Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-104/2025 27.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi Qafarov Elvin Namik oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxslər X6, Teleyeva Balanisa Nəvuz qızının, nümayəndəsi və həmdə xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 iştirakları ilə, Teleyeva Balanisa Nəvuz qızı, X6 və X7 xüsusi ittiham qaydasında Astara Rayon Məhkəməsinə vermiş olduqları şikayətə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 bildirdi ki, Astara rayonun Vaqo kənd sakini X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli hesab edərək məsuliyyə cəlb edilməsinə dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət verən şəxs Teleyeva Balanisa Nəvuz qızının nümayəndəsi və həmdə xüsusi ittiham qaydasında şikayət verən şəxs X13 bildirdi ki, Astara rayonun Vaqo kənd sakini X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli hesab edərək məsuliyyə cəlb edilməsinə dair hökm çıxarılmasını xahiş etdi. Teleyeva Balanisa Nəvuz qızı, X6 və X13 xüsusi ittiham qaydasında şikayətlərini onunla əsaslandırmışlar ki, Astara rayonun Vaqə kənd sakını X7 "Tik Tok" sosial şəbəkəsında nalayıq ifadələr işlədərək tabur edilməsi barədə Astara rayon prokurorluğuna müraciət edilmişdir.X1 və X4 "Tik Tok" platformasında "asaf ağayev adı ilə qeydiyyatdan keçmiş istifadəçi tərəfindən paylaşılaraq Teymur Ağayev və onun ailə üzvlən haqqında nalayiq ifadələr işlədilmişdir. Mümeiat üzrə Astara rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Astara rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilir ki, apanlımış araşdırma nəticəsində müəyyən edilmişdie ka, Astara rayonu, Vaqo kənd sakini 05 06 1974-cü il təvəllüdlü X9 məxsus evdə qeydə alınmış video görüntülər həmşinin digər foto şəkillər "Tik Tok" plattornasında "asaf ağayev" adı ila qeydiyyatdan keçmiş istifadəçı tərəfindən paylaşılaraq Teymur Ağayev və onun ailə üzvləri haqqında nalayıq ifadələr işlədilmişdır. Teymur Ağayev asaf ağayev adlı profilın qardaşı Asaf Ağayev tərəfindən idarə olunduğunu, ona va ailə üzvlərnə məxsus video görüntülən və foto şəkılını həmin səhifədə qardaşı Asəf Ağayev paylaşdığını bakdumışdır. Həmin qərarda həmçinin qeyd edilir ki, Teymur Ağayevə izah edilməlıdır kı, kütləvı nümayış etdinlən internet informasiya ehtiyatında təhqir olunmasına dair Azərbaycan Respublika Cinayat Məcəlləsinin 148-ci maddəsində (ishqar) nəzərdə tutulmuş amalun törədilməsi ilə bağlı AR CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Bunlara əsasən bu şikayətlə Astara rayon Məhkəməsinə müraciət edirik. Belə ki, həqiqətən Asəf Ağayevin əməllərində böhtan və təhqır cinayətının əlamətləri mövcuddur, AR CM-nin 1471-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsini və cinayət məsuliyyətinə cəlb edilməsi tələb olunur Bunlara dair məhkəməyə sübutlar(disk) təqdim ediləcəkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsının 37.2-cı maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibı yalnız zərərçəkmış şəxsın şıkayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 1651 2 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçırılır Bu cinayət obyektiv cəhətdən kütləvı çıxışlarda, kütləvı nümayış etdinlən əsərdə, mediada və ya kütləvi nümayiş etdırıldıyı haldainternet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini istənilən formada alçatma ilə deyil, məhz nalayiq formada qəsdən alçaltma ilə törədilir Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya chuyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial intermet şəbəkələri, dövrı mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür AR CM-mn 147 va 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsın şərəf və ləyaqətinı ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasıtasında və ya kütləvı nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsın şərəf və ləyaqətini alçaldın və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin göra, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür İşin hallarına əsasən təqsirləndirilən şəxs Ası Ağayev "Tik-tok" video paylaşma platformasında, yəni internet informasiya ehtiyatlarında öz çıxışlarını yerləşdirilməklə, hanun çıxışlarının kütləvı nümayiş olunmasına nail olmuşdur. Bununla da böhtan və təhqir cinayətiru qəsdən törətmışdır. Qeyd edirik ki, X8 Tok platformasında X3 və Teleyeva Balanisa Navuz qızı təhqır və böhtan məzmunlu paylaşım etmışdır Bunlar məhkəməyə təqdim ediləcək diskdə təsdiq edir. Xüsusi ittiham qaydasında şikayətlərə dair ışlərə baxılması üzrə məhkəmə təcrübəsihaqqında Azərbaycan Respublikası Ali Məhkəməsı Plenumunun 21 fevral 2015-ci iltarixli, 3 nömrəli qərarının 2-cı bəndində göstərilır ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittihun qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsına görə cinayət məsuliyyətının nəzərdə tutulması hər kəsin mənəvi dəyərı olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyatın üzvü kimi əxlaqı, mənəvi keyfiyyətlərinə, digər insanlara dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsın öz mənəvi və əqlı keyfiyyətlərını cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsın cəmiyyətdə, kollektivdə dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür Qərarın 5-cı bəndində göstərılır ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli. malumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlarında səsləndirilməklə elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə vəşikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əksetdirilməklə və sair üsullarla yayıla bilər. Yuxarıda qeyd edilənlərə əsasən Astara rayonun Vaqo kənd sakini X12 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli hesab edərək məsuliyyə cəlb edilməsinə dair hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, barəsində şikayət verilən şəxs X16 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə barəsində şikayət verilən şəxs X10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayəiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, xüsusi ittihamçılar Teleyeva Balanisa Nəvuz qızı, X6 və X13 tərəfindən verilən xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan normalarının tələblərinə cavab vermir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi əks olunmalıdır. Bundan əlavə, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməli olduğu təqdirdə, bununla bağlı xüsusi ittihamçı şikayət ərizəsində göstərilən halları təsdiq edən sübutları, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin onu təhqir etməsi və ya böhtan atması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli hesab edərək məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittihamçılar Teleyeva Balanisa Nəvuz qızı, X6 və X7 xüsusi ittiham qaydasında şikayətlari məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Teleyeva Balanisa Nəvuz qızı, X6 və X7 X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə təqsirli hesab edərək məsuliyyətə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında vermiş olduqları şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-104/2025
Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-104/2025
27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver