Məhkəmə qərarları › İş №1(018)-111/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-111/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-111/2025 21.10.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, müdafiəçilər Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx xxx 2007-ci ildə Lənkəran rayonu, Şürük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sərinbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 26 may 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, 18 avqust 1996-cı il tarixdə Lənkəran rayonu, Sərinbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,hazırda cəza çəkən, Lənkəran rayonu, Biləsər kəndində yaşayan, 07 iyun 2025-ci il tarixdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə xx.xx.2003-cü il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 07 iyun 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, xx xxxxxx 1997-ci ildə Lənkəran rayonu Sərinbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sərinbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 08 iyun 2025-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin icraatına daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümüd” restoranında keçirilən toy şənliyi zamanı ictimai yer sayılan restoranın həyətində, insanların gözünün qarşısında tanışı Zərərçəkmiş şəxs onun üzərinə butulka ilə hücum edərək nalayiq ifadələr işlətməsini bəhanə edib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq ona sol Vİİİ qabırğanın yerinidəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, sol dirsək, hər iki kürək nahiyələrində sıyrıqlar, sağ gözaltı nahiyəsində qançır kimi dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 3-4 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birləşərək 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümüd” restoranında keçirilən toy şənliyi zamanı tanışı Zərərçəkmiş şəxs anasının onların barələrində xoşəgəlməz ifadələr işlətməsini eşidib, bu məsələni aydınlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs restoranın həyətinə çağırıb sonuncunun anasının barələrində söylədiyi sözləri bəhanə edib ictimai yer sayılan yerdə, insanların gözünün qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə sonuncunun üz nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuş, Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxıldıqdan sonra qrupun digər üzvü Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, ətrafda olan şəxslərin mübahisəyə müdaxilə edib, onları ayırmasından sonra Zərərçəkmiş şəxs nalayiq ifadələr işlədib, daha sonra butulka ilə onlara hücum etməsini görüb, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, həmin vaxt mübahisəyə daxil olan qrupun digər üzvləri Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vuraraq ona sol Vİİİ qabırğanın yerinidəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, sol dirsək, hər iki kürək nahiyələrində sıyrıqlar, sağ gözaltı nahiyəsində qançır kimi dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 5 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan vahid niyyətlə əhatə olunan qəsdlə qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümüd” restoranında keçirilən toy şənliyi zamanı tanışı Zərərçəkmiş şəxs anasının barələrində xoşəgəlməz ifadələr işlətməsini eşidib, bu məsələni aydınlaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs restoranın həyətinə çağırıb sonuncunun anasının barələrində söylədiyi sözləri bəhanə edib ictimai yer sayılan yerdə, insanların gözünün qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə yumruq və təpiklə zərbələr vuraraq Rasim İsmayılıya sol dirsək, hər iki kürək nahiyələrində sıyrıqlar, sağ gözaltı nahiyəsində qançır kimi dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, bununla da qərəzli hərəkətlərini təxminən 3-4 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir qrup şəxs halında 18 may 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümüd” restoranında keçirilən toy şənliyi zamanı ictimai yer sayılan restoranın həyətində, insanların gözünün qarşısında tanışı Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs3 üzərinə butulka ilə hücum edib, nalayiq ifadələr işlətməsini bəhanə edib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə silah qismində istifadə etdiyi şüşə butulka ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə 1 dəfə zərbə vuraraq başın ənsə nahiyəsində əzilmiş yara kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, qrupun digər üzvləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub, Vİİİ qabırğanın yerinidəyişməyən sınığı kimi yüngül, sol dirsək, hər iki kürək nahiyələrində sıyrıqlar, sağ gözaltı nahiyəsində qançır kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 3-4 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı aşağıdakı ardıcıllıqla təhlil edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və uzaq qohum kimi tanıyır.18 may 2025-ci il tarixdə Astara rayon Pensər kəndində yerləşən “Ümüd” şadlıq sarayında qohumu İntiqamın nəvəsinin kiçik toy məclisində qohumlarla birlikdə iştirak etmişlər. Toy mərasimində olan zaman bir qədər spirtli içkilər qəbul etdikdən sonra restoranın içərisində qardaşı Təqsirləndirilən şəxs4, əmisi oğlu Təqsirləndirilən şəxs1 və bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə rəqs edən zaman qohumu Zərərçəkmiş şəxs anası Adilə İsmayılovanın onların barəsində “bu narkomanları, pozğunları kim çağırıb e toya giriblər ortalığa çıxmırlar”, kimi ifadələr işlədib onlara tərs baxırmışdır. Bu səbəbdən qardaşı Təqsirləndirilən şəxs4 Rasimi restoranın zalından söhbət etmək üçün çölə çağırmışdır. Bu səbəbdən birlikdə restoranın çıxışındakı dayanacağa tərəf getmişlər, həmin vaxt əmisi oğlu Təqsirləndirilən şəxs1 və bibisi oğlu Təqsirləndirilən şəxs2 da onların arxasınca getmişlər, Mahmud və Rasim dayanıb söhbət edən zaman Mahmud Rasimə anasının nəyə görə onlara bu cür ifadə etdiyini soruşurmuş, Rasim də Mahmuda “əcəb eliyir, nəsə səhv etmisiz ki, o sizə bu sözü deyib, indi nə edək vuraq bir-birimizi?” kimi aqresiv ifadələr işlətmişdir. Bu zaman Davud anidən Rasimin ağız nahiyəsinə bir yumruq vurmuş və Rasim zərbədən yerə yıxılmışdır. Qardaşı Mahmud və o, onları ayırmağa çalışmışlar, lakin Davud və bibisi oğlu İbrahim Rasimə bir neçə yumruq zərbəsi vurmuşlar. Həmin vaxt Mahmud onları güclə ayırmış və Rasim oradan uzaqlaşaraq getmiş, bir qədər sonra onlar dayanacağın digər tərəfindən evə getmək istəyən zaman görmüşdür ki, Rasim iki ədəd şüşə butulka götürərək onların üzərinə gəlir. Səxavət adlı qohumları onu saxlamaq istəmiş lakin saxlaya bilməmişdir. Rasim söyüş söyərək butulka ilə bir dəfə onun baş nahiyəsinə vurmuş və daha sonra qardaşı Mahmuda tərəf hücum etmişdir .Bu zaman bunu görən qardaşı Mahmud onun əlindən butulkanı alıb Rasimin özünə vurmuşdur.Rasimə bir iki zərbədə özü yetirmişdir. Ərafdan mübahisəni görən şəxslər gələrək onları ayırmışlar, bundan sonra oradan çıxıb yaşadığı kəndə getmişlər.Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ,səmimi etirafını və hazırda Rasimlə barışdıqlarını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və uzaq qohumudur. 18 may 2025-ci il tarixdə Astara rayon Pensər kəndində yerləşən Ümüd şadlıq sarayında qohumu İntiqamın nəvəsinin kiçik toy şənliyində qohumları ilə birlikdə iştirak etmişlər. Bir qədər spirtli içkilər qəbul etdikdən sonra restoranın içərisində əmisi oğulları Təqsirləndirilən şəxs4, Sultan Cavadzadə və bibisi oğlu X3 ilə birlikdə rəqs edən zaman qohumları Zərərçəkmiş şəxs anası Adilə İsmayılovanın onların barəsində “bu narkomanları, pozğunları kim çağırıb e toya giriblər ortalığa çıxmırlar”, kimi ifadələr işlətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs4 Rasimi restoranın zalından çölə çağırmış və onunla restoranın çıxışındakı dayanacağa tərəf getmişlər. Sultan , İbrahim və O , birlikdə onların arxasınca getmişlər, Mahmud və Rasim dayanıb söhbət edən zaman Mahmud Rasimə anasının nəyə görə onlara elə ifadə işlətdiyini soruşurmuşdur. Rasim Mahmuda “əcəb eliyir, nəsə səhv etmisiz ki o sizə bu sözü deyib, indi nə edək vuraq birbirimizi?” kimi aqresiv ifadələr işlətmiş və söyüş söymüşdür. Rasim ağır söyüş söydüyü üçün dözə bilməmiş və ani əsəbləşərək onun ağız nahiyəsinə bir yumruq vurmuşdur. Rasim zərbədən yerə yıxılmışdır. Rasim ağır ifadə işlətdiyi üçün həmçinin bibisi oğlu İbrahim də Rasimə bir neçə yumruq zərbəsi vurmuşdur. Mahmud və qardaşı Sultan onları ayırmağa çalışmışlar. Ətrafdan mübahisəni görən bir neçə nəfər gəlib onları ayıraraq uzaqlaşdırmışlar. Bir az müddət sonra Rasim əlinə iki butulka götürərək talış dilində onlara varyox söyüşü söyə-söyəonlara tərəf gəlmişdir.Həmkəndliləri Sultan qabağa çıxıb Rasimə demişdir “ayıbdı dalaşmayın”. Lakin buna baxmayaraq Rasim butulka ilə qarşıda olan Sultanın baş nahiyəsinə vurmuş, bunu görən Sultanın qardaşı Mahmud butulkanı Rasimin əlindən alıb başına vurmuşdur. Daha sonra ətrafdakılar onları ayırmış və oradan uzaqlaşmışlar.Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ,zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiklərini ,onunla barıdıqlarını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2, ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisi və uzaq qohumudur. 18 may 2025-ci il tarixdə Astara rayon Çayoba kəndində yerləşən Ümüd şadlıq sarayında qohumu İntiqamın nəvəsinin kiçik toy şənliyində qohumlarla birlikdə iştirak etmişlər. Bir qədər spirtli içkilər qəbul etdikdən sonra restoranın içərisində dayısı oğulları Mahmud ,Sultan və digər dayısı oğlu Davud ilə birlikdə rəqs edən zaman qohumu Zərərçəkmiş şəxs anası Adilə İsmayılov onların barəsində “bu narkomanları, pozğunları kim çağırıb toya giriblər ortalığa çıxmırlar”, kimi ifadələr işlətmişdir.Bu səbəbdən Təqsirləndirilən şəxs4 Rasimi restoranın zalından çölə çağırmışdır. Söhbət edə-edə restoranın çıxışındakı maşın dayanacağına tərəf getmişlər, Sultan və Davudla birlikdə onların arxasınca getmişdir, Mahmud və Rasim dayanıb söhbət edən zaman Mahmud Rasimə anasının nəyə görə onlara elə dediyini və tərs baxdığını soruşurmuş, Rasim də Mahmuda bildirdi ki, “əcəb eliyir, nəsə səhv etmisiz ki o sizə bu sözü deyib, indi nə edək vuraq bir-birimizi?” kimi aqresiv ifadələr işlətmiş və söyüş söymüşdür.Bu zaman Davud Rasimin ağız nahiyəsinə bir yumruq vuraraq onu yerə yıxmışdır.Söyüşünə görə Rasimə bir neçə yumruq zərbəsidə O vurmuşdur. Sultan və qardaşı Mahmud onları ayırmağa çalışmışdır. Sultan, qardaşı Mahmud və ətrafdan mübahisəni görən bir neçə nəfər gəlib onları aralayaraq uzaqlaşdırmışlar. Daha sonra o restorana qalxmış və qayıdanda Mahmud, Davud və Sultanla Rasim arasında yenidən mübahisə olduğunu görmüş, onlara çatanda mübahisə artıq bitmiş və avtomobillə yaşadıqları evə getmişlər. Son sözündə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ,səmimi etirafını və hazırda Rasimlə barışdıqlarını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4, ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən yəni Rasimə xəsarət yetirməkdə təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, ailəlidir və iki azyaşlı övladı var. Zərərçəkmiş şəxs həmkəndlisi və uzaq qohumudur. 18 may 2025-ci il tarixdə Astara rayon Çayoba kəndində yerləşən Ümüd şadlıq sarayında qohumu İntiqamın nəvəsinin kiçik toy şənliyində qohumları ilə birlikdə iştirak etmişlər. Bir qədər spirtli içkilər qəbul etdikdən sonra restoranın içərisində özü, qardaşı Təqsirləndirilən şəxs3, əmisi oğlu Təqsirləndirilən şəxs1 və bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə rəqs edən zaman qohumu Zərərçəkmiş şəxs anası Adilə İsmayılovanın onların barəsində “bu narkomanları, pozğunları kim çağırıb e toya giriblər ortalığa çıxmırlar”, kimi ifadələr işlətmişdir. Bu səbəbdən Rasimi restoranın zalından çölə çağırmış və onunla restoranın həyətində görüşərək normal söhbət edə edə restoranın çıxışındakı dayanacağa tərəf getmiş, həmin vaxt əmisi oğlu Təqsirləndirilən şəxs1, qardaşı Sultan və bibisi oğlu Təqsirləndirilən şəxs2 da onların arxasında gəlmiş, Rasimlə dayanıb söhbət edən zaman Rasimə anasının nəyə görə onlara elə dediyini və tərs baxdığını soruşurmuş, Rasim də ona “əcəb eliyir, nəsə səhv etmisiz ki o sizə bu sözü deyib, indi nə edək vuraq bir-birimizi?” kimi aqresiv ifadələr işlədərək söyüş söymüş, Davud da əsəbləşərək anidən onun ağız nahiyəsinə bir yumruq vuraraq onu yerə yıxmış, daha sonra onu vurmaqda davam etmiş, özü və qardaşı Sultan onları ayırmağa çalışmışdır. Qardaşı Sultanla onları güclə ayırmış, Rasim oradan uzaqlaşaraq getmiş, bir qədər sonra Rasim əlinə iki ədəd şüşə butulkası götürərək onların üzərinə söyüş söyərək gəlmişdir. Səxavət adlı həmkəndliləri onun önünə keçərək “ayıbdır dalaşmayın” deməsinə məhəl qoymamışdır. Sultan qabağa çıxıb Rasimi tutub saxlamaq istəmiş, “Rasim əmi dayan” – demiş, lakin Rasim “nə əmi?” deyib butulka ilə onun baş nahiyəsinə vurmuşdur.Bu zaman onun əlində olan digər butulkanı əlindən alaraq başına həmin butulka bir dəfə vurmuşdur. Ətrafdan mübahisəni görən şəxslər gələrək onları ayırmış və oradan uzaqlaşmışlar. Məqsədi yalnız ayırmaq və sakitləşdirmək olmuşdur. Rasim butulka ilə qardaşı Sultanı vurub sonrada üzərinə gəlməsi səbəbindən Rasimi vurmuşdur, onun xuliqanlıq niyyəti olmamışdır. Bu səbəbdən özünü Rasimə yüngül xəsarət yetirməkdə təqsirli bilir.Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişlər və barışmışlar onlara qarşı heç bir şikayət və tələb yoxdur. Əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, iki azyaşlı uşağının olmasını, zərərçəkmişlə barışığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Astara rayon Çayoba kəndində yerləşən “Ümüd” şadlıq sarayında dayısı nəvəsi İntiqam Qəribovun nəvəsinin kiçik toy məclisində qohumlarla birlikdə iştirak etmişdir. Restoranın zalında olan zaman, uzaq qohumu Təqsirləndirilən şəxs4 onun oturduğu masaya yaxınlaşaraq normal şəkildə görüşmüş və sözü olduğunu bildirərək onu çölə çağırmışdır. Birlikdə söhbət edərək restoranın həyətində olan maşın dayanacağına getmişlər.Həmin vaxt onlarla birlikdə arxalarınca Davud, Sultan və İbrahimdə gəlmişlər. Mahmud ona “sənin anan Adilə mənim qardaşım Sultana narkaman deyib, nə səbəb belə edib?” Mahmuda “mənim anam niyə belə desin ki, “sən bunu necə eşitdin, o səs- küydə ? demiş .Həmin an, anidən Davud onun üz nahiyəsindən yumruqla zərbə vurmuş, zərbədən yerə yıxılmışdır. Sonra İbrahim və Davud onu yerdə vurmağa başlamışlar.Xatırlamadığı şəxlər onları ayırmışlar. Bundan sonra ayağa qalxıb əsəbləşdiyindən gedib kənardan iki ədəd şüşə butulka götürüb onların üstünə getmişdir. Sultan qarşısına çıxmış butulkanı ona tərəf tullamış, Davud həmin vaxt onu vurmuş, sonra Mahmud arxa tərəfdən başının arxa nahiyəsinə bıçaq kimi bir alətlə vurduğunu hiss etmişdir. Bundan sonra ətrafdakı şəxslər gəlib onları ayırmışlar. Yeznəsi Güloğlanın maşınına tərəf getmiş və Güloğlan da gəlib onu avtomobilə yaşadığı evə aparmışdır. Daha sonra başından qan gəldiyini görüb təcili tibbi yardıma məlumat vermiş və onu Lənkəran rayon xəstəxanasına apararaq ona tibbi yardım göstərilmişlər. Hazırda ona dəymiş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxslərlə barışmışdır, bu səbəbdən onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun oğludur. 18 may 2025-ci il tarixdə Astara rayon Çayoba kəndində yerləşən “Ümüd” şadlıq sarayında qohumu İntiqam Qəribovun nəvəsinin kiçik toy məclisində qohumlarla iştirak etmişlər. Səhərisi gün evdə Rasimin həmin toyda İbrahim, Sultan, Mahmud və Davud tərəfindən döyüldüyünü öyrənmişdir. Onun şəkər xəstəliyi olduğundan hadisə günü ona heçnə bildirməmişlər. Həmin toy şənliyində iştirak edən uzaq qohumları İbrahim, Sultan, Mahmud və Davuda qarşı hər hansısa bir nalaiq ifadə işlətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun qaynıdır. 18 may 2025-ci il tarixdə Astara rayon Çayoba kəndində yerləşən “Ümüd” şadlıq sarayında qohumu İntiqam Qəribovun nəvəsinin kiçik toy məclisində qohumlarla iştirak etmişlər. Özü taksi fəaliyyəti məşğul olur. Toyda olan zaman sifariş olduğundan bir müddət şənliyi tərk etmişdir. Saat 20 radələrində “Ümüd” şadlıq sarayında qayıtdıqda restoranın avtomobil dayanacağında mübahisə olduğunu eşitmişdir. Daha sonra çıxışda Rasimin başından xəsarət aldığını görüb onu avtomobilinə əyləşdirərək evlərinə aparmışdır. Avtomobildə Rasimdən kiminən dalaşdığını soruşsada, Rasim ona cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 may 2025-ci il tarixdə Astara rayon Çayoba kəndində yerləşən “Ümüd” şadlıq sarayında dayısı İntiqam Qəribovun nəvəsinin kiçik toy məclisində iştirak etmişdir. Saat 20 radələrində restorandan çölə hava almağa çıxmış, həmin vaxt Ümüd restoranının dayanacağına tərəf çıxanda orada qarışıqlıq görmüş, bir də görmüş ki, həmkəndlisi Rasim hər iki əlində butulka kiminsə üzərinə gedir. Rasimin qarşısına çıxıb onu saxlamaq istəsə də saxlaya bilməmişdir. Rasim əlindəki butulkalarla Sultan, Davud və Mahmudun üzərinə getmişdir. Onlar bir-biri ilə əlbəyaxa olmuş və Rasimi yerə yıxıldığını görmüşdür. Ətrafda olan şəxslər gəlib onları ayırmışlar. Hava qaranlıq olduğundan kimin butulka ilə vurlduğunu görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən “Ümüd” restoranında ofisiant işləyir. 18 may 2025-ci il tarixdə saat 20 radələrində restoranın həyətindən olan zaman restoranın dayanacağında mübahisə baş verdiyini eşitmişdir. Restoranın müdiri Şahid6la birlikdə restoranın avtomobil dayanacağına tərəf getmişlər və orada bir neçə nəfərin mübahisə etdiyini, qışqıraraq uca səslə nalayiq ifadələr işlətdiklərini görmüşlər. Həmin vaxt hava qaranlıq olduğundan həmin şəxslərin kim olduğunu, kimin kimi vurduğunu konkret olaraq ayırd edə bilməmişdir. Ətrafda olan şəxslər onları ayırmışlar və dava-dalaş bitmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 Cavanşir oğlu ifadəsində göstərmişdir ki, Astara rayonu, Pensər kəndi ərazisində yerləşən “Ümüd" restoranının dayanacağında nəzarətçi işləyir. 18 may 2025-ci il tarixdə saat 20 radələrində restoranın dayanacağında olan zaman mübahisə baş vermişdir. Həmin vaxt bir neçə nəfər şəxsin bir-birləri ilə mübahisə edərək uca səslə nalayiq ifadələr işlətdiklərini görmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan şəxslərin kim olduğunu, kimin kimi vurduğunu konkret olaraq müəyyən edə bilməmişdir. Ətrafdan mübahisəni eşidib gələn şəxslər onları bir-birlərindən ayıraraq uzaqlaşdırmışlar. Astara sakinləri olmadığından həmin şəxsləri tanımamışdır . Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Astara rayonu, Çayoba kəndi ərazisində yerləşən “Ümüd” restoranın sahibidir, 18 may 2025-ci il tarixdə saat 20 radələrində restoranın həyətində olan zaman restoranın dayanacağında mübahisə baş verdiyini eşitmişdir. Restoranın avtomobil dayanacağına tərəf getmiş və orada bir neçə nəfərin mübahisə etdiyini, qışqıraraq uca səslə nalayiq ifadələr işlətdiklərini görmüşdür. Hava qaranlıq olduğundan şəxslərin kim olduğunu görməmişdir. Ətrafda olan şəxslər onları bir-birlərindən ayıraraq uzaqlaşdırmışlar. 22 may 2025-ci il tarixdə isə polis əməkdaşları şikayət əsasında hadisə yerinə gələrək müşahidə kameralarındakı görüntüləri götürmüşlər. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (cild İ səhifə 13-16) “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, hadisə yeri Astara rayonu, Pensər kəndində yerləşir, hadisə həmin kənddə yerləşən “Ümüd” restoranının çıxışında, avtomobil dayanacağının ərazisində baş vermişdir. Dayacanaq rsetorandan təxminən 20 metr məsafədə, restoranın çıxışında yerləşir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yerləri göstərir. Birinci epizod mübahisə restorandan dayanacağa tərəf çıxanda sol tərəfdə, ikinci epizod mübahisə isə dayanacaqdan çıxanda sağ-ön tərəfdə baş vermişdir. Bundan başqa hadisə yerinə baxış keçirilən zamanı Zərərçəkmiş şəxs iki ədəd şüşə butulkanı götürdüyü yeri göstərmişdir. Hadisə yerinə baxış zamanı hadisə yerindən bıçaq, şüşə butulka o cümlədən, iş üçün əhəmiyyət kəsb edəcək digər hal və predmet aşkar edilməmişdir. İş materiallarında olan (cild İ səhifə 45-46) “diskə baxış keçirilməsi haqqında” 22 may 2025-ci il tarixli protokoldan görünür ki, DVD diskdə 04 ədəd videogörüntü mövcüddur. Həmin video görüntülərdən “Kamera 1” və “Kamera 2” restoranın dayanacağını, “Kamera 3” və “Kamera 4” isə restoranın həyətində quraşdırılmış müşahidə kameralarından götürülmüş görüntülərdir, hər bir görüntü 14 dəqiqə 13 saniyədən ibarətdir. “Kamera 3” adlı görüntünün 00:37-ci saniyəsində Təqsirləndirilən şəxs4 restoranın zalından çölə çıxır, həmin vaxt Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə restoranın çıxış qapısının yanında dayanmış vəziyyətdədirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 restoranın zalından çıxır, ardıyca X16 da restoranın zalından çıxaraq Təqsirləndirilən şəxs1 ilə görüşür və Təqsirləndirilən şəxs4 tərəf gedərək onunla görüşüb söhbət etdikdən sonra restoranın həyətindən dayanacağa tərəf söhbət edə-edə gedirlər. Təqsirləndirilən şəxs1 də onların arxasıyca gedir, həmçinin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da birlikdə onların arxasıyca gedirlər. Eyni görüntülər “Kamera 3” adlı görüntüdə də öz əksini tapmışdır. “Kamera 1” və “Kamera 2” adlı görüntülərin (Kamera 1) 01:23-cü dəqiqəsində Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs söhbət edə-edə restoranın həyət qapısından restoranın avtomobil dayanacağına tərəf çıxıb sol tərəfə gedirlər. Davud, Sultan və İbrahim də onların arxasıyca gəlir. Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs ilə söhbət edən zaman Təqsirləndirilən şəxs1 onların yanında durur və videonun (Kamera 2) 01:39-cu saniyəsində Zərərçəkmiş şəxs üz nahiyəsinə sağ əli ilə qəflətən bir yumruq zərbəsi vuraraq onu yerə yıxır. Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 tutub saxlamaq istəyən zaman Davud yenidən Zərərçəkmiş şəxs vurmaq istəyir. Rasim oradan uzaqlaşmaq istəsə də ağ rəngli “Mercedes Benz” markalı avtomobilin arxa tərəfində yerə yıxıldıqdan sonra Davud onu vurmağa davam edir. Həmin vaxt videonun (Kamera 2) 01:48-ci saniyəsində Təqsirləndirilən şəxs2 yumruqla yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs zərbə vurmağa başlayır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə onları ayırmağa çalışır. Daha sonra ətrafdan 4 nəfər şəxs yaxınlaşaraq onları ayırmağa çalışsa da videonun (Kamera 2) 03:42-ci saniyəsində Davud Cavadov yenidən Zərərçəkmiş şəxs üzərinə hücum edir və Mahmud və digər şəxslər onları ayıraraq uzaqlaşdırır. Mahmud, Sultan və Davud dayanacağın digər tərəfinə getdikdən sonra videonun (Kamera 2) 05:05-ci saniyəsində Zərərçəkmiş şəxs hər iki əlində butulka ilə onların üzərinə gedir. Videonun 05:13-cü saniyəsində Rasimin qarşısında Səxavət adlı şəxs çıxır və onu saxlamağa çalışsa da saxlaya bilmir, Zərərçəkmiş şəxs əlindəki butulkalarla onların üzərinə hücum edən zaman Mahmud, Sultan və Davud Zərərçəkmiş şəxs ilə təkrar mübahisə edərək onu yerə yıxdıqdan sonra yerdə vurmağa davam edilər. Daha sonra videonun 05:55-ci saniyəsində ətrafadakı şəxslər onları ayırır və uzaqlaşdırır. İş materiallarında olan (cild İ səhifə 18-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X32 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 123 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində – sol Vİİİ qabırğanın yerinidəyişməyən sınığı, başın ənsə nahiyəsinin əzilmiş yarası, sol dirsək, hər iki kürək nahiyələrində sıyrıqlar, sağ gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 4-5 gün əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda dərəcəsinə görə sol Vİİİ qabırğanın yerinidəyişməyən sınığı, başın ənsə nahiyəsində əzilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İş materiallarında olan (cild İ səhifə 242-243) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X14” X32 tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli 141 nömrəli rəydən görünür ki, 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsinə əsasən, hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulan suallara cavab olara aşağıdakı nəticəyə gəlinir: Vət. Təqsirləndirilən şəxs3 bədəni üzərində - alın nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 20-30 gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Digər prosessual sənədlər; İş materiallarında olan (cild İ səhifə 25) şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il saat 21;00-da tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qanuni nümayəndə qismində tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2007-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır və o, 24 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CMin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. X2 yetkinlik yaşına çatmayan şübhəli şəxs Təqsirləndirilən şəxs3 qanuni nümayəndəsi qismində tanınmışdır. İş materiallarından olan (cild İ səhifə 58-59) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 26 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 74-76) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyevin “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Astara rayon Polis Şöbəsinin MSY-dan həbsdən azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa tədbir seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan (cild İ səhifə 77-78) xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir və o dərhal MSY-dən azad edilmişdir. İş materiallarında olan (cild İ səhifə 237-238) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Lənkəran şəhər İHB-nin Xanbulan kən İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən Lənkəran rayonunun Sərinbulaq kəndində yaşayır, qeydiyyatdadır, Anası – X2 və qardaşı – X21 ailə üzvləri vardır. İş materiallarında olan (cild İİ səhifə 62) 01 avqust 2025-ci il tarixli 12/26-368 nömrəli Lənkəran şəhər İHB-nin Xanbulan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Cavadov X11 rayonunun Sərinbulaq kəndində yaşadığı müddət ərzində kəndin ictimai işlərində iştirak etmişdir. Onun haqqında Xanbulan kənd icra nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan (cild İ səhifə 86) şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından olan (cild İ səhifə 123-125) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 139-142) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyevin “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Astara rayon Polis Şöbəsinin MSY-dan həbsdən azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa tədbir seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan (cild İ səhifə 143-144) xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (cild İ səhifə 232-234) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər xx.xx.2024-cü il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan (cild İİ səhifə 63) 11 avqust 2025-ci il tarixli 38 nömrəli Lənkəran şəhər İHB-nin Biləsər kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonunun Biləsər kəndində yaşayır, atası X1 və anası X19 ailə üzvləri vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Rayon İcra və Probasiya şöbəsinin 20 oktyabr 2025-ci il tarixli 14 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası xx.xx.2025-ci il tarixdən başlamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixinədək cəzasının 06 ay 02 gününü çəkmiş, cəzasının çəkilməmiş 01 il 05 ay 24 gün qalmışdır. İş materiallarında olan (cild İ səhifə 104) şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından olan (cild İ səhifə 150-152) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 166-168) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyevin “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Astara rayon Polis Şöbəsinin MSY-dan həbsdən azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa tədbir seçilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan (iş vərəqi cild İ səhifə 169-170) xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (cild İ səhifə 230-231) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan (cild İİ səhifə 65) 01 avqust 2025-ci il tarixli 12/26-365 nömrəli Lənkəran şəhər İHB-nin Xanbulan kən İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 həqiqətən Lənkəran rayonunun Sərinbulaq kəndində yaşayır, qeydiyyatdadır, atası – X8 və anası – X6 ailə üzvləri vardır. İş materiallarında olan (cild İİ səhifə 66) 01 avqust 2025-ci il tarixli 12/26-366 nömrəli Lənkəran şəhər İHB-nin Xanbulan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Cangirov X12 rayonunun Sərinbulaq kəndində yaşadığı müddət ərzində kəndin ictimai işlərində iştirak etmişdir. Onun haqqında Xanbulan kənd icra nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarından olan (cild İ səhifə 189-190) təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan (cild İ səhifə 209-210) xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (cild İ səhifə 239-240) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs4 barəsində Lənkəran rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə xx.xx.2020-ci il tairxdə CM-in 73.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan (cild İİ səhifə 67) 01 avqust 2025-ci il tarixli 12/26-367 nömrəli Lənkəran şəhər İHB-nin Xanbulan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş müsbət xasiyyətnamədən görünür ki, Cavadov X13 rayonunun Sərinbulaq kəndində yaşadığı müddət ərzində kəndin ictimai işlərində iştirak etmişdir. Onun haqqında Xanbulan kənd icra nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır. İş materiallarında olan (cild İİ səhifə 68) 01 avqust 2025-ci il tarixli 12/26-363 nömrəli Lənkəran şəhər İHB-nin Xanbulan kən İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 həqiqətən Lənkəran rayonunun Sərinbulaq kəndində yaşayır, qeydiyyatdadır, arvadı – X9, qızı – X10 və oğlu X17 ailə üzvləri vardır. İş materiallarında olan (cild İİ səhifə 69-86) 14 avqust 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, baş vermiş xuliqanlıq hadisəsinin görüntülərini əks etdirən, “Ümüd” restoranında quraşdırılmış müşahidə kameralarıdan əldə edilərək 22 may 2025-ci il tairxli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd kompakt disk maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş 1500 manat ziyanı tam ödəmişlər bu səbəbdən onlarla barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Baxılan iş üzrə təqsirləndirilən şəxslərin səmimi etirafı ilə yanaşı şahid ifadələri, zərərçəkmişin ifadəsi, ekspert rəyləri, baxış və götürmə protokolları, maddi sübut, diskə baxış protokolları tam şəkildə təhlil edilib bir-biri ilə müqayisəli şəkildə qiymətləndirilmişdir. Toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarında şübhələr yoxdur və mötəbər sübut kimi qəbul ediləndirlər. Sübutların məcmusu yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, onlar qeyd edilən maddə ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 əməlini xuliqanlıq hərəkətləri kimi qiymətləndirilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. İbtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, Təqsirləndirilən şəxs4 birinci epizod üzrə dalaşanları ayırmağa çalışması həm məhkəmə istintağı zamanı alınmış ifadələrlə həmçinin hadisə yerinin video görüntüsü ilə sübuta yetirilmişdir. İkinci epizod üzrə isə Zərərçəkmiş şəxs əlində iki şüşə butulka ilə Mahmudun və qardaşı Sultanın üzərinə hücum çəkməsi, daha sonra Sultana butulka ilə xəsarət yetirməsi təqsirləndirilən şəxslərin, şahidlərin və qismən zərərçəkmiş şəxsin ifadəsi həmçinin iş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X14” X32 tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli 141 nömrəli rəylədə sübuta yetirilmişdir. Bu xüsusat Mahmudun xuliqanlıq niyyətinin olmamasını bir daha təsdiqləyir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs4 həm qardaşı üçün həmdə özü üçün real təhlükə gördükdən sonra hərəkətə keçmiş və bir növü müdafiə instinqti işə düşmüşdür. İnsanda bu instinkt təhlükə, qorxu təhdid hiss ediləndə avtomatik olaraq aktivləşir. Burada həmçinin butulkadan silah qismində istifadə edilməsi dedikdə butulkanın məhz zərərçəkmiş şəxs tərəfindən hücum məqsədi ilə hadisə yerinə gətirilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, bu motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Qanun mənasına görə xuliqanlıq niyyəti ilə törədilən cinayət qəsdən törədilən əməldir və həmin əməl obyektiv cəhətinə görə ictimai qaydanın və ictimai təhlükəsizliyin əleyhinə yönəldilməlidir və subyektiv cəhətdən şəxs heç bir motiv olmadan ictimai qaydanı və ictimai təhlükəsizliyə qəsd etdiyini dərk etməlidir. Bu zaman şəxs ictimai qaydanı elə kobud surətdə pozmalıdır ki, bu qaydalara əhəmiyyətli qaydada ziyan vurmuş olsun və bununla insanların qanunla qorunan maraqları, onların dincliyi dayanaqlı şəkildə, uzun müddət ərzində, dözülməz halda pozulmuş olsun və bu hərəkətləri törədən şəxs bu hərəkətləri ilə onlara açıqca hörmətsizlik göstərmiş olsun. Məhkəmə hesab edir şəxsi münasibətlər zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunmalı və həmin maddənin sanksiyası çərçivəsində cəzalanmalıdır. Qanunvericilik: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmişlə barışmasını cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlindən səmimi peşman olmasını, zərərçəkmişlə barışmasını, himayəsində iki azyaşlı uşağın olmasını cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs3 üzərinə Lənkəran ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə Lənkəran ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsi tərəfindən AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-650/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün hissəsi ilə qismən birləşdirilərək qəti olaraq hökmlərin məcmusu üzrə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə Lənkəran ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, cəzasının əvvəli hökmün tarixindən hesablanmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs4 Lənkəran rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə 03 mart 2020-ci il tairxdə CM-in 73.2 maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Odur ki, hazırki cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışmaqla bağlı xitam verilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışmasını, iki azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyi təqdirdə cəzanın məqsədinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə Lənkəran ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə maddi sübut kimi tanınmış “Ümüd” restoranında quraşdırılmış müşahidə kameralarıdan əldə edilərək 22 may 2025-ci il tairxli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd kompakt disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-650/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 23 (iyirmi üç) gün hissəsi ilə qismən birləşdirilərək hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən, həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Lənkəran rayon ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar