Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-11/2025 05.03.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X14 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs İmran oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayon Şahağacı kəndində qeydiyyatda olmaqla barəsində Astara rayon məhkəməsinin 01 avqust 2024-cü il tarixli qərarı ilə 03 ay həddində “həbs” qətimkan tədbiri seçilmiş, 31 iyul 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qeyri-rəsmi ər-arvad münasibətində olduğu həmkəndlisi Şahid8 ilə yaşadığı Astara rayonu, Şahağacı kəndində yerləşən evində mütəmadi mübahisə edərək nalayiq ifadələr işlətdiyi üçün Şahid8 qonşusu Zərərçəkmiş şəxs ona irad bildirmiş, 30 iyul 2024-cü il tarixdə, saat 21:30-da Zərərçəkmiş şəxs yaşadığı kəndin mərkəzindən keçən yolda olduğunu görüb, ona irad bildirilməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gələrək, bu məqsədlə yolun kənarında yığılmış oduncaqların içərisindən 1 ədəd ağac parçasını götürüb sonuncunun ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, şəxslər arasında bərqərar olmuş birgəyaşayış normalarına müstəsna sayqısızlıq nümayiş etdirərək, üstünlüyünü göstərmək məqsədilə bir neçə dəfə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə silah qismində istifadə olunan əşya olan ağac parçası ilə zərbələr vurub, sonuncuya sağ əlin birinci barmağı nahiyyəsində əzilmiş yara, sağ göz qapaqları-gözaltı, sol üst göz qapağı, alın nahiyələrində qançırlar, sağ dirsək, boyun nahiyələrində sıyrıqlar kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -0,791 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 iyul 2024-cü il tarixdə, saat 23:45-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Şahağacı kəndi ərazisində piyada hərəkətdə olan zaman saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -0,791 qram olan psixotrop maddə metamfetamin əynində olan boz rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü CM-nin 221.3-cü maddəsi təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayon Şahağacı kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Astara rayon Şahağacı kənd sakini Şahid8 ilə uzun müddətdir ki, qeyri-rəsmi ər-arvad münasibətində yaşamış, Şahid8 Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs əvvəllər Gülqızla şəxsi münasibətləri olduğundan əvvəllər onunla qısqanclıq zəmnində mübahisələr etmiş, bu səbəbdən onun Zərərçəkmiş şəxsla münasibəti yaxşı deyilmiş. Şahid8 ilə təxminən 1 aydır ki münasibəti korlanmış, Şahid8 Astara RPŞ-yə müraciətində qeyd etmişdir ki, 30 iyul 2024-cü il tarixdə onun yaşadığı ünvana gedərək onun həyətində olan masanı sındırmış, lakin bu barədə məlumat əsassızdır, həmin tarixdə və vaxtda Astara rayon Şahağacı kəndində yaşadığı evdə olmuş və həyətdə məişət işləri görmüşdür. 30 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Astara rayon Şahağacı kəndinin mərkəzində yerləşən çayxanadan çıxaraq küçə ilə piyada yaşadığı evə gedirmiş. Yolda yaşayış binalarının yanında Zərərçəkmiş şəxsla qarşılaşmış, özü üçün söylənə-söylənə gəlirmiş. Dəryanın yanından keçəndə Dərya onun ona nəsə dediyini güman edərək ona “mənə niyə söyüş söyürsən?” –demiş, ona onunla işi olmadığını bildirmiş, həmin vaxt Dərya ani olaraq onun üz nahiyəsinə yumruq zərbəsi vurmuş və əlbəyaxa olmuşlar. Daha sonra Dərya yolun kənarında yerdə toplanmış ağac parçalarından birini götürərək üzərinə gəlmiş və ona vurmağa başlamış, o da həmin ağac parçalarından götürərək Dəryanın üzərinə getmiş və həmin ağac parçası ilə ona zərbələr vurmağa başlamışdır. Daha sonra ətarfda olan şəxsər onların səs-küyünü eşidərək hadisə yerinə gəlmiş və onları ayırmağa çalışmış, lakin hirsli olduğundan onları ayırmaq istəyən şəxslərə məhəl qoymayaraq Dəryanı paya ilə vurmağa davam etmişdir. Bir qədər sonra ətrafda olan şəxslər onları ayırmış və oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Heç vaxt narkotik vasitə istifadə etməmişdir. Bu hadisədən sonra yaşadığı evə getmişdir. Polislərin gəlib onu aparacaqlarını bilmişdir. Polislər gəlib onu polis şöbəsinə aparmışdır. Üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində ona ya hazırda üzərindən çıxan narkotik vasitəni qəbul edəcəyi, ya da həyətindən 5 kq narkotik vasitə aşkar olunacağı hədəsi altında o, məcbur qalıb polislərin onun üzərinə qoyduğu narkotik vasitəni qəbul etmişdir. Bununla bağlı ona polis şöbəsində Amil adlı şəxs də təzyiq göstərmişdir. Reallıqda onun üzərində narkotik vasitə olmamışdır. Himayəsində 2 az yaşlı uşağının olmasını, xuliqanlıq əməlinə görə peşimanlıq çəkdiyini bildirib məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxs tanıyır, onunla qərəzli münasibəti yoxdur, əvvəllər mübahisəsi olmuşdur. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayan Gülqız adlı şəxslə münasibətdədir və onun evinə mütəmadi olaraq qonaq gəlir. Həmişə Gülqızın evinə gələndə küçədə və onların evində ictimai qaydanı pozaraq söyüş söyürmüş. Təxminən bu hadisədən 20 gün əvvəl Orxana bu hərəkətlərinə görə xəbərdarlıq etmişdir ki, məhəllədə söyüş söyməsin. Təqsirləndirilən şəxs həmin vaxtdan onunla qərəzli münasibtə apardığını güman etmişdir. 30 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Astara rayon Şahağacı kəndində mərkəzi küçədə hərəkətdə olan zaman istifadəsində olan mobil telefonla danışırmış. Piyada hərəkətdə olan zaman anidən arxa tərəfdən sağ üz nahiyəsinə kimsə taxta parçası ilə zərbələr vurmağa başlamış və öz müvazinətini itirərək yerə yıxılmış, yerdə olan zaman da ona zərbələr vurmuşdur. Ondan sonra huşunu itirmiş, bir də ayılanda bir neçə nəfər şəxsin onu yerdən qaldırdığını görmüş, bir qədər özünə gəldikdən sonra mübahisənin səs-küyünü eşidərək ora gələn şəxslərdən olan bibisi nəvəsi Elməddin onu yaxınlıqda yaşayan X4 evinə aparmış, əl üzünə su vurduqdan sonra küçəyə çıxmış və ona məlum olmuşdur ki, onu Təqsirləndirilən şəxs taxta parçası ilə vuraraq xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək onu polis şöbəsinə dəvət etmiş, mübahisə 30 iyul 2024-cü il tarixdə, saat 21:30 radələrində Astara rayon Şahağacı kəndində mərkəzi küçədə baş vermiş, hadisə baş verən zaman ətrafda səs-küyə toplaşan yoldan keçən və ətrafda yaşayan təxminən 10- 15 nəfər şəxslər olmuşdur. Mübahisəyə səbəbin nə olduğunu konkret olaraq bilmir, Təqsirləndirilən şəxs ona ani zərbə vurduqdan sonra mübahisənin nə qədər davam etdiyini xatırlamır. Təqsirləndirilən şəxs onu taxta ilə döyərək oradan uzaqlaşmış, mübahisənin səs-küyünə isə ətrafda olan qiyabi tanıdığı həmkəndliləri gəlmiş, baş verən hadisə zamanı Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, 30 iyul 2024-cü il tarixdə Astara rayon Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə digər polis əməkdaşı Şahid1 icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 30 iyul 2024-cü il tarixdə, saat 23:45 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayon Şahağacı kəndinə getmiş, Şahağacı kəndində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin küçədə piyada getdiyini görmüş, dərhal ona yaxınlaşmış, özünü Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərində qanunsuz psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmiş, ətrafdakı insanların onu tanıdıqlarından küçədə yox, Astara RPŞ-nin inzibati binasında axtarış keçirilməsini xahiş etmiş, onu Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonra isə Özcan Quluzadə tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil, özü və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs, üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı təhqiqatçı X15 Məhərrəmova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarın sol yan cibindəki 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni çıxarıb Özcan Quluzadəyə təqdim etmiş, daha sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar etməmiş, təhqiqatçı X15 Məhərrəmov ilə apardığı şifahi sorğu zamanı onun təqdim etdiyi 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni o, Astara rayon Şahağacı kəndində dəmiryolunun yanında yerdən tapdığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmiş, bundan başqa onun üzərində qan ləkələri olduğundan təhqiqatçı Özcan Quluzadə tərəfindən ona həmin ləkələrin və əlindəki xəsarətin yaranma səbəbini soruşanda həmin xəsarəti 30 iyul 2024-cü il tarixdə həmkəndlisi Dərya adlı şəxslə dalaşan zaman Dəryanın onun əl barmağını dişləməsi nəticəsində aldığını bildirmiş, daha sonra aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0.8 qram olması müəyyən edilmiş, psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra həmin büküm onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, özü və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmiş, bundan sonra təhqiqatçı Özcan Quluzadə tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, özü və digər iştirakçılar həmin protokolu imza etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, nə o, nə Həsən və nə dəki digər polis əməkdaşı Təqsirləndirilən şəxs qarşı qeyri-qanuni hərəkət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid Faiq Nuralizadə ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qərəzli münasibəti yoxdur, əvvəllər mübahisələri olmamış, münasibətləri yaxşı olmuşdur. 30 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində Astara rayon Şahağacı kəndində yaşadığı evə gəlmiş, yorğun olduğundan yerinə uzanmış və onu yuxu aparmış, təxminən 1 saat sonra, saat 21:30 radələrində küçədən səs-küy gəldiyini eşitmiş, əvvəlcə əhəmiyyət verməmiş, lakin sonradan səsin çoxaldığını görüb pəncərədən boylanmış, küçədə davadalaş olduğunu və təxminən 10-15 nəfər şəxsin orada olduğunu, dava edənləri ayırdıqlarını görmüş, lakin həmin vaxt kimlərin dava-dalaş etdiyini görməmişdir. Həyətə düşəndə artıq orada heç kim olmamışdır. Sonradan eşitmişdir ki, Orxanla Dərya mübahisə etmişdir. Hadisənin bir başa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanyır. Dərya qohumu, Orxan isə həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində evdə olarkən həyətdən səs-küy gəlmiş və pəncərədən küçəyə baxanda həyətdə 10 nəfər yaxın şəxsin olduğunu və mübahisə baş verdiyini görmüşdür. Mübahisə sakitləşdikdən sonra ona məlum oldu ki, mübahisə edənlər Orxan və Dəryadır. Orxan Dəryanı döymüşdür. X10 evə gətirmişdir. Həmin vxat Dəryanın üstü-başı qan içində idi. Bir az üzünə su vurub sakitləşdikdən sonra Dərya çıxıb getdi. İbtidai istintaqda şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 30 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində Astara rayon Şahağacı kəndinin mərkəzinə doğru küçə ilə piyada hərəkət edirmiş, küçə ilə hərəkətdə olan zaman qaşı tərəfdə olan yaşayış binasının yanında bir neçə nəfər şəxsin toplaşdığını və dava-dalaş olduğunu görmüş, hadisə yerinə bir qədər yaxınlaşanda həmkəndlisi Təqsirləndirilən şəxs uca səslə nalayiq ifadələr işlətdiyini və qışqırıdığını görmüş, bir qədər yaxınlaşdıqda isə Təqsirləndirilən şəxs Dəryanı paya ilə dayanmadan vurduğunu, ətrafda olan şəxslərin onları ayırmaq istəsə də Təqsirləndirilən şəxs dayanmadığını görmüş, həmin vaxt Dəryanın üzəri qanlıymış, küçəyə qohumunu qarşılamaq üçün yola çıxdığından hadisə yerinə daha da yaxınlaşmamış və qohumunu evə ötürmüş, daha sonra isə yaşadığı evə getmiş, mübahisə 30 iyul 2024-cü il tarixdə, saat 21:30 radələrində Astara rayon Şahağacı kəndində küçədə baş vermiş, hadisə yeri istiqamətində qohumunu qarşılamaq üçün küçəyə çıxmış və həmin vaxt hadisənin şahidi olmuş, lakin hadisə yerinə bir qədər yaxınlaşanda Təqsirləndirilən şəxs heç kimə məhəl qoymadan Zərərçəkmiş şəxsla mübahisə edib uca səslə nalayiq ifadələr işlədib paya ilə davamlı olaraq vurub ona xəsarət yetirdiyini görmüş, mübahisə zamanı səs-küy olduğundan hadisə onun diqqətini çəkdiyi üçün nə baş verdiyini görməkdən ötrü hadisə yerinə bir qədər yaxınlaşmış, hadisə yerində təxminən 10-15 nəfər ətrafda yaşayan və yoldan keçən şəxslər də mübahisənin olduğu yerdəymiş, təxminən 5-10 dəqiqə hadisəni izlədikdən sonra oradan uzaqlaşmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs “İfadəsinin yerində yoxlanılması haqqında” 01 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bir daha hadisənin baş verdiyi yerdə göstərir. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Astara rayon Şahağacı kəndində yerləşir, hadisə kənddən keçən mərkəzi yol ilə məhəlləyə gedən yolun kəsişməsində baş vermiş, hadisə yerinin təxminən 5- 10 metrliyində mağazalar, yaşayış binaları və həyət evləri vardır. Hadisə 30 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində baş vermiş, mübahisə baş verən yer insanların və avtomobillərin mütəmadi hərəkətdə olduğu yerdir, mübahisə zamanı Təqsirləndirilən şəxs hadisə yerinin yaxınlığında oduncaq kimi istifadə edilmək üçün toplanılaraq mağazanın kənarına yığılmış ağac parçalarından birini götürərək Zərərçəkmiş şəxs bir neçə dəfə zərbələr vuraraq xəsarət yetirmiş və həmin ağac parçası sındıqdan sonra onu yerə atmış, baxış zamanı həmin sınaraq iki yerə ayrılmış ümumi uzunluğu 40 sm, diametri 15 sm olan ağac parçası götürülmüşdür. İş materiallarında olan 31 iyul 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 00:50-dən saat 01:05-dək Astara RPŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışın başlancağında Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilməklə, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxsnin üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlədən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxsnin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,8 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün boş bir zərfdə qablaşdırılaraq DİN-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə psixotrop maddə metamfetamindir, həmin kütləni yaşadığı Astara rayon Şahağacı kəndində dəmiryolu tərəfdə yerdən tapmışdır, öz istifadəsi üçün üzərində saxlamış, lakin istifadə etməmiş, heç kimə verməmiş və satmamışdır. Bundan başqa şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs bədəni üzərində, o cümlədən əl barmağında olan xəsarət barədə bildirmişdir ki, 30 iyul 20214-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxsla dalaşmış və dalaşan zaman Zərərçəkmiş şəxs onun əl barmağını dişləyərək ona xəsarət yetirmiş, qan üzərinə səpilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən məhkəmə-kimyəvi ekspertiza üzrə verilmiş 31 iyul 2024-cü il tarixli, 19/591 saylı rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, “Tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,791 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Qeyd: tədqiqata sərf edildi – 0,05 qr. qalıq – 0,741 qr. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 02 avqust 2024-cü il tarixli, 634 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir – Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsin 01 avqust 2024-cü il tarixli 253 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ əlin İİ barmağı nahiyəsində əzilmiş yara, sağ göz qapaqları-gözaltı, sol üst göz qapağı, alın nahiyələrində qançırlar, sağ dirsək, boyun nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji, məhkəmə tibbi ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəs ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə dediklərinə tənqidi yanaşır və qeyd edir ki, təqsirləndirilən şəxsin bu xüsusda ifadəsində göstərdiyi hallar cinayət məsuliyyətinən yaxa qurtulmaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1 -ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Astara rayon İHB Şahağac kən İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Məhərrəmov X2 yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində xx.xx.2013-cü il təvəllüdlü oğlu İmran və xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı qızı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışması, törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1 -ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materialında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 221.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materialında olan Astara rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(018)-52/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan iş materiallarında olan 01 ədəd DVD disk, Astara rayon polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan 0,741 qr psixotrop maddə metamfetamin və baxış keçirilən zaman götürülən bir ədəd ağac parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 221.3–cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 31 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan iş materiallarında olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın, Astara rayon polis şöbəsində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan 0,741 qram psixotrop maddə metamfetamin və baxış keçirilən zaman götürülən bir ədəd ağac parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 36 (otuz altı) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-11/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-11/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver