Məhkəmə qərarları › İş №1(018)-105/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-105/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-105/2023 13.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakları ilə xx.xx.1983-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Astara rayonu Şahağacı kəndində valideynlərinin fərdi yaşayış evinin həyətində Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs Məhərrəmli oğlu arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs başının arxa nahiyəsinə daşla bir dəfə qəsdən vuraraq sonuncuya başın ənsə nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarət yetirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, onunla danışmır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, qardaşı Təqsirləndirilən şəxsla anası Hümailin köhnə evini sökdükləri zaman aralarında mübahisə baş vermiş və Təqsirləndirilən şəxs onu nalayiq söyüşlərlə söydüyü üçün ona iradını bildirmiş, qardaşı Təqsirləndirilən şəxs sökülmüş evin ətrafında olan daş parçasını yerdən götürüb onun başının arxa nahiyəsinə vurub çıxıb getmişdir. Həmin vaxt onun baş nahiyəsindən qan gəldiyini anası görüb nə baş verdiyini soruşmuş, o da anasına hadisəni danışdıqdan sonra anası Hümayıl Məmmədova DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir.O, Astara RMX-na gedib müayinə olunmuş dava-dalaş təxminən 1-2 davam etmiş və dava-dalaş zamanı kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs oğlu onun qardaşıdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, və qardaşı Zərərçəkmiş şəxs Astara rayonu Şahağacı kəndində yaşadıqları evin həyətində köhnə ata evini sökdükləri zaman qardaşı Zərərçəkmiş şəxsla aralarında sözlə mübahisə olmuş, qardaşı Zərərçəkmiş şəxs ona həyətdən çıxmasını bildirmiş, o da yaşadığı evin həyətindən çıxmaqdan imtina etdikdə, qardaşı Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə söymüşdür. O, da əsəbləşib həyətdən sökülmüş evin qalıqlarının içindən daş parçasını götürüb qardaşı İlhamın başına vurduqdan sonra daş parçasını uzağa atıb həyətdən çıxıb getmişdir.Sonra qardaşı Zərərçəkmiş şəxs onun barəsində Astara RPŞ-nə şikayət etmişdir. Əlavə olaraq bildirdi ki, dava-dalaş zamanı hadisə yerində kənar şəxs olmamış və davadalaş təxminən 1-2 dəqiqə davam etmişdir..Əməlindən peşmanlıq çəkir və zərərçəkmiş şəxslə barışdığından sonuncunun ondan hər hansı şikayəti yoxdur. O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materiallarının icraatına xitam verilməsi ilə razıdır və bunu xahiş edir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 175 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məhərrəmli oğlunun tibbi müayinəsi zamanı onun bədəni üzərində-başın ənsə nahiyəsində əzilmiş yara aşkar edilmişdir, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədədn qərarın hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ lərdi, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2023-cü il tarixə uyğun gəlir əcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Astara rayon Mərkəzi xəstəxanasından təqdim olunmuş arayışda Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatinda durmadığı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməli oğlu 2017-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü si ilə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu Şahağacı kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmadığı göstərilmisdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış subutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb ekspertizasının müvafiq rəyi və məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alıb barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qızının ərizəsindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikasının CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən, “Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11 və 43.1.2-ci maddələrinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Şərh edilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olduğundan, onun haqqında cinayət təqibinə xitam verilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 39.1.11, 43.1.2, 321, 346- 347, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 12 (on iki) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Qərardan 20 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar