Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-108/2024 04.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Astara rayonu, Sımkəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Sımkəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsindəbaşqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cümaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələkeçirmək məqsədi ilə Astara rayonu, Ojakəran kənd sakini Zərərçəkmiş şəxsAzərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidmətində yüksək vəzifədə işləyən tanışlarının olduğunu, başqa şəxslər üçün işlərgördüyünü bildirib, inandıraraq Ojakəran kəndində əvvəllər sovxozun balansında olmuş vəhazırda fəaliyyət göstərməyən binanı Zərərçəkmiş şəxs adına özəlləşdirəcəyini yalandan vədverib, aldadaraq 2022-ci ilin may ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə vəvaxtdasonuncunun arvadı Şahid1 Astara şəhəri, H.Əliyevprospektində yerləşən “Qardaşlar” marketin qarşısında əlbəəl verdiyi 5.000(beş min) manat,2022-ci ilin iyun ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda NargiləHidayətovadan yaşadığı Ojəkəran kəndində yerləşən fərdi yaşayış evində əlbəəl aldığı1.000(min) manat, 2022-ci ilin iyun ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə vəvaxtda Astara rayonu, Kijəbə qəsəbəsinin mərkəzində Şahid1 əlbəəl aldığı2.000(iki min) manat, 25 avqust 2022-ci il tarixdə, istintaqla dəqiq müəyyən edilməyənvaxtda Şahid1 yaşadığı evdə əlbəəl aldığı 2.000( iki min) manat, 2022-ciilin sentyabr ayında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə və vaxtda Kijəbəqəsəbəsinin mərkəzində Şahid1 əlbəəl aldığı 1.700(min yeddi yüz) manat,31 dekabr 2022-cü il tarixdə, saat 16:41-də Zərərçəkmiş şəxs Astara rayonu, Ojakərankəndində yerləşən marketdəki “MilliÖn” ödəmə terminalından istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş 416974******3250 bn 8usaylı debit kartına köçürdüyü1000(min) manat və Zərərçəkmiş şəxs Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən “Kral”marketdə olan “MilliÖn” ödəmə terminalından özünə məxsus 4169-7388-2648-9415 saylı“Kapital Bank”-ın debit kartına göndərdiyi 1.500(min beş yüz) manat məbləğində pulvəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxsümumilikdə 14.200(on dörd min iki yüz) manat məbləğində maddi ziyan vurmaqladələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və onun yoldaşı Şahid1gillə uzunmüddətdir ki, ailəvi dostluqları vardır. Şairgilə ona 2022-ci ilin aprel ayında yaşadıqları kənddəki sovxozun balansında olmuş, fəaliyyət göstərməyən birmərtəbəli binanı özəlləşdirmək istədiklərini bilmiş, o da uzun müddətdir ki, Bakıda yaşadığından Nargiləgilin şəxsi əlaqələrinin yaxşı olduğunu bilmişlər. Onun həm də müəyyən qədər borcları olduğuna görə, həmin borcları qaytarmaq üçün pul lazım olmuş, elə bunları aldadıb pullarını ələ keçirməyi düşünmüş, ona görə də guya əmlak komitəsində yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu və bu işi 17000 manata həll edəcəyini demişdir. Şairgildə razılaşmış, pulu hissə-hissə verəcəklərini demiş, ilk olaraq 2022-ci ilin may ayının dəqiq xatırlamadığı günündə Nargilə ilə Astara şəhərindəki “Qardaşlar” marketin qarşısında görüşmüş, Nargilə Şairdən aldığı 5000 manat məbləğindəki pulu ona əlbəəl vermiş, daha sonra sonuncuya guya Bakıya gedib işi danışacağını demiş, ancaq, həqiqətdə elə bir niyyəti olmamışdır. O, Şairgili daha da inandırmaq üçün işlərin qaydasında getdiyini, qısa müddətdə pulu verib qurtarmalı olduğunu demişdir. Bir neçə gün sonra yenə Nargiləyə zəng edib 1000 manat məbləğində də pul lazım olduğunu, Nargilə də ona Şairlə danışandan sonra xəbər edəcəyini bildirmişdir. Nargilə ona zəng edib Şair pulu evə qoyduğunu, həmin pulu da gəlib götürməyini istəmiş, o da gedib pulu götürmüş, pulu aldıqdan sonra çıxıb getmişdir. 2022-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə yenə Nargiləyə zəng vurub sənəd üçün 2000 manat məbləğində pul lazım olduğunu demiş, biraz keçdikdən sonra Nargilə zəng vurub pulun hazır olduğunu, Kijəbə qəsəbəsinin mərkəzində görüşüb verəcəyini demişdir. Nargilə ilə görüşüb pulu götürmüş, 25 avqust 2022-ci il tarixdə yenə Nargilədən 2000 manat pul verməsini həmin pulu aparıb Bakı şəhərindəki sənədləri həll edən tanışına verəcəyini demişdir. Nargilə də pulun evdə olduğunu və gedib götürməyini istəmiş, o, Şairgilin evinə getmiş, 2000 manat məbləğindəki pulu götürmüş, elə orada olan zaman kağız parçasına 25 avqust 2022-ci il tarixdə Nargilədən 10000 manat pul aldığını təsdiqləyən yazı yazmış, imzası ilə təsdiqləmişdir. Daha sonra sentyabr ayının dəqiq xatırlmadığı günündə Nargiləyə 2000 manat məbləğində pulun lazım olduğunu demiş, Nargilə ona 2000 manat pulun olmadığını, ancaq 1700 manat məbləğində pul verə biləcəyini demiş, o da onsuz pulu özü üçün götürdüyündən problem olmadığını demiş, Nargilə ilə Astara rayonu, Kijəbə qəsəbəsindəki aptekin yanında görüşmüş, pulu götürmüşdür. Ondan sonra Şairlə Nargilə ondan hər dəfə işin nə yerdə olduğunu soruşduqda, müxtəlif bəhanələr gətirərək az qaldığını demiş, sonra 2022-ci ilin dekabr ayında sənədləşmə işinin yekunlaşmaq ərəfəsində olduğunu bildirmiş, buna görə də 2500 manat məbləğində pul verilməli olduğunu demiş, ancaq Bakı şəhərində olduğundan göndərəcəyi bank kartına göndərilməsini istəmiş, hazırda xatırlamadığı bank kartına 31 dekabr 2022-ci li tarixdə 1000 manat məbləğində və 27 yanvar 2023-cü il tarixdə istifadəsində olan 4169-7388-2648- 9415 saylı “Kapital Bank” plastik kartına 1500 manat məbləğində pul köçürülmüşdür. Beləlikdə 14200 manat məbləğindəki pulu Şairdən dələduzluq yolu ilə ələ keçirmiş, sonradan Şairin şikayət etdiyini bildiyindən ödəmək istəmiş, ancaq pulu olmadığından ödəyə bilməmişdir. Sonradan isə 4000 manat məbləğindəki pulu 2023-cü ilin dekabr ayının dəqiq xatırlamdığı günündə Şairə qaytarmışdır. 2022-ci ilin aprel ayının dəqiq xatırlamdığı günündən 2023-cü ilin 27 yanvarınadək olan müddət ərzində hissə-hissə olmaqla Zərərçəkmiş şəxs aldadaraq 14200 manat məbləğində pulunu guya Əmlak Komitəsində yüksək vəzifədə işləyən dostlarının olmasını göstərməklə aldadaraq Astara rayonu, Ojakəran kəndindəki sovxozun balansında olan və fəaliyyət göstərməyən birmərtəbəli binanı sonuncunun adına özəlləşdirmək adı ilə ələ keçirmişdir. Şairdən aldığı puldan 4000 manat məbləğində pulu geri qaytarmış, həmçinin Şairə söz verdiyi binanı onun adına özəlləşdirmək üçün heç bir şey etməmişdir. Əvvəllər də tanışlarına müəyyən işlər də köməkliklər etdiyindən Şairə də guya kömək edəcəyini demiş, lakin həmin işin həll edə bilməyəcəyini bilmiş, pulu ələ keçirməkdə məqsədi başqa şəxslərə olan borcundan ödəmək olmuşdur. Hazırda Zərərçəkmiş şəxs vurmuş olduğu 14200 manat pulu tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində az yaşlı uşaqlarının olduğunu bildirib ona yüngül cəza təyin edilməsi xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o və arvadı Şahid1 Təqsirləndirilən şəxs ilə ailəvi dostluqları uzun müddətdir ki, vardır. Arvadı Nargilə ilə 2022-ci ilin aprel ayında yaşadıqları kənddəki sovxozun balansıda olmuş, fəaliyyət göstərməyən birmərtəbəli binanı onun adına özəlləşdirmək istəmiş, bunu da məhz şəxsi əlaqələrinin yaxşı olduğunu düşündükləri Alimə demişlər. Alimdə onlara Əmlak Komitəsində yaxşı dostlarının olduğunu bildirib bu işi rahat şəkildə həll edəcəyini demişdir. Daha sonra guya kiminləsə danışdığını, bu işi həlli müqabilində 17000 manat məbləğində pul alacağını demiş, o da razılaşmışdır. Onun işləri çox olduğundan işi arvadı Nargiləyə tapşırmış, Alim Nargiləyə Bakı şəhərinə işi danışmağa gedəcəyini, 5000 manat məbləğində pul lazım olduğunu bildirmiş, Nargilə də ona 5000 manat məbləğində pul lazım olduğunu demişdir. Həmin vaxtı pulları olmadığından qohumları Şahid2 5000 manat məbləğində borca pul almış, Nargiləyə vermiş, Nargilə Alimlə 2022-ci ilin may ayının dəqiq xatırlamadığı günündə Astara şəhərindəki “Qardaşlar” marketin qarşısında görüşmüş, 5000 manat məbləğindəki pulu əlbəəl vermiş, Alim Nargiləyə guya Bakıya gedib işi danışacağını və rahat olmaqlarını demişdir. Alim bir neçə gün sonra yenə Nargiləyə zəng edib 1000 manat məbləğində pul lazım olduğunu demiş, Nargilə də ona pul lazım olduğunu deyəndən sonra pulu evə qoymuşdur. Alimin gəlib evdən götürməli olduğunu bildirmiş, sonuncu da evdə olmayan vaxt onlara gəlib pulu götürüb getmişdir. 2020-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə Nargilə ona zəng vurub qızıgilin ailəsi ilə birlikdə Pəlikeş kəndində olduqlarını, Alimin yenə zəng edib 2000 manat məbləğində pul vəsaiti istədiyini, qızlarının yoldaşı Şahid3 həmin məbləğdə pul olduğunu demiş, o da Ramindən borca pul almasını, pulu qaytaracağını demişdir. Nargilədə həmin pulu gedib Ramindən götürüb Kijəbə qəsəbəsində görüşüb Alimə vermişdir. Alim 25 avqust 2022-ci il tarixdə yenə 2000 manat məbləğində pul verməli olduqlarını, həmin pulu da Bakı şəhərində sənədlərini həll edən tanışına verəcəyini demiş, o yenə pulu evə qoyaraq getmiş, Alim də onlara gələrək 2000 manat məbləğindəki pulu götürmüşdür. Nargilə Alimdən kağız parçasına 25 avqust 2022-ci il tarixdə 10000 manat pul aldığını təsdiqləyən yazı yazdırmış və imzasını çəkdirmişdir. Alim sentyabr ayının dəqiq xatırlamadığı günündə Nargiləyə 2000 manat məbləğində pulun lazım olduğunu demiş, lakin onun 2000 manat pulunun olmadığından 1700 manat məbləğində pul verə bilmiş, Nargilə Alim ilə Astara rayonu, Kijəbə qəsəbəsindəki aptekin yanında görüşmüş və pulu vermişdir. Ondan sonra o, Nargilə ilə Alimdən hər dəfə işin nə yerdə olduğunu soruşduqda, müxtəlif bəhanələr gətirərək az qaldığını demiş, sonra Alim 2022-ci ilin dekabr ayında sənədləşmə işinin yekunlaşmaq ərəfəsində olduğunu bildirmiş, 2500 manat məbləğində pul verilməli olduqlarını demiş, ancaq Bakı şəhərində olduğundan onlara göndərəcəyi bank kartına göndərilməsini istəmiş, yoldaşı Nargilə ilə hazırda xatırlamadığı bank kartına 31 dekabr 2022-ci li tarixdə 1000 manat məbləğində və 27 yanvar 2023-cü il tarixdə Alimin istifadəsində olan 4169-7388-2648-9415 saylı “Kapital Bank” plastik kartına 2000 manat məbləğində pul köçürmüşdür. Beləlikdə 14200 manat məbləğindəki pulu Alimə vermiş, daha sonra Alimdən nə qədər istədikləri xəbəri almaq istəsələrdə hər dəfə onları yalan bəhanələrlə aldatmış, o da Alimin dələduzluq edərək aldatdığını başa düşmüş, bununla bağlı şikayət edəcəyini demiş, Alim də onun şikayət edəcəyini biləndən sonra 4000 manat məbləğindəki pulu 2023-cü ilin dekabr ayının dəqiq xatırlamadığı günündə ona qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin tam ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib bu barədə ərizəni məhkəməyə təqdim edib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o və əri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə uzun müddətdir ki, ailəvi dostluqları vardır. Əri Şair ilə 2022-ci ilin aprel ayında yaşadıqları kənddəki sovxozun balansıda olmuş və fəaliyyət göstərməyən birmərtəbəli binanı özəlləşdirmək istəmiş, bunu da məhz şəxsi əlaqələrinin yaxşı olduğunu düşündükləri Alimə demişlər. Alim də onlara Əmlak Komitəsində yaxşı dostlarının olduğunu bildirib bu işi rahat şəkildə həll edəcəyini demiş, daha sonra guya kiminləsə danışdığını və bu işi həlli müqabilində 17000 manat məbləğində pul alacağını demiş və Şair də razılaşmışdır. Alim ona Bakı şəhərinə işi danışmağa gedəcəyini, 5000 manat məbləğində pul lazım olduğunu bildirmiş, əri Şairə demiş, həmin vaxtı pulları olmadığından Şair qohumları Şahid2 5000 manat məbləğində borca pul almış, ona vermiş, o da Alimə pulun hazır olduğunu və görüşüb verə biləcəyini demişdir. Alimlə 2022-ci ilin may ayının dəqiq xatırlamadığı günündə Astara şəhərindəki “Qardaşlar” marketin qarşısında görüşüb 5000 manat məbləğindəki pulu əlbəəl ona vermişdir. Daha sonra guya Bakıya gedib işi danışacağını və rahat olmalarını demişdir. Alim bir neçə gün sonra yenə zəng edib 1000 manat məbləğində də pul lazım olduğunu demiş, o da Şairlə danışandan sonra xəbər edəcəyimi bildirmiş, sonra Alimə zəng edib Şair pulu evə qoyduğunu, gəlib götürməyini istəmiş, Alim də onlara gəlmiş, pulu götürmüşdür. 2020-ci ilin iyul ayının dəqiq xatırlamadığı günündə Astara rayonu, Pəlikeş kəndində olan zaman Alim zəng vurub təcili sənəd üçün 2000 manat məbləğində pul göndərməli olduğunu bildirmiş, həmin vaxt pul olmadığından məcbur qalıb qızının yoldaşı Şahid3 borca pul istəmiş, pulun evdə olduğunu dedikdən sonra gedib pulu götürmüş və Kijəbə qəsəbəsinin mərkəzində Alimlə görüşüb pulu ona vermişdir. Alim 25 avqust 2022-ci il tarixdə yenə 2000 manat məbləğində pul verməli olduğunu, həmin pulu da Bakı şəhərində sənədlərini həll edən tanışına verəcəyini demiş, o da pulun evdə olduğunu və gəlib götürə biləcəyini demiş, Alimdə onlara gəlmiş, 2000 manat məbləğindəki pulu götürmüş, Alimdən həmin vaxtı kağız parçasına 25 avqust 2022-ci il tarixdə ondan 10000 manat pul aldığını təsdiqləyən yazı yazdırmış, imzasını çəkdirmişdir. Alim sentyabr ayının dəqiq xatırlamadığı günündə ona 2000 manat məbləğində pulun lazım olduğunu demiş, o da 2000 manat pulun olmadığını, ancaq 1700 manat məbləğində pul verə biləcəklərini demiş, sonra Alim ilə Astara rayonu, Kijəbə qəsəbəsindəki aptekin yanında görüşərək pulu vermişdir. Ondan sonra Şairlə Alimdən hər dəfə işin nə yerdə olduğunu soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirərək az qaldığını demişdir. Alim 2022-ci ilin dekabr ayında sənədləşmə işinin yekunlaşmaq ərəfəsində olduğunu bildirərək 2500 manat məbləğində pul verilməli olduqlarını demiş, ancaq Bakı şəhərində olduğundan onlara göndərəcəyi bank kartına göndərilməsini istəmiş, yoldaşı Şairlə hazırda xatırlamadığı bank kartına 31 dekabr 2022-ci li tarixdə 1000 manat məbləğində və 27 yanvar 2023-cü il tarixdə Alimin istifadəsində olan 4169-7388-2648- 9415saylı “Kapital Bank” plastik kartına 1500 manat məbləğində pul köçürmüşlər. Həmin köçürdükləri pulları da, yəni 2500 manat məbləğindəki pul vəsaitlərini qohumları Şahid2 borc alıb göndərmişlər. Beləlikdə 14200 manat məbləğindəki pulu Alimə vermişlər. Daha sonra Alimdən nə qədər istədikləri xəbəri almaq istəsələrdə Alim hər dəfə onları yalan bəhanələrlə aldatmışdır. Onlar 2022-ci ilin aprel ayının dəqiq xatırlamadığı günündən 2023-cü ilin 27 yanvarınadək olan müddət ərzində hissə-hissə olmaqla yoldaşı Zərərçəkmiş şəxs məxsus pulları aldanaraq Alimə vermişlər. Belə ki, 14200 manatməbləğində pulu Alim guya Astara rayonu, Ojakəran kəndindəki sovxozun balansında olan və fəaliyyət göstərməyən birmərtəbəli binanı yoldaşı Alimin adına özəlləşdirmək adı ilə ələ keçirmişdir. Məhkəmə baxışında ifadəsi elan və tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1992-ci ildə Astara rayonunda anadan olmuş, evlidir, heç bir yerdə işləmir. Hazırda ailə üzvləri ilə birlikdə Astara rayonu, Ojakəran kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs və yoldaşı Şahid1gillə qohumdur. Təqsirləndirilən şəxs şəxsən tanımamış və qərəzli münasibətdə deyil. O, Şairgilin 2022-ci ilin aprel ayında yaşadıqları kənddəki sovxozun balansıda olmuş və fəaliyyət göstərməyən birmərtəbəli binanı özəlləşdirmək istədiklərini eşitmiş, bunu da tanışları Alimə dediklərini bilmiş, sonradan Şairlə görüşəndə ona Alimin binanını özəlləşdirəcəyi təqdirdə işin müqabilində 17000 manat məbləğində pul alacağını demiş, lakin həmin vaxt Şairin pulu olmadığından ondan gələcəkdə borc istəyəcəyini demiş, o da heç bir problem olmadığını bildirmişdir. 2022-ci ilin may ayının dəqiq xatırlamadığı günündə Şair ona zəng vurub 5000 manat məbləğində borca pul istəmiş, o da pulu evdən götürüb onların yaşadığı evə getmiş, pulu Şairə verdikdən sonra çıxıb getmişdir. O, Şairgillə yaxın olduğumdan sonuncunun Alimə sonraki müddət ərzində ümumilikdə 6700 manat məbləğində pul verdiyini bilmişdir. Həmin puldan 2000 manat məbləğindəki hissəsini yeznələri Şahid3 aldıqlarını bilmişdir. 31 dekabr 2022-ci il tarixdə Şair ona Alimin yenə pul istədiyini bildirərək 1000 manat məbləğində borca pul istəmiş, o da vermişdir. Şair həmin pulu da Alimin həmin vaxt Bakı şəhərində olduğundan Şair Alimin göndərdiyi bank kartına köçürtmüşdür. 27 yanvar 2023-cü il tarixdə yenə həmin iş üçün Şair ondan 1500 manat məbləğində pul istəmiş, yenə pulu vermişdir. X11 14200 manat məbləğində pul verdiyini və Alimin verdiyi vədlərə əməl etmədiyini bilmişdir. Məhkəmə baxışında ifadəsi elan və tədqiq edilmiş şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və yoldaşı Şahid1 onun qaynatası və qaynanasıdır. Təqsirləndirilən şəxs şəxsən tanımamış və qərəzli münasibətdədeyil. Şairgilin 2022-ci ilin aprel ayında yaşadıqları kənddəki sovxozun balansıda olmuş vəfəaliyyət göstərməyən birmərtəbəli binanı özəlləşdirmək istədiklərini eşitmiş, bunu datanışları Alimə dediklərini bilmiş, sonradan Şairlə görüşəndə ona Alimin binanınıözəlləşdirəcəyi təqdirdə işin müqabilində 17000 manat məbləğində pul alacağını demişdir.2022-ci ilin iyun ayının dəqiq xatırlamadığı günündə ailəsi ilə birlikdə Pəlikeş kəndindəolan zaman qaynanası Nargilədə onlarla olmuş, Alim Nargiləyə zəng edib sənədlər üçün2000 manat məbləğində pul vəsaiti lazım olduğunu demiş, Nargilə də Alimlə sağollaşıbonda 2000 manat məbləğində pulun olub-olmadığını soruşmuşdur. O da borc verə biləcəyinidedikdən sonra, Nargilə Şairə zəng edib məlumat vermiş, Şair də Nargiləyə ondan borcgötürməsini və sonra özünün pulu ona verəcəyini demiş, o, evə qayıdandan sonra həminpulu Nargiləyə vermişdir. Nargilə gedib Kijəbə qəsəbəsində görüşüb pulu Alimə vermişdir.Şairdən tez-tez Alimə pul verdiklərini eşitmiş, X11 14200 manat məbləğindəpul verdiyini və Alimin verdiyi vədlərə əməl etmədiyini bilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cümaddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünürki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın Pəlikeş kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 870 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən nümayəndəliyin ərazisində yaşayır və himayəsində xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları vardır. İş materiallarında olanAstara RİHB-nın Pəlikeş kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş üzrə zərərçəmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş 14200 manat pulun Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyi və ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyərək barışıq əldə etməsini, himayəsində üç nəfər azyaşlı övladının olmasını, törətmiş olduğu əməlindən peşman olmasını olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 178.2.4-cümaddəsi ilə təqsirli bilinib 4.000 (dörd min) manat məbləğdə cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi nəzərə alınsın. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-108/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-108/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver