Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-112/2023 08.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxxxx 1980-ci ildə Astara rayonu Deqədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Deqədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 27 aprel 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda -407,119 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib bir hissəsini üzərində saxlayaraq daşımış, bir hissəsini isə yaşadığı Astara rayonu, Deqədi kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan tövlənin içərisində saxlamış, 26 aprel 2023- cü il tarixdə, saat 04:00-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu Deqədi kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığındakı küçədə hərəkətdə olan zaman saxlanılaraq BNMİ-nin CBRŞ-yə aparılmış, üzərində aparılan şəxsi axtarış zamanı 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 6,106 qram və -6,013 qram olmaqla ümumi təmiz çəkisi -12,119 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan cins şalvarın sağ yan cibindən, həmin tarixdə, saat 09 radələrində yaşadığı evə keçirilmiş baxış zamanı 01 ədəd sellofan torbada təmiz çəkisi -395,0 qram olan narkotik vasitə qurudulmuş marixuana evin həyətində olan tövlənin sol tərəfində olan divarın dibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 25 aprel 2023-cü il tarixdə saat 16 radələrində Astara şəhərində tanımadığı bir şəxsdən 600 manata öz istifadəsi üçün yarım kiloqrama yaxın qurudulmuş marixuana alıb yaşadığı evə gətirib evinin həyətində olan tövlənin içərisində divarın dibində gizlətmişdir. 26 aprel 2023-cü il tarixdə saat 03 radələrində yuxudan oyanmış, ailə üzvlərinin yatdığını görüb 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı özü ilə götürüb evdən bir qədər uzaqlaşıb, görünməyən bir yerdə “nəşə” çəkmək istəmişdir. Küçədə olan zaman yanında avtomobil dayanmış, avtomobildən düşən mülki geyimli Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində yerləşən şöbəsinin əməkdaşları onu yaxalayıb avtomobilləri ilə onu CBRŞ-yə aparmışlar. Orada ilk olaraq şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış başlanan zaman üzərində narkotik vasitə olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Əynində olan şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi 2 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkiləri müəyyən edildikdən sonra zərfdə qablaşdırılaraq, həmin zərf möhürlənmişdir. Şəxsi axtarış zamanı şifahi sorğu aparılan zaman evində də narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı evə baxış keçirilməsinə etirazının olubolmadığını ondan soruşmuşlar. Evinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı evə baxış zamanı özü könüllü olaraq evinin həyətində olan tövlənin içərisindən, divarın yanından bir ədəd sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqdim etdiyi qurudulmuş marixuana tərəzidə çəkilmiş, sonra isə həmin sellofan torbada qablaşdırılmış və möhürlənmişdir. Təqdim etdiyi qurudulmuş marixuana kütləsindən başqa evindən hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra evinə keçirilmiş baxışla bağlı protokol tərtib edilmiş, müdafiəçi və baxışda iştirak edən digər şəxslərlə birlikdə protokolu imzalamışlar. Qurudulmuş marixuanadan başqa hər hansı narkotik vasitədən istifadə etmir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, indiyədək kiməsə narkotik vasitə verməmiş və satmamışdır. Cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbənin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 26 aprel 2023-cü il tarixdə Astara rayonun Deqədi kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və qanunsuz olaraq üzərində gəzdirməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuş, məlumat barədə şöbə rəhbərliyinə məruzə olunduqdan sonra daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq, şöbə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə Cənub Bölgəsində şöbənin polis nəfərləri X9 və X8 iştirak etmişlər. 26 aprel 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, həmin gün saat 04 radələrində Astara rayonun Deqədi kəndində Təqsirləndirilən şəxs yaşadığı evin yanında küçədə olduğunu görüb yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran şəhərində yerləşən X7 şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə BNMİ-nin Lənkəran şəhərində yerləşən X7 şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs BNMİ-nin Lənkəran şəhərində yerləşən X7 şöbəsinin inzibati binasına gətirildikdən sonra təhqiq atçı Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan xidməti otaqların birində video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının qabaq sağ yan cibindən 2 ədəd kibrit qutusunu və şalvarının arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, kibrit qutularının içində narkotik vasitə marixuana vardır. Həmin kibrit qutularının içinə baxış zamanı müəyyən edilmişdir ki, qutunun içində spesifik iyə malik olan, bitki formasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlələrdən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutuları götürülərək, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Samsung markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün tanımadığı şəxsdən alıb üzərində daşıyaraq saxladığını, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini və yaşadığı evdə də narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmşdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirdiyindən Məsləhətin Astara rayonu, Deqədi kəndində yerləşən yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmışdır. Odur ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə əlaqədar heç bir etirazının olmadığı barədə ərizəsi alındıqdan sonra qərar qəbul edilib baxış keçirmək üçün Məsləhətin yaşadığı ünvana yollanmışlar. Həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı ünvanda dövriyyəsi qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə bitişik olan tövlənin içərisinə girib sol tərəfdə divarın dibində gizlətdiyi bir ədəd sellofan torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxasına bitişik olan tövləyə və tövlənin girişinə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sellofan torbada aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və torbanın üstü möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə DİN-nin BNMİ-nin X7 şöbəsinə hər hansı bir məlumat daxil olmamış, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs öz istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbənin polis nəfəri vəzifəsində xidmət edir, polis baş serjantıdır. 26 aprel 2023-cü il tarixdə Astara rayonun Deqədi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbənin baş əməliyyat müvəkkili Mehti Səfıyarovun icraatına əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılmasını təmin etmək məqsədilə X7 şöbəsində əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin tədbirdə polis baş leytenantı Mehti Səfıyarov və Tural Babayev ilə birlikdə iştirak etmişdir. Belə ki, 26 aprel 2023-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 04 radələrində Təqsirləndirilən şəxs Astara rayonun Deqədi kəndində yaşadığı evin yanında küçədə olduğunu görüb Məsləhətə yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə şübhələrinin olduğunu, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran şəhərində yerləşən X7 şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar birlikdə BNMİ-nin Lənkəran şəhərində yerləşən X7 şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs şöbənin inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üzərində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə Məsləhətin üzərinə şəxsi axtarış aparılmışdır. İlk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının qabaq sağ yan cibindən 2 ədəd kibrit qutusunu və şalvarının arxa cibindən bir ədəd Samsung markalı mobil telefonu çıxarıb, masa üzərinə qoyub bildirmişdir ki, kibrit qutularının içində narkotik vasitə marixuana vardır. Həmin kibrit qutularının içinə baxış zamanı müəyyən edilmişdir ki, qutunun içində spesifik iyə malik olan, bitki formasında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə vardır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qeyd olunan həmin kütlələrdən başqa hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan kibrit qutuları götürülərək, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlənmişdir. Samsung markalı mobil telefon da iş üçün əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, öz istifadəsi üçün tanımadığı şəxsdən alıb üzərində daşıyaraq saxladığını, uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə etdiyini və yaşadığı evdə də narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Şəxsi axtarışın sonunda bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığını bildirdiyindən Məsləhətin Astara rayonu, Deqədi kəndində yerləşən yaşadığı evə baxış keçirilməsi zərurəti yaranmışdır. Odur ki, Təqsirləndirilən şəxs yaşadığı ünvana yollanmışlar. Həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvanda videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, ilk öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, yaşadığı ünvanda dövriyyəsi qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxa hissəsinə bitişik olan tövlənin içərisinə girib sol tərəfdə divarın dibində gizlətdiyi bir ədəd sellofan torbanı götürüb təqdim etmişdir. Torbanın içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin arxasına bitişik olan tövləyə baxış keçirilmiş, lakin dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sellofan torbada aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək qablaşdırılmış və torbanın üstü möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində X4 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən “məhkəmə bioloji ekspertizası” üzrə verilmiş 26 aprel 2023cü il tarixli, 19/489 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkisi: -6,106 qr: -6,013 qram, ümumi təmiz çəkisi: -12,119 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, morfoloji əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, təmiz çəkisi: -395,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərilərində ‘Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi ...” və ‘Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş sellofan torbada qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan 1 ədəd zərfdəki və 1 ədəd bağlamadakı ümumilikdə 3 ədəd olmaqla ümumi təmiz çəkisi: -407.119 qram marixuanalar, morfoloji əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 26 aprel 2023-cü il tarixli, 475 saylı rəyindən görünür ki, - Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan Asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərinə baxış və götürmənin aparılmasını özündə əks edən diskə baxış keçirilərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,106 qram və -6,013 qram olmaqla ümumi təmiz çəkisi -12,119 qram olan narkotik vasitə qurudulmuş marixuana və yaşadığı evə keçirilmiş baxış zamanı 01 ədəd sellofan torbada təmiz çəkisi -395,0 qram olan narkotik vasitə qurudulmuş marixuana evin həyətində olan tövlənin sol tərəfində olan divarın dibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosialpsixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması,onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir: əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın Şüvi kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 544 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Deqədi kəndində kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Astara RİHB-nın Şüvi kənd İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu, ev dustaqlığında və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınnalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,106 qram və -6,013 qram olmaqla ümumi təmiz çəkisi -12,119 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan torbada təmiz çəkisi -395,0 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 08 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri -6,106 qram və -6,013 qram olmaqla ümumi təmiz çəkisi -12,119 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd sellofan torbada təmiz çəkisi -395,0 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-112/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-112/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver