Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-11/2023 01.03.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X18 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçilər - X2 və X1, müdafiəçilər – «Ekol» Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, 02 may 1976-ci il tarixdə İran İslam Respublikası Ghaemshahr şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, İran İslam Respublikası Ghaemshahr şəhəri Seyid Nizaməddin küçəsində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə İran İslam Respublikasının Ghaemshahr şəhərində olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,022 qram tiryək narkotik vasitəsini qəsdən əldə edərək 02 (iki) kağız bükümdə qablaşdıraraq idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin salonunda qoyduğu plastmas tullantı qabında yerləşdirərək saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi təsiredici maddəsinin ümumi miqdarı 0,35 qram təşkil edən 35 (otuz beş) həb metadon narkotik vasitəsinin 01 (bir) ədədini həmin tullantı qabında, qalan 34 (otuz dörd) ədəd həbi isə sellofan paketdə qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sürücü qapısının dəstəyinin alt hissəsinə yapışdırmaqla saxlamış, qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə daşımış və 12 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikasının Ghaemshahr şəhəri Seyid Nizaməddin küçəsində yerləşən fərdi yaşayış evinə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ailəlidir, uşaqlarından biri yetkinlik yaşına çatmayan şəxsdir. Sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Azərbaycan Respublikası ərazisinə təqribən üç aydır ki, yük aparıb gətirməklə məşğuldur. İdarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi İran İslam Respublikası Amol şəhərində yerləşən “Solico Kalleh” şirkətinə məxsusdur. Həmin nəqliyyat vasitəsini təqribən altı ildir ki, idarə edir. Ancaq sözügedən nəqliyyat vasitəsini ondan başqa sürücülər də idarə edirlər. Belə ki, anasının vəfatı ilə bağlı bir müddət həmin yük avtomobili onun tərəfindən deyil, digər sürücülər tərəfindən də idarə olunmuşdur. Hadisədən üç gün əvvəl şirkətdən ona zəng edərək, Bakı şəhərinə “yağ” yükü aparmaq lazım olduğunu, hazırda həmin yükün “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yükləndiyini bildirmişlər. Buna görə də yük vurulduqdan sonra gəlib şirkətdən yüklü avtomobili götürəcəyini bildirmişdir. Xəstəliyi ilə bağlı müalicə olunur və həkim məsləhəti və resepti əsasında metadon həbləri qəbul edir. Metadon həbləri İranda apteklərdə açıq şəkildə satılır və satışı qadağan deyil, buna görə də müalicəsi ilə bağlı həmin həblərdən alaraq istifadə etmişdir. Bununla bağlı çoxsaylı reseptləri də vardır. 10 oktyabr 2022-ci il tarixdə, yəni səfərə çıxmazdan əvvəl yenə də öz istifadəsi üçün resept əsasında 36 ədəd metadon həbi almış, aldığı həblərdən birini istifadə etmiş, qalan 35 həbdən bir həbi nəqliyyat vasitəsinin kabinasında olan zibil atmaq üçün qoyulmuş plastmas qabın üzərinə salfetkanın üstünə bir azdan içməsi üçün qoymuş, qalan 34 ədəd həbi isə idarə etdiyi yük nəqliyyat vasitəsinin sürücü qapısının dəstəyi hissəsinə qoymuşdur. 11 oktyabr 2022-ci il tarixdə idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yola çıxmış, 12 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran- Azərbaycan sərhədini keçib, Azərbaycan Respublikası «Astara» Gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış, nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük əməkdaşı tərəfindən saxlanılmış və sorğu-sual edilmişdir. İran İslam Respublikasının vətəndaşı olduğu, Azərbaycan dilini bilmədiyi və tərcüməçi ilə təmin olunmadığı üçün gömrük əməkdaşının nə soruşduğunu başa düşə bilməmişdir. Bundan sonra yoxlama xəttində gömrük nəzarəti zamanı onun avtomobilinə itlə də baxış keçirilmişdir. Həmin vaxt neçə nəfər şəxsin orada olmasını dəqiq xatırlamır. Yoxlama zamanı gömrük işçiləri nəqliyyat vasitəsinin kabinasında olan, zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda şəffaf sellofona bükülmüş 02 (iki) ədəd xırda büküm və 01 (bir) ədəd metadon həbi, həmçinin sürücü qapısının dəstəyi tərəfdə qoymuş olduğu şəffaf sellofona bükülmüş 01 (bir) ədəd bükümdə metadon həbləri aşkar etmişlər. Bundan sonra həmin bükümlərə baxış keçirilmiş və bükümlərdəkilərin iki ədəd qara rəngli naməlum maddə olduğu məlum olmuşdur. Daha sonra onun üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi «Astara» Gömrük postunun inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Sonra onu gömrük idarəsində otaqların birinə aparmışlar və orada tərcüməçini görmüşdür. Onun idarə etdiyi yük avtomobilində 35 (otuz beş) ədəd metadon həblərinin olmasını və həmin həblərin müalicə məqsədi ilə onun tərəfindən alındığını təsdiq edir. Həmin həblər onda qanuni şəkildə həkim resepti əsasında olmuş və hesab edir ki, buna görə hər-hansı bir cinayət daşımır. Həmin həblərə aid həkim reseptləri var və hazırda həmin reseptlər tərəflərindən məhkəməyə təqdim olunmuşdur. Lakin, yük avtomobilindən aşkar edilmiş iki büküm tiryəkin ona ümumiyyətlə heç bir aidiyyəti yoxdur və ona məxsus deyildir. Ola bilsin ki, həmin tiryək yük avtomobilini idarə edən digər sürücülərə məxsus ola bilər. Özünü təqsirli bilmir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” Gömrük postunun böyük inspektoru vəzifəsində xidmət edir. 12 oktyabr 2022-ci il tarixdə postun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirməklə öz xidməti vəzifəsini yerinə yetirmişdir. Həmin gün, saat 14 radələrində İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikası Amol şəhərində yerləşən “Solico Kalleh” şirkətindən Azərbaycan Respublikası Bakı şəhərində yerləşən “Xudafərin-1” şirkətinin ünvanına yükü müşaiyət edən “6999” saylı CMR-ə əsasən “yağ” yükü gətirmişdir. “Astara” Gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində Təqsirləndirilən şəxs hərəkətləri onda bir gömrük əməkdaşı kimi şübhə doğurduğundan tərəfindən saxlanılmışdır. Sonra tərəfindən kinoloq dəvət olunaraq, Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı “Alfa” ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Buna görə də tərəfindən baxış keçirilməsində iştirak etməsi üçün iki nəfər hal şahidi dəvət olunmuşdur. Sonra həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştrakı ilə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan, zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda şəffaf sellofona bükülmüş 02 (iki) ədəd xırda büküm və 01 (bir) ədəd ağ rəngli naməlum həb, həmçinin sürücü qapısının dəstəyinin alt hissəsinə yapışqan lent ilə yapışdırılmış formada şəffaf sellofona bükülmüş bir ədəd bükümdə 34 ədəd ağ rəngli naməlum həblər aşkar edilmişdir. Daha sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi “Astara” Gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar edilmiş həmin maddə və həblər onun və hal şahidlərinin iştirakı ilə götürülmüş, “Astara” Gömrük postunun inzibati binasında yerləşən xidməti otaqlardan birinə gətirilərək, müvafiq sənədləşmə aparılmışdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğu üçün eyni zamanda tərcüməçi də dəvət etmişdir. Tərcüməçinin konkret olaraq nə vaxt gələrək prosesə daxil olmasını tam olaraq xatırlamır. Xidməti otaqların birində tərcüməçinin və hal şahidlərinin iştirakı ilə içərisində qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olan 02 (iki) ədəd büküm elektron tərəzidə çəkilmiş və ağ rəngli naməlum həblər sayılmışdır. İçərisində qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olan 2 ədəd bükümün çəkilərinin müvafiq olaraq təqribən 0,4 qram və 0,9 qram olmaqla, ümumilikdə 1,3 qram və zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda aşkar olunmuş 1 ədəd, həmçinin sürücü qapısının dəstəyinin alt hissəsinə yapışqan lent ilə yapışdırılmış formada aşkar olunmuş 1 ədəd bükümdə 34 ədəd olmaqla, ümumilikdə 35 ədəd ağ rəngli naməlum həb olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə, həblər və alət qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra materiallar aidiyyəti üzrə təhqiqata təqdim edilmişdir. Təqsirləndirilən şəxslə şifahi sorğu-sual zamanı Omid İbrahim bildirmişdir ki, metadon həbləri ona məxsusdur və həkim resepti əsasında İrandan almışdır. Həkim resepti üzərində olmasa da, gətizdirib təqdim edə bilər. Lakin aşkar olunmuş iki ədəd bükümdə olan kütlələrin nə olduğunu bilmir və ona heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, 12 oktyabr 2022-ci ildə, saat 14 radələrində «Astara» Gömrük postunun qarşısında olan zaman Laçın adlı gömrük əməkdaşı onu və onunla birlikdə orada olan Famil Məmmədovu «Astara» Gömrük postunun yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal xəttinə dəvət edərək, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirəcəyini və onlarında həmin yoxlamada iştirak etmələrini xahiş etmiş, onlar da razılıqlarını bildirmişlər. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan, zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda şəffaf sellofona bükülmüş 02 (iki) ədəd xırda büküm və 01 (bir) ədəd ağ rəngli naməlum həb, həmçinin sürücü qapısının dəstəyinin alt hissəsinə yapışqan lent ilə yapışdırılmış formada şəffaf sellofona bükülmüş bir ədəd bükümdə 34 ədəd ağ rəngli naməlum həblər, habelə ön şüşə ilə tavanın kəsişməsində yerləşən yeşikdə üç ədəd alət gömrük əməkdaşı tərəfindən aşkar edilmişdir. Daha sonra həmin bükümlərə baxış keçirilmiş və qara rəngli naməlum maddə olduğu məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar edilmiş həmin maddə və həblər sürücünün və onların iştrakı ilə inspektor tərəfindən götürülmüş, gömrük postunun inzibati otaqlarından birinə gətirilərək, içərisində qara rəngli naməlum maddə olan 2 ədəd büküm elektron tərəzidə çəkilmiş və ağ rəngli naməlum həblər sayılmışdır. Tərcüməçinin avtomobilin yanında olduğunu dəqiq xatırlamır, lakin gömrük postunun xidməti otağında sənədləşmə aparılan zaman tərcüməçinin orada olmasını xatırlayır. Sonda həmin maddə, həblər və alətləri araşdırma ilə əlaqədar götürülmüş, bu barədə müvafiq sənədləşmə aparılmış, həmin sənədləri imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 şahid X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, kinoloq kimi Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” Gömrük postuna təhkim olunmuşdur. Xidməti işi şübhə doğuran avtomobillərin və onların yük yerlərinin xidməti it vasitəsilə yoxlanmasından ibarətdir. 12 oktyabr 2022-ci il tarixdə gömrük əməkdaşı X14 onu postun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət edərək, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilməsində iştirak etməsini tələb etmişdir. Buna görə də xidməti iti götürərək, həmin nəqliyyat vasitəsinə keçirilən baxışda iştirak etmişdir. Baxış zamanı “Alfa” ləqəbli kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinasına reaksiya vermişdir. Bundan sonra Laçın Dadaşov tərəfindən həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştrakı ilə gömrük yoxlaması keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan, zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda şəffaf sellofona bükülmüş 02 (iki) ədəd xırda büküm və 01 (bir) ədəd ağ rəngli naməlum həb, həmçinin sürücü qapısının dəstəyinin alt hissəsinə yapışqan lent ilə yapışdırılmış formada şəffaf sellofona bükülmüş bir ədəd bükümdə 34 ədəd ağ rəngli naməlum həblər, habelə ön şüşə ilə tavanın kəsişməsində yerləşən yeşikdə narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş üç ədəd alət aşkar edilmişdir. Həmin vaxt hal şahidlərinin orada olmasını xatırlayır, lakin tərcüməçinin avtomobilin yanında olmasını xatırlamır. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinasında aşkar edilmiş həmin maddə və həblər onun da iştirakı ilə götürülmüş, “Astara” Gömrük postunun inzibati binasında yerləşən xidməti otaqlardan birinə gətirilərək, müvafiq sənədləşmə aparılmışdır. Bu barədə tərtib olunmuş protokola özü də imza etmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı bildirmişdir ki, metadon həbləri ona məxsusdur və həkim resepti əsasında İrandan alıb, lakin aşkar olunmuş iki ədəd bükümdə olan kütlələrin nə olduğunu bilmir və ona heç bir aidiyyəti yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X6 ifadəsində göstəridi ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin rəis müavini vəzifəsində xidmət edir. 12 oktyabr 2022-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” Gömrük postunda xidmətdə olmuşdur. Həmin vaxt icraatlarına Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” Gömrük postunun böyük inspektoru X8 tərtib etdiyi material daxil olmuşdur. Həmin vaxt ona məlum olmuşdur ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən iki büküm narkotikə oxşayan kütlə və 35 ədəd metadon həbləri aşkar edilmişdir. Dərhal həmin işlə bağlı tərəfindən qərarlar qəbul edilərək, tərcüməçi və müdaifəçi dəvət edilmişdir. Sonra həmin şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması haqqında qərar qəbul edilmiş, fars dilinə tərcümə edilərək Omid İbrahimə elan edilmişdir. Sonra tərcüməçi və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs izahatı alınmış, eyni zamanda digər şəxlərin, yəni gömrük əməkdaşı Laçın Dadaşovun, hal şahidlərinin izahatları alınmış və materiallar aidiyyatı üzrə istintaqa göndərilmişdir. Təqsirləndirilən şəxs izahatında metadon həblərinin həkim respti əsasında ona məxsus olduğunu, xəstəliyi ilə bağlı istifadə etdiyini bildirmiş, iki büküm tiryəkə oxşar vasitələrin isə ona məxsus olmadığını bildirmişdir. Tərcüməçi onun apardığı sənədləşmə işlərində əvvəldən axıra kimi iştirak etmiş, lakin yük avtomobilinə baxış zamanı tərcüməçinin orada olub-olmamasından xəbəri olmamış, yəni məlumatsız olmuşdur. Neçə illərdir ki, tərcüməçi kimi tanıdığı X5 xidmətlərindən istifadə edirlər. Ona görə də hazırki iş üzrə də qərarla Əliağa Ələkbərovu tərcüməçi təyin etmiş, həmin şəxs də hazırki iş üzrə onun aparmış olduğu bütün prosessual hərəkətlər zamanı tərcüməçilik etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən X9 ifadəsində göstəridi ki, Astara rayon Ərçivan qəsəbəsində yaşayır. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu bitirmişdir. Eyni zamanda həmin institutun nəzdində iki illik fars dili kurslarını əla qiymətlərlə bitirmişdir. Fars və ingilis dillərini sərbəst bilir. Buna görə də gömrük postunda bəzən tərcüməçi kimi onun xidmətlərindən istifadə edirlər. Lakin, xidmət haqqı kimi ona az pul verir, bəzən həmin pulu da vermirlər. Hazırki iş üzrə deyə bilər ki, 12 oktyabr 2022-ci il tarixdə onu tərcüməçi kimi «Astara» Gömrük postuna dəvət etmişlər. Evdən çıxıb posta gedən zaman sərnişin avtobusu gözlədiyi üçün bir qədər gecikmiş, gömrük postuna gedib çatandan sonra isə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilən narkotik vasitələrlə bağlı gömrük postunda bütün danışılan sözləri və sənədləri gömrük postunda otaqların birində Təqsirləndirilən şəxs üçün fars dilinə tərcümə etmiş, protokol və sənədləri imzası ilə təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. «Astara» Gömrük Postunda tərtib edilmiş 12 oktyabr 2022-ci il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan, zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda şəffaf sellofona bükülmüş 02 (iki) ədəd xırda büküm və 01 (bir) ədəd ağ rəngli naməlum həb, həmçinin sürücü qapısının dəstəyinin alt hissəsinə yapışqan lent ilə yapışdırılmış formada şəffaf sellofona bükülmüş 01 (bir) ədəd bükümdə ağ rəngli naməlum həblər, habelə ön şüşə ilə tavanın kəsişməsində yerləşən yeşikdə narkotik vasitələrin istifadəsi üçün nəzərdə tutulmuş 03 (üç) ədəd alət aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilmiş və 02 (iki) ədəd xırda bükümdə qara rəngli narkotik vasitəyəoxşar naməlum maddə olduğu məlum olmuşdur. Zərurət yarandığından nəqliyyat vasitəsi “Astara” Gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində aşkar edilmiş həmin maddə və həblər götürülmüş, təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağı gətirilərək içərisində qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olan 2 ədəd büküm elektron tərəzidə çəkilmiş və ağ rəngli naməlum həblər sayılmışdır. İçərisində qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olan 2 ədəd bükümün çəkilərinin müvafiq olaraq təqribən 0,4 qram və 0,9 qram olmaqla, ümumilikdə 1,3 qram və zibil yığmaq üçün nəzərdə tutulmuş plastmas qabda aşkar olunmuş 1 ədəd, həmçinin sürücü qapısının dəstəyinin alt hissəsinə yapışqan lent ilə yapışdırılmış formada aşkar olunmuş 1 ədəd bükümdə 34 ədəd olmaqla, ümumilikdə 35 ədəd ağ rəngli naməlum həb olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə, həblər və alət qablaşdırılaraq möhürlənmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 oktyabr 2022-ci il tarixli, 6/5922 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Dövlət Gömrük Komitəsinə məxsus 203240 saylı paketdəki, 02 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,716 qram və 0,306 qram, ümumi təmiz çəkisi - 1,022 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Həmçinin, təqdim edilmiş 35 ədəd ağ rəngli dairəvi formalı həblər metadon tərkibli həblərə aiddir və 35 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,35 qramdır. Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi - 1,022 qram, tədqiqata sərf edilmiş – 0,08 qram, qalıq – 0,942 qram qalmışdır. Metadon həblərinin ümumi sayı - 35 ədəd həb, tədqiqata sərf edildi – 7 həb, qalıq – 28 ədəd metadon həbləri qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X22 tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli, 6245 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «tiryək» olan narkotik vasitənin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Beynəlxalq adı «metadon» olan narkotik vasitənin 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə, Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “78AA807/808” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində aşkar edilmiş 02 (iki) bükümdə tiryək narkotik vasitəsinin həmin nəqliyyat vasitəsini idarə edən digər şəxslərə məxsus olması və ona məxsus olmaması ilə bağlı ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gətirdiyi metadon həblərini resept əsasında aldığını, müalicəsi ilə bağlı gətirdiyini bildirməsi və bunun cinayət əməli olmaması ilə bağlı fikirlərinə qiymət verərək hesab edir ki, narkotik vasitə olan metadonu Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən Təqsirləndirilən şəxs onu bəyan etməmiş, sellofan paketdə qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sürücü qapısının dəstəyinin alt hissəsinə yapışdırmaqla gizlətmişdir. Metadon narkotik vasitəsini Azərbaycan Respublikasına keçirən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir resept olmamış, hətta tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrinin Azərbaycan Respublikasına keçirilməsinin özü qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, eyni zamanda tam əsaslar olduğu üçün həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnin məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan tibbi arayış və reseptlərdən görünür ki, Təqsirləndirilən şəxs xəstədir və müalicəsi ilə bağlı hər gün 40 mg metadon həbləri qəbul edir. Təqsirləndirilən şəxs Fazel maddə asılılığı müalicəsi mərkəzində qeydiyyatdadır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən və arayışlardan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan iş yeri barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs sürücü işləməklə iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, iş yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli, 4(004)-878/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 12 oktyabr 2022-ci il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını, o cümlədən narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış – 0,942 qram tiryək narkotik vasitəsi və 28 ədəd metadon həbləri təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd narkotik vasitələrin qəbulu üçün olan alətlər məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X4, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,942 qram tiryək narkotik vasitəsi və 28 ədəd metadon həbləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 (üç) ədəd narkotik vasitələrin qəbulu üçün olan alətlər məhv edilsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X4, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov