azərbaycan Respublikasının Dövlət sərhədini iş tapmaq məqsədi ilə pozmasını, pis niyətinin olmamasını göstərib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X8 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, N-cü ilin mart ayında Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına birlikdə gəldiyi Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs6, X7 və Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu ilə birlikdə işləmək məqsədilə İran İslam Respublikasından Azərbaycan Respublikasına getmək qərarına gəlmişlər, telefonlarındakı “Google map” proqramında haradan qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçə biləcəkləri ərazini axtarış etmişlər, 17 mart N-cü il tarixdə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədinə gəlmişlər, həmin tarixdə saat 23 radələrində İran İslam Respublikasının Astara şəhərindən Azərbaycan Respublikasına qanunsuz keçmişlər, Azərbaycan Respublikasına keçdikdən sonra 17 mart N-cü il tarixdən N mart N-cü il tarixədək dağda, meşəlik ərazidə qalmışlar, ərzaqları bitdiyi üçün adını bilmədikləri kəndə yaxınlaşmışlar, bir müddət sonra kəndin yaxınlığında hərbi qulluqçular tərəfindən saxlanılmışlar. Azərbaycan Respublikasının Dövlət sərhədini iş tapmaq məqsədi ilə pozmasını, pis niyətinin olmamasını göstərib, yetknlik yaşına çatmamasını göstərib ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, cinayət işi üzrə məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, həqiqi hərbi xidmətini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində çəkir. N mart N-cü il tarixdə axşam saatlarında əməliyyat məlumatı daxil olduqdan sonra Astara rayonunun Pəlikeş kəndinə getmiş, həmin tarixdə saat 20 radələrində Pəlikeş kəndinin yaxınlığında dağlıq və meşəlik ərazidə altı nəfər saxlanmış, ilkin araşdırma zamanı saxlanılmış şəxslərin Əfqanıstan islam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 Əbdülrəhman oğlu, Təqsirləndirilən şəxs2 Əbdülrəhman oğlu, Təqsirləndirilən şəxs3 Əbdülrəhman oğlu, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, X9 və Təqsirləndirilən şəxs6 Talıbcan oğlu olması məlum olmuş, həmin şəxslər 17 mart N-cü il tarixdə saat 23 radələrində 10-cu sərhəd zastavasının 3-cü sahəsindən Dövlət Sərhədini qanunsuz olaraq keçməklə dağlıq və meşəlik ərazidə gizlənmiş, ərzaqları bitdikdən sonra N mart N-cü il tarixdə Pəlikeş kəndinə yaxınlaşmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar və digər sənədlər də sübut növü kimi qəbul edir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 22 mart N-cü il tarixli tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N mart Ncü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1, N mart N-cü il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N mart N-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2, N mart N-cü il tarixdə saat 20:50 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N mart N-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, X7, N mart N-cü il tarixdə saat 21:30 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N mart N-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, X8, N mart N-cü il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N mart N-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs6, N mart N-cü il tarixdə saat 22:30 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən N mart N-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, N mart N-cü il tarixdə saat 23:00 radələrində inzibati qaydada tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 mart N-cü il tarixli qərarlarından görünür ki, həbsetmənin əvvəli N mart N-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X4 hər biri haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DSX-nin Sərhəd Qoşunları N nömrəli hərbi hisssənin komandiri polkovnik Xalid Əliyevin 03 fevral N-cü il tarixli məktubunda görünür ki, N mart N-cü il tarixdə saat 20 radələrində Astara rayonunun Pəlikeş kəndi ərazisində 17 mart N-cü il tarixdə hərbi hissənin 10-cu sərhəd zastavasının 3-cü sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz keçmiş Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X1. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 mart N-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X2 İslam Respublikasından Azərbaycan Respublikası istiqamətdə dövlət sərhədini qanunsuz olaraq keçdikləri yer Astara rayonu Pəlikeş kəndinin ərazisindəki N nömrəli hərbi hissənin 10-cu sərhəd zastavasının 3-cü sahəsidir. Hadisə yerinə baxış zamanı maneə çəpərinin ətrafındakı kolluqların əzilməsi aşkar olunmuş, saxlanılan şəxslər həmin kolların onlar tərəfindən əzildiyini etiraf etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSX-nin ƏABİ-dən əməliyyat tapşırığına verilmiş sorğuya cavablarda göstərilmişdir ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 ilə aparılmış filtirasiya tədbirləri zamanı onlar, Azərbaycan Respublikasına gəlməkdə məqsədlərinin işləmək olduğunu bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasından daxil olan məktublardan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşlarıı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 həmin müəssisədə müalicədə olunmamışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən daxil olan sənədlərdən görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 Respublika Narkoloji mərkəzində müalicə olunmamışlar və qeydiyyatda yoxdurlar. Beləliklə, göstərlənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X6 qarşı irəli sürülmüş ittiham tam sübuta yetmişdir. Onun əməlində cinayət tərkibi vardır və düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X4 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X4 lk dəfə az ağır cinayət əməlləri törətmələrini, əməllərini etiraf edib, peşman olmalarını, X4 xx xxxxxx 2006-cı ildə anadan olmaqla cinayət əməlini törətərkən və hal-hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X4 barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6 və X5 təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Yetkinlik yaşına çatmayan X8 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-in 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə cinayət törətmiş oğlanlar üçün ümumi rejimli tərbiyə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2,Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X7 və X8 xarici ölkə vətəndaşları olduqlarından və iş üzrə onların Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq onlara Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-nin 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu, Təqsirləndirilən şəxs6, X3 cəzanın əvvəlinin N mart N-cü il tarixdən hesablanmasını və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrini, X4 cəzanın əvvəlinin N mart N-cü il tarixdən hesablanmasını və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsini, onlar barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Cinayət işi üzrə məhkəmə xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:

1. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.

2. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.

3. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs5 Məhəmmədnəzər oğlu əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.

4. Əfqanıstan İslam Respublikası vətəndaşı X7 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N mart N-cü il tarixdən hesablansın. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq X7 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.

5. Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N mart N-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs6 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın.

6. Əfqanıstan İslam Respublikası vətəndaşı yetkinlik yaşına çatmayan X8 Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X8 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli N mart N-cü il tarixdən hesablansın. X8 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq X8 əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar