Məhkəmə qərarları › İş №1(018)-105/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-105/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-105/2025 26.11.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, 28 avqust 1976-cı il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağır Cinayətlər Dair İşlər Üzrə Məhkəməsinin 02 oktyabr 2006-ci il tarixli hökmü ilə CM-in 234.4.1ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, 11 iyun 2025-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş,30 sentyabr2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -0,795 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 09 iyun 2025-ci il tarixdə, saat 20:00 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Pensər kəndi ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd şəffaf rəngli sellofanda, təmiz çəkisi -0,783 qram narkotik vasitə olan heroin və 01 ədəd şprisdə, maye halında, quru maddəsinin çəkisi -0,012 qram olan narkotik vasitə heroin əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, usta işləmişdir. Ara-sıra narkotik vasitədən istifadə etsə də, satışı ilə məşğul olmamışdır. 09 iyun 2025-ci il tarixdə, saat 16 radələrində istifadə etmək məqsədi ilə narkotik vasitə olan heroin almaq üçün Lənkəran şəhərinə getmiş, Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən istifadə məqsədi ilə 30 manat müqabilində 01 ədəd sellofan bükümün içərəsindəki kağıza bükülü formada heroin almış, həmin kütlədən elə oradaca olanda şpris vasitəsi ilə inyeksiya yolu ilə istifadə etmiş, sonra da mikroavtobusa minib Astara rayonuna qayıtmış, yolda ağrıdığı üçün Pensər kəndində avtobusdan aşağı düşmüş, yolda bir yer tapıb yenə istifadə etmək istəmiş, təxminən saat 20:00 radələrində Pensər kəndi ərazisində yolun sol tərəfi ilə piyada hərəkətdə olan zaman anidən yanında avtomobil dayanmış, habelə qarşıdan da həmin vaxt 2 nəfər şəxs onu saxlamışlar. Avtomobildən düşən və piyada hərəkətdə olan şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ona üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet olduğunu soruşmuşlar, o da üzərində kakos olduğunu bildirmiş, ondan sonra üstü yoxlanılmış, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin kütləsi, 01 ədəd spris, sol yan cibindən 01 ədəd 1 manatlıq pul əskinası və alışqan çıxarılmış, üzərindən başqa da heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 1 qrama yaxın olması müəyyən edilmiş, sonra zərfdə qablaşdırılaraq möhürlənmiş, əlavə olaraq da şpris də zərfdə qablaşdırılaraq möhürlənmişdir. Üzərlərində o və iştirakçılar imzaları çəkmişlər. Onunla şifahi sorğu aparılmış, o, heroini saxlanılmamışdan təxminən 3 saat əvvəl Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını, heç kəsə satmadığını, vermədiyini, bir dəfə istifadə etdiyini və təxminən 3 ilə yaxın müddətdir ki, inyeksiya yolu ilə istifadə etdiyini demiş, alışqan və pul vəsaiti ona geri qaytarılmışdır. Sonra polis əməkdaşları avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmişlər. O, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, bu barədə bildiriş ona təqdim edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün müdafiəçi çağırılmış, əvvəlcə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar edilmiş əşyalara, bükümə yenidən baxış və üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış zamanı hər hansısa bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, sonra təhqiqatçı tərəfindən büküm və şpris zərfdən çıxarılmış, büküm yenidən elektron tərəzidə çəkilmiş, bükümün çəkisi ilə razılaşmış, şpris də elektron tərəzidə çəkilmiş, büküm və şpris yenidən zərfdə qablaşdırılmış, mən, müdafiəçi və iştirak edən digər şəxslər zərflərin üzərində imzaları çəkmişlər. Yuxarıda qeyd etdiyi cavablarını yenidən orada bildirmiş, yekunda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və iştirak edən digər şəxslər protokolu imzalamışlar. Üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə olan heroin kütləsini saxlanılmamışdan təxminən 3 saat əvvəl Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində almışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, narkotik vasitə olan heroindən 3 ilə yaxın müddətdir ki, istifadə etmişdir. O, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamış, həmin kütlədən kiməsə nə satmış, nə də ki, vermişdir. Ancaq bir dəfə üzərində aşkar edilən şpris vasitəsi ilə istifadə etmişdir. Ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmişdir, heç kəs ona zor tətbiq etməmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkməmiş, mobil telefondan istifadə etmədiyi üçün istifadəsdə mobil nömrə olmamışdır. Əməlindən peşimandır, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 iyun 2025-ci il tarixdə Astara şəhəri, S.Vurğun küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 iyun 2025-ci il tarixdə, saat 20:00-da Astara rayonu, Pensər kəndi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yolun kənarında hərəkət etdiyini görmüşlər, dərhal avtomobili yanında saxlayaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində kakos, yəni narkotik vasitə olan heroin olmasını bildirmiş, ondan sonra tərəfindən üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümdə narkotik vasitə olan heroin kütləsi, 01 ədəd şpris, sol yan cibindən də 01 ədəd 1 manatlıq pul əskinası ilə alışqan aşkar edilərək götürülmüş, başqa da heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu üzərindən aşkar edilmiş heroinə bənzər kütləni Lənkəran rayonunda tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, heç kəsə satmadığını, heroindən istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə 01 ədəd sellefon bükümdə olan narkotik vasitə olan heroin çəkilmiş, tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Həmin aşkar edilən şpris də zərfdə qablaşdırılmışdır. Bundan sonra onlar Elxan ilə birlikdə Astara RPŞ-yə gəlmiş, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, Özcan Quluzadə tərəfindən Elxanın üzərindən aşkar edilmiş bükümün və şprisin qablaşdırıldığı zərf yenidən açılaraq baxış keçirilmiş, bükümə baxış keçirilən zaman orada o, Təqsirləndirilən şəxs, müdafiəçi və Şahid2 iştirak etmiş, Təqsirləndirilən şəxs orada bükümün çəkisi ilə razılaşmış, sonuncu ilə şifahi sorğu aparılan zaman yuxarıda göstərilənləri yenidən təsdiq etmiş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qeydə alınmış videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmək üçün “BENQ” markalı kompyüterə daxil edilmiş, “My computer” pəncərəsində “Elxan.mp4” adlı videogörüntü açılmışdır. 16 dəqiqə 18 saniyədən ibarət olan videogörüntünün 02:15 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofon bükümün və 01 ədəd şprisin aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin bükümün narkotik vasitə olduğunu və özünə məxsus olduğunu deməsi qeydə alınmışdır. Sonradan videogörüntü də əhəmiyyət kəsb edən məlumat aşkar edilməmiş, nəticədə bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, Azərbaycan dilində sərbəst danışır, yazıb oxuya bilir və ifadəsinin müstəntiq tərəfindən kompüterdə latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmasını istəyir. Mahiyyəti üzrə bildirmişdir ki, 09 iyun 2025-ci il tarixdə Astara şəhəri, S.Vurğun küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxsun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 09 iyun 2025-ci il tarixdə, saat 20:00-da Astara rayonu, Pensər kəndi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yolun kənarında hərəkət etdiyini görmüşlər, dərhal avtomobili yanında saxlayaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olubolmaması soruşulduqda sonuncu üzərində kakos, yəni narkotik vasitə olan heroin olmasını bildirmiş, ondan sonra Şahid1 tərəfindən üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümdə narkotik vasitə olan heroin kütləsi, 01 ədəd şpris, sol yan cibindən də 01 ədəd 1 manatlıq pul əskinası ilə alışqan aşkar edilərək götürülmüş, başqa da heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu üzərindən aşkar edilmiş heroinə bənzər kütləni Lənkəran rayonunda tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, heç kəsə satmadığını, heroindən istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə 01 ədəd sellefon bükümdə olan narkotik vasitə olan heroin çəkilmiş, Şahid1 tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmışdır. Qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Həmin aşkar edilən şpris də zərfdə qablaşdırılmışdır. Bundan sonra onlar Elxan ilə birlikdə Astara RPŞ-yə gəlmiş, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili X6 Şahid1 ilə analoji ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. İşdə olan 09 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:00-dan saat 20:17-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofon bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd şpris aşkar edilərək götürümüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 0,149 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni Lənkəran şəhərində tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, istifadə məqsədi ilə üzərində gəzdirdiyini, heç kimə satmaq məqsədinin olmadığını bildirmişdir. İşdə olan 09 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:53-dən saat 22:09-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd zərf və 01 ədəd şpris olan 01 ədəd zərf açılmış, bir ədəd bükümdə narkotik vasitə olan heroinə və şprisə baxış keçirilmiş, həmin büküm elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisi 1,72 qram olması, şprisin isə 3.58 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir. İşdə olan 09 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 20:00-dan saat 20:17-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofon bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və 01 ədəd şpris aşkar edilərək götürümüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 0,149 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni Lənkəran şəhərində tanımadığı şəxsdən 30 manat müqabilində aldığını, istifadə məqsədi ilə üzərində gəzdirdiyini, heç kimə satmaq məqsədinin olmadığını bildirmişdir. İşdə olan 09 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 21:53-dən saat 22:09-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd zərf və 01 ədəd şpris olan 01 ədəd zərf açılmış, bir ədəd bükümdə narkotik vasitə olan heroinə və şprisə baxış keçirilmiş, həmin büküm elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisi 1,72 qram olması, şprisin isə 3.58 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üstü yoxlanılan zaman bildirdiyi məlumatları təkrar olaraq qeyd etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-kimyəvi ekspertizası üzrə verilmiş 10 iyun 2025-ci il tarixli, 19/240 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş 01 ədəd bükümdə heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -0,783 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş 01 ədəd şprisdə olan heroinə bənzər maye....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd 2 ml-lik şprisin içərəsində həcmi 0,3 ml olan maye, narkotik vasitə heroin məhluludur, məhlulda heroinin quru maddəsinin ümumi təmiz çəkisi: -0,012 qramdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 12 iyun 2025-ci il tarixli, 327 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Dair İşlər Üzrə Məhkəmənin 02 oktyabr 2006-ci il tarixli hökmü ilə CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmiş. CM-nin 83-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X3 məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 11 iyun 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Astara rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli (1 (018)-105/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. İşdə olan Astara rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-65/2- 17709/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Astara RPŞ-nin MSY-nə təhvil verilmişdir. İşdə olan Astara rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli (1 (018)-105/2025 nömrəli qərarından görünür ki, iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi çəkisi 0,733 qram olan narkotik vastiə olan heroin, 0,2 ml narkotik tərkibli maye və bir ədəd şpiris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2025-ci il tarixdən 11 iyun 2025-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 30 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 0,733 qram olan narkotik vastiə olan heroin, 0,2 ml narkotik tərkibli maye və bir ədəd şpiris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin Lənəran Kompleksinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar