Məhkəmə qərarları › İş №1(018)-113/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-113/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-113/2024 11.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1 , Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2006-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Astara rayonu Kakalos kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə sonuncu ilə həmin kənd sakini Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyəsilərə qəsdən bıçaq zərbələri vuraraq və sağ bud nahiyyəsini dişləyərək Zərərçəkmiş şəxs sağ bazu, sağ bud, döş qəfəsi, qarın nahiyyələrində kəsilmiş yaralar, sağ bud nahiyyəsində qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X2 onun həmkəndlisi və rəfiqəsidir, onunla münasibətləri yaxşı olmuşdur. Lakin son 1 ayda münasibətləri pozulmuşdur. Belə ki, Nəsiyət Məmmədova bir neçə dəfə icazəsiz yaşadığı evə gəlib onunla sözlü mübahisə etmiş və bir neçə dəfə ayrı-ayrı şəxslərə onun haqqında nalayiq sözlər demişdir. 09 avqust 2024-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı evdə olarkən Nəsiyət Məmmədova yenə icazəsiz evə daxil olmuş və onun olduğu qonaq otağına gəlmişdir. Nəsiyət Məmmədova onunla kobud danışaraq Mədinə adlı qıza onun haqqında nalayiq sözlər dediyini bildirmişdir. Mübahisə zamanı X4 adlı qıza zəng etməsini istəmiş, o da zəng etmişdir. Nəsiyət Məmmədova telefonu əlindən almış və Mədinə ilə qışqıraraq kobud danışmış, zəngi dayandırmışdır. Sonradan isə üstünə gələrək əl-qol hərəkətləri etmişdir. Nəsiyət Məmmədovanın onu döyməsindən qorxmuş və yataq otağına getmişdir. Onun arxasınca Nəsiyət Məmmədova da yataq otağına gəlmiş və hərəkətlərinə davam etmişdir. Bu vaxt o, bıçağı yatağın altından götürmüş və Nəsiyət Məmmədovaya üstünə gəlməməsini demişdir. X7 üstünə gəlməyə davam etmiş, o da özünü qorumaq üçün qorxub Nəsiyət Məmmədovaya bıçaq zərbələri vurmağa başlamışdır. Həmin an Nəsiyət Məmmədova onun saçından tutmuş, bu səbəbdən bıçaq zərbələrinin Nəsiyət Məmmədovaya dəyib dəymədiyini görməmişdir. Nəsiyət Məmmədova əli ilə onun əlindəki bıçağı tutmuş, bıçağın dəstəyi sınmış və iti hissəsi hər ikisinin əlini kəsmişdir. Nəsiyət Məmmədova uzaqlaşmadığı üçün onun ayaq nahiyyəsindən dişləmişdir. Bundan sonra Nəsiyət Məmmədova evdən çıxıb getmişdir. Münaqişə Astara rayonu, Kakalos kəndində yaşadığı evdə baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Münaqişə zamanı Nəsiyət Məmmədovaya bıçaq zərbələri vurmuş, həmçinin onun ayağını dişləmişdir. Münaqişə zamanı əlində olan bıçağın dəstəyi sınmış və əlini kəsmişdir. Bundan başqa xəsarət almamışdır. Nəsiyət Məmmədovaya xəsarət yetirdyii bıçağı yaşadığı evin həyətində xatırlamadığı yerə atmışdır. O, Nəsiyət Məmmədova ilə barışmağa cəh etsə də, sonuncu onunla barışmamışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və rəfiqəsidir, onunla münasibətləri yaxşı olsa da, son 1 ayda onunla münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs onun evində qoyduğu əl çantasını və eynəyini ona verməmiş, həmin əşyaların evində olmadığını demişdir. Bu səbəbdən onunla münasibətləri pisləşmiş və həmin hadisədən sonra onunla danışmamışdır. 09 avqust 2024cü il tarixdə Mədinə adlı həmkəndlisi "instagram" sosial şəbəkəsində ona yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə söhbət etmiş və söhbət zamanı Təqsirləndirilən şəxs onun Mədinə adlı həmkəndlisinin arxasınca danışdığını demişdir. O da Mədinəyə "instagram" sosial şəbəkəsində yazmış, lakin Mədinə yazdıqlarına cavab verməmişdir. Bu səbəbdən 09 avqust 2024-cü il tarixdə, saat 17:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Evin darvazasından Laləni çağırmış, Lalə ona çöldə səs-küy salmamasını və evə gəlməyini demişdir. Lalə ilə birlikdə evinə getmiş, evdə onlardan başqa heç kim olmamışdır. Evdə Təqsirləndirilən şəxs soruşmuşdur ki, nə üçün Mədinəyə yalandan onun arxasıyca danışdığını demişdir. Təqsirləndirilən şəxs isə bildirmişdir ki, o, Mədinə ilə Lalənin arxasıyca danışmışdır. Təqsirləndirilən şəxs demişdir ki, "zəng et Mədinəyə danışaq". Təqsirləndirilən şəxs Mədinəyə zəng etmiş, telefon danışığı zamanı Mədinəyə olanlar barədə sual vermişdir, lakin Mədinə heç bir cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz yatağının altından bıçaq çıxarmış və onun üstünə hücum çəkmişdir. Təqsirləndirilən şəxs əli ilə tutmuş və ona yaxınlaşmasına icazə verməmişdir. Lakin Təqsirləndirilən şəxs əlində bıçaqla ona xəsarət yetirməyə çalışmışdır və bir neçə dəfə bıçaqla sağ qoluna, sağ ayağına, bel və qarın nahiyyəsinə zərbələr vurmuşdur. O, bıçağı Lalənin əlində tutmuş və bıçağın dəstəyi sınmış, bıçaq həm onun həm də Təqsirləndirilən şəxs əlini kəsmişdir. Həmçinin bıçağı əli ilə tutan zaman Təqsirləndirilən şəxs sağ baldır hissəsini dişləmişdir. Bundan sonra o, evdən çıxmış və yaşadığı evə getmişdir. Daha sonra müayinə və müalicə olunmaqdan ötrü Astara RMXyə getmişdir. Münaqişənin baş verməsinə səbəb Təqsirləndirilən şəxs Mədinəyə onun arxasınca danışdığını deməsi olmuşdur. Münaqişə Astara rayonu, Kakalos kəndində Təqsirləndirilən şəxs yaşadığı evdə baş vermiş və təxminən 10 dəqiqə davam etmişdir. Münaqişə zamanı sağ ayaq və bel nahiyyələrindən xəsarət almışdır. Münaqişə zamanı Təqsirləndirilən şəxs əlindən bıçağı almaq istəyərkən bıçağın dəstəyi sınmış və bıçağın iti hissəsi Təqsirləndirilən şəxs əlini kəsmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hazırda barışmayıblar və dövlət ittihamçısının mövqeyi ilə razıdır. İşdə olan Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2024-cü il tarixli, 275 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazu, sağ bud, döş qəfəsi, qarın nahiyyələrində kəsilmiş yaralar, sağ bud nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ bazu, sağ bud, döş qəfəsi, qarın nahiyyələrində kəsilmiş yaralar iti kənarlı və ya uclu alətin təsirindən, sağ bud nahiyyəsindəki qançır isə bərk küt əşyanın təsirindən törənmişlər, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün və zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəm-tibb ekspertizasının rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 19 avqust 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndində yaşayır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Kakalos kənd ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materialında olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu andan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar