Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-106/2024 05.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X8, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, yük avtomobili sürücüsü, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakent rayonu, Pervomayskoye kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən bir bükümdə, xeyli miqdarda 10,848 qram qurudulmuş marixuana narkotik vasitəsini satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etmiş, idarə etdiyi “Volvo” markalı H008OC55/AM688855 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində saxlamış, daşımış, törətdiyi cinayət əməllərinin aşkar olunacağını görərək əldə etdiyi narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olarkən cinayətin törədilməsindən məlumatı olmayan, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedən Rusiya Federasiyasının vətəndaşı X1 idarə etdiyi “Volvo” markalı, Y525KC05/AH270431 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sağ tərəfindən olan saxlanc yerinin üzərinə qoyaraq həmin gün saat 05:30 radələrində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə nail olmuş, daha sonra həmin nəqliyyat vasitəsi gömrük nəzarətindən keçdikdən sonra qeyd olunan narkotik vasitənin olduğu bükümün gizlətdiyi yerdən düşdüyünü müşahidə etmişdir. Həmin gün saat 05:54-də qeyd olunan bükümün aşkar edilməməsi üçün ayağı ilə vuraraq kənarlaşdırıb həmin ərazidən uzaqlaşmış, bundan sonra Astara Gömrük İdarəsinin idxal yoxlama xəttində qeyd olunan narkotik vasitə saat 06:00 radələrində gömrük əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür.Həmin gün saat 13:00 radələrində Təqsirləndirilən şəxs Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində saxlanılmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildiyini və istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, Rusiya Federasiyası Dağıstan Respublikası Kayakent rayonu Pervomayskoye kəndində ailəsilə birlikdə yaşayır. 5 azyaşlı övladı vardır. 15 ildir yük avtomobili sürücüsü işləyir. Rusiya Federasiyasından İran İslam Respublikasına və başqa ölkələrə yüklərin daşınması ilə məşğul olur. “Volvo” markalı “H008OC55/AM688855” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmiş və həmin avtomobil onun mülkiyyətində olmuşdur. Cari ilin may ayının əvvəlləri Rusiya Federasiyasından idarə etdiyi nəqliyyat vasitəsinə yüklənmiş “parfumeriya, kosmetika” yükünü İran İslam Respublikasına təyinat yerinə aparmaq məqsədilə yola düşmüşdür.05 may 2024-cü il tarixdə Astara Gömrük İdarəsindən keçərək İran İslam Respublikasına daxil olub daşıdığı yükü İran İslam Respublikasının Astara şəhərində təhvil verdikdən sonra Rusiya Federasiyasına daşımaq üçün İİR-in Astara şəhəri yaxınlığında yerləşən bir anbardan idarə etdiyi nəqliyyat vasitəsinə “alma” yükü yüklənmişdir. Bundan sonra İİR-in Astara şəhərində, gömrüyünün yaxınlığında yerləşən “Pəyanə” adlı yük terminalına daxil olmuş, növbə olduğuna görə orada bir neçə gün gözləməli olmuşdur. Bəzən qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etmişdir. İranın Astara şəhərində olduğu müddətdə, təxminən 10 gün əvvəl sürücü yoldaşı, hazırda Rusiya Federasiyasında olan Arsen adlı şəxsdən öz istifadəsi üçün pul müqavilində az miqdarda narkotik vasitə qurudulmuş marixuana almışdır.. İranda qaldığı müddətdə həmin qurudulmuş marixuanadan istifadə etmişdir. Yük yükləndikdən sonra növbədə gözləyərkən əldə etdiyi həmin qurudulmuş marixuananın qalan hissəsini aşkar edilməsindən qorxduğu üçün bükümü Azərbaycan Respublikası gömrüyünü keçdikdən sonra istifadə etmək üçün götürərək növbədə gözləyən, adını bilmədiyi bir Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Volvo” markalı Y525KC05/AH270431 nömrəli yük nəqliyyat vasitəsinin sağ yan tərəfində yerləşən ehtiyat hissələrinin saxlanılması üçün nəzərdə tutulmuş yeşikdə yerləşdirmişdir. Narkotik vasitəni həmin maşında yerləşdirdiyindən nə sürücünün, nə də başqa şəxslərin xəbəri olmamışdır. Bundan sonra 29 may 2024-cü il tarixdə idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran- Azərbaycan sərhədini keçib Azərbaycan Respublikasının Astara gömrüyünə daxil olmuş, yükə və nəqliyyat vasitəsinə aid sənədləri bir pəncərədən götürməyə gedərkən tanımadığı sürücünün idarə etdiyi içərisində narkotik vasitə olan bükümü yerləşdirdiyi yük nəqliyyat vasitənin idxal xəttinin birinci sırasında olduğunu görmüşdür. Oradan keçərkən gizlətdiyi bükümün avtomobilin yanından yerə düşdüyünü görmüş, narkotik vasitənin aşkar edilməsindən, sonradan onun üçün problem yaranmasından qorxub büküm ayağı ilə vurub çuxura salmaq istəmişdir. Lakin büküm çuxura düşməmişdir. Bundan sonra şərait olmadığından həmin bükümə müdaxilə edə bilməmişdir. Daha sonra idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük işçisi tərəfindən gömrük yoxlaması keçirilmişdir. Yoxlama bitdikdən sonra gömrük nəzarəti zonasını tərk edib yoluna davam etmişdir. Salyan rayonu ərazisində olduğu zaman, dincəlmək üçün avtomobili saxlamış, saat 13 radələrində bir neçə nəfər ona yaxınlaşıb özlərini təqdim edərək gömrük əməkdaşları olduqlarını bildirmiş və onu Astara Gömrük İdarəsinə dəvət etmişlər. Astara Gömrük İdarəsində bir bükümdə narkotik vasitə marixuana aşkar edildiyini, həmin narkotik vasitə ilə bağlı məlumatı olubolmadığı ondan soruşmuşlar. O, sorğu-sual zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu və qeyd olunan yük avtomobilində gizlətdiyini etiraf etmişdir. Əməlindən peşman olduğunu, ilk dəfə belə səhfə yol verdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində səkkiz yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və ailənin yeganə qazanc gətirən olmasını nəzərə alaraq nisbətən aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzi, 1-ci bölmənin inspektoru vəzifəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə iş bölgüsünə əsasən yük nəqliyyat vasitələrinin idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmiş, həmin gün saat 06 radələrində yük idxal xəttində, yük nəqliyyat vasitələrinin yoxlanılması üçün nəzərdə tutulmuş ərazidə yerdə bir ədəd şəffaf sellofan büküm olduğu diqqətini çəkmişdir. Yaxınlaşıb vizual baxış keçirdikdə içərisində narkotik vasitə və ya psixotrop maddə ola biləcəyindən şübhələnmiş və baxış keçirilməsi üçün 2 nəfər hal şahidi dəvət edərək hal şahidlərinin iştirakı ilə həmin bükümü yerdən götürüb xidməti otaqda baxış keçirmişdir. Bükümü açdıqda içərisində qurudulmuş marixuana narkotik vasitəsinə oxşar, spesifik iyə malik, bitki mənşəli kütlə olduğu məlum olmuşdur.Bükümü elektron tərəzidə çəkmiş və qablaşdırması ilə birlikdə çəkisinin 13,6 qram olduğu müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra aşkar edilmiş büküm qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. X13 İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama tədbirləri nəticəsində bükümün həmin tarixdə Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs adlı sürücü tərəfindən yerə atılmasının müəyyən edildiyi, həmin şəxs saxlanıldığı və törətdiyi əməli etiraf etdiyi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara gömrük idarəsində yükləmə-boşaltma işlərində fəhləlik edir. xx.xx.2024-cü ildə saat 06 radələrində gömrük əməkdaşı Şahid2 onu və onunla birlikdə işləyən Şahid3 yük idxal xəttinə dəvət edərək keçiriləcək baxışda hal şahidi kimi iştirak etməyi xahiş etmişdir. Onlar gömrük əməkdaşının xahişini qəbul edərək birlikdə həmin yerə getmişlər. Orada yerdə 1 ədəd şəffaf sellofan büküm olmuşdur. Gömrük əməkdaşı həmin bükümü onların iştirakı ilə yerdə götürüb xidməti otaqda baxış keçirmişdir. Bükümü açdıqda içərisində qurudulmuş marixuana narkotik vasitəsinə oxşar, spesifik iyə malik maddə olduğu məlum olmuşdur. Büküm elektron tərəzidə çəkilmiş və qablaşdırması ilə birlikdə çəkisinin 13,6 qram olduğu müəyyən edilmişdir. Baxış başa çatdıqdan sonra aşkar edilmiş büküm gömrük əməkdaşı tərəfindən qablaşdırılmış, protokol tərtib edilmiş, onlar protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsi ondan öncə dindirilən Şahid1 ifadəsinə oxşar olmus və işin yuxarıda göstərilən xüsusatlarını bir daha təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla sübutları yoxlayb təhlil etmişdir. İş materiallarında olan : «Astara» Gömrük İdarəsində tərtib edilmiş “Malların və nəqliyyat vasitələrinin baxış və götürmə barədə” (səh 8) 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Astara Gömrük İdarəsinin yük idxal xəttində yük nəqliyyat vasitələrinin yoxlanılması üçün nəzərdə tutulmuş yerdə şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm olduğu müəyyən edilmiş, vizual baxış zamanı bükümün içərisində narkotik vasitə olması şübhəsi yaranmış, baxış zaman bükümün içərisində yaşıl rəngli, marixuanaya oxşar maddə olduğu məlum olmuş, elektron tərəzidə çəkilmiş və qablaşdırılması ilə birlikdə çəkisinin 13,6 qram olduğu müəyyən edilmişdir. 29 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki,(səh 12) 74 nömrəli kamera çəkilişində 29 may 2024-cü il tarixdə saat 05:34:39-da içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 (bir) ədəd bükümün yük nəqliyyat vasitələrinə gömrük nəzarəti həyata keçirmək üçün nəzərdə tutulmuş xətdə 1-ci sırada olan Rusiya Federasiyası vətəndaşı X1 idarə etdiyi “Volvo” markalı Y525KC05/AH270431 nömrəli yük nəqliyyat vasitəsinin sağ yan tərəfində yerləşən saxlanc yerindən düşdüyü müəyyən olunmuşdur. Y525KC05/AH270431 nömrəli yük nəqliyyat vasitəsi saat 05:53:01də həmin xətdən irəliyə doğru hərəkət etməyə başlayır və saat 05:53:22-də xətti tam tərk etdikdən sonra içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 (bir) ədəd bükümü saat 05:53:26-da Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən ayaqla vurularaq yoxlama xəttinin 2-ci sırasına atıldığı, Təqsirləndirilən şəxs saat 05:53:55-dən saat 05:54:12-dək ayaqla vurularaq 2-ci sıraya atılmış içərisində yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 (bir) ədəd bükümü nəzarət xəttində irəli və geri gedərkən başını əyib müşahidə etməsi və həmin şəxsin saat 05:54-də maşına oturması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş (səh 75-76) 29 may 2024-cü il tarixli qərarla məhkəmə-bioloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin 29 may 2024-cü il tarixli, 19/456 №-li ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş polietilen paketdəki bir bükümdə təmiz çəkisi 10,848 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olduğu təsdiqini tapmışdır. Aparılmış tədqiqatdan sonra qurudulmuş marixuana narkotik vasitəsinin qalığı 10,748 qram təşkil etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X16 tərəfindən verilmiş (səh 170-171) 08 iyul 2024-cü il tarixli, 4654 saylı narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitəsi olan kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyat alınması məsləhət görülür. Astara» Gömrük İdarəsində tərtib edilmiş 29 may 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki (səh 14-15), Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respulikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 4(004)-510/2024 saylı qərarından görünür ki,Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, (səh-155) Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan yaşayış yeri barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Dağıstan Respublikası Kayakent rayonu Pervomayskoye kəndində yaşayır. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X3 himayəsindədir, o ağır xəstəlikdən əziyyət çəkir və daim qulluğa ehtiyacı var. İş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2006-cı ildə X9 ilə rəsmi nikah münasibətinə girmişdir. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı beş azyaşlı övladları vardır. İş materiallarında olan xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar,səmimi etirafı, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Qanunvericiliyə istinadlar: Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cinayətlərin məcmusu üzrə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş əməldən səmimi peşmanlıq hissi keçirməsini, himayəsində xəstə anası, 2 yetkinlik yaşına çatmayan və 3 azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmış və Salyan ərazisində saxlanılmışdır, həmin bükümün başqasının yük maşınına qoyduqdan sonrada vicdanlı yanaşaraq həmin bükümü maşından götürüb yerə atmış və oradan uzaqlaşmışdır.Dolayısı ilə həmin cinayəti gömrüyün ərazisini tərk etdikdən sonra səmimi etiraf etməsi və digər yük maşınını pis vəziyyətə salmaması üçün sonradan etdiyi davranışlar və daha sonra istintağın gedişinə səmimi etirafla fəal köməklik etməsi məhkəmənin diqqətini cəlb etmişdir.İşin faktiki halları göstərir ki,təqsirləndirilən şəxsin səmimi etirafı olmadığı təqdirdə sübutlarla bağlı müəyyən çətinliklər yarana bilərdi. Məhkəmənin qənaitinə əsasən sözügedən halların mövcudlüğu müstəsna hal kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində 2 yetkinlik yaşına çatmayan və 3 azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını,anasının xəstə olmaqla onun himayəsində olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunuda müstəsna hal hesab edir Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin məcəllənin 62.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan faktiki halların məcmusu müstəsna hal hesab edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66.2-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qanuna uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəlinin 29 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olmadığını nəzərə alır və Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalmış – 10,748 qram (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş materiallarında olan 25 iyul 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, (səh 176-184) Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 300 ABŞ dolları saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri Təqsirləndirilən şəxs təhvil verilməlidir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Poco” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin bir ədəd “Poco” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə edilməli əşya mövcud deyil. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 10,748 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 300 ABŞ dolları və cinayət işinə əlavə olunmuş bir ədəd “Poco” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə məhkəmə xərci (ekspertiza üzrə) olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-106/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-106/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver