Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-110/2023 11.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 oğlunun iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində bu cinayət işi üzrə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -0,752 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o, Astara şəhəri, 28 may küçəsində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi -0,752 qram narkotik vasitə olan heroin onun əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. 30 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir. 06 aprel 2023-cü il tarixdə Lənkəran şəhəri mərkəzi bazarı adlanan ərazidə üzdən tanıdığı adını bilmədiyi şəxsdən 20 manat pula 1 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə almışdır. 08 aprel 2023-cü il tarixdə saat 15 radələrində Astara şəhəri 28 may küçəsində piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu demişlər. Polis əməkdaşları onu Astara rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməmişdir. Polis əməkdaşları onu Astara rayon Polis Şöbəsinə gətirmişlər. Orada ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçi Allahverən Əbilovun iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə narkotik vasitə olan heroini çıxarıb masanın üzərində qoymuşdur. Həmin 01 (bir) ədəd şəffaf sellofan bükümünün içərisinə baxış keçirilən zaman həmin bükümün içərisindən toz şəklində narkotik vasitə olan heroin aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümlərdə heroin olduğunu bildirmiş, həmin 01 (bir) ədəd büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçi və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır, özünün 60 yaşı vardır. Bütün bunları nəzərə alıb məhkəmədən ona mümkün qədər yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Çünki ailədə yeganə qazanc gətirən şəxsdir, ondan başqa heç kəs ailəyə qazanc gətirmir. Tutulduqdan sonra nə qədər alçaq iş tutduğunu başa düşmüş, birdəfəlik narkotik qəbul etməkdən uzaqlaşmışdır, bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin CAB-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 aprel 2023-cü il tarixdə Astara RPŞ-nə Astara şəhə sakini Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması barədə icraatına məlumat daxil olmuşdur. Həmin məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Daha sonra 08 aprel 2023-cü tarixdə, təxminən saat 15 radələrində əməliyyat qrupunun üzvüləri avtomobillə İlqarın olacağı Astara şəhəri 28 may küçəsinə doğru getmişlər. Orada Təqsirləndirilən şəxs piyada getməsini görüb, dərhal yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onlarla Astara Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmişdir. Astara RPŞ-də təhqiqatçı Elnur Məmmədov tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X5 Əskərova üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra təhqiqatçı tərəfindən 1 (bir) ədəd şəffaf sellofan bükümünə baxış keçirdikdə içərisində toz şəklində olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan həmin büküm iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra təhqiqatçı Elnur Məmmədov tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş və iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəisi müavininin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 08 aprel 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 08 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 08 aprel 2023-cü il tarixdə Astara RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı onun üzərində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 0.8 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq Astara RPŞ-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən götürülmüş 1 (bir) bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütləni Lənkəran şəhəri mərkəzi bazarı adlanan ərazidə yalnız üzdən tanıdığı şəxsdən 20 manata almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən “məhkəməkimyəvi ekspertiza” üzrə verilmiş 09 aprel 2023-cü il tarixli, 19/436 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) bükümdə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: – 0,752 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin təmiz çəkisi 0,752 qramdır, cəmi tədqiqata 0,05 qram sərf edilmiş və 0,702 qram heroin qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 09 aprel 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 436 nömrəli “ambulator məhkəmə-narkoloji ekspertizası” rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,752 qram olan, tədqiqatdan sonra qalan 0,702 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,702 qram narkotik vasitə heroin saxlanılması üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diski cinayər işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 17 aprel 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarından görünür ki, əvvəli şübhəli şəxs qismində tutulduğu 08 aprel 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir.. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşayır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaaşdırılması növündə ədalətli cəza təyin edilməlidir. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” 25 iyun 2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinəəsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs 60 yaşının olmasını, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini,o cümlədən cəzanı yüngülləşdirən halları – cinayət əməlini etiraf etməklə, peşman olmasını, 60 yaşının olmasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara və Lənkəran rayonlarının ərazilərində avtomobil təmiri ustası kimi fəliyyət göstərməklə ailəsini dolandırır və ünvan 5 ünvanda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 08 aprel 2023-cü il tarixdən hesablanmaqla “ev dustaqlığı” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. AzərbaycanRespublikasıCM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 08 aprel 2023-cü il tarixdən hal-hazıradək olan “ev dustaqlığı” qətimkan tədbirində saxlandığı 03 (üç) ay 03 (üç) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət 06 (altı) ay 06 (altı) gün çıxılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış təmiz çəkisi 0,702 qram narkotik vasitə heroin təşkil edir. Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasınıda müzakirə edərək belə nəticəyə gəlirki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhvetmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəm HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən hal-hazıra kimi şübhəli şəxs kimi tutulduğu və “ev dustaqlığında” olduğu 03 (üç) ay 03 (üç) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 06 (altı) ay 06 (altı) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək,“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,702 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Astara rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-110/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-110/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver