Məhkəmə qərarları › İş №1(018)-115/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-115/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-115/2023 26.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X29 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs: X8 və Astara rayon Vəkil Bürosunun vəkili X15 iştirakları ilə, xx.xx.1978-ci ildə Astara rayonu, Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Astara Rayon Mərkəzi X19 Şəxsin terapiya şöbəsində tibb bacısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla Suparibağ kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X8 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 rayon X13 Hüquqi şəxsin terapiya şöbəsində növbəli sistem əsasında işləyən tibb bacısı olaraq işdə olmadığı gün yəni, 10 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı Astara rayonu Suparibağ kəndindəki evində olarkən iynə vurdurmaq məqsədi ilə müraciət edən həmkəndlisi Zərərçəkmiş şəxs qızma iynə vurmazdan əvvəl vurulacaq iynənin əks təsir göstəribgöstərmədiyini yoxlamalı olduğu halda öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməyərək, yəni cinayətkarcasına etinasızlıq edərək Zərərçəkmiş şəxs "Seftriakson" dərman məhlulunu iynə vasitəsilə,yəni inyeksion formasında bud nahiyəsinə vuraraq sonuncuda inyeksion yeridilmiş“Seftriakson” dərman preparatı ilə əlaqədar baş vermiş anafılaktik şok yaranmasına səbəb olmaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs öldürmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ona Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, anadan olduğu Astara rayonu Rüdəkənar kəndində qeydiyyatdadır, lakin ailə qurduğu X10 ilə birlikdə Astara rayonu Suparibağ kəndində yaşayır. 2000-ci ildən Astara Rayon X13 Hüquqi Şəxsdə çalışır, hazırda həmin xəstəxananın terapiya şöbəsində növbəli şəkildə tibb bacısı vəzifəsində işləyir, iki gün işdə üç gün isə evdə olur. İşdə olmadığı vaxtlar qonşu Lənkəran rayonunun kəndlərində görə biləcəyi işlərdə işləyib ailəsinin tələbatının ödənilməsinə maddi köməklik etməyə çalışır. 10 mart 2023-cü il tarixdə saat səhər 10:15 radələrində Zərərçəkmiş şəxs onlara gəlmiş və onu çağırmışdır. Zərərçəkmiş şəxs onlara gələndə soyuqdəymə ilə bağlı xəstə olduğunu və həkimin ona iynələr yazdığını bildirmişdir. Sonuncuya yazılan reseptə baxıb görmüşdür ki, AMX PHŞ-in həkimi Naib Əsgərov ona 5 dənə “Seftriakson” dərman məhlulu olan antibiotik yazmışdır. Həmin vaxt ondan niyə bu dərmanlar ona yazıldığını soruşanda öskürəyi olduğunu və nəfəs darlığından boğulduğunu bildirmişdir. Daha sonra sonuncunu həmişə iynə vurduğu və təzyiq yoxladığı otağa dəvət etmiş və uzanmağını bildirmişdir. Uzanmamışdan qabaq Xumara ona sağ tərəfdən əməliyyat olunduğunu və orada dəmir implant olduğunu bildirmişdir. “Seftriakson” dərmanı antibiotik olduğuna görə ilkin olaraq Xumaraya xalq təbabətində tədbiq olunan və qabaqlayıcı tədbir olan az dozada sınaq iynəsini vurmuşdur. Sonradan Xumaraya üzü üstə uzanmağını bildirmiş və sonuncunun sol sağrı nahiyyəsinin % yəni deltaya bənzər hissəyə sınaq iynəsini vurmuşdur. Sınaq iynəsini vurandan sonra Xumaraya yazılan dərman qabını, şpris və iynəni pəncərə qabağma qoymuş, sonradan isə sonuncunun vəziyyətini pisləşdiyini görmüşdür. Bunu görən kimi ona yardım etmək üçün dərman preparatları olan “Deksametazol” və “Dimidrol” dərman məhlullarını iynə ilə həmin yana vurmuşdur. Xumara onlara gələndə onun vəziyyəti pis olmuş, boğulduğunu və ürəyində problem olduğunu bildirirmişdir. “Deksametazol” və “Dimidrol” dərman məhlullarını vurandan sonra ondan özünü necə hiss etdiyini soruşanda sonuncu özünə gəldiyini və düzəldiyini bildirmişdir. Həmin vaxt Xumaraya antibiotik təsirin olduğunu və əlavə olaraq təsirin qarşısı alınması məqsədi ilə ona “Deksametazol” və “Dimidrol” vurulduğunu bildirmişdir. O, sınaq iynəsi vurulan yerə baxanda iynənin hər hansı reaksiyasını görməmişdir. Daha sonra əri X4 zəng vurmağını bildirmiş, özü isə təcili olaraq 103-ə zəng vurub təxirəsalınmaz təcili tibbi yardım çağırmışdır. X3 danışaraq ona vəziyyəti izah etmiş, sonuncu isə işdə tək olduğunu və gəlməyinə ehtiyac olub-olmadığını soruşmuş, o isə anasının vəziyyəti düzəldiyini bildirmişdir. Ondan sonra Nizami İbrahimlə telefonla danışığını davam etdirərək gəlməyini bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs vəziyyəti qəflətən pisləşməyə və xırıltı səsələri gəlməyə başlamışdır. Xumaranın ağzından həmin vaxt su gəlməyə başlamış və artıq heçnəyə reaksiya göstərməmişdir. TTTY şöbəsinin əməkdaşları gəlməmişdən qabaq Xumaranın ağzından axan su mayəsini dəsmal ilə silmiş və tibb işçiləri gəlməmişdən qabaq onlara Zərərçəkmiş şəxs gəlini olan Leyla və onun rəfiqəsi gəlmişdir. 10-15 dəqiqə sonra isə TTTY şəbəsinin əməkdaşları gəlmiş və Xumaranın vəziyyətini görərək ilkin olaraq ondan nə vurduğunu soruşmuş, o isə hər şeyi deyəndən sonra onlar Xumaraya yardım etməyə başlamışlar. Onların iki ampula “Deksametazol” dərmanın iynəyə çəkdiklərini görmüş lakin vurub-vurmamaqları yadında qalmamış, daha sonra isə sonuncuya ürək masajı etməyə başlamışlar. Xumaraya təxminən 5 dəqiqə ürək masajı edildikdən soma Turhan həkim ona Zərərçəkmiş şəxs keçindiyini bildirmiş, sonradan nə olduğu yadında qalmamış, çünki özünü pis hiss etməyə başlamış və özünə təxminən 3-4 saatdan soma gəlmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs X16 əməlindən peşman olduğunu, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi X11 bildirdi ki, Zərərçəkmiş şəxs onun anasıdır, sonuncu bir müddət müxtəlif xəstəliklərdən əziyyət çəkmiş, 5 ay bundan qabaq omba çanaq sümüyündən əməliyyat olunmuşdur. Son vaxtlar soyuqdəymə və boğazında daima qaşıntımn olması ilə bağlı şikayət etmiş və buna görə xx.xx.2023-cü il tarixdə Astara rayon mərkəzi xəstəxanasında Naib həkimin qəbulunda olmuş, sonuncu da ona müalicəsi ilə bağlı resept yazmışdır. Anası resepti həmin gün ərzində ona atmış, o da reseptə uyğun olaraq Astara şəhəri ərazisində apteklərin birində həmin dərmanları almış, axşam evə gəlib dərmanları anasına vermiş, həmin vaxt anası xəstə olmuş və şiddətli şəkildə öskürmüşdür. 10 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində həmkəndlisi olan Nizami Heydərov ona zəng vuraraq anasının vəziyyətinin pis olduğunu və bununla bağlı 103-ə zəng etdiyini demiş, həmin vaxt nə olduğunu soruşanda anasına antibiotik vurulması üçün ilkin olaraq sınaq iynəsi vurulduğunu, amma vəziyyəti yavaş-yavaş düzəldiyini bildirmişdir. Sonradan Nizami ona yenidən təkidlə gəlməyini tələb etmiş, o da işdən çıxaraq Nizami Heydərovun yaşadığı evə getmiş, evə gedəndə hadisə yerində TTTY şöbəsinin və hüquq mühafizə orqanlarının əməkdaşlarının olduğunu görmüşdür. Həmin vaxt həyacanlanmış və nə baş verdiyi yadında qalmamışdır. Bircə onu görmüşdür ki, anası içərdə uzanmış, onun yanında isə tibb bacısı işləyən Təqsirləndirilən şəxs huşsuz vəziyyətdə uzanmışdır. Ondan sonra oradan anasının meyiti birbaşa daxili müayinəyə aparılmış, o da qohumları ilə birgə ora getmişdir. Anasının ölümü ilə bağlı heç kimə qarşı, o cümlədən də tibb bacısı işləyən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. O, anasına kömək etmək məqsədilə iynə vurmuşdur. Odur ki, tibb bacısı işləyən Təqsirləndirilən şəxs hər hansı cəza verilməsini istəmir və ona cəza verilməməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. 10 mart 2023-cü il tarixdə saat səhər 10 radələrində evdə olduğu zaman Zərərçəkmiş şəxs onlara gəlmiş və arvadı Təqsirləndirilən şəxs çağırmışdır. Ofeyliya Xumaranın səsini eşitmədiyinə görə gedib onu özü çağırmış, daha sonra isə evin o biri otağına getmişdir. Bir müddət keçəndən sonra arvadı otağın qapısını döyərək onu telefonu götürüb yanına gəlməsini bildirmişdir. Telefonu götürüb otağa keçəndə Zərərçəkmiş şəxs uzandığını və xırıltı səsləri ilə nəfəs aldığını görmüş, Ofeyliya onun vəziyyətinin pisləşdiyini bildirmişdir. O isə Ofeyliyaya təcili olaraq 103 yığmağını bildirmiş, özü isə Xumaranın oğlu İbrahimə zəng edib vəziyyəti izah etmiş, daha sonra isə telefonu arvadı götürərək oğlu İbrahimə anasının vəziyyəti haqqında bildirmişdir. Özü telefonda İbrahimə gəlməyi təklif etmişdir. Bir qədər keçmiş TTTY heyyəti gələrək yardım etməyə başlamış və ilkin olaraq Zərərçəkmiş şəxs gözünə baxmışlar. Onlar Zərərçəkmiş şəxs ürək masajı etməyə başlamış, həmin vaxt sonuncu artıq keçinmişdir. Ondan sonra arvadı Ofeyliyanın vəziyyəti pisləşmiş və huşunu itirmişdir, həmin vaxt TTTY heyyəti ona orada da ilkin tibbi yardım göstərmiş və təxminən 2-3 saatdan sonra sonuncu özünə gəlmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır, sonuncu bir müddət müxtəlif xəstəliklərdən şikayət etmiş, 5 ay bundan qabaq omba çanaq sümüyündən əməliyyat olunmuşdur. xx.xx.2023-cü il tarixdə Astara rayon mərkəzi xəstəxanasında Naib həkimin qəbulunda olmuş, sonuncu da ona müalicəsi ilə bağlı resept yazmışdır. Həkim qəbuluna gedib gələndən sonra Zərərçəkmiş şəxs Naib həkimin onun boğazını yuduğunu və müalicə yazdığını bildirmiş, həkimin yazdığı reseptin şəklini oğlu İbrahim Əhmədova atmış və həkimin yazdığı dərmanları almağı təklif etmişdir. Həmin tarixdə axşam tərəfi İbrahim həmin dərmanları alıb gətirmiş, səhəri gün isə həmin resept üzrə müalicəsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı evə getmişdir. 10 mart 2023-cü il tarixdə saat səhər 10 radələrində Zərərçəkmiş şəxs evdən çıxıb getdikdən 10 dəqiqə sonra həyat yoldaşı İbrahim ona zəng vuraraq təcili özünü Təqsirləndirilən şəxs yaşadığı ünvana çatdırmağını bildirmişdir. Nə olduğunu soruşanda isə anasının vəziyyəti pis olduğunu bildirmişdir. Daha sonra ora getmiş və ora gedəndə Zərərçəkmiş şəxs uzandığını və heç nəyə reaksiya vermədiyini görmüşdür. Həmin vaxt orada tibb bacısı işləyən Təqsirləndirilən şəxs olmuş və sonuncu ağlayaraq Zərərçəkmiş şəxs oyanmadığını bildirmişdir. Daha sonra hadisə yerinə Astara RMX-nı TTTY şöbəsinin əməkdaşları gəlmiş və Zərərçəkmiş şəxs ürək masajı edərək sonuncuya təxirə salınmaz ilkin tibbi yardım göstərmişlər, lakin Zərərçəkmiş şəxs buna baxmayaraq orada vəfat etmişdir. Daha sonra hadisə yerinə həyat yoldaşı İbrahim gəlmiş və ona evə getməyini bildirmişdir. Sonradan o evə gəlmiş, Zərərçəkmiş şəxs meyitini isə daxili müayinə üçün aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş X22 göstərdi ki, Astara RMX-da lor-həkim kimi fəaliyyət göstərir, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, bundan əvvəl bir neçə dəfə nəvələrini onun qəbuluna müayinə üçün gətirmişdir. Zərərçəkmiş şəxs birinci dəfə özü üçün ona həkim kimi elə 09 mart 2023-cü il tarixdə müraciət etmiş, ondan əvvəl özü ilə bağlı heç vaxt qəbulunda olmamışdır. Zərərçəkmiş şəxs müayinə etdikdən sonra sonuncuya resept yazmışdır. Zərərçəkmiş şəxs həmin vaxt əsasən soyuqdəymə, halsızlıq və boğazında olan ağrılardan şikayət etmiş və buna görə də ona antibiotik olan “Seftriakson” dərmanı yazmışdır. Daha sonra Xumara qəbuldan çıxıb getmiş və bir müddət sonra Xumaranın oğlu zəng edərək anasının iynədən rəhmətə getdiyini bildirmişdir. Hadisənin harda və necə baş verdiyini soruşanda sonuncuya iynə vurulduğunu iynədən sonra vəziyyəti pisləşdiyini, hadisə yerinə TTTY gəldiyini, lakin TTTY da kömək edə bilmədiyini bildimişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərdi ki, hazırda AMX PHŞ-in TTTY şöbəsinin qəbul bölməsinin müdiri vəzifəsində işləyir. 10 mart 2023-cü il tarixdə işdə olduğu zaman TTTY şöbəsinə zəng gəlmiş və zəngdə dispetçer Astara rayonu, Suparibağ kəndində Zərərçəkmiş şəxs adlı şəxsə sınaq iynəsi vurulduqdan sonra vəziyyəti pisləşib anafılaktik şok yaşadığını bildirmişdir. Həmin gün elə məlumat gələn kimi o tibb heyyəti ilə birgə hadisə yerinə getmiş və orada Astara rayonu, Suparibağ kənd sakini Zərərçəkmiş şəxs bioloji ölüm faktının olduğunu görmüşdür. Həmin vaxt orada Astara RMX PHŞ-in terapiya şöbəsində tibb bacısı vəzifəsində işləyən Təqsirləndirilən şəxs olmuş və ondan nə olduğunu soruşanda sonuncu Zərərçəkmiş şəxs sınaq iynəsi vurduğunu və iynədən sonra Zərərçəkmiş şəxs anafılaktik şok yaşadığını, daha sonra qabaqlayıcı tədbirlər yəni, “Dimidrol” və “Deksimitazol” dərman məhlulların iynə ilə vurulmasına baxmayaraq ayılmadığını bildirmişdir. Daha sonra o, Xumaraya ürək masajı etmiş, lakin Zərərçəkmiş şəxs bioloji ölüm yaşadığına görə ona kömək etmək mümkün olmamışdır. Ürək masajmdan başqa ona heç bir yardım və ya hər hansı iynə vurulmamışdır. Təqsirləndirilən şəxs hadisənin şokundan vəziyyəti pisləşmiş və həmin vaxt ona da tibbi yardım göstərmişdir. Tibbi yardımdan sonra sonuncu elə həmin otaqda şok vəziyyətdə divanda uzanmışdır. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları gəlmiş və onlar da oradan çıxıb xəstəxanaya qayıtmışlar. İş üzrə şahid qismində dindirilmiş X17 şahid X1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etdi. İş materialında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 03 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ölümünün bilavasitə səbəbi inyeksion yeridilmiş “Seftriakson” dərman preparatı ilə əlaqədar baş vermiş anafılaktik şok olmuşdur. Zərərçəkmiş şəxs ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materialında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/1721 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Ceftriaxone 1 g 03/2025” göstəriciləri olan bir ədəd flakonda qəhvəyimtil rəngli məhlulun əsas təsiredici maddəsi seftriakson natriumdur və həmin məhlulun tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmişdir. Təqdim olunmuş dərman flakonunun üzərindəki tarix göstəricilərinə əsasən yararlıq müddəti keçməmişdir. Məhkəmə təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, X8 törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X8 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki,Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X21 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan tələbnamədən görünür ki, X8 məhkumluğu yoxdur. İş materialında olan zərər çəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, anasının ölümü ilə bağlı heç kimə qarşı şikayət və tələbi yoxdur. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 may 2023-ci il tarixli 361 №-li arayış və xasiyyətnamədən görünür ki, X2 rayonu Suparibağ kəndində yaşayır və himayəsində xx.xx.2013-cü il təvəllüdlü Heydərov Mahmud, xx.xx.2016-cı il təvəllüdlü Heydərova Ruqayyə adlı iki övladı var. İş materialında olan Astara RİHB-nın Suparibağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X16 müsbət xarakterizə olunur. Məhkəmə X9 təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və himayəsində iki azyaşlı övladlarının olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə X8 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, X9 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, X8 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, X9 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. X7 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd flakon “Ceftriaxone” dərman preparatı hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X23 tərəfindən təqsirləndirilən şəxs X8 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: X16 Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X8 üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Suparibağ kəndindəki yaşadığı evi axşam saat 24:00-dən səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X8 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X7 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X23 tərəfindən təqsirləndirilən şəxs X8 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd flakon “Ceftriaxone” dərman preparatı hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar