Məhkəmə qərarları › İş №1(018)-110/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-110/2025

17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-110/2025 17.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 03 avqust 2024-cü il tarixdə, saat təxminən 23 radələrində Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən “Marciel” hotelin qarşısında olarkən yolu keçmək istəyən Zərərçəkmiş şəxs əlində olan mobil telefon yerə düşdüyündən həmin vaxt ailə üzvlərinin yanında ünvansız nalayiq ifadələr işlətməsini sonuncuya irad tutarkən Zərərçəkmiş şəxs yumruq atmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan üstünlüyünü nümayiş etdirmək məqsədilə xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən bir dəfə yumruqla vuraraq sağ gözdə torlu qişanın regmatogen (hissəvi cırılma tipli) qopması ilə müşayiət olunan və həmin gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ alt göz qapağı və gözaltı nahiyənin əzilmiş-cırılmış yarası kimi xəsarətlər yetirməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa qəsdən az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 03 avqust 2024-cü il tarixdən 04 avqust 2024-cü il tarixə keçən gecəyə qədər tanımamış, heç vaxt görməmiş, əlaqələri olmamışdır. 03 avqust 2024-cü il tarixdə, saat 21-22 radələrində Astara şəhərində Xəzər dənizi sahilində yerləşən adını xatırlamadığı restorana arvadı Şahid4, hal-hazırda Rusiya Federasiyasında yaşayan və Rusiya Federasiyası vətəndaşı olan xalası qızları X12, X13, həmçinin dayısı oğlu Yusif Quliyevin arvadı X2 ilə birlikdə ad günü keçirmək üçün getmişdir. Həmin restoranda yemək yedikdən sonra saat təxminən 22:20 radələrində restorandan çıxıb Ərçivan qəsəbəsinə getmək üçün yoldan keçən taksilərdən birinə əyləşmək istəmişdir. Bu zaman “Marciel” restoranının giriş hissəsinə daxil olan bir-biriləri ilə zarafat edən şəxslərdən adını sonradan bildiyi Şamil adlı şəxsin əlindən mobil telefon yerə düşmüş, Şamil əyilərək mobil telefonu yerdən götürərkən uca səslə yanında olan Əlinicat adlı şəxsə “sən bu telefonun içini” nalayiq ifadələrin işlətmişdir. O da əsəbiləşib Şamilə iradını bildirib “heyvansan görmürsən ki ailə ilə birlikdə dayanmşam, yanımda qadın vardır” sözlərini demişdir. Sonradan tanıdığı Əlinicat adlı şəxs onun qolundan əli ilə yavaşca vurub “mən özüm də məhkəmə işçisiyəm, oldu keçdi də” sözünü deyərək üzr istəmişdir. Əlinicata əlini aşağı salmasını deyərək ailəsinin yanında nalayiq ifadələr işlətməsinin xoşuna gəlməsini sual vermişdir. Bu zaman sağ tərəfində dayanmış Şamil “sən pox yeyərsən” sözünü deyərək sifətinə yumruqla vurmuşdur. O da Şamilin bu hərəkətindən əsəbiləşib belə hərəkət etməsinin səbəbini soruşmuş, Şamil onunla döyüşmək üçün hazır vəziyyətdə olmasını bildirib “gəl bura sənin ağzını cıracam” ifadələrini işlətmişdir. Bu səbəbdən də sol yumruğu ilə bir dəfə Şamilin sifətindən vurmuş, Şamil xəsarət alıb yerə yıxılmışdır. Bu zaman yoldan avtomobillə keçən əmisi oğlu Bəylər Orucov avtomobili saxlayıb adını sonradan bildiyi Əlinicata “ayıb deyildir ki, siz qohumsuz belə hərəkət edirsiniz” sözlərini deyib iradını bildirmiş, daha sonra onu və yanında olan qadınları Ərçivan qəsəbəsinə aparmışdır. O, həmin qadınları avtomobildən düşürdükdən sonra Əlinicatla əlaqə saxlayıb harada olmasını soruşmuşdur. O da xəsarət almış şəxslə birlikdə Astara RMX-da olmasını bildirmiş, buna görə də xəstəxanaya getmiş, orada dava-dalaş edən şəxsin adının Şamil olmasını, digər şəxsin isə Ərçivan qəsəbə sakini Əlinicat olduğunu, həmin şəxslərin xalaoğlu olmasını bilmişdir. Şamil adlı şəxsə həkimlər tərəfindən tibbi yardım göstərilmiş, yarasına tampun vurulmuşdur. Bundan sonra, 04 avqust 2024-cü il tarixdə saat təxminən 03-04 radələrində Əlinicatın idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs və sinif yoldaşı Ramin Nəzərovla birlikdə Ərçivan qəsəbəsinə getməyə başlamışlar, yolda hərəkətdə olan zaman Şamil özünə içki düşmədiyini, içki içərkən pis olduğunu demişdir. Əlinicat onu avtomobillə atasının evinə aparmış, Şamilin isə qonağı olmasını deyib yaşadığı evə aparacağını bildirmişdir. Səhər saatlarında, təxminən 11-12 radələrində Əlinicat ona zəng edərək Astara şəhərində Xəzər dənizi sahilində yerləşən “007 BEACH” adlı kafeyə çağırmış, həmin yerə gedib Şamillə görüşüb söhbət etdikdə ondan gözünün müalicəsi üçün pul istəmişdir. O isə heç bir problem olmamasını demiş, hətta “Bateka” adlı mazı vurmasını məsləhət görmüş, gözünü xəstəxanada yoxlatdırmasını, müalicə üçün lazım olan dərman vasitələrinin pulunu verəcəyini bildirmişdir. Şamil iki gündən sonra ona mesaj yazıb, həmçinin səs ataraq Z.Əliyeva adına göz klinikasına gedib gözünü yoxlatdırmasını, müalicəsi üçün 25 manat dərman pulu, həmçinin 100 manat müayinə pulu istəmişdir. Şamildən dövlət klinikasına hansı səbəbdən getmədiyini soruşduqda Şamil klinikada öz həkiminin olmasını bildirərək “canımı küçədən tapmamışam” sözlərini demişdir. O, Şamilin verdiyi bank kartına 40 (qırx) manat dərman pulu, 100 (bir yüz) manat müayinə pulu göndərmişdir. Buna baxmayaraq sonrakı vaxtlarda Zərərçəkmiş şəxs bir neçə dəfə ona zəng edərək, həmçinin qohumu Əlinicatın vasitəsilə sifariş göndərib müxtəlif məbləğlərdə pul verməsini tələb etmişdir. Buna görə də Əlinicatdan 100 manat pulu Şamilə göndərməsini istəmiş, sonradan borcunu qaytaracağını bildirmişdir. Sonradan Əlinicatın pulunu da qaytarmışdır. 10 fevral 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib yenidən 100 (bir yüz) manat pul verməyini tələb etmiş, Şamilə təxminən 9 aydır ki, işləmədiyini deyərək pulunun olmamasını izah etmişdir. Lakin, Şamil “WhatsApp” sosial şəbəkəsində qrup açıb həmin qrupa Əlinicat və onu daxil edərək hər ikisinin ünvanına nalayiq ifadələr işlətmiş, onlar isə Şamilə heç bir cavab yazmamışlar. Bir neçə gün sonra Bakı şəhəri, Nərimanov rayonunda, “Baku Elektrocs”in yanından keçdikdən sonra mobil telefonuna “WhatsApp” sosial şəbəkəsində sms gəlməsini görmüş, mesaja baxarkən “ay çaqqal səni tapdım, Baku Elektrocsin yanında qalırsan, heyif ki ailəmlə idim, səni tapıb ayağımı sənə soxacam, gözünü ətəyinə tökəcəm” sözlərini yazmasını görmüşdür. Buna baxmayaraq Zərərçəkmiş şəxs heç bir cavab verməmişdir. Şamil fərqli mobil nömrələrindən ona zəng etsə də, zənglərini açmamışdır. Sonradan isə Zərərçəkmiş şəxs 03 avqust 2024-cü il tarixdə aralarında baş vermiş dava-dalaş zamanı onun tərəfindən döyülməsi ilə bağlı Astara RPŞ-yə ərizə ilə müraciət etməsini bilmişdir. Qeyd etmişdir ki, o, sonradan Şamilin arxasınca gedib “Marciel” restoranın həyətində sifətindən qəflətən yumruqla vurmamış, Şamil onun sifətindən yumruqla vurduğu üçün o da əsəbiləşib Şamilin sifətindən bir dəfə yumruqla vurmuşdur. Onun tərəfindən Şamilə qarşı hər hansı xüliqanlıq niyyəti olmamış, əməli istintaq orqanı tərəfindən CM-nin uyğun maddəsi ilə tövsif edilməmişdir. Həmçinin, bildirmişdir ki, mülki iddianı qəbul etmir. Tərəfindən Şamilə gözünün müalicəsi üçün köməklik göstərilmiş, pul verilmiş, Şamil isə bununla kifayətlənməyərək hər dəfə ondan əlavə pul ödənilməsini tələb etmişdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, heç bir tanışlığı olmamışdır. 01 avqust 2024-cü il tarixdə Astara rayonuna ailə üzvləri ilə birlikdə istirahət etmək üçün gəlmiş və Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən “Marciel” hoteldə qalmışdır. 01 avqust 2024-cü il tarixdə isə saat 12 radələrində ailə üzvləri ilə birlikdə Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan xalası İradə Rzayevanın evinə qonaq getmişlər. Həmin gün saat 00 radələrində Astara şəhəri, Z.Bünyadov küçəsində bulvar ərazisində xalası oğlu X8 ilə birlikdə “X22” hoteli istiqamətində yolu keçərkən əlində olan mobil telefon düşüb və ekranı qırılmış, bu zaman telefonu yerdən götürüb əsəbləşdiyi üçün çox da yüksək olmayan səslə “pox olsun bunun içinə” ifadəsini işlətmişdir. Bu zaman onlardan 15-20 metr aralıda dayanan şəxsiyyətini sonradan müəyyən etdiyi X14 onlara yaxınlaşaraq öz iradını bildirmişdir. O və qohumu Əlinicat İlkini görmədiklərini bildirmişlər, hətta narahat etdikləri üçün dəfələrlə üzr istəmişlər. Lakin İlkin onun bu sözlərinə əhəmiyyət vermədən üzərinə hücüm çəkmiş, ünvanına nalayiq ifadələr işlətmiş və qışqır-bağır salaraq mübahisəni böyütmüşdür. O, İlkindən təkrarən üzr istəmiş və mübahisəni sonlandırmağı təklif etmişdir. İlkin isə ona “sən pox yeyirsən üzr istəyirsən” ifadəsi ilə cavab vermiş və üzərinə hücum çəkmişdir. İlkini kənara itələmiş və ondan aralı dayanmasını tələb etmiş, əksinə İlkin daha da qəzəbli şəkildə ona tərəf yönəlmişdir. Bu zaman tanımadığı bir oğlan ona yaxınlaşaraq kənara getməsini istəmiş və demişdir ki, İlkin boksçudur, indi də içkilidir və belə anda o dəli olur. O, həmin şəxslə hotelin kotejləri arasına getməyə başlamış, 15-20 metr aralandıqdan sonra Əlinicatın arxada qaldığını bilib dayanmışdır. Bu zaman qəfildən qaranlıqdan istifadə edən İlkin ona yaxınlaşaraq üzünə zərbə endirməyə başlamış, o da zərbələrin təsirindən yerə yıxılmış, bir neçə dəqiqə sonra özünə gəldikdə gözünün partladığını və bütün üst başının qan olduğunu bilmişdir. İlkin onu vurub huşsuz hala saldıqdan sonra qaçıb getmişdir. Onu tanımadığı şəxslər maşına əyləşdirərək yaxınlıqdakı marketin qarşısına apararaq su alıb üzünü yumuşlar, lakin gözünün altından axan qanı saxlamaq olmadığı üçün Əlinicat maşını ilə onu təxminən gecə saat 00 radələrində Astara rayon X29 Məntəqəsinə aparmışlar. Orada ona ilkin tibbi yardım edilmiş, gözünü tampunla sarıyıb üzərini bağlamışlar və sistem qoşmuşlar. 2-3 saat palatada yuxuya getmiş, saat 03 radələrində ayılmış və qohumu Əlinicata özünü pis hiss etdiyini bildirib onu evə aparmasını istəmişdir. Palatadan çıxarkən Əlinicat ona “məni vuran İlkin həmkəndlisi və uzaq qohumudu, aşağıda onu gözləyir, mənə görə guya narahatdı” sözlərini demişdir. O isə İlkinə “məni gözləməsin, polisə şikayət edəcəyəm” sözlərini demişdir. Əlinicat isə şikayət etməməsini xahiş etmiş, İlkinin qohumu və həmkəndlisi olmasını, kənddə biabır ola biləcəyini izah etmişdir. X15 rayon X10 gələn polislərə guya onun yıxılaraq xəsarət alması barədə məlumat verdiyini bilmişdir. Əlinicatdan polis əməkdaşının harada olduğunu soruşmuş, Əlinicat isə cavabında Astara rayon polis şöbəsinin əməkdaşlarının xəstəxanaya gəlməsini, lakin onun guya yıxılaraq xəsarət aldığını deyərək polisləri yola salmasını bildirmişdir. Əlinicatın bu hərəkətlərinə narazılıq bildirmiş və onu evə aparmasını istəmiş, səhəri gün bu məsələyə baxacağını demişdir. Bundan sonra, Əlinicat onu idarə etdiyi avtomobilə əyləşdirmiş,navtomobilin arxa otuaracağında əyləşdikdən sonra onu döyüb xəsarət yetirmiş İlkin adlı şəxsin və adını bilmədiyi, dənizdə xilasedeci işləyən şəxsin orada əyləşməsini görmüşdür. Adını bilmədiyi şəxs ondan necə olduğunu soruşmuş, uzun müddət onu gözlədiyini bildirmiş, şikayət edib-etməyəcəyini soruşmuşdur. Həmin vaxt Əlinicat onun yaxşı oğlan olduğunu bildirib şikayət etməyəcəyini cavabını vermişdir. O isə səhhətinin pis olmasına görə bu barədə səhəri gün söhbət edəcəyini bildirmişdir. Həmin axşam Ərçivan qəsəbəsində yerləşən Əlinicatın evində qalmış, səhəri gün ayılarkən üzündəki xəsarətdən yenidən qan axmasını, tampunların düşməsini görmüş, qohumu Pərviz adlı şəxsə sifətinin fotoşəkilini mobil telefonla göndərib nə etməli olduğunu soruşmuşdur. Pərviz də üzünə tikiş atılmasının vacibliyini izah etmişdir. Əlinicat yenidən onu Astara RMX-na aparmış, həkimlər sifətinə tikiş atmışlar. Xəstəxanadan çıxdıqdan sonra Əlinicat təklif bildirmişdir ki, İlkin onları gözləyir, görüşüb söhbət etmək istəyir. O da Əlinicatın bu sözləri ilə razılaşmış, daha sonra Xəzər dənizinin sahilində yerləşən adını xatırlamadığı çayxanada İlkinlə görüşmüşdür. İlkin ondan üzr istəmiş, qohum olduqlarını bildirib şikayət etməməsini xahiş etmiş, lakin, İlkinə onu qəflətən arxadan gəlib sifətindən yumruqla vurmasına görə iradını bildirmişdir. Əlinicat İlkinə onun gözünün görməməsini deyərək müalicə xərclərini verməsini tələb etmiş, o da, İlkinə Əlinicatın pulunu verməsini istəmiş, Bakı şəhərinə gedib həkim yoxlanışından sonra aldığı xəsarətə görə çəkdiyi müalicə xərclərini ödəyəcəyini tələb edəcəyini bildirmişdir. İlkin də onun bu sözləri ilə razılaşmış, istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Bundan sonra Bakıya qayıtmış, xx.xx.2025-ci il tarixdə X17 adına Milli Oftalmologiya Mərkəzinə gedərək gözünü müayinə etdirmişdir. Mərkəzdə müxtəlif proseslərdən keçirərək bildirmişlər ki, gözünün altından aldığı zərbə nəticəsində sağ gözün görmə faizi 3%-ə enib və məsələ ciddidir. Ona müalicə planı təyin olunmuş və dərhal müalicəyə başlamalı olduğunu bildirmişlər. Həkimlər ona gözünün bir daha əvvəlki vəziyyətinə qayıtmayacağını, ən yaxşı ehtimalda sağ gözün 10-15 faizi görə biləcəyini izah etmişlər. Bundan sonra dəfələrlə müxtəlif həkim qəbullarında olmuş və müalicə yolları axtarmışdır. Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsində həkim qəbullarında olmuş, sağ gözü tədricən görmə qabiliyyətimi itirmiş və göz dibindən təcili əməliyyat olunmalı məsləhəti alandan sonra bu barədə atası Müdafiəçi1 məlumat vermişdir. İlkinə dəfələrlə zəng edərək müalicə etdirilməsinə maddi köməklik göstərməsini tələb etmiş, İlkin əvvəlcə dediklərinə fikir verməmiş, sonrakı vaxtlarda isə zənglərinə cavab verməmiş, müalicə və əməliyyat olunması üçün heç bir maddi yardım göstərməmişdir. Əlinicata zəng edərək İlkinin bu hərəkətləri barədə narazılığını bildirmiş, Əlinicat isə İlkinlə görüşüb söhbət etməsini məsləhət görmüşdür. Bu səbəbdən də 22 aprel 2025-ci il tarixdə Bakı şəhərində olan zaman DİN-in 102 xidmətinə zəng edərək 2024-cü ilin avqust ayında İlkin tərəfindən döyülməsi nəticəsində xəsarət almağı barədə məlumat vermiş, lakin, işlərinin çox olmasına görə yalnız 13 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı Astara RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmçinin, verilmiş mülki iddianı müdafiə edir. Belə ki, gözü görmə qabiliyyətini demək olar ki, itirmişdir. Bu isə ona maddi ziyanla yanaşı, mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Odur ki, təqsirləndirilən şəxs barəsində CM-nin müvafiq sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməklə mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur, münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs isə həmkəndlisidir, heç bir qohumluq əlaqələri, şəxsi ədavət və ya düşmənçilik münasibətləri yoxdur. 03 avqust 2024-cü il tarixdə, saat 16-17 radələrində Ərçivan qəsəbəsində yerləşən yaşadığı evdən Zərərçəkmiş şəxs ilə birlikdə Astara şəhərində, Xəzər dənizi sahilində yerləşən “Sahil” adlı restorana yeyib-içmək üçün getmiş, həmin restoranda yeyib-içmiş, dənizkənarı bulvarda gəzdikdən sonra həmin gün saat 22-23 radələrində Zərərçəkmiş şəxs təklif etmişdir ki, “Marciel restoran”a çay içsinlər. Buna görə də piyada şəkildə həmin restoran istiqamətində hərəkət etməyə başlamışlar, bulvar tərəfdən yolu keçib “Marciel” hotel-restoranın həyətinin girişinə çatarkən Şamilin əlində olan mobil telefon təxminən 2 metr uzaqlıqda yerə düşmüşdür. Bu zaman Şamil telefonu yerdən götürərkən gülərək “bu telefonun içinə” sözünü deyib nalayiq ifadələr işlətmişdir. Həmin vaxt İlkin Şamilə öz iradını bildirib yanında qadın olmasını demiş, ictimai yerdə söyüş söyməsinə narazılığını bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs ilə birlikdə İlkinə yaxınlaşıb yanında olan qadınları görmədiyini bildirib Şamilin nalayiq ifadələr işlətməsinə görə üzr istəmişlər. Şamilin üzrə istəməsi forması İlkinin xoşuna gəlmədiyindən İlkin mübahisə etməyə başlamışdır. Mübahisə zamanı yenə də İlkindən üzrxahlıq etmiş, hətta Şamilin söyüş söyməsinə görə “qələt etdiklərini” bildirmişdir. İlkin isə onların sözlərinə əhəmiyyət vermədən mübahisə etməyə davam etmişdir. Bu zaman İlkin Şamilə ailə üzvlərinin yanında belə bir hal olarsa xoşuna gələ bilməsini sual vermiş, Şamil isə İlkinə “onu deyən pox yeyər” sözlərini demişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs ilə İlkin arasında mübahisə böyümüş, Şamil İlkinin uzaqlaşmadığını, mübahisəni uzatmasını görüb bir dəfə yumruq atmışdır. O və səs-küyə toplaşmış şəxslər İlkinlə Şamili ayırmış, ayırdıqdan sonra tanımadığı şəxslər Şamili “Marciel” hotel-restoranın həyətinə aparmışlar. İlkini isə orada olan şəxslər sakitləşdirməyə çalışsalar da, lakin “məni buraxın bir dəfə yumruqla onu vuracam, vəssalam” sözlərini demişdir. İlkini tutub saxlayan şəxslərin əlindən çıxıb Şamilin olduğu tərəfə gedib yumruqla bir dəfə gözünün altından vurmuş, daha sonra isə oraya gəlmiş Bəylər adlı qohumunun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxıldığı və huşunu itirməsinə görə yaxınlaşıb yerdən qaldırmış, daha sonra yolun kənarına aparıb idarə etdiyi avtomobilə əyləşdirmək üçün həmin avtomobil istiqamətində getməyə başlamışlar. Həmin vaxt “Marciel” hotel-restoranın girişində olan həmkəndlisi Cəmşid adlı şəxs onu görüb avtomobili saxlamış, o da Şamili həmin avtomobilə əyləşdirib “Halal market”-in qarşısına getmişlər. Həmin marketdən buz alıb avtomobillə Xəzər dənizi sahilinə qayıtmış və idarə etdiyi avtomobilə əyləşib Şamilin üzünə buz qoymuşlar. Cəmşid isə idarə etdiyi avtomobillə oradan çıxıb getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qohumu Bəylər və adını bilmədiyi şəxs polisə şikayət etməməyi ondan xahiş etmişlər. Lakin, Şamilin gözünün altında olan yaradan qan kəsilmədiyi üçün idarə etdiyi avtomobillə Astara RMX-na aparmış, xəstəxanada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, sistem qoşulmuş, gözünün altında olan yaraya tampun qoyulmuşdur. Şamil vurulmuş iynənin təsirindən yatan vaxtı İlkinin dostu olan Ramin Nəzərov ona zəng edərək məsələnin nə yerdə olmasını soruşmuş, İlkinin yanında olduğunu bildirmişdir. O, Şamilin xəstəxanada olduğunu və yatmasını demiş, onu Ərçivan qəsəbəsində gözləmələrini deyib olduqları yerə getmişdir. Ərçivan qəsəbəsində “Fədək” marketin qarşısında İlkin və Raminlə görüşmüş, İlkinlə birlikdə idarə etdiyi avtomobillə Astara RMX-na qayıtmışlar. İlkin Şamilin vəziyyətini görüb ayılmasını gözləmiş, təxminən 1-2 saat gözlədikdən sonra Şamil yuxudan ayılmış və Şamili avtomobilə əyləşdirmişlər. Şamil avtomobilə əyləşən zaman İlkini təqdim edib onu döyən şəxs olmasını dedikdə Şamil huşu tam özünə gəlmədiyindən İlkini tanımadığını və xatırlamadığını bildirmişdir. Yolda hərəkətdə olan zaman İlkin onları tanımadığını, əgər orada desəymişlər ki onlar Ərçivanlıdırlar məsələnin bu qədər uzanmayacağını bildirmiş, Şamillə qarşılıqlı mehribançılıq yaratmışdır. İlkini yaşadığı evinə qoyarkən məsələ ilə bağlə səhəri gün söhbət etmək üçün razılaşmışlar. Səhəri gün, yəni 04 avqust 2024-cü il tarixdə, səhər saatlarında İlkinə zəng edib harada olmasını soruşmuş, görüşməyi təklif etmiş, İlkin də Astara şəhərində Xəzər dənizi sahilində yerləşən “007 BEACH” adlı kafedə olmasını deyib onları həmin yerə çağırmışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə İlkinin olduğu kafeyə getmişdir. İlkin Şamilə dəymiş ziyanı tam ödəyəcəyinə söz verib heç bir şeydən narahat olmamasını istəmiş, Şamil də İlkinin bu sözü ilə razılaşıb görüşmüş və normal şəkildə ayrılmışlar. Şamil həmin gün Bakı şəhərinə getdikdən sonra xəstəxanaya getmiş, analiz verib dərmanların pulunu İlkindən istəməsini, lakin İlkinin pul vermədiyini bildirmiş, buna görə də İlkinə həmin pulu verməsini deməsini xahiş etmişdir. O, İlkinə zəng edərək bu sözləri dedikdə İlkin narahat olmamasını istəmiş, pulu verəcəyinə söz vermişdir. Lakin, sonradan Zərərçəkmiş şəxs ilə İlkin arasında narazılıq yaranmasını bilmişdir. İlkin Şamilin müalicə pullarını vermir. Zərərçəkmiş şəxs Astara RMX-da müalicə olunan zaman Şamilin müayinəsi və dərmanları üçün 100 manat pul xərcləmiş, İlkindən həmin pulu istədikdə bank kartına göndərmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 03 avqust 2024-cü il tarixdə, saat 22-23 radələrində Astara şəhərində yerləşən Marciel restoranının həyətinin giriş hissəsinin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni və dava-dalaşı Marciel hotel-restoranın mühafizəçiləri Şahid2, Şahid3, İlkinlə birlikdə olan xanımlar görmüş, səs-küyə gəlmiş tanımadığı 10-15 şəxs görmüş, dava-dalaş mübahisə ilə birlikdə 4-5 dəqiqəyə yaxın vaxt davam etmişdir. İş üzrə Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində, Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs xalası oğludur, münasibətləri normaldır. Zərərçəkmiş şəxs əvvəllər görməmiş, heç bir tanışlığı yoxdur. Zərərçəkmiş şəxs xalası oğlu Əlinicatı Ərçivan qəsəbəs sakini kimi tanıyır, münasibətləri normal olmuşdur. 2025-ci ilin fevral ayına qədər Astara şəhərində yerləşən “Marisel” hoteldə mühafizəçi işləmişdir. 03 avqust 2024-cü il tarixdə saat təxminən 23-23:30 radələrində “Marisel” hotelin arxa tərəfində, binalara nəzarət üçün mühafizəçi kimi axşam xidmətində olan zaman hotelin qabaq tərəfində xidmətdə olan Həsən Axundov ona zəng edərək dayısı oğlu Təqsirləndirilən şəxs orada olmasını bildirmişdir. O da buna görə Həsənin dediyi yerə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs hal-hazırda Rusiya Federasiyasında yaşayan və Rusiya Federasiyası vətəndaşı olan xalası qızları X12, X13 və X2 ilə birlikdə yolun kənarında dayanıb taksi gözlədiklərini görmüşdür. İlkinə yaxınlaşıb salamlaşmış və söhbət etməyə başlamış, bu zaman tanımadığı iki şəxs yolun digər tərəfindən, yəni bulvar tərəfdən yolun “Marsel” hotel yerləşən tərəfinə piyada keçməyə başlamışlar. Həmin şəxslərdən biri digərini dartışdırdığına görə digər şəxsin əlində olan mobil telefon yerə düşmüş, həmin şəxs də “bu varyoxunu deyərək nalayiq ifadələr işlətmiş, buna görə də İlkin ona “ayə heyvansan sən görmürsən ki ailə ilə birlikdəyəm” sözlərini demiş və hər ikisi onlara yaxınlaşmışlar. Adını sonradan bildiyi Əlinicat adlı şəxs İlkinə yanında olan şəxsin affekt halında olmasını deyib əli ilə İlkinin qoluna yavaşca toxunub məhkəmə işçisi olmasını bildirmiş, İlkin isə “məhkəmə işçisi olan söyüş söyməlisən, sənin ailənin yanında söyüş söyüb sonra üzr istəsə sözünü deyərək sual vermiş, həmin vaxt adını sonradan bildikləri Şamil adlı şəxs gözləmədikləri bir anda İlkinin üzərinə hücum edib “pox yeyərsən” sözlərini deyərək sifətindən yumruqla bir dəfə vurmuş, İlkin Şamilə “səninlə söz danışıram, sən isə mənə yumruq atırsan” sözlərini demişdir. Şamil yumruqlarını sıxıb İlkindən dalaşmasını istəmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs sol əli ilə bir dəfə Şamilin sifətindən vurmuş, Şamil də zərbənin təsirindən yerə yıxılmışdır. O, “Kapital bank”ın adlarını bilmədiyi işçiləri dava-dalaşa müdaxilə edib İlkini kənara çəkmişlər, Əlinicat və Ərçivan qəsəbə sakini Cəmşid adlı şəxslər Şamili yerdən qaldırıb avtomobilə əyləşdirib aparmışlar. İlkin oraya gəlmiş əmisi oğlu Bəylərin idarə etdiyi avtomobillə qohumları ilə birlikdə oradan çıxıb getmişdir. O da “Marsel” hoteldə olan xidməti yerinə qayıtmışdır. Sonradan İlkindən döydüyü şəxsin vəziyyətini soruşduqda İlkin üzr həmin şəxsin istəməsini, içkinin ola düşməməsini dediyini, səhhətinin normal olmasını, səhvini başa düşməsini bildirmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 03 avqust 2024-cü il tarixdə, saat 23-23:30 radələrində Astara şəhərində yerləşən Marciel restoranının həyətinin giriş hissəsinin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisəni və dava-dalaşı Həsən adlı mühafizəçi, Zərərçəkmiş şəxs ilə birlikdə olan xalası oğlu Əlinicat, İlkinlə birlikdə olan hal-hazırda Rusiya Federasiyasında yaşayan qohumları X12, X13, X2, “Kapital bank”ın adlarını bilmədiyi işçiləri görmüş, dava-dalaş mübahisə ilə birlikdə 5-6 dəqiqə ərzində davam etmişdir. İş üzrə Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 bildirmişdir ki, 30 dekabr 2023-cü il tarixdən 2025-ci ilin may ayına qədər Astara şəhərində yerləşən “Marisel” hoteldə mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, münasibətləri normaldır. Zərərçəkmiş şəxs əvvəllər görməmiş, heç bir tanışlığı yoxdur. 03 avqust 2024-cü il tarixdə saat 18:00 dəqiqədən səhəri gün, yəni 04 avqust 2024-cü il tarixədək saat 08:00 dəqiqəyədək “Marciel” hotelin həyətinin giriş qapısında günlük mühafizə xidmətinə çıxmışdır. Həmin gün saat təxminən 23-23:30 radələrində mühafizə xidmətində olan zaman Təqsirləndirilən şəxs 3 xanımla birlikdə giriş qapısının qarşısında dayanmış, həmin vaxt “Marisel” hoteldə mühafizəçi işləyən İlkinin xalası oğlu Şahid2 də axşam xidmətindən çıxdığına görə İlkinlə dayanıb söhbət edirmişdir. Həmin vaxt tanımadığı iki şəxs qucaqlaşıb yolun digər tərəfindən, yəni bulvar tərəfdən yolun Marsel hotel yerləşən tərəfinə piyada keçməyə başlamışlar. Həmin şəxslərdən birinin əlində olan mobil telefon yerə düşmüş, həmin şəxs də “telefona sənin varyoxunu” deyərək nalayiq ifadələr işlətmişdir. Buna görə də İlkin “ayə heyvansan sən görmürsən ki ailə ilə birlikdəyəm” sözlərini demişdir. Adını bildiyi digər şəxs İlkinə məhkəmə işçisi olmasını bildirmiş, İlkin isə “məhkəmə işçisi olan söyüş söyməlisən, sənin ailənin yanında söyüş söyüb sonra üzr istəsəm” sözünü deyərək sual vermişdir. Həmin vaxt adını sonradan bildiyi Şamil adlı şəxs gözləmədikləri bir anda İlkinin üzərinə hücum edib “pox yeyərsən” sözlərini deyərək sifətindən yumruqla bir dəfə vurmuşdur. İlkin Şamilə “səninlə söz danışıram, sən isə mənə yumruq atırsan” sözlərini demişdir. Şamil yumruqlarını sıxıb İlkindən dalaşmasını istəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs sol əli ilə bir dəfə Şamilin sifətindən vurmuş, Şamil zərbənin təsirindən yerə yıxılmışdır. O, Şahid2 “Kapital bank”ın adlarını bilmədiyi işçiləri dava-dalaşa müdaxilə edib İlkini kənara çəkmişlər. Şamilin yanında olan özünü məhkəmə işçisi kimi təqdim edən şəxs və sonradan oraya gəlmiş Ərçivan qəsəbə sakini Cəmşid adlı şəxslər Şamili yerdən qaldırıb avtomobilə əyləşdirib aparmışlar. İlkin oraya gəlmiş əmisi oğlu Bəylərin idarə etdiyi avtomobillə qohumları ilə birlikdə oradan çıxıb getmişdir. O da “Marsel” hoteldə olan xidməti yerinə qayıtmışdır. Şahid2 də yaşadığı evə getmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, dava-dalaşı Şahid2, Zərərçəkmiş şəxs ilə birlikdə olan adını bilmədiyi, özünü məhkəmə işçi kimi təqdim edən şəxs, İlkinlə birlikdə olan üç xanım görmüş, dava-dalaş mübahisə ilə birlikdə 4-5 dəqiqəyə yaxın vaxt davam etmişdir. İş üzrə Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, birlikdə yaşayırlar. 03 avqust 2024-cü il tarixdə, saat təxminən 21-22 radələrində Astara şəhərində yerləşən Marciel hotel-restorana əri Təqsirləndirilən şəxs dayısı nəvəsinin ad gününü qeyd etmək üçün İlkin, habelə İlkinin qohumları Samirə və Səbinə Ağayevalar, ad günü olan uşağın anası Həvva Quliyeva ilə birlikdə getmişlər. Restoranda ad günü məclisi keçirdikdən sonra həmin gün saat təxminən 23 radələrində oradan çıxıb restoranın giriş qapısının yaxınlığında dayanıb Ərçivan qəsəbəsinə getmək üçün taksi gözləmişlər. Bu zaman yolun digər tərəfindən Marciel restorana tərəf keçən iki şəxsdən birinin əlindən mobil telefon yerə düşmüş, adını sonradan bildikləri Şamil adlı həmin şəxs də telefonu yerdən götürən zaman ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Buna görə də Təqsirləndirilən şəxs Şamil adlı şəxsin bu hərəkətinə etirazını bildirmiş, Şamil isə İlkinin üzərinə hücum edib sifətindən yumruq atmışdır. İlkin Şamilin bu hərəkətindən əsəbiləşdiyindən aralarında mübahisə yaranmış, orada olan şəxslər həmin şəxsləri sakitləşdirməyə çalışmışlar. Həmin vaxt avtomobillə mübahisə yerinə gələn İlkinin əmisi oğlu X28 sakitləşdirib avtomobilə əyləşdirmiş, habelə o, onunla birlikdə olan Samirə və Səbinə Ağayevalar, Həvva Quliyeva da avtomobilə əyləşdikdən sonra Bəylər onları Ərçivan qəsəbəsinə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin tərkibi olduğundan həmin maddələrlə fakta görə ********* nömrəli cinayət işi başlanılmış və istintaqının aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X31 Lənkəran rayonlararası MTE və PA X23 şəxsinin 29 may 2025-ci il tarixli, 251 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ gözdə torlu qişanın regmatogen (hissəvi cırılma tipli) qopması ilə müşayiət olunan və həmin gözdə görmənin zəifləməsi ilə nəticələnən sağ alt göz qapağı və gözaltı nahiyənin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdir. Qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənə bilərdi: dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xaraketini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində qeyd olunan və zərərçəkmiş şəxsin göstərdiyi şəraitdə, yəni insan bədənənin hissəsi (baş, əl, ayaq və s) ilə yetirilmiş zərbənin təsirindən törənə bilərdi. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı iş üzrə Zərərçəkmiş şəxs Astara şəhərində yerləşən“Maricel”hotel-restoranın yaxınlığını təqdim edərək 03 avqust 2024-cü il tarixdə saat 22-30-23 radələrində xalası oğlu Şahid1 ilə birlikdə yolu keçərkən əlində olan mobil telefon yerə düşdüyünə görə əsəbiləşib nalayiq ifadələr işlətdiyi yeri, daha sonra Təqsirləndirilən şəxs ona iradını bildirdiyi yeri, son olaraq isə Təqsirləndirilən şəxs onu döyüb-xəsarət yetirdiyi yeri təqdim etmişdir. Astara rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 11 iyun 2025-ci il tarixli, 141 saylı arayışdan görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ərçivan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydiyyatda olmaqla arvadı-2000-ci il təvəllüdlü Şahid4, qızı-2020-ci il təvəllüdlü X9 və qızı-2024-cü il təvəllüdlü X3 ibarət ailə tərkibi vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 11 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 iyun 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 127.2.3-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X31 Lənkəran rayonlararası MTE və PA X23 şəxsinin 07 avqust 2025-ci il tarixli, 373 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət - sağ gözdə torlu qişanın regmatogen (hissəvi cırılma tipli) qopması və görmənin zəifləməsi ilə müşayiət olunan orbita nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, kənar şəxs tərəfindən yetirilən yumruq zərbəsindən yarana bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətin xaraketinə, lokalizasiyasına və əmələgəlmə müxanizminə əsasən özü tərəfindən yetirilməsi inkar edilir və bu halın hal-hazırda göz xəstəlikləri nəticəsində inkişafı mümkünsüz hesab edilir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutların kifayət etmiş hesab olunması, Təqsirləndirilən şəxs оğluna xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş “Xuliqanlıq” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyinə görə barəsində cinayət təqibinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında dava-dalaşın 03 avqust 2024-cü il tarixdə saat təxminən 23 radələrində Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən “Marciel” hotel-restoranın həyətinin giriş qapısının yaxınlığında baş verməsinin müəyyən edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs оğluna Zərərçəkmiş şəxs tərəfindən təhqir olunması xüsusatı üzrə şərəf və ləyaqətinin müdafiəsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olunmasının izah edilməsi, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs оğlunun qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokol və həmin protokola əlavə edilmiş fotocədvəl, “üzləşdirmə keçirilməsi haqqında” protokol, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X18 verilmiş xx.xx.2025-ci il tarixli 251\MEŞ nömrəli və xx.xx.2025-ci il tarixli 373\MEŞ nömrəli rəylər, Astara RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1-26/2-623/25 nömrəli məktub, Astara RMX-dan daxil olmuş xx.xx.2025-ci il tarixli, 18-1- 26/3-1936/25 nömrəli arayış, Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Psixiatriya Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 706 nömrəli məktub, еləcə də işdə olan digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilənərək məhkəməyə verilmişdir. 1(018)-110/2025 saylı cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin hakimi İ.Məmmədovun icraatına daxil olmuş, cinayət işinə bir neçə dəfə baxılaraq sübutlar araşdırılmış, 18 dekabr 2025-ci il tarixdə ittiham tərəfi məhkəmə çıxışlarını etmiş, müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəmiş və bu məqsədlə işin baxılması xx.xx.2025-ci il tarixinədək təxirə alınmışdır. Bu müddət ərzində işə baxan hakimin səlahiyyətlərinə xitam verilmiş və cinayət işi baxılmaq üçün məhkəmənin hakimi Şəfiqə Meybullayevanın icraatına verilmişdir. Cinayət işinin materillarından, o cümlədən təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X6 X18 verilmiş xx.xx.2025-ci il tarixli, 251/MES nömrəli rəydən görünür ki, təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq niyyətilə zərər çəkmiş şəxsə yetirilmiş xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Müdafiə tərəfinin vəsatəti əsasında müstəntiq tərəfindən təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizası üzrə verilmiş AR Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin verdiyi xx.xx.2025-ci il tarixli, 373/MES nömrəli rəyi ilə əvvəlki rəy təsdiqini taparaq göstərilmişdir ki, zərər çəkmiş şəxsdə aşkar edilmiş xəsarətin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən özü tərfəindən yetiriliməsi inkar edilir və bu halın hal-hazırda göz xəstəlikləri nəticəsində inkişafı mümkünsüz hesab edilir. Beləliklə təqsirləndirlən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə zərər çəkmiş şəxsə xuliqanlıq niyyətilə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirilməsi, bunun nəticəsində zərər çəkmiş şəxsin sag gözünün görmə qabiliyyətinin 80-85 faiz itirilməsi hazırkı cinayət işinin mübahisəsiz halıdır. Zərər çəkmiş şəxsə xəsarət yetirilən vaxtdan indiyə qədər onun sağlamlığı və qulluq göstərilməsi üçün rəsmi və qeyri-rəsmi xeyli maddi vəsait xərclənmiş, 2025-ci ilin may ayında göz əməliyyatına icbari tibbi sığorta ilə bərabər əlavə xərclər çəkilmişdir. Bundan başqa cinayət işinin başlanılması, ibtidai və məhkəmə istintaqı zamanı ən azı 10 dəfə Bakı şəhərindən Astara rayonuna gəlib-qayıtmaq maddi məsrəflər yaratmışdır. Həmçinin, hazırda işə baxan hakimin dəyişməsi və bu konteksdə yenidən məhkəmə istintaqının aparılması ilə əlaqdəar belə çıxır ki, biz hələ bir neçə dəfə də Astayara gedib gəlməliyik. Bununla yanaşı zərər çəkmiş şəxs bu müddət ərzində tam əmək qabiliyyətli olmamış, işlədiyi müəsisədə natamam iş vaxtı rejimində işləmişdir ona görə ki, bir gözünün əməliyyata qədər və sonrakı dövrdə olan durumu ona həm fiziki, həm də mənəvi çətinliklər yaratmışdır. Bundan başqa, zərər çəkmiş şəxs hadisədən sonra sağ gözündə yaranan və heç vaxt da bərpa edilməyəcək görmənin zəifləməsinə görə daimi olaraq psixi sarsıntı və iztirab icindədir. Zərərçəkmiş şəxsə avtomobil idarə edə bilməməyi, işi ilə bağlı kompyuter arxasında rahat və əvvəlki kimi işləyə bilməməyi, habelə hamı kimi tam gücü ilə işləyə bilməmək və sağ gözünün tez-tez torludumanlı və təzyiq altında olması, buna görə mütamadi həkim nəzarətindən keçməsi daimi əsəb və sarsıntı yaratmaqla ona mənəvi əzab verir. Buna görə də o, uzun müddətdir qeyri-müəyyənlik içindədir və təbii olaraq psixoloji ağrı və əzab çəkir. Beləliklə aldığı xəsarətə görə sağ gözündə görmə qabiliyyətinin demək olar itməsi zərər çəkmiş şəxsdə fiziki, həm də psixoloji ağrı və əzab, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının pozulması və ya real imkansızlıqdan əziyyət çəkmə vəziyyəti yaratmışdır. Göstərilənlərə əsasən hökm çıxarılarkən mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 2.000 (iki min) manat maddi, 8.000 (səkkiz min) manat isə mənəvi ziyana görə pul vəsaitinin alınaraq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. “X19” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Epikrizdən görünür ki, Zərərçəkmiş şəxs həkim müayinəsində olmuş, xx.xx.2025-ci il tarixdə ona XBT-9 14.72-şüşəyəbənzər cismin digər çıxarılma növləri əməliyyatı icra olunmuş, əməliyyat sonrası vəziyyət isə OD-vitrektomiya sonrası vəziyyət, göz dibində C3F8 qazı ilə tamponada, torlu qişa yerindədir kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, bir dəfə əlinin tərsi ilə zərərçəkmişi vurmasına münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilənin belə bir ifadə verməsi özünü müdafiə kimi qiymətlədirilməlidir. Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 5-ci bəndində izah edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Lakin təqsirkar xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxsi hər hansı başqa motivlə həyatdan məhrum etməklə yanaşı, hadisənin gedişatında xuliqanlıq cinayətinin tərkibini yaradan hərəkətlərə də yol verərsə, yəni qeyd edilən cinayətlərin real məcmusu yaranarsa, onun zərərçəkmişin həyatdan məhrum edilməsində ifadə olunan əməli CM-in 120.2.2-ci maddəsi ilə tövsif edilə bilməz və bu halda əməl CM-in 221-ci maddəsi ilə yanaşı, CM-in 120.1-ci və ya 120.2-ci maddəsinin xuliqanlıq niyyətini ehtiva etməyən əlaməti üzrə tövsif olunmalıdır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş qəsdən adam öldürmə kimi tövsif olunması, eyni zamanda həmin əməlin CM-in 120.2-ci maddəsində nəzərdə tutulan başqa niyyətlə və ya məqsədlə törədilən cinayət kimi tövsif olunmasını istisna edir. Cinayətin bir neçə müxtəlif niyyətlərdən (motivlərdən) hər hansı biri ilə törədilməsinin müəyyən edilməsi tələb olunan mürəkkəb vəziyyətlərdə, məsələn, xuliqanlıq niyyəti ilə CM-in 120.2-ci maddəsində birbaşa nəzərdə tutulmuş başqa niyyət və ya məqsədlə ehtiva olunan motiv arasında seçim etmək zərurəti yarandıqda, üstün olan, yəni təqsirkarın cinayətkar hərəkətlərini şərtləndirən (əsas hərəkətverici amil kimi çıxış edən) niyyət (motiv) əsas götürülməli və əməlin hüquqi tövsifi bu niyyətə (motivə) uyğun olaraq aparılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs özünü CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilməyərək əməli xuliqanlıq niyyəti ilə deyil, sırf zərərçəkmişin təqsirli davranışları nəticəsində törətdiyini desə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ictimai yerdə olarkən telefonu yerə düşdüyündən özünə qəzəblənməklə yanındakı tanışına gileylənərək xoşagəlməz ifadə işlətmiş, bu zaman təqsirləndirilən ətrafında olan qohum və tanışlarının yanında ona “heyvansan görmürsən yanımda xanımlar var” deyə öz iradını bildirir. Bu zaman zərərçəkmiş və onun tanışı təqsirləndirilənə yaxınlaşaraq “üzr istəyib, bunu ətrafa bilərəkdən söyləmədiklərini, öz aralarında danışdıqlarını və bir daha üzr istədiklərini bildirirlər. Lakin, təqsirləndirilən yenə də, mübahisəni davam etdirərək “sənin anan, bacının yanında elə desələr neyniyərsən sualını verərək” mübahisə qızışdırır və aralarında dava-dalaş baş verir, ətrafdakı şəxslər onları ayırmağa çalışır, bu zaman zərəçəkmiş təqsirləndirilənə bir yumruq vurur, təqsirləndirlən də zərərçəkmişə bir yumruq atır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin tövsüfünə qiymət verərkən ilk öncə bu cinayətin subyektiv əlaməti olan “xuliqanlıq niyyəti”-nin mövcud olub-olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd etməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi müəyyən edilməlidir. Məhkəmə qeyd olunaları nəzərə alaraq hesab edir ki, zərəçəkmişin hərəkəti qeyri-müəyyən şəxslər dairəsinə yönəlmiş hərəkət olmamış, zərərçəkmiş hətta verdiyi ani reaksiyanın səhv olduğunu başa düşmüş və təqsirləndiriləndən, hətta onun yanında olan xanımlardan üzr istəmiş, lakin təqsirləndirlən bu üzrləri qəbul etməyərək özü mental dəyərlərdən çıxış edərək yanındakı xanımlara görə zərərçəkmişə irad tutduğu halda mental dəyərləri saymayıb, edilən üzrxahlıqlara rəğmən zərərçəkmişə “sənin anan, bacının yanında elə desələr neyniyərsən sualını verərək” mübahisə yaratmış, bu zaman onun “xuliqanlıq niyyəti” bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqda, ətrafındakılara özünü göstərməkdə, gücünü nümayiş etdirməkdə biruzə vermişdir. Bu səbəbdən,məhkəmə hesab edir ki, əməl düzgün tövsif edilmiş, təqsirləndirilən şəxs isə ifadəsi ilə məsuliyyətini yüngülləşdirməyə, özünümüdafiə etməyə çalışmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə,törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən təcrid edilmədən də mümkündür. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinə ehtiyac olmaması qənaətinə gəlir. Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi ilə cəzanın məqsədləri təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.2.3cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan alternativ cəza növlərindən olan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun üzərində davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası ilə əlaqədar məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı verilmiş həmin mülki iddia tələbi üzrə qanunvericiliyin tələblərinə müvafiq araşdırma aparılmış və zərərçəkmiş şəxs-mülki iddiaçı tərəfindən təqdim olunmuş sübutlara ayrı-ayrılıqda qiymət verərək, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxs “X11” müayinə və müalicə olunmuş və şəxsən bu işin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı dəfələrlə yaşadığı Bakı şəhərindən Astara rayonuna şəxsi avtomobili ilə gəlib-getmişdir. Həmçinin, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsmülki iddiaçı Zərərçəkmiş şəxs hadisə nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ona dəymiş maddi zərərin konkret məbləği barədə sənəd təqdim etməsə də, onun ağlabatan həddə xərclər çəkməsi inandırıcıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda, eyni zamanda, qeyd olunur ki, mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda, belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda, həmçinin, qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, maddi ziyana görə 1000 (bir min) manat məbləğində, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalı, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 1000 (bir min) manat məbləğində, mənəvi ziyana görə 500 (beş yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı-Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar